Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4206/2020 15.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdehla ilk əvvəl fakti nikah münasibətlərinə daxil olmuş, xx.xx.2013-cü il tarixdə nikahını rəsmiləşdirmiş, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmuş, cavabdeh onu təhqir edib döydüyündən o, hüquq mühafizə orqanlarına şikayətlə müraciət etmişdir. Bundan sonra cavabdeh onu və iki azyaşlı övladı ilə birlikdə yaşadıqları ünvan 1ndə yerləşən 21 saylı fərdi yaşayış evindən qovaraq evə buraxmır. Onlar ünvan 1ndə yerləşən ümumi sahəsi 142,71 m2 olan 4 otaqdan ibarət fərdi yaşayış evini birgə nikah dövründə, yəni xx.xx.2016-cı il tarixdə əldə etmişlər. Evin hüquq müəyyənedici sənədləri yoxdur. Bu ev onun və övladlarının yeganə yaşayış sahəsidir. Ona görə də onun övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1ndə yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə ailə nikah münasibətlərini xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmiş, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Birgə nikah dövründə, yəni 2016-cı ildə onlar ünvan 1ndə yerləşən 4 otaqlı fərdi yaşayış evini almış və övladları ilə birlikdə bu ünvanda yaşamışlar. Həmin ünvanda bir böyük ev, hərəsi bir otaqdan ibarət olan iki kiçik ev vardır. Kiçik evləri onlar kirayə verirlər. İddiaçı mütəmadi olaraq evdən getdiyindən, başqa şəxslərin evlərində yaşayıb işlədiyindən, onun və övladlarının qayğısına qalmadığından onların münasibətləri pozulmuşdur. Hesab edir ki, yaşadıqları ev satılaraq aralarında bölünməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ № 816684 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 105 nömrəsi ilə qeyd edilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı 18238930 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 xx.xx.2016-cı ildə Bakı şəhərində doğulmuşdur. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı 18699029 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx.xx.2014-cü ildə Bakı şəhərində doğulmuşdur. Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti MMC-nin xx.xx.2015-ci il tarixli № 01/1637 saylı fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142,75 m2 olan fərdi yaşayış evi 2012-ci ildə tikilmişdir. X1 ilə sifarişçi Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli podrat müqavilənin surətindən müəyyən olunur ki, podratçıünvan 1 ərazisində olan Biləcəri bələdiyyəsi tərəfindən ayrılmış 260 m2 torpaq sahəsinin ərazisi hüdudlarında ümumi sahəsi 142,75 m2 təşkil edən kürsü üzərində yerləşən 1 mərtəbəli, mişar daşından hörülmüş fərdi yaşayış evini yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini göstərilən vəziyyətdə qəbul edərək 75000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı S.A. Xəlilova Cavabdehla birgə nikah dövründə ünvan 1ndə yerləşən 4 otaqlı hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evini əldə edərək övladları ilə birlikdə bu evdə yaşamış, lakin tərəflərin münasibətləri pozulduğundan cavabdeh iddiaçıya övladları ilə birlikdə bu evdə yaşamağa maneələr yaradır. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş özünün və övladlarının yeganə yaşayış sahəsi olan ünvan 1ndə yerləşən 4 otaqlı hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət övladları ilə birlikdə yaşadığından, cavabdehin etirazında istinad etdiyi hallar iddia tələblərinin təmin edilməməsi üçün əsas olmadığından iddia tələbləri əsaslıdır ona görə də təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1ndə yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4206/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4206/2020
15.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver