Məhkəmə qərarları › İş №2(001)-4211/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4211/2020

21.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4211/2020 21.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X36 oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X20 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3rşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxmaya görə əmək haqqının əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxmaya görə əmək haqqının əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vüqar Süleymanzadə tərəfindən imzalanmış, 40 ş/h saylı, xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, X1 şöbəsinin müntəzəm və qeyrimüntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin böyük mütəxəssisi vəzifəsinə bərpa olunmağı, ona məcburi işə buraxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vüqar Süleymanzadə tərəfindən imzalanmış, 40 ş/h saylı, xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən o, X1 şöbəsinin müntəzəm və qeyrimüntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin böyük mütəxəssisi vəzifəsindən azad edilmişdir. Əmrin əsası kimi vətəndaş X14 adlı şəxsin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoruna ünvanlandığı xx xxxx 2020-ci il tarixli şikayət ərizəsi üzrə aparılmış araşdırma ilə əlaqələndirilmişdir. Lakin, bunu həmin vətəndaş X14 da məhkəmə iclasına cəlb edilərsə bildirə bilər ki, onun, həmin ünvanlanan şikayət ərizəsi ilə, eyni zamanda baş verən hadisə ilə heç bir əlaqəsi və aidiyyəti olmamışdır. Barəsində qəbul edilmiş, guya əmək vəzifələrinin kobud şəkildə pozulmasının özünün nədə ifadə etməsi heç də müəyyən deyildir. Baxmayaraq ki, əmrdə qanunvericiliyə uyğun əmrin əsası daha aydın şəkildə bildirilməlidir. Ona görə də, əmrdə qeyd edilənlər tamamilə qanunsuzdur və əmr heç bir əsaslandırma olmadan tərtib edilmişdir. Heç bir töhmət almadan bir başa 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilməyi qanunauyğun deyil. Həmin bəndə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işdən çıxarıla bilər. Həmin Məcəlləsinin 72-ci maddədə sadalanan bəndlərə baxdıqda aydın olur ki, o, 72-ci maddədə sadalanan hallardan hər hansı birinə yol verməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin ona verilən suallara cavab olaraq bildirdi ki, **-AX-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ona təhkim olunmuş, xx xxxx 2020-ci il tarixdə də qeyd olunan avtomobili özü idarə etmişdir. Elzamin İsmayılzadənin avtomobili işlədiyi təşkilatın əməkdaşları tərəfindən saxlanılarkən o, orada olmamışdır. O, Elzamini xeyli müddətdir ki tanıyır. Hadisə olan gün Elzamin ona zəng etmiş, lakin o, onu telefonda təhqir etməmişdir. Hadisə olan zaman Elzaminin avtomobili saxlanılan qaraja getmiş və avtomobili orada görmüşdür. Ümumiyyətlə vətəndaşların avtomobillərinin əllərindən alınaraq qaraja yerləşdirilməsi kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşlarının səlahiyyətləri yoxdur, bu qanunaziddir. Avtomobil olan qaraja onun kimi digər əməkdaşlar da gedib-gəlirlər. Hadisə olandan sonra cavabdeh təşkilatın hüquq şöbəsi ona izahatında digər şəxslər barədə məlumat verməyi təklif etmiş, o, bundan imtina etmişdir. Buna görə ona işdən azad olunacağını bildirmişlər. O, səhhəti ilə bağlı həmkarlar ittifaqının iclasına 1 saat gecikdiyindən iclasın təxirə salınmasını xahiş etmiş, lakin iclas təxirə salınmamış və onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, İsmayılzadə Elzaminin avtomobilinin cərimə meydançasına aparılmasında iddiaçının heç bir təqsiri yoxdur. İddiaçı həmin gün avtomobilin cərimə meydançasına aparılmasında iştirak etməmişdir. xx xxxx 2020-ci il tarixdə daxil olmuş şikayətə baxılıb bir gün sonra yəni, xx xxxx 2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi düzgün deyil, belə ki, araşdırılma hərtərəfli aparılmamışdır. Araşdırılma aparılması müddəti qanunvericilikdə ağlabatan müddətlə müəyyən edilmişdir. İddiaçının Elzaminin avtomobilinin qarajdan çıxarılması səlahiyyəti yoxdur. Bundan əlavə, vətəndaşlara telefon vasitəsilə cavab vermək kimi də iddiaçının vəzifə öhdəliyi yoxdur. İddiaçıya Əmək Məcəlləsində nəzərdə tutulan ən ağır intizam tənbehi verilmişdir. İddiaçı tərəfindən Elzaminin avtomobilinin qanunsuz olaraq qaraja yerləşdirilməsi barədə rəhbərliyə məlumat verilməməsi və bu əsasla iddiaçının işdən azad olunması da absurddur. İddiaçıya qarşı qərəzli münasibət bəslənilmiş, ona digər şəxslər barədə izahatında məlumat verilməsi təklif olunmuş, bunu etmədiyinə görə isə o, işdən azad olunmuşdur. Cavabdeh təşkilat həmçinin bildirir ki, iddiaçını qeyri-səmimiliyə görə işdən azad etmişlər, halbuki bu, işdən azad olunması üçün əsas deyil. Bu səbəbdən də iddia tam əsaslıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X32 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, iddiaçı, vətəndaş Elzamin İsmayılzadə ilə kobud şəkildə telefon danışıqları aparmış və vətəndaşı təhqir etmişdir. Həmçinin, vətəndaş Elzamin İsmayılzadənin avtomobili “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qarajında saxlanmış, iddiaçı bu barədə məlumatlı olmuş, lakin rəhbərliyə bu barədə məlumat verməmişdir. İddiaçı bununla bağlı rəhbərliyə qarşı qeyri-səmimi olmuşdur. Qeyd edilən faktlar əməkdaşların izahatları ilə də təsdiq olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştrak etmiş cavabdehin nümayəndəsi X21 iddianı qəbul etməyərək bildirmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hər hansı qanunsuz əmr verilməmişdir. Ümumiyyətlə mənafelərini təmsil etdiyi təşkilatın 2015-ci ilə qədər nüfuzu cəmiyyət içində çox aşağı səviyyədə idi. Bir çox sürücülər bu təşkilatdan narazı olmuşdur. Rəhbərlik dəyişəndən sonra göstəriş verilmişdir ki, bütün neqativ hallar aradan qaldırılsın, vətəndaşların müraciətləri əsasında dərhal araşdırmalar aparılsın və müvafiq tədbirlər görülsün. Əmək Məcəlləsinə əsasən işçi 1 ay müddətinə intizam məsuliyyətinə cəlb oluna bilər. Həmin müddətdə araşdırmanın bir və ya bir neçə gün olması qanunsuz deyil. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə göstəriş vermişdir ki, dərhal araşdırma aparılsın. Əmək müqaviləsinə xitam verilmiş 4 nəfərin izahatlarının alınması təşəbbüsü göstərilmiş və izahatları alınmış, yalnız bir nəfər izahat verməkdən imtina etmişdir. 3 nömrəli qarajın əməkdaşlarının da izahatı alınmışdır. İddiaçı hadisə baş verən gün, yəni xx xxxx 2020-ci il tarixdə iki dəfə xidməti avtomobili ilə 3 nömrəli qaraja getmiş, hətta bir dəfə şikayətçi Elzaminin avtomobilinin işiqlarını söndürmüş, akkumulyatorunu ayırmışdır. Lakin, iddiaçı şikayətçinin avtomobilinin qanunsuz olaraq qaraja yerləşdirilməsi, sonradan həmin qaraja iki dəfə getməsi barədə rəhbərliyə məlumat verməmişdir. Bu faktın araşdırılması üçün iddiaçı izahat verilməsi üçün dəvət olunsa da, o, bunu etməkdən imtina etmişdir. Hətta iddiaçı Elzamin ilə telefonla danışaraq onu təhqir də etmiş, bunu Elzamin özü də şikayətində göstərmişdir. xx xxxx 2020-ci il tarixində səhər 07:30 radələrində avtomobil qaraja aparılıb, axşam təxminən saat 18:00 radələrində göstərişlə ərizəçiyə qaytarılmışdır. Hadisə ilə bağlı rəhbərlik tərəfindən həmin şöbənin müdiriyyətinə töhmət də verilmişdir ki, gələcəkdə bir daha belə neqativ hallar baş verməsin. Həmçinin, nümayəndə verilən suallara cavab olaraq bildirmişdir ki, işçinin vəzifə təlimatında göstərilmişdir ki, işçi vətəndaşlarla maarifləndirmə işləri aparmalı, etik davranış qaydalarına riayət etməli və sənədləşdirmə işləri aparmalıdır, bu telefon danışıqlarını da özündə ehtiva edir. xx xxxx 2020-ci il tarixdə Xəyalın iki dəfə qaraja getməsi və ərizəçi Elzaminin avtomobilinə baxması barədə məlumat vardır, işçilər bu barədə izahatlar vermişlər. 3 nömrəli qaraj “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tabeliyində deyil və onlar iddiaçı ilə bağlı qərəzli məlumat verməmişlər. Avtomobilin günün sonunda qarajdan götürülməsini Elzamin özü də etiraf edir. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 məhkəməyə bildirmişdir ki, o, səhər saat 07:30-08:00 radələrində işə gedərkən “Neftçilər” adlandırılan ərazidə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşları onu saxlamış və avtomobilin açarını əlindən almışlar. Daha sonra əməkdaşlardan Nicat adlı şəxs onu öz avtomobilinə əyləşdirərək həmin yerdən uzaqlaşdırmışdır. O, geri qayıtdıqdan sonra ona məlum olmuşdur ki, digər əməkdaşlar onun avtomobilini qeyri-qanuni olaraq cərimə meydançasına - öz qarajlarına aparmışlar. O, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etmiş və məlumat vermiş, habelə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə getmiş və orda işləyən əməkdaşlardan biri – Əli adlı şəxs ona demişdir ki, “avtomobili mən gətirmişəm və yaxşı eləmişəm”. O, sinif yoldaşı vasitəsi ilə uzun müddətdir tanıdığı və həmin idarənin əməkdaşlarından biri olan iddiaçı Xəyala zəng edərək, ondan kömək istəmişdir. Xəyal ona kömək edəcəyini bildirsə də, lakin kömək etməmişdir. Buna görə də onun Xəyalla telefonda xırda mübahisəsi olmuş və ona bildirmişdir ki, “sən kömək edə bilmirsənsə orada niyə oturmusan”. Bu mübahisə olarkən Xəyal tərəfindən ona hər hansı bir təhqiramiz ifadə işlədilməmişdir. O, həmçinin Nizami rayon Prokurorluğuna şikayət etmişdir. Sonradan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşı olan Anar adlı şəxs onu qəbul etmiş və avtomobilini qaytarılması barədə göstəriş vermişdir. O, saat 18:00-19:00 radələrində avtomobilini “Razin” adlanan ərazidə yerləşən qarajdan götürmüşdür. O, avtomobilini götürdükdən sonra ərizə yazmış, lakin ərizədə Xəyalı şikayət etməmişdir. O, sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Əfqan adlı hüquqşunasının yanında olmuş və ona da bildirmişdir ki, Xəyaldan hər hansı bir şikayəti yoxdur. Lakin, Əfqan müəllim onu məcbur etmişdir ki, Xəyaldan da şikayət etsin. Əfqan müəllim ona demişdir ki, onlar Xəyalı ona görə deyil, başqa səbəbə görə işdən çıxaracaqlar. O, avtomobilini qarajdan götürərkən akummulyatoru ayrılmışdır. Mühafizəçi bildirmişdir ki, bunu o edib. İş materiallarında olan: X17 Edilməsi ilə bağlı X18 təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə xx xxxxx 2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlamış, əsas iş yeri və vəzifəsi – X1 şöbəsi, Müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin böyük mütəxəssisidir. X4 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vüqar Süleymanzadəyə ünvanladığı xx xxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 07.30 radələrində istifadəsində olan “Mercedes Benz" markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtonəqlıyyat vasitəsi ilə X25 metrosu istiqamətində hərəkətdə olarkən DAHX-nın əməkdaşları tərəfindən saxlanmışdır. Bu zaman 5-6 əməkdaş onu zorla maşından çıxartmışlar. Həmin şəxslərdən Ələddin və Nicatı tanımışdır. Ələddin onun maşınından açarları zorla dartaraq çıxarmışdır. Sonradan Nicat onu xidməti avtomobilə əyləşdirərək başqa istiqamətə sürmüşdür. Geri qayıdanda isə avtomobilinin olmadığını görmüşdür. Nicat adlı əməkdaş ona avtomobili Cəmiyyətin bölmə rəisinin göstərişi ilə apardıqlarını bildirərək avtomobili yalnız Əlinin göstərişi ilə qaytarılmasının mümkün olduğunu izah etmişdir. Bundan sonra saat 08:30 radələrində o, Cəmiyyətin inzibatı binasına yaxınlaşmış, bu zaman Əlinin işə gəldiyini görüb ona yaxınlaşmış və avtomobilin qaytarılmasını tələb etmişdir. Əli cavabında avtomaşının həqiqətən onun göstərişi ilə aparıldığını bildirmiş və onun ünvanına nalayıq ifadələr işlətmiş, iki dəfə fiziki güc tətbiq etmək istəmişdir. O, şəhərə qayıdaraq Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş, yaşadığı evin açarlarının da avtomobilin içərisində olduğundan saat 16:00 radələrində Cəmiyyətin inzibatı binasına yaxınlaşmışdır. O, telefonla əvvəllərdən tanıdığı Xəyal adlı əməkdaşla əlaqə saxlayaraq maşınının geri qaytarılmasında köməklik istəmiş, Xəyal isə telefonda onu təhqir etmiş və kömək etməyə çalışacağını bildirmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vüqar Süleymanzadəyə ünvanladığı xx xxxx 2020-ci il tarixli izahatın surətindən görünür ki, o, X4 ərizəsi ilə tanış olmuşdur. O, X8 təhqir etməmiş, maşınını əlindən almamışdır. Onun maşınının əlindən alınmasından xəbəri yoxdur. O, iyun ayının ortalarında şəhərdə Elzamini öz maşınında görmüş, yaxınlaşıb soruşmuşdur ki “maşınını almışdılar?”, dediyinə görə səs-küy salıb maşınını götürmüşdür. Elzaminin isə ondan şikayət etməsinin səbəbini bilmir. X5 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Vüqar Süleymanzadəyə ünvanladığı xx xxxx 2020-ci il tarixli izahatın surətindən görünür ki, xx xxxx 2020-ci ildə saat 09:30-da növbəni qəbul etmişdir. O, növbəni qəbul edəndə DANX-ın gətirdiyi 1 ədəd **-ME-*** nömrəli nəqliyyat vasitəsi artıq qarajda idi, **-AX-*** nömrəli DANX-ın maşını gün ərzində 3 dəfə baxmağa gəlmiş və **-ME-*** nömrəli nəqliyyat vasitəsinin akkumlyatorunu ayırmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Hüquqi təminat və nəzarət işinin təşkili şöbəsinin müdiri Əfqan Məmmədovun, X27 edilməsi şöbəsinin müdiri Vəfa Ələkbərovanın və Hüquqi təminat bölməsinin rəisi Hicran Şıxəliyevanın tərtib etdikləri və öz imzaları ilə təsdiq etdikləri xx xxxx 2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, X1 şöbəsinin əməkdaşı İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin dispetçeri X6 və X11 izahatlarında onun barəsindəki qeyd etdikləri xüsusatlara aydınlıq gətirilməsi məqsədilə Cəmiyyətə dəvət olunmuş, lakin, o, bununla bağlı izahat verməkdən ötrü Cəmiyyətə gəlməkdən imtina etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin HTNİTŞ-nin müdiri X29 direktoruna xidməti məruzəsindən görünür ki, vətəndaş Elzamin İsmayılzadənin MMC-yə ünvanladığı xüsusatların araşdırılmasının nəticələri barədə ətraflı məlumat verilmiş və xahiş edilmişdir ki, Sərnişin daşımaların tənzimlənməsi şöbəsinin əməkdaşları – X33, X12, X22 və İddiaçı əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərin və hüquq pozuntularının nəticəsində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni manafeyinə ciddi xələl gətirdikləri təsdiqini tapdığından, X16 Komitəsinin razılığı alınmaqla onlarla bağlanmış əmək müqavilələrinə birtərəfli qaydada Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsi barədə məsələyə baxılsın. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin baş direktoru Vüqar Süleymanzadənin və X27 edilməsi şöbəsinin müdiri Vəfa Ələkbərovanın “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladıqları məktubun surətindən görünür ki, vətəndaş Elzamin İsmayılzadənin MMC-yə ünvanladığı xüsusatlar araşdırılmış və müəyyən edilmişdir ki, STDŞ-nin ərazidə adları qeyd olunmuş əməkdaşların hüquq pozmaları nəticəsində Cəmiyyətin işgüzar nüfuzuna və mənafeyinə ciddi xələl yetirdiyi öz əksini tapmışdır. Ona görə də Sərnişin daşımaların tənzimlənməsi şöbəsinin əməkdaşları – X33, X12, X22 və İddiaçı əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərin və hüquq pozuntularının nəticəsində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni manafeyinə ciddi xələl gətirdikləri təsdiqini tapdığından onlarla bağlanmış əmək müqavilələrinə birtərəfli qaydada Əmək Məcəlləsinin 70-ci addəsinin “ç” bəndi ilə xitam verilməsi barədə məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, İddiaçı E.İsmayılzadəyə qarşı törədilmiş qanunazidd hərəkətlədə birbaşa iştirakı olmasa da, o, bu hərəkətlərdən xəbərdar olmuş, avtonəqliyyat vasitəsinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qarajında qeyri-qanuni saxlanılmasından məlumatı olduğu halda, bu barədə Cəmiyyətin rəhbərliyinə məlumat verməmiş, bununla da, E.İsmayılzadəyə qarşı törədilmiş qanunsuzluqların daha uzun davam etməsinə şərait yaratmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin STDŞ-nin müdiri Anar Məmmədov, müdir müavini Mais Usubovun və FXFNRŞ-nin böyük mütəxəssisi Nurlan Süleymanovun tərtib etdikləri və öz imzaları ilə təsdiq etdikləri xx xxxx 2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X7 ünvanladığı şikayət ərizəsinin araşdırılmasının nəticəsi olaraq Cəmiyyətlə onlar arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsindən razılıq alınması məqsədi ilə saat 14:00 da keçiriləcək iclasda iştirak etmələri məqsədi ilə Anar Məmmədovun istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsilə İddiaçı və digər əməkdaşlara zəng vurulmuş və Cəmiyyətə dəvət olunmuşlar. Telefon danışığı zamanı əməkdaşlar bildirmişlər ki, araşdırılma onların barəsində obyektiv aparılmadığından iştirak etməyəcəklər. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 2020-ci il tarixli, 5 nömrəli iclas Protokolundan görünür ki, HİK-in sədri Mübariz Namazəliyev, HİK-in üzvləri H.Şıxəliyeva, Vüsal Bayramzadə, Mirzə Məmmədov və Nurlan Süleymanov tərəfindən müzakirələrdən sonra X1 şöbəsinin bölmə rəisi X33, baş mütəxəssisi X22 ilə, böyük mütəxəssisi İddiaçı ilə və mütəxəssisi X15 ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin baş direktoru Vüqar Süleymanzadə tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, 40-ş/h nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin X1 şöbəsinin əməkdaşları - İddiaçı və digər əməkdaşların əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvləri və hüquq pozuntuları nəticəsində Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirdikləri və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi ilə təsbit edilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan hallara yol verdikləri müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi rəhbər tutularaq İddiaçı daşımaların tənzimlənməsi şöbəsinin müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin böyük mütəxəssisi vəzifəsindən azad edilməklə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı və digər əməkdaşların əmək müqavilələrinə xx xxxx 2020-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a)əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək; c)əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işə götürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71.2-ci maddəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir; 80-ci maddəsinin birinci hissəsinə əsasasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin ikinci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 187-ci maddəsinin birinci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddəsinin ikinci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında əmək münasibətləri olmuş, X4 şikayəti əsasında araşdırılma başlanmış və müəyyən edilmişdir ki, həmin şəxsin avtomobili “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə saxlanılaraq qeyri-qanuni olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qarajına yerləşdirilmişdir. Həmin şəxs iddiaçıya zəng vuraraq avtomobilin qarajdan çıxarılması ilə bağlı köməklik də istəmişdir. İddiaçının X9 məxsus avtomobilin qeyri-qanuni olaraq qaraja yerləşdirilməsindən xəbəri olmuş, lakin o, rəhbərliyə bu barədə məlumat verməmişdir. Belə ki, iddiaçı özü də məhkəmə iclasında etiraf etmişdir ki, avtomobilin qaraja yerləşdirilməsi qanunazidd olmuş, o, xx xxxx 2020-ci il tarixdə həmin qaraja getmiş və Elzamin İsmayılzadənin avtomobilin orada olduğunu görmüşdür. Halbuki, iddiaçı baş vermiş hadisədən bir neçə gün sonra - xx xxxx 2020-ci il tarixli yazılı izahatında X2 avtomobilinin əlindən alınmasından xəbərinin olmadığını bildirmişdir. Cavabdeh təşkilat tərəfindən əmək qanunvericiliyndə nəzərdə tutulmuş müddətlər çərçivəsində araşdırma aparılaraq iddiaçıdan yazılı izahat alınmış, cavabdeh müəssisənin rəhbərliyi tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsi ilə bağlı X16 Komitəsinə müraciət olunmuş, iddiaçı həmkarlar ittifaqının iclasına dəvət olunmuş, Həmkarları İttifaqı Komitəsinin razılığı alındıqdan sonra İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirdikləri və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi ilə təsbit edilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan hallara yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi rəhbər tutularaq İddiaçı X1 şöbəsinin müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin böyük mütəxəssisi vəzifəsindən azad edilməklə İddiaçı əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə xitam verilmişdir. Əmək qanunvericiliyinin yuxarıda göstərilən normalarının məzmunundan da göründüyü kimi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslardan biridir. Bununla yanaşı, işçi ilə əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara riayət edilmiş, işçinin izahatı alınmış, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış və bundan sonra əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əmri ilə rəsmləşdirilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 məhkəmə iclasında iddiaçı ilə uzun müddətdir tanış olduqlarını, iddiaçı tərəfindən təhqirə məruz qalmadığını, şikayəti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşı olan Əfqan Məmmədovun sözləri ilə yazdığını bildirsə də, məhkəmə, verilmiş ifadəyə tənqidi yanaşaraq X14 ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında hər hansı tabeliçilik münasibəti olmadığını, özünün dediyinə görə uzun müddətdir tanıdığı şəxs barəsində şikayəti cavabdeh müəssisəin əməkdaşının sözləri ilə yazdığı barədə verdiyi ifadəni inandırıcı və ağlabatan hesab etmir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxmaya görə əmək haqqının əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3rşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxmaya görə əmək haqqının əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar