Məhkəmə qərarları › İş №2(001)-417/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-417/2023

12.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-417/2023 12.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İbrahı̇ mova Rəna Yaşar qızının, İbrahı̇ mova Zeynəb Vaqı̇ f qızının, İbrahı̇ mova Fatmeyı̇ -Zəhra Vaqı̇ f qızının, İbrahı̇ mov Əlı̇ abbas Vaqı̇ f oğlunun, İbrahı̇ mov Yusı̇ f Vaqı̇ f oğlunun Cavabdeh qarşı ünvan 1, 4 otaqlı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İbrahı̇ mova Rəna Yaşar qızı, İbrahı̇ mova Zeynəb Vaqı̇ f qızı, İbrahı̇ mova Fatmeyı̇ -Zəhra Vaqı̇ f qızı, İbrahı̇ mov Əlı̇ abbas Vaqı̇ f oğlu, İbrahı̇ mov Yusı̇ f Vaqı̇ f oğlu Cavabdeh qarşı ünvan 1, 4 otaqlı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və qeyriləri mübahisəni sülhlə həll etmək məqsədilə yanvar 2023-cü il tarixdən etibarən 2 il ərzində Cavabdeh (İbrahimova) və iki uşağının davamlı yaşaması üçün hazırda yaşadığı şəraitə xas olan yaşayış sahəsi ilə təmin edəcəklərini öhdələrinə götürürlər. Cavabdeh iddiaçılar İddiaçı1 və qeyrilərinin xx.xx.2023-cü il tarixdən etibarən 2 il ərzində, yaşadığı evin şəraitinə xas yaşayış sahəsi ilə onu təmin edəcəkləri (kirayə haqqını ödəyəcəkləri) şərti ilə iddiaçılara məxsus evə dair hazırda və gələcəkdə hər hansı bir tələbi və iddiası olmayacağını bəyan edir. Tərəflər hər ay üçün kirayə haqqının məbləğini 200 manat həddində razılaşdırırlar. Tərəflər məhkəməyə bəyan edirlər ki, iddiaçılar cavabdehi özünün seçdiyi və bəyəndiyi fərdi yaşayış evi ilə (Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi 11-ci döngədə 3 otaqlı fərdi yaşayış evi) təmin etmişlər və cavabdeh də mübahisəli yaşayış evini artıq tərk edərək, əşyaları və uşaqları ilə birlikdə həmin fərdi yaşayış evinə köçmüşdür. İddiaçılar İddiaçı1 və qeyriləri və Cavabdeh (İbrahimova) hazırkı sazişlə ünvan 1 ünvanda yerləşən 4 otaqlı fərdi yaşayış evi ilə bağlı aralarındakı mübahisələrini razılaşdırmış və başa çatdırmış olurlar. Saziş tərəflərin həqiqi niyyətini ifadə edir və razılaşdırılmış şərtlərin həyata keçirilməsini və bilavasitə və ya dolayısı ilə heç bir maneə törətməməyi tərəflər öhdələrinə götürürlər. Hazırkı saziş tərəflər öhdəliklərini tam yerinə yetirilənədək qüvvədədir. Tərəflər Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə müvafiq olaraq məhkəmədən barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasında tərəflər məhkəməyə təqdim olunan barışıq sazişinin təsdiq olunmaqla mülki iş üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinin onlara aydın olmasını bildirmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3.-cü maddəsinə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261.0. maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçılar İbrahı̇ mova Rəna Yaşar qızının, İbrahı̇ mova Zeynəb Vaqı̇ f qızının, İbrahı̇ mova Fatmeyı̇ -Zəhra Vaqı̇ f qızının, İbrahı̇ mov Əlı̇ abbas Vaqı̇ f oğlunun, İbrahı̇ mov Yusı̇ f Vaqı̇ f oğlunun Cavabdeh qarşı ünvan 1, 4 otaqlı fərdi yaşayış evinə köçürülmə tələbinə dair 2(001)-417/2023 saylı mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.Barışıq sazişinin şərtləri: 1.1.İddiaçılar İddiaçı1 və qeyriləri mübahisəni sülhlə həll etmək məqsədilə yanvar 2023-cü il tarixdən etibarən 2 il ərzində Cavabdeh (İbrahimova) və iki uşağının davamlı yaşaması üçün hazırda yaşadığı şəraitə xas olan yaşayış sahəsi ilə təmin edəcəklərini öhdələrinə götürürlər. 1.2.Cavabdeh iddiaçılar İddiaçı1 və qeyrilərinin xx.xx.2023-cü il tarixdən etibarən 2 il ərzində, yaşadığı evin şəraitinə xas yaşayış sahəsi ilə onu təmin edəcəkləri (kirayə haqqını ödəyəcəkləri) şərti ilə iddiaçılara məxsus evə dair hazırda və gələcəkdə hər hansı bir tələbi və iddiası olmayacağını bəyan edir. 1.3.Tərəflər hər ay üçün kirayə haqqının məbləğini 200 manat həddində razılaşdırırlar. 1.4.Tərəflər məhkəməyə bəyan edirlər ki, iddiaçılar cavabdehi özünün seçdiyi və bəyəndiyi fərdi yaşayış evi ilə (Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi 11-ci döngədə 3 otaqlı fərdi yaşayış evi) təmin etmişlər və cavabdeh də mübahisəli yaşayış evini artıq tərk edərək, əşyaları və uşaqları ilə birlikdə həmin fərdi yaşayış evinə köçmüşdür. 1.5.İddiaçılar İddiaçı1 və qeyriləri və Cavabdeh (İbrahimova) hazırkı sazişlə ünvan 1 ünvanda yerləşən 4 otaqlı fərdi yaşayış evi ilə bağlı aralarındakı mübahisələrini razılaşdırmış və başa çatdırmış olurlar. 1.6.Saziş tərəflərin həqiqi niyyətini ifadə edir və razılaşdırılmış şərtlərin həyata keçirilməsini və bilavasitə və ya dolayısı ilə heç bir maneə törətməməyi tərəflər öhdələrinə götürürlər. 2.Barışıq sazişinin hüquqi nəticələri: 2.1.Hazırkı saziş tərəflər öhdəliklərini tam yerinə yetirilənədək qüvvədədir. 2.2.Tərəflər Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə müvafiq olaraq məhkəmədən barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş edirlər. 2.3.Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi iş üzrə icraatın başlanılması üçün əsasdır. 2.4.Tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinin tələbləri, yəni işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunur. 2.5.İddiaçılar İbrahı̇ mova Rəna Yaşar qızının, İbrahı̇ mova Zeynəb Vaqı̇ f qızının, İbrahı̇ mova Fatmeyı̇ -Zəhra Vaqı̇ f qızının, İbrahı̇ mov Əlı̇ abbas Vaqı̇ f oğlunun, İbrahı̇ mov Yusı̇ f Vaqı̇ f oğlunun Cavabdeh qarşı ünvan 1, 4 otaqlı fərdi yaşayış evinə köçürülmə tələbinə dair 2(001)-417/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar