Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4158/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 03 yanvar 1962-ci il tarixdə Meğri rayonunda doğulması, atasının X4, anasının X5, miliyyətlərinin azərbaycanlı olması barədə doğumun qeyd edilmə faktının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 03 yanvar 1962-ci il tarixdə Meğri rayonunda anadan olmuşdur. X2, anası isə X3r. Hər ikisinin milliyyəti Azərbaycanlıdır. O, 14 sentyabr 1987-ci il tarixdə X13 ilə rəsmi nikaha daxil olaraq, Bağırova soyadını qəbul etmişdir. Bu nikahdan 2 uşaqları vardır. Qeyd etmək istəyir ki, məlum hadisələrlə bağlı Azərbaycan Respublikasına gələrək Bakı şəhərində məskunlaşmışlar. Onlar köç edərkən sənədlərinin hamsını götürmək imkanları olmamışdır. Həmin sənədlərdən biri də məhz doğum haqqında şəhadətnaməsidir. Buna baxmayaraq o, Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi almış, hazırki vaxta qədərdə hər hansı problemləri olmamışdır. Qeyd edir ki, anası X5 xx.xx.2020-ci il tarixdə, X2 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda vərəsəliklə bağlı sənədləşmə işlərində doğum haqqında şəhadətnamənin təqdim edilməsi zəruridir. Doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Binəqədi rayon qeydiiyat şöbəsinə müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Qeydiyyat şöbəsi tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 4-cü bəndində əks olunan hüquqi mövqeyinə uyğun olaraq izah edir ki, iddiaçının doğum haqqında akt qeydi yalnız doğumun qeydə edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə müvafiq rayon (şəhər) məhkəməsinin qətnaməsi əsasında bərpa edilə bilər. Əlavə olaraq qeyd edir ki, o, 03 yanvar 1962-ci il tarixdə anadan olmağına baxmayaraq şəxsiyyət vəsiqəsində yalnız doğulduğu il qeyd edilmişdir. Halbuki, onun ərizəsinə əlavə etdiyi komsomol biletində də yanvar ayında doğulduğu açıq şəkildə qeyd edilmişdir. Ayın üçündə doğulmağı faktını isə məhkəmə iclasına dəvət edəcəyi şahidlər təsdiq edəcəkdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda ərizəyə etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Həyat yoldaşı Ərizəçi 03 yanvar 1962-ci il tarixdə Meğri rayonunda anadan olmuşdur. X2, anası isə X5, milliyyətcə azərbaycanlı olmuşlar. Ərizəçinin valideynləri vəfat etmişdir. Onun soyadı Bağırov olduğundan, Lətifə xanım nikahdan sonra Bağırova soyadını qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi 03 yanvar 1962-ci il tarixdə Meğri rayonunda anadan olmuşdur. X1, anaları isə X5 olmuşdur. Onlar milliyətcə azərbaycanlıdırlar. Valideynlərinin hər ikisi vəfat etmişdir. Onlar məlum hadisələrlə bağlı köçəndə bacısı doğum haqqında şəhadətnaməsini itirmişdir, bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, onun doğum akt qeydi bərpa edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşının arvadıdır. Ərizəçi 03 yanvar 1962-ci il tarixdə Meğri rayonunda anadan olmuşdur. X2, anası isə X5, milliyyətcə azərbaycanlı olmuşlar. Ərizəçinin valideynləri vəfat etmişdir. İş materiallarında olan: 052779 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Göyçək Şahsuvar qızı arasında nikah 18 aprel 1962-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada Kələntərova soyadı verilmişdir. AZ-İİ 092951 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 may 2020-ci il tarixdə ölmüşdür. AZ-İİ 307349 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 dekabr 2022-ci il tarixdə ölmüşdür. İİ-СЛ 348792 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 arasında nikah 14 sentyabr 1987-ci il tarixdə Meğri rayonunda bağlanmış, nikah bağlandıqdan sonra arvada Kələntərova soyadı verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ciı il tarixdə anadan olmuşdur. 27396451 nömrəli komsomol biletinin surətindən görünür ki, X6 1962-ci ilin yanvar ayında anadan olmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 30 may 2024-cü il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, itmiş sənədinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi tərəfindən ərizəçiyə ünvanlanmış 20 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsi barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün doğum haqqında şəhadətnamənin surətinin təqdim olunması imkanları xaricindədir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, bunun üçün kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sənədlərə və şahid ifadələrinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Kələntərova (hazırki soyadı Bağırovadır) Lətifə Qəhrəman qızının 03 yanvar 1962-ci il tarixdə Meğri rayonunda doğulması, atasının X4, anasının X5, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kələntərova (hazırki soyadı Bağırovadır) Lətifə Qəhrəman qızının 03 yanvar 1962-ci il tarixdə Meğri rayonunda doğulması, atasının X4, anasının X5, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Hazırki qətnamə Kələntərova (hazırki soyadı Bağırovadır) Lətifə Qəhrəman qızına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4158/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4158/2024
03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver