Məhkəmə qərarları › İş №2(001)-420/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-420/2024

06.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-420/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X2 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X2 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3- 17-6/3-4-77/2023 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə (Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici) bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin proqram vasitələrinin tətbiqi və texniki xidmət şöbəsində kompüter operatoru vəzifəsinə təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə ləğv edilmiş və eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X6i yaradılmışdır. İşlədiyi Mərkəz ləğv edildiyindən o, öz ərizəsi ilə xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş və xx.xx.2020-ci il tarixdən yeni yaradılmış "Əmək Bazarı və Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X5 sonradan bildikləri müddətə, yəni 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanaraq "Ümumi" şöbədə mütəxəssis vəzifəsinə işə götürülmüşdür. Bundan sonra 3 ayın tamamında, yəni xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə əsassız olaraq **********9 saylı xitam əmri verilmişdir. O, bundan sonra cavabdehin qanunsuz olaraq onu işdən çıxarması ilə əlaqədar cavabdehə qarşı Binəqədi Rayon Məhkəməsində "Əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək məhkəmədən xx.xx.2020-ci il tarixli **********9 saylı əmrin ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X4 ümumi şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X4 "Əmək müqaviləsinə xitam verilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrinin ləğv edilməsi, iddiaçı olaraq onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X4 "Ümumi" şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi və onun məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X6i tərəfindən ona ödənilməsi qət edilmişdir, qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-8526/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Apellyasiya Məhkəməsinin qətnaməsindən də narazı qalaraq kassasiya şikayəti vermişr və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-3564/2022 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixində icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Sonradan aidiyyat ailə bağlı Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədi icra məmuru Aslan Aslanbəylinin icraatına verilmişdir. Cavabdeh bir müddət müxtəlif bəhanələr gətirərək sənədi qəsdən yubatmış və nəhayət ki, icra sənədi qismən, yəni əmrin ləğv edilərək işə bərpa hissəsində təmin edilmiş və o, xx.xx.2022-ci il tarixində 3 ay müddətinə Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir. Müqaviləsi bitdikdən sonra yenidən müqavilə bağlanmadan 3 ay müddətinə uzadılmışdır. Növbəti 3 ay tamamında, yəni xx.xx.2023-cü il tarixində yenə də əvvəlki əsaslarla əmək müqaviləsinin bitməsi əsası ilə hansı ki o əsas artıq bütün məhkəmə instansiyalarında əsassız sayılmışdır, o, yenidən işə bərpa edilmişdir. Hətta əvvəlki icra sənədi belə əmək haqqının ödənilməsi hissəsində tam icra edilməmişdir və bununla bağlı artıq məhkəməyə müraciət etmişdir. İcra sənədinə hazırda xitam verilməmişdir və icra məmurunun icraatındadır. Müddətin bitməsi ilə onun işlədiyi X5 işdən çıxarılması əsassız və qanunsuzdur. Belə ki, işlədiyi X6 və təyin edildiyi vəzifəsi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olan iş olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Bundan əlavə olaraq Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən edilmişdir ki, onlardan hamilə, habelə üç yaşınadək uşağı olan qadınlardır. O, işdən azad olunan tarixdə isə o, hamilə olduğunu bildirsə də, buna məhəl qoymadan onu qanunsuz olaraq işdən çıxardılar. Hesab edir ki, cavabdehin onu işdən çıxarmağı qanunsuz və əsassız olduğundan iddiası təmin edilməlidir. Beləliklə də hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanmasına işçi olaraq onun iradə ifadəsi üzrə razılığı yoxdur, işəgötürənin razılığı isə 47-ci maddənin "f' bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Ona görə də əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bənd) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Odur ki, əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz. Eyni zamanda da eyni əsaslarda bir dəfə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam vermə əmri məhkəmə tərəfindən əsassız hesab edilərək ləğv edilmişdir və qismən də olsa icra edilmişdir. Hesab edir ki, eyni əsaslarla yenidən əmək müqaviləsinə xitam verilməsi başa düşülən deyildir və qanunsuz hesab edilməlidir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia tələbi əsassız olduğundan və formal mülahizələrə əsaslandığından rədd edilməlidir (təmin olunmamalıdır). İddia tələbinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən xx.xx.2023-cü il tarixdə Observatoriya ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilərkən İddiaçı hamilə olduğunu bildirmiş, lakin işəgötürən tərəfindən bu fakt nəzərə alınmadan onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı istinad etdiyi halı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsi ilə əsaslandırmağa çalışır. Bununla bağlı qeyd etməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunsa da, həmin Məcəllənin 2-ci hissəsində bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəaların bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73cü maddəsi ilə xitam verilən hallara şamil edilmədiyi müəyyən olunmuşdur. Tərəfin iddia ərizəsindən və iş materiallarından göründüyü kimi iddiaçının əmək müqaviləsinə də məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsindəki hal üzrə (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda) və həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Odur ki, iddiaçının hamilə olması onunla bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilməsini əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq istisna etmir. İddia tələbinin digər dəlili iddiaçının təyin edildiyi vəzifənin əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik iş olduğunun qabaqcadan bəlli olduğu halda onunla müddətli əmək müqaviləsinin bağlanmasıdır. İddiaçı istinad etdiyi halı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi ilə əsaslandırmağa çalışır. Bununla bağlı qeyd etməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsində əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalı olması göstərilsə də, elə həmin normanın dispozisiya şərtlərində müstəsna hal kimi bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halların istisna olunması vurğulanmışdır. Həmin Məcəllənin 47-ci maddəsinin f) bəndində isə belə hallardan biri kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanılması nəzərdə tutulmuşdur. Başqa sözlə, Azərbaycan Respublikasının əmək qanunvericiliyi ümumi halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalı olmasını müəyyən etsə də, bu ümumi qaydadan istisna hallardan biri kimi hətta əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda belə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanmasını mümkün hesab etmişdir. Odur ki, iddiaçının əmək funksiyalarının xarakterindən asılı olmayaraq tərəflərin hüquq bərabərliyinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddət müəyyən edilməklə bağlanması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin və həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinin tələblərinə uyğun olmuşdur. İddia tələbinin digər dəlili iddiaçının müvafiq əmək müqaviləsinin müddətli bağlanmasına güya özünün iradə ifadəsinin, razılığının olmamasından, dolayısı ilə həmin müqavilənin müddət müəyyən edən şərtinin uydurma əqd olmasından ibarətdir. İddiaçı bu dəlillərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi və Mülki Məcəlləsinin 324.1-ci, 340.1-ci maddəsi ilə əsaslandırmağa çalışır. Bununla bağlı ilk növbədə qeyd etməyi vacib hesab edirlər ki, iddiaçının xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətli şərtlərlə bağlanmasına güya razılığının olmaması, həmin şərtlərin sonuncunun həqiqi iradəsinə zidd olması tamamilə əsassızdır. Tərəflər arasında bağlanmış müvafiq əmək müqaviləsinin müddətlə bağlı şərtlərini iddiaçının iddia tələbi kontekstində əqdin etibarsızlığının müəyyən edilməsi ilə bağlı yuxarıda istinad olunmuş məhkəmə qərarlarında göstərilmiş indikatorlar (meyarlar) əsasında şərti olaraq qiymətləndirdikdə əqdi bağlayan şəxsin anlaqlı olması: xx.xx.2022-ci il tarixli əmək müqaviləsini bağlayan tərəflər - iddiaçı və işəgötürən anlaqlı şəxs olmuşdur, əqdin məzmununun mümkünsüzlüyü: sözügedən əmək müqaviləsi onun özündə müəyyən edilmiş müddət ərzində icra olunmuşdur, əqdin məcburi hüquq qaydalarına zidd olması: sözügedən əmək müqaviləsinin qeyd olunan müddət şərtləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin və həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinin tələblərinə uyğun olmuşdur, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması: iddiaçı əmək müqaviləsinin müddətli şərtlərlə bağlanmasına güya razılığının olmamasını, həmin şərtlərin sonuncunun həqiqi iradəsinə zidd olmasını iddia etsə də iddia ərizəsinin məzmunundan da göründüyü kimi iradə ifadəsinin zədələnmiş olması ilə bağlı hər hansı halın (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə təsiri altında əqdin bağlanması və s.) baş verməsi faktına istinad etməmişdir. Başqa sözlə, sözügedən əmək müqaviləsinin müddət şərtlərinin müəyyən olunması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339-cu maddəsində sadalanmış, tərəflərin iradə ifadəsinin zədələnmiş hesab olunması üçün müəyyən edilmiş hallar baş verməmişdir. Hazırkı məhkəmə mübahisəsinin predmeti olan əmək münasibətlərinin spesifikliyi ondan ibarətdir ki, iddia ərizəsində də qeyd olunduğu kimi, iddiaçı məhz onun işə bərpa tələbinin təmin olunmasına dair Binəqədi Rayon Məhkəməsinin 5 aprel 2021-ci il larixli, 2(001)-1727/2021 saylı icra sənədinin icrasının təmin olunması ilə əlaqədar Observatoriyada işlə təmin edilmiş, bu zaman, yəni müvafiq əmək müqaviləsi bağlanılarkən və onun şərtləri razılaşdırılarkən İddiaçı işçi yox, məhz “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə müvafiq olaraq tələbkar hüquqi statusunda, Observatoriya isə həmin Qanunun 28.4-cü maddəsinə əsasən borclu statusunda olmuş, bununla da İddiaçı müqavilə bağlanılarkən tələbkar qismində çıxış etdiyindən borclu Observatoriyaya münasibətdə üstün hüquqi mövqedə (xeyrinə müəyyən hərəkətlərin edilməli olduğu şəxs) olmuş, Observatoriya isə məcburi icra tədbirləri və icra sənədinin tam və vaxtında icra olunmadığı halda icra haqqında qanunvericilikdə müəyyən edilmiş qanuni cəza və inzibati məsuliyyət təhdidi altında olmuşdur. Odur ki, hüquqi baxımdan üstün mövqedə olan tələbkar İddiaçı iradə ifadəsinin zədələnməsindən və ya razılığı olmadan əmək müqaviləsinin müddətli əsaslarla bağlanmasından söhbət gedə bilməzdi. Təsadüfi deyildir ki, N.X1, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində İnformasiya üzrə əlaqələndirici vəzifəsinə təyin olunması barədə 22 dekabr 2022-ci il tarixli **********6 nömrəli əmrin məzmunundan da göründüyü kimi sonuncu məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi məqsədilə həmin vəzifəyə təyin edilmiş, əmrin əsaslarından biri də Ali Məhkəmənin Mülki Kollegiyasının 2022-ci il 21 iyun tarixli 2(102)-3564/2022 nömrəli qərarı olmuşdur. Əqdin qanunda nəzərdə tutulmuş formaya uyğun olması - iddiaçı tərəfindən mübahisələndirilən əmək müqaviləsi və onun müvafiq şərtləri əmək qanunvericiliyində müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun tərtib edilmiş və bağlanılmış, əmək müqaviləsinin İddiaçı çatan nüsxəsi də sonuncuya müvafiq qaydada təqdim edilmişdir. Şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri - qeyd olunduğu kimi sözügedən əmək müqaviləsi fərdi əmək mübahisəsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindəki tələbin işə bərpa hissəsinin icrası çərçivəsində və icra məmurunun tələbi və yaxından iştirakı ilə bağlanmış, onun məzmunu, o cümlədən müddət şərtləri razılaşdırılarkən və müqavilə bağlanılarkən İddiaçı diqtə edən tərəf kimi tələbkar qismində üstün mövqedə, Observatoriya isə prosessual baxımdan ondan asılı tərəf kimi icra sənədi üzrə borclu qismində iştirak etmiş, sonuncunun iddiaçıya hər hansı formada (inzibati, iqtisadi, maliyyə, təşkilati-sərəncamverici) təsir imkanı mövcud olmamış, sonuncu könüllü əsaslarla və hər hansı prosessual və ya qeyri-prosessual müdaxiləyə məruz qalmadan əmək müqaviləsinin müddət şərtləri ilə razılaşmışdır. İradə ifadəsinin Konstitusiya Məhkəməsinin istinad olunmuş qərarındakı hüquqi mövqedə təsvir edilmiş formalarından biri kimi tərəflərin əqdin bağlanmasından sonrakı hərəkətləri də qeyd olunanları təsdiq edir. Belə ki, İddiaçı Observatoriyada müddətli əmək müqaviləsi əsasında işlədiyi dövrdə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətlə bağlı şərtlərini hər hansı bir formada mübahisələndirməmiş, bu barədə nə icra sənədinin icraatını həyata keçirən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, nə də əmək qanunvericiliyinin tələblərinə nəzarət orqanı kimi X2 Xidmətinə, nə də işgötürənə hər hansı formada şikayət, etiraz və ya müraciət ünvanlamamışdır. Bununla yanaşı, iddia ərizəsində də qeyd olunduğu kimi tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış, iddiaçı da işgötürənlə eyni müqavilə şərtləri əsasında əmək münasibətlərini davam etdirmişdir. Beləliklə, iddiaçının xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlandıqdan sonrakı hərəkətləri də sonuncunun sözügedən müqavilədəki iradə ifadəsinin həqiqi iradəsi ilə üst-üstə düşdüyünü təsdiq edir. Bütün bunlarla yanaşı, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin Observatoriyadakı nüsxəsindən görünür ki, müqavilənin ilk səhifəsinin yuxarı sərlövhəsində İddiaçı “Əmək müqaviləsi ilə tanış oldum, nüsxəsini təhvil aldım. xx.xx.2022-ci il" məzmununda əlyazma qeydi və həmin qeydi təsdiq edən imzası mövcuddur. Bununla yanaşı, sözügedən əmək müqaviləsinin bütün səhifələri, o cümlədən onun müddətli əsaslarla bağlanmasını müəyyən edən 2.2-ci bəndinin əks olunduğu birinci səhifəsinin alt hissəsində İddiaçı öz imza-xətt nümunəsi ilə müqaviləni təsdiq etmiş, bununla da müqavilənin bütün şərtlərinə, habelə onun müddət müəyyən edən şərtinə razılığını sərbəst iradəsini imzası ilə ifadə etmişdir. İşin hallarında onun bununla bağlı iradəsini məhdudlaşdıran hər hansı bir fakt mövcud olmamışdır. İddiaçı (işçi) əmək müqaviləsinə, hətta onun hər səhifəsinə imza etməklə onun şərtlərini qəbul etməsi barədə iradə ifadəsini bəyan etmişdir, tərəflər arasındakı əvvəlki fərdi əmək mübahisəsinin həlli barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2022-ci il 21 iyun tarixli 2(102)- 3564/2022 nömrəli qərarının icrası çərçivəsində Observatoriya tərəfindən tələbkar İddiaçı təqdim edilmiş iş təklifinin məzmunundan göründüyü kimi sonuncuya təklif olunan vəzifənin (informasiya əlaqələndiricisi) əmək şəraiti şərtlərində müqavilə müddətinin 3 ay olması, yəni müddətli əsaslarla əmək müqaviləsinin bağlanması təklif olunmuş (oferta), təklifin məzmunundakı ona münasibət bildirilməsi ilə bağlı adresat üçün ayrılmış qrafadan isə göründüyü kimi İddiaçı öz əlyazma qeydi ilə təklifi qəbul etdiyini bildirmiş və imzası ilə qeydini təsdiq etmişdir. Bir daha qeyd etməyi zəruri hesab edirlər ki, sözügedən iş ofertasını akspet edən zaman Observatoriya icra sənədi üzrə borclu, İddiaçı isə tələbkar statusunda olmuşdur. Odur ki, İddiaçı icra sənədi üzrə tələbkar kimi “İcra haqqında" Qanununda müəyyən edilmiş qaydada borclunun ona təqdim etdiyi tələbin icra üsulunu və ya təklifi qəbul etməyə, ondan imtina edə bilərdi. Hətta, vətəndaş İddiaçı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.0.2-ci maddəsinə müvafiq olaraq müraciətinə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək hüququna malik olmuşdur. Lakin buna baxmayaraq sonuncu Observatoriyanın vəzifə təklifini xx.xx.2022-ci il tarixdə aksept etdikdən 1 gün sonra xx.xx.2022-ci il tarixdə quruma ərizə ilə müraciət edərək məhkəmə qərarının icrası ilə əlaqədar ona təklif olunmuş işə qəbul olunmaq üçün müvafiq sənədlərini rəsmi qaydada təqdim etmişdir. Bununla da İddiaçı ona təklif olunmuş vəzifənin əmək şəraiti şərtlərinə, o cümlədən müddət şərtinə razılığını, sərbəst iradə ifadəsini ardıcıl olaraq bəyan etmişdir. Beləliklə, iddiaçı müvafiq ofertanı aksept etməklə onun əsasında bağlanmış əqdi (əmək müqaviləsini) mübahisələndirmək hüququnu maddi hüquqi baxımdan itirmişdir. Bütün bunlarla yanaşı iddiaçı iddia ərizəsində özünün Observatoriyada eyni tərəflər arasında eyni əsaslarla iddia tələbinin təmin olunması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası çərçivəsində sözügedən vəzifəyə təyin edildiyini, lakin bu təyinatın əmək qanunvericiiliyinin tələbinə uyğun aparılmadığını iddia edir. Başqa sözlə iddiaçı Binəqədi Rayon Məhkəməsinin 5 aprel 2021-ci il larixli, 2(001)- 1727/2021 saylı icra sənədi üzrə tələbin işə bərpa hissəsinin borclu Observatoriya tərəfindən düzgün və qanunamüvafıq qaydada icra olunmadığını, natamam icra olunduğunu, həmin icra sənədinin qeyd olunan hissəsinin icrası zamanı Əmək Məcəlləsinin 45, 47-ci maddələrinin tələblərinə riayət edilmədiyini və qüsurlu icra edildiyini qeyd edir. Belə olan halda iddiaçı tələbkar kimi “İcra haqqında" Qanunun 29.1, 87-ci maddəsinə əsasən həmin icra sənədini icra edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyindən şikayət verə bilər və ya icranı qəbul etməyə bilərdi. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra vəziyyəti digər mülki iş üzrə məhkəmə baxışının müstəqil predmeti ola bilməz. Bu qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı prinsipinə zidd olmaqla yanaşı, prosessual qənaət prinisipinə də ziddir. Belə ki, hazırki mübahisə yeni məhkəmə baxışının ayrıca iddia predmeti və ya əsası yox, faktiki olaraq Binəqədi Rayon Məhkəməsinin 5 aprel 2021-ci il larixli, 2(001)- 1727/2021 saylı icra sənədinin icrasına “İcra haqqında” Qanununun 26-cı maddəsi üzrə məhkəmə və ya icra qurumu rəhbərinin nəzarət predmetidir. Odur ki, İddiaçı işə bərpa və s. tələblərinə dair iddiaya hazırki etirazın dəlillərini və əlavə olunmuş sübutların nəzərə alınmasını, hazırki mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini, hazırki mülki iş üzrə icraata xitam verilmədikdə və işə mahiyyəti üzrə məhkəmə baxışı davam etdirildikdə İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya qarşı işə bərpa və s. tələblərinə dair iddiasının təmin edilməməsi (rədd olunması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4ə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X6i tərəfindən ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli əmin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində informasiya üzrə əlaqələndirici vəzifəsində çalışan İddiaçı müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediatora müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. 088231 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə AMEA-nın Botanika İnstitutunda baş laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2018-ci il tarixdə Əmək və Sosial Problemlər üzrə Elmi- Tədqiqat və Tədris Mərkəzinin “Proqram vəzifələrinin tətbiqi və texniki xidmət” şöbəsinə kompüter operatoru vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada PHŞ “Ümumi” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmiş, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə əmək məcəlləsindəki 6 nömrəli qeyd ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinı əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2022-ci il tarixdə Hüquq, kadr və sənədlərlə iş departamentinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə məhkəmə qərardadının əsaslandırıcı hissəsində göstərilənlərin icrasını təmin etmək məqsədi ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr iş stajına daxil edilmiş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9 saylı əmri ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində informasiya üzrə əlaqələndirici vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli Mediasiya üçün müraciətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli № 3-17-6/3-4-77/2023 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış müddətin əmək haqqısının ödənilməsi üçün Mediasiya üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 16-cı maddəsinin 4-cü hissəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2 ilə yaxın müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində mütəxəssiz vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X6 yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Cavabdeh hazırda Mərkəzin yerinə yetirdiyi səlahiyyətləri yerinə yetirir. Mərkəz ləğv edildikdən sonra iddiaçı öz ərizəsi ilə orada tutduğu vəzifəsindən azad edilmiş və daha sonra cavabdehlə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə ümumi şöbədə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçı vəzifəsindən azad edilmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh tərəfindən qismən icra edilmişdir. xx.xx.2020-ci il tarixli əmr ləğv edilmiş və iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə 3 ay müddətinə Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin müddəti başa çatdıqdan sonra yenidən müqavilə bağlanmadan müqavilənin müddəti 3 ay uzadılmışdır. Həmin 3 ay tamam olduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə iddiaçı yenidən vəzifəsindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, Mərkəzin işçisi olmuş 29 nəfər şəxslə sonradan cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin bağlanmasına baxmayaraq, həmin müddət qurtardıqdan sonra onların yalnız 17 nəfəri ilə yeni müddətli əmək müqaviləsinin bağlanması məqsədmüvafiq hesab edilmiş, digər 12 əməkdaşla, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikasında koronavirus (COVİD 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər çərçivəsində iddiaçı 1 aydan da az müddət ərzində öz əmək funksiyalarını yerinə yetirə bilmişdir. Nəticə etibarı ilə hansı meyarlara əsasən və hansı tələblərə uyğun gəlmədiyi üçün iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda cavabdeh əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verməsi hüququnu reallaşdırmaqla yanaşı qismən olsa da iddiaçıya münasibətdə ayrıseçkiliyə yol vermiş olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, yeni yaradılan X6 (cavabdeh) iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, eyni istiqamətlər üzrə fəaliyyət göstərir. Hüquqi nəticə etibarı ilə Mərkəz ləğv edildikdən sonra eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılmış və iki ilə yaxın müddətdə həmin Mərkəzdə işləmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə mütəxəssis vəzifəsinə işə qəbul edilməklə yeni iş yeri üzrə də əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir. İddiaçının əmək funksiyası isə davam edən əmək bazarı münasibətlərində müxtəlif mövzular barədə elmi-tədqiqat işləri, əmək bazarında təhlil və proqnozlaşdırma ilə bağlı davamlı araşdırma aparmaqdan ibarət olmuş və bu baxımdan öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4-77/2023 nömrəli əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ lli Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4- 77/2023 nömrəli əmri ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsinin Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsi tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4-77/2023 nömrəli əmri ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsi tərəfindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4-77/2023 nömrəli əmri ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsi tərəfindən ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar