Məhkəmə qərarları › İş №2(001)-4143/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4143/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4143/2020 15.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələr aradan qaldırılmaqla xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a/241a saylı bağ evinə köçürülmələrinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələr aradan qaldırılmaqla xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a/241a saylı bağ evinə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2007-ci il tarixdə Cavabdeh1 ilə ailə münasibətlərinə girərək cavabdehin valideynlərinə məxsus Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən 141a/241a saylı 1 mərtəbəli 3 otaqlı, 1 mətbəxdən ibarət olan bağ evinə gəlin köçmüşdür. xx.xx.2009-cu ildə onların nikahları rəsmi qaydada qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 anadan olmuşdur. Uşaqlarının hər ikisi həmin evdə dünyaya gəlmiş, hazırda o və azyaşlı uşaqları həmin evdə qeydiyyatdadırlar. Cavabdeh1 2020-ci ilin aprel ayında onu və azyaşlı uşaqlarını evdən qovmuşdur. Valideynlərinin ona verdiyi cehiz əşyaları şifoner, servant, termo, stol, taxt, çarpayı, 3 ədəd döşək, taxt üçün döşək, 3 ədəd yorğan, 1 ədəd taxt üçün yorğan, 6 ədəd balış, 2 ədəd taxt üçün balış, 10 ədəd nalça, tozsoran, elektrikli ətçəkən maşın, 2 ədəd çaynik, 2 ədəd qazan, tava nabor, ütü, soyuducu, 2 ədəd xalça, 2 ədəd adeyal və qab-qacaqlar həmin evdə qalmışdır. Cavabdehlə nikahı pozulmamış, onun azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Ona görə də cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılaraq onun xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a/241a saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı onun oğlu Cavabdeh1la 2007-ci ildə nikaha daxil olaraq ona məxsus Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a saylı bağ evinə cehiz əşyaları ilə birlikdə köçmüşdür. O, 3 otaqdan ibarət evdə bir otağı oğlu ilə gəlininə ayırmışdır. Bu evdə onun iki nəvəsi anadan olmuşdur. Həmin evə dair onun mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. O, iddiaçını və nəvələrini evinə qeydiyyata almışdır. 2020-ci iln aprel ayında iddiaçı uşaqları ilə birlikdə özü yaşadığı evi tərk etmiş, valideynlərinin evinə getmişdir. Hal-hazırda o, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a saylı evə köçüb yaşamalarına etiraz etmir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2007-ci ildə nikaha daxil olmuş, bundan sonra iddiaçı onun yaşadığı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a saylı bağ evinə cehiz əşyaları ilə birlikdə köçmüşdür. xx.xx.2009-ci ildə onlar rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 anadan olmuşdur. İlk əvvəl münasibətləri normal olsa da, son vaxtlar iddiaçının ona qarşı münasibəti dəyişmişdir. Belə ki, iddiaçını onun qazancı qane etmir. Ona görə də İddiaçı 2020-ci ilin aprel ayında uşaqları ilə birlikdə valideynlərinin evinə getmişdir. Hal-hazırda o, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a saylı evə köçüb yaşamalarına etiraz etmir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a saylı bağ evinin B tikilisi X5, C tikilisi X2, A tikilisi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 67 saylı reyestr kitabının 7055 saylı vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli № 05/Q-769/69 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1116 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada İbadova soyadı verilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 12863975 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141A/241A saylı bağ evində qeydiyyatda olan X16 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 12733318 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141A/241A saylı bağ evində qeydiyyatda olan X17 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri BRİHB-nın Xocasən İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2292 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh1, İddiaçı, X16, X17, X14, X8, X9, X20, X26, X29, X10, X3, X6, X11, X7, X1 rayonu Sulutəpə qəsəbəsi 141a/241a saylı evdə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı 2007-ci ildə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a/241a saylı fərdi yaşayış evinə köçmüş, bu ünvanda iki övladı anadan olmuş, cavabdehlər tərəfindən yaradılan manelərə əsasən 2020 -ci ilin aprel ayından övladları ilə birlikdə yeganə yaşayış sahəsi olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a/241a saylı fərdi yaşayış evində yaşaya bilmir. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı N.Ə. İbadova xx.xx.2020-ci ildə Cavabdeh2 mülkiyyət hüquqları qeydə alınan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a/241a saylı fərdi yaşayış evinə (indiki Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a saylı evin A tikilisinə) hələ 2007-ci ildə köçərək bu evdə yaşadığından, daha sonra bu evdə onun iki övladı anadan olduğundan, 2020-ci ilin aprel ayında isə övladları ilə birlikdə daimi yaşayış yerini tərk etməli olduğundan, cavabdehlər iddia tələblərini etiraf etdiklərindən iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan manelər aradan qaldırılmaqla İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a/241a saylı fərdi yaşayış evinə (indiki Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 141a saylı evin A tikilisinə) köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar