Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4176/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 26 saylı evin 52 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 26 saylı evin 52 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri 5 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixdə 4Ə/213 reyestri üzrə rəsmiləşdirərək Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 26 saylı evin 52 saylı mənzilini X2 alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Həmin mənzili alarkən orada X4, X5 və Cavabdeh qeydiyyatda olmuşlar. Müqavilə üzrə satıcı müqavilə notariat kontorunda təsdiq olunduqdan sonra 30 gün müddətində mənzildən qeydiyyatdan çıxamağı öhdəsinə götürmüşdür. Digər şəxslər mənzildən qeydiyyatdan çıxmış olsalar da, cavabdeh F.N.İbrahimov Azərbaycan Respublikasından kənarda yaşaması səbəbi ilə mənzildən qeydiyyatdan çıxa bilmir. Mənzil hazırda onun istifadəsində, sahibliyində və mülkiyyətindədir. Cavabdehin onun mülkiyyətində olan evdə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də Cavabdeh ona məxsus Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 26 saylı evin 52 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ünvanladığı müraciətindən müəyyən olunur ki, o, iddia ərizəsini qəbul edir, Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 26 saylı evin 52 saylı mənzilində onun qeydiyyatı formal xarakter daşıyır, mənzil onun anası M.R.Şirəliyeva tərəfindən İddiaçı satılmış, Rusiya Federasiyasında yaşadığından işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia ərizəsinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. X9 Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. X1, ipoteka saxlayan Bank of Baku ASC, alıcı (ipoteka qoyan) İddiaçı və birgə borcalan X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən müəyyən olunur ki, satıcı xüsusi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 26 saylı evin 52 saylı mənzilini alıcıya 128000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 26 saylı evin 52 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı yanında Statistik MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 25 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh 1988-ci ildən Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 26 saylı evin 52 saylı mənzilində daimi qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh iddia ərizəsini qəbul edərək Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 26 saylı evin 52 saylı mənzilinin özgəninkiləşdirilməsinə etirazı olmadığını bildirdiyindən iddia ərizəsi təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 26 saylı evin 52 saylı mənzilinə istifadə hüququna xitam verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4176/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4176/2020
24.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver