Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4135/2020 30.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil, X3, İddiaçı nümayəndəsi X6, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abbasova (Həsənova) Lamiyə İbrahim qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Abbasova (Həsənova) Lamiyə İbrahim qızına qarşı “evdən çıxarılma” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Abbasova (Həsənova) Lamiyə İbrahim qızının ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, yeni massiz, döngə 8 ünvanında yerləşən yaşayış evindən çıxarılmaı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, yeni massiv döngə 8 ünvanında yerləşən, yaşayış evi və torpaq sahəsi ona xx xxxxxx 2011-ci il tarixli qərarla Binəqədi rayon bələdiyyəsi tərəfindən verilmişdir. Qeyd edilən yaşayış evi və torpaq sahəsinə dair özəlləşdirməni, idarə etməyi və onun üzərində sərəncam verməyi və digər məsələlərlə bağlı həll etməyi, xx xxxxx 2012-ci il tarixdə bacısı X8 etibarnamə əsasında həvalə etmişdir. İş üzrə cavabdeh olan Cavabdeh1 bacısı Xalidənin oğlu, digər cavabdeh isə Cavabdeh1 yoldaşıdır. Cavabdeh1 onun bacısına qeyd edilən əmlakı etibarnamə əsasında həvalə etdikdən sonra, ona qarşı illərdir planlar qurur. Onu hər gün söyür, döyür və evi onun adına keçirməsini tələb edir. Qeyd edir ki, Cavabdeh1 həmin əmlaka dair 5 sotun 2 sotunu onun razılığı ilə satmış,onlara Xırdalanda ev aldığını bildirmişdir. Bir müddət sonra arvadı Lamiyə ilə tanış olduqdan sonra onları məcbur etdi ki, Xırdalandakı evi sataraq, onun pulu ilə Lamiyənin özünə məxsus Bakı şəhəri, Xətai metrosunun üstündə yarımçıq tikili evini satıb onun üstünü düzəltmək istəmişdir. Onlarda razılaşmış və Hilal evi 20000 manata satmış və pulu Lamiyənin evinin tikintisinə sərf etmişdir. Hilalın və Lamiyənin toyu fevral ayında baş tutduqdan sonra olar qeyd edilən evdə bacısı ilə birlikdə yaşamağa davam etmişlər. Lakin Hilal martın 13-də bacısına hücum edərək 2 gözdən əməliyyat olunmuş bacısını döyərək evdən çıxartmış və evin sənədlərini də, özü ilə götürmüşdür. Bacısı Xalidə hal-hazırda Sumqayıt şəhərində yataqxanada qalır. Cavabdeh onu evinə buramır və onları hədələyir. Hətta evi onun adına keçirməsələr onlara rahat yaşamağa imkan verməyəcəyini qeyd edir. Cavabdeh bu günə qədər mülkiyyətçi kimi onun qanunla orunan hüquqlarını pozmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə bamayaraq cavabdehlər könüllü şəkildə mənzildən çıxmamışlar. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayənədəsi, vəkil izahatlarında bildirmişdir ki, ev sənədləşdirilməmişdir. İddiaçı evi yaşamaq üşün bacısına vermişdir. Torpaq xx.xx.2011-ci ildə alınmışdır. 2 sot torpaq satılaraq X1 pul verilib və Abşeronda ev alınıb.verilib. O da AF Parkda ev almışdır. Tərəflər bir müddət kirayədə qalmışlar. Cəfərova Xalidə riyaziyyat müəlliməsidir. Mart ayında oğlan əsəbi halda evə daxil olaraq anasını boğmağa çalışmış və anasını döymüşdür. Bununla inzibati xəta tərkibi yaranmışdır. Müəllimə kirayələrdə qalır. Oğlu anasının rahat yaşamağa qoymur. xx xxxxxx 2007-ci il tarixdən Cavabdeh1 ayrıca təsərrüfat aparır. Ev etibarnamə ilə satılmışdır. “AFF Park” yaşayış kompleksinə mənzillə bağlı sorğu verilmiş lakin cavab alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 izahatında bildirmişdir ki, iddiaçı onun bacısı,cavabdehlər onun oğlu və gəlinidir. Oğlu Hilal dəfələrlə onu döymüş, söyərək təhqir etmiş, üzünə tüpürmüş və ona əl qaldırmışdır. Oğlu ilə mübahisələrinə qonşuları şahid olmuş və onu qorumağa çalışmışlar. O, hal-hazırda pensiyadadır 275 manat pensiya alır. Evin kommunal xərclərini o özü ödəmişdir. Evi həmişə özü idarə etmişdir. 7 aydır ki, kirayə pulunu verə bilmir, 65 yaşı var və işləmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı onun xalası, Cəfərova Xalidə isə anasıdır. Mübahisəli mənzil onun atasının evidir. Onların əvvəllər Sumqayıt şəhərində evləri olmuşdur. Sumqayıt şəhərində olan evi satıb, Binəqədi ərazisindən ev almışlar. Mübahisəli torpaq sahəsində 1 ev vardır. Anası ilə arasında isə problem yoxdur. O heç kimi döyməmişdir. Mübahisə olan zaman həyətdə 4-cü PB-nin əməkdaşları olmuşdur. Bölmədə sadəcə onun ifadəsi alınmışdır. Ailə qurduqdan sonra kirayə qalmışdır. Mübahisəli torpaq sahəsi 5 sot olmuşdur. Onun 2 sotunu xalasının etibarnaməsi ilə 16000 manata satmışdır. Toyundan əldə etdiyi 20000 manat pul vəsaiti ilə birlikdə özünə “AAF park” yaşayış kompleksindən ev almışdır. Atası 2013-cü ildə vəfat etdikdən sora həmin ev üstündə mübahisələr yaranmışdır. Xalası Yaqut xanım Almaniyada yaşayır. Xalası ailəsində çox adamı məhkəməyə vermişdir. Bundan başqa cavabdeh yazılı şəkildə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı mübahisəli evə dair tələb irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Belə ki 1 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsinin 2inz(81)-981/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə X2 İddiaçı mübahisəli evin yerləşdiyi torpaq sahəsinin ayrılması haqqında 933 saylı xx xxxxxx 2011-ci il tarixli qərarı etibarsız hesab edilmişdir. Həmçinin Binəqədi Rayon Məhkəməsinin 2(001)-1453/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı özünün sözü gedən evdən çıxarılması və ərazinin boşaldılaraq X17 şirkətinin qanuni istifadəsinə verilməsi qət edilmişdir. Göründüyü kimi İddiaçı özünün sözügedən mənzildən çıxarılmasına dair qətnamə olduğu halda ona və Cavabdeh2 qarşı evdən çıxarılması tələbi ilə iddia qaldırması əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X9 tərəfindən Bakı şəhəri Binəqədi rayonu X2 sədri R.A.Cabbarova yazılmış ərizədən görünür ki, o, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2009-cu il tarixli 961 saylı sərəncamla ona ayrılmış 500 kv.m torpaq sahəsinin vətəndaş İddiaçı adına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayonu X2 sədri R.A.Cabbarov tərəfindən verilən xx xxxxxx 20011-ci il tarixli, 933 saylı qərardan görünür ki, X2 ərazi hüdudlarında vətəndaş X4 və İddiaçı razlıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş cəmi 500 kv.m torpaq sahəsini sahiblik və istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır. Vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən bu torpaq sahəsini rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsinə müraciət etmək tapşırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2inz(81)- 981/2012 saylı qərardan görünür ki, Binəqədi rayonu, X2 İddiaçı torpaq sahəsinin ayrılması haqqında 933 saylı, xx xxxxxx 2011-ci il tarixli qərarı etibarsız hesab edilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(001)-1453/2013-cü il tarixli qətnaməsindən görünür ki, “X17” şirkətinə məxsus şirkətin saziş ərazisi hüdudları daxilində İddiaçı tərəfindən inşa edilmiş tikilidən cavabdehin çıxarılması, həmin tikili cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq “X17” şirkətinin qanuni istifadəsinə verilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7160 saylı, xx xxxxx 2013-cü il tarixli rəydə göstərilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin mütəxəssisi tərəfindən mülki iş materiallarındakı məlumata əsasən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, X10 tikinti apardığı torpaq sahəsi “X17” şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsində, eləcədə tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901- İİQD saylı xx xxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunmuşdur. xx xxxxx 2012-ci il tarixli, AR-İ seriyalı, 189920 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı bu etibarnamə ilə X8 Bakı şəhəri, Binəqədi qəsəbəsi, yeni massiv döngə 8 ünvanda yerləşən yaşayış evini və torpaq sahəsini özəlləşdirməyi, idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icaze verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və sair hərəkətlər etməyi etibar etmişdir. Ağdam RİH Başçısının xx xxxxxx 2007-ci il tarixli 4 saylı X5 Çıxarışdan görünür ki, Ağdam şəhərində qeydiyyatda olan və hal-hazırda Bakı şəhəri Binəqədi rayonunda müvəqəti məskunlaşmış Cavabdeh1 ayrı təsərrüfatı olması barədə Ağdam şəhər nümayəndəliyinin xx xxxxxx 2007-ci il tarixli 421 saylı arayışı təsdiq edilmişdir. Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Məmmədhüseyn Əliyev tərəfindən qəbul edilən xx xxxx 2020-ci il tarixi cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, X7 və İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki izahatı alınan Cavabdeh1 bildirmişdir ki, atası Abbasov Eldar vəfat etdikdən sonra ev üstündə mübahisə yaranmışdır. Evi onun adına keçirməsini tələb etməsinə baxmayaraq anası bunu etməmişdir. xx.xx.2020-ci il tarixində qaynanası Naibə Qasımova və yoldaşı Lamiyə Qasımova ilə anası əməliyyat olunduğundan ona baş çəkməyə getmişdir. Həmin tarixdə saat 23:00 radələrində evinin qapısı içəri tərəfdən açarla bağlı olduğundan evə daxil ola bilməmişdir. Qapını xalası Yaqut açmışdır. Ona qapını bağlamaması ilə bağlı xəbərdalıq etdikdə xalası ona “sən kimsən ki” dediyindən aralarında mübahisə yaranmışdır. Hadisə zamanı anasını boğmamış. xalası İddiaçı dırmıq və bıçaqla vurmamışdır. xx xxxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla və işin faktiki halları ilə müəyyən edilmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 500 kv.m torpaq sahəsi X2 xx xxxxxx 20011-ci il tarixli, 933 saylı qərarına əsasən İddiaçı verilmişdir. İddiaçı xx xxxxx 2012-ci il tarixində həmin torpaq sahəsi ilə bağlı əməliyyatları satmağı, almağı, bağışlamağı, dəyişməyi və s. digər hərəkətlər etməyi barədə X8 etibarnamə vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2inz(81)- 981/2012 saylı qərarı ilə Binəqədi rayonu, X2 İddiaçı torpaq sahəsinin ayrılması haqqında 933 saylı, xx xxxxxx 2011-ci il tarixli qərarı etibarsız hesab edilmişdir. Mübahisəli torpaq sahəsi “X17” şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsində, eləcədə tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx xxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(001)-1453/2013-cü il tarixli qətnaməsi ilə sübut edilmiş və cavabdehin həmin mənzildən çıxarılması, özbaşına tikilinin onun hesabına sökülməsi və şirkətin istifadəsinə qaytarılması qət edilmişdir. Hal-hazırda mübahisəli torpaq sahəsində tikilən evlər faktiki olaraq özbaşına tikilidir. İddiaçı iddia edir ki, həmin torpaq sahəsi üzərində yerləşən cavabdehlərin faktiki istifadə etdiyi tikili ona məxsusdur. Cavabdeh isə bununla razılaşmayaraq həmin torpaq sahəsinin “X17” şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsi olduğunu, bu səbəblə iddiaçının məhkəmədə ona qarşı iddia qaldırılmasına subyektiv hüququ olmadığını bildirərək, iddianın rədd edilməsni xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İşin faktiki halları ilə müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2inz(81)-981/2012 saylı qərarı ilə Binəqədi rayonu, X2 İddiaçı torpaq sahəsinin ayrılması haqqında 933 saylı, xx xxxxxx 2011-ci il tarixli qərarı etibarsız hesab edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(001)- 1453/2013-cü il tarixli qətnaməsi ilə “X17” şirkətinə məxsus şirkətin saziş ərazisi hüdudları daxilində İddiaçı tərəfindən inşa edilmiş tikilidən cavabdehin çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq “X17” şirkətinin qanuni istifadəsinə verilməsi qət edilmişdir. İddiaçı “X17” şirkətinin icarəsində olan kontrakt sahəsinin hüdudları daxilində tikinti aparmışdır. Hal-hazıradək nə torpaq sahəsi, nə də ki, onun üzərində tikilmiş tikiliyə dair cavabdehin hüquqlarının dövlət reyestrində qeydə alınması məhkəmədə müəyyən edilməmişdir. Yəni torpaq sahəsi faktiki olaraq zəbt edilmiş, torpaq sahəsində yerləşən tikililər isə özbaşına tikilidir. Yəni torpaq sahəsi üzərində, o cümlədən mübahisəli yaşayış evi üzərində nəinki mülkiyyət, hətta sahiblik və istifadə hüquqları da qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilməmişdir. Üstəlik məhkəmə qətnaməsi ilə inşa edilmiş tikilinin sökülməsi və ərazinin boşaldılaraq “X17” Şirkətinin qanuni istifadəsinə qaytaılması qərara alınmışdır. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən o qənaətə gəlir ki, iddiaçının mübahisə predmetini təşkil edən torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə dair subyektiv hüququ mövcud deyildir. Subyektiv hüququ olmayan tərəf başqasından nəyisə tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abbasova (Həsənova) Lamiyə İbrahim qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Abbasova (Həsənova) Lamiyə İbrahim qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4135/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4135/2020
30.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver