Məhkəmə qərarları › İş №2(001)-422/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-422/2020

01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-422/2020 01.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərin dayandırılması öhdəliyin və vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bankın mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılmış halda Banka təhvil verilməsi və cavabdehlərin həmin evə olan istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin veridyi xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı fərdi yaşayış evi bankın mülkiyyətinə keçmişdir. Cavabdehlərin Banka məxsus fərdi yaşayış evindən istifadə etmələri bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və Bankın mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən də ipoteka predmeti olmuş və sonradan bankın mülkiyyətinə keçmiş fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaları və yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə zərurət yaranmışdır. Cavabdeh1 İddiaçı ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərin dayandırılması öhdəliyin və vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərin dayandırılması öhdəliyin və vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Aydınov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzil Cavabdeh1 mülkiyyətində olmuş və bu hüquq ona xx.xx.2009-cu il tarixdə verilərək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzil “xxxxxxxxxxx” ASC-nin xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2019-cu il tarixdə verilərək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3118/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarından məlum olur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1136/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə, İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, borcun ipoteka predmetinə yönəldilməsi və əmlakın hərracda satılması tələbinə dair iddiası təmin edilərək, X1 116.500 ABŞ dolları əsas, 117.023,50 ABŞ dolları faiz borcu və 20.486,50 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 254.010 ABŞ dolları məbləğinə pulun alınan gündə manata olan məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə istifadə olunan 0.01648 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.1 kv.m yaşayış, 38.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən pul vəsaiti hesabına X5nun İddiaçı ASC-yə olan əsas kredit borcu, qətnamə çıxarılan günə qədər hesablanmış faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumunun ödənilməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X5 və onun nümayəndəsi X3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1136/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi X2 münasibətdə dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3118/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə X5nun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona məxsus olan mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. -59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil mənzilin keçmiş mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, cavabdehlər isə qeyd edilən mənzildən çıxmadığından, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləriiləmüəyyənləşdirilmişhədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib olabilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, birşərtləki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. - 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində Cavabdeh1 hüquqlarına xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Beləliklə, müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzil İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, həmin mənzildə formal olaraq qeydiyyatdadırlar. Müəyyən edildi ki, onlar, həmin ünvanda yaşamırlar. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərindəki sərəncam hüququnun həyata keçirməsinə mane olur. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair ilkin iddiası təmin edilməli, cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2ci keçiddə yerləşən 23 saylı mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməli, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərin dayandırılması öhdəliyin və vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzildən çıxarılsınlar. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdehlər xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı məhkəmə qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar