Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4248/2024 01.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialını maraqlı şəxs qismində cəlb edilməklə) tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb olunmaqla “İddiaçı 2009-cu ilin mart aynın 1dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) X19 və X1q edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 63 yaşına çatmışdır. O, “maraqlı şəxs”ə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizədə ərizəçinin valideynləri – 70 yaşına çatmış atası X19 və anası X8 2009-cu ilin mart ayından 2013-cü ilin aprel ayının 27-dək yaşadıqları Gədəbəy rayonu, Novosaratovka kəndində qulluq etməsi göstərilmiş, bunu təsdiq edən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, valideynlərinin qonşularının notarial qaydada təsdiq olunmuş ərizəsini qoşma etmişdir. Cavab məktubunda bildirilmişdir ki, “ərizəçinin ümumi sığorta stajı 21 il 3 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.2.1-ci maddəsinin tələblərinə görə ərizəçiyə əmək pensiyasının təyin edilməsi üçün onun sığorta stajı 25 il olmalıdır. Ərizəçinin həmin sığorta stajı olmadığından, habelə ərizəçinin pensiya kapitalı tələb olunan məbləğdən az olduğundan ərizəçiyə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.” “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, ahıllara qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Ərizəçi öz anası – 20 aprel 1937-ci il təvəllüdlü X8 2009-cu ilin mart ayının 1-dən 16 sentyabr 2011-ci il tarixədək Gədəbəy rayonu, Novosaratovka kəndində anasının yanında yaşayaraq, ona qulluq etmişdir. Popova P.İ. 16 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir. Ərizəçi öz atası – 14 noyabr 1938-ci il təvəllüdlü X19 2009-cu ilin mart ayının 1-dən 27 aprel 2013-cü ilədək Gədəbəy rayonu, Novosaratovka kəndində atasının yanında yaşayaraq ona qulluq etmişdir. Popov İ.Q. 27 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Ərizəçi ahıllara 4 il 1 ay 27 gün ərzində qulluq etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6542/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi şikayət vermiş və məhkəmənin 2(001)- 6542/2023 nömrəli , 08 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7913/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi kassasiya şikayəti vermiş və şikayət baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-905/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7913/2023 nömrəli iş üzrə 27 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3121/2024 nömrəli, 08 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6542/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində işə cəlb etməklə, “İddiaçı 2009-cu ilin mart aynın 1dən 2013-cü ilin aprel ayının 27- nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) X19 və X1q etməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “Hazırkı işdə ərizəçi, məhkəmə tərəfindən müəyyən olunmasını xahiş etdiyi hüquqi faktı təsdiqləyən sənədləri başqa qaydada ala bilmədiyinə istinad etmiş və yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubunu əlavə etmişdir. Həmin məktuba əsasən, xx.xx.2006-cı il tarixdən xx.xx.2018- ci il tarixinədək fərdi hesabın sığorta hissəində pensiya kapitalı qeydə alınmayıb, qanunvericiliyin tələblərinə əsasən ərizəçinin X25 və anası Popova Praskovya vəfat etdiyi üçün onlara qulluq etdiyi illər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra sözügedən dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun qaydada baxılacaqdır. Kollegiya qeyd edir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə patronajın təyin edilməsi barədə qərara əsasən, qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə, qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Göründüyü kimi, qulluqolunan vəfat etmişdirsə, ahıllara qulluqetmə müddəti üzrə patronajın təyin edilməsi barədə qərar, yaxud qulluqolunanın və qulluqedənin müvafiq notarial ərizələri olmadıqda əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Hazırkı işdə ərizəçi anasının xx.xx.2011-ci ildə, atasının xx.xx.2013-cü ildə vəfat etdiyini bildirərək bu barədə müvafiq sənədləri təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə öz qərarında patronajın təyin edilməsi, eləcə də qulluqolunanın və qulluqedənin müvafiq notarial ərizələrinin olmasına istinad etməmişdir. Belə olan halda, məhkəmə tərəfindən adı çəkilən Qaydanın 4.1.8-ci bəndinin tələblərinin nəzərə alınmadan işə məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçi 63 yaşına çatmışdır. O, “maraqlı şəxs”ə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizədə ərizəçinin valideynləri – 70 yaşına çatmış atası X19 və anası X8 2009-cu ilin mart ayından 2013-cü ilin aprel ayının 27-dək yaşadıqları Gədəbəy rayonu, Novosaratovka kəndində qulluq etməsi göstərilmiş, bunu təsdiq edən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, valideynlərinin qonşularının notarial qaydada təsdiq olunmuş ərizəsini qoşma etmişdir. Cavab məktubunda bildirilmişdir ki, “ərizəçinin ümumi sığorta stajı 21 il 3 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.2.1-ci maddəsinin tələblərinə görə ərizəçiyə əmək pensiyasının təyin edilməsi üçün onun sığorta stajı 25 il olmalıdır. Ərizəçinin həmin sığorta stajı olmadığından, habelə ərizəçinin pensiya kapitalı tələb olunan məbləğdən az olduğundan ərizəçiyə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.” “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, ahıllara qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Ərizəçi öz anası – 20 aprel 1937-ci il təvəllüdlü X8 2009-cu ilin mart ayının 1-dən 16 sentyabr 2011-ci il tarixədək Gədəbəy rayonu, Novosaratovka kəndində anasının yanında yaşayaraq, ona qulluq etmişdir. Popova P.İ. 16 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir. Ərizəçi öz atası – 14 noyabr 1938-ci il təvəllüdlü X19 2009-cu ilin mart ayının 1-dən 27 aprel 2013-cü ilədək Gədəbəy rayonu, Novosaratovka kəndində atasının yanında yaşayaraq ona qulluq etmişdir. Popov İ.Q. 27 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Ərizəçi ahıllara 4 il 1 ay 27 gün ərzində qulluq etmişdir. “İddiaçı 2009-cu ilin mart aynın 1-dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) X19 və X1q edilmesi faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəyə verilmiş etiraz ərizəsini müdafiə edərək göstərmişdir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı məhkəməyə müraciət edərək, valideynləri X22 və X8 2009cu ilin mart ayından 2013-cü il aprel ayının 27-nə kimi qulluqetmə faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri basqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi valideynləri X22 və X8 2009-cu ilin mart ayından 2013-cü il aprel ayının 27-nə kimi qulluq etdiyini qeyd etsə də, bu qulluq dövrünü təsdiq edən akt, qərar və ərizə mövcud deyildir. Qulluq faktını təsdiq edən akt mövcud olmadan qulluqetmə faktının təsdiqlənməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə kı, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçınlməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8,1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəvvən edilməsi yolverilməzdir. Göründüyü kimi həm qanunun, həm Ali Məhkəmənin Plenumunun Qərarına əsasən ərizəçinin hüquqi fakt qismində müəyyən etmək istədiyi tələb əsassızdır. Bütün bunları nəzərə alaraq, İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, həmçinin qeyd etdi ki, ərizəçi valideynlərinə 2009-cu ilin mart ayından 2013-cü ilin aprel ayının 27-nə kimi qulluq etdiyini qeyd etsə də, bu qulluq dövrünü təsdiq edən akt, qərar və ərizə mövcud deyildir. Məhkəmənin 27 noyabr 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ərizəçinin mərhum valideynləri ilə qonşuluqda yaşamışdır. Ərizəçi 2009-cu ildən 2013-cü ilədək anasına qulluq etmiş, anası öləndən sonra atasına qulluq etməyə davam etmişdir. Məhkəmənin 27 noyabr 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, ərizəçinin mərhum valideynləri ilə qonşuluqda yaşamışdır. Ərizəçi 2009-cu ildən 2013-cü ilədək anasına qulluq etmiş, anası öləndən sonra atasına qulluq etməyə davam etmişdir. Məhkəmənin 27 noyabr 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, ərizəçinin mərhum valideynləri ilə qonşuluqda yaşamışdır. Ərizəçi 2009-cu ildən 2013-cü ilədək anasına qulluq etmiş, anası rəhmətə getdikdən sonra atasına qulluq etməyə davam etmişdir. Mülki iş materiallarında olan: - Evlənmək haqqında 294647 nömrəli şəhadətnamədən görünür ki, X14 X10 15 dekabr 1958-ci ildə nikaha daxil olmuşlar və nikah akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Popova soyadı verilmişdir. - 958740 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx xxxxx 1960-cı ildə Gədəbəy rayonunda anadan olmuş, şəhadətnamənin ata qrafasında X20, ana qrafasında X15 qeyd edilmişdir. - 479217 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, dən görünür ki, X11 X23 arasında 11 avqust 1979-cu ildə nikah bağlanmış və həmin nikah akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. - Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş və notarial qaydada təsdiq edilmiş 10 iyul 2023cü il tarixli, 725 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyata alınan İddiaçı 2009-cu ilin mart ayından 2013-cü ilin aprel ayınadək Gədəbəy rayonunun Novosaratovka kəndində mərhum ata və anasının yanında yaşayaraq onlara qulluq etmişdir. Atası X20 27 aprel 2013-cü ildə, anası X15 16 sentyabr 2011-ci ildə ölmüşlər. - X2 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı 2009-cu ildən Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan atası X17 və anası X5rın öldüyü tarixə qədər baxıb, onlara qulluq etmişdir. Atası X20 27 aprel 2013-cü ildə, anası X15 16 sentyabr 2011-ci ildə ölmüşlər. - İddiaçı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialınının 07 sentyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun nüəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdin etdiyiniz sənədlərin surətlərinə əsasən ümumi sığorta stajınız 21 il 3 ay təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 11 ay sığorta stajına uyğun olaraq 19372,18 manat, xx.xx.2023-:ü il tarixindən xx.xx.2023-cü il tarixinədək 253,05 manat olmaqla, ümumilikdə 19625,23 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkar vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Həmin Qanunun 21.2.4cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinin 3-cü abzasına əsasən qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilin sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən həyata keçirilir. Qeyd olunan yarımbəndin tələblərinə əsasən atası X22 və anası X15 vəfat etdiyi üçün onlara qulluq etdiyi illər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra sözügedən dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdi edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olması izah edilmişdir. - Ölüm Haqqında 448518 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 16 sentyabr 2011-ci ildə ölmüşdür. - Ölüm Haqqında 613137 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 27 aprel 2013-cü ildə ölmüşdür. - Əmək kitabcasının surətindən görünür ki, Popova (Korobova) Darya İvanovna 1979-cu ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif işlərdə çalışmış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə onunla əmək müqaviləsi bağlanılaraq "xxxx" QSC-yə kargüzarlığın təşkili üzrə texniki icraçı peşəsinə işə qəbul edilmiş və 12 aprel 2023-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. İlk növbədə qeyd ounmalıdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2-ci bəndində göstərilmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Sığortaolunanın sığorta stajına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci bəndinə əsasən ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Göründüyü kimi, qulluqolunan vəfat etmişdirsə, ahıllara qulluqetmə müddəti üzrə patronajın təyin edilməsi barədə qərar, yaxud qulluqolunanın və qulluqedənin müvafiq notarial ərizələri olmadıqda əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Hazırkı halda İddiaçı, 2009-cu ilin mart aynın 1- dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) X19 və X1q etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş, onun patronajın təyin edilməsi barədə qərarı və qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələri mövcud olmadığından və bu faktları təsdiq edən lazımi sənədləri ərizəçi başqa qaydada ala bilmədiyindən məhkəmə hesab edir ki, bu faktların məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlı ərizəçinin müraciəti haqlıır. Belə ki, işin müəyyən edilən hallarına əsasən İddiaçı 2009-cu ilin mart ayından 2013cü ilin aprel ayınadək Gədəbəy rayonunun Novosaratovka kəndində mərhum ata və anasının yanında yaşayaraq onlara qulluq etmişdir. Atası X20 27 aprel 2013-cü ildə, anası X15 16 sentyabr 2011-ci ildə ölmüşlər. Bu fakt iş üzrə dindirilmiş şahid ifadələri və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 10 iyul 2023-cü il tarixli, 725 nömrəli arayışı ilə öz təsdiqini tapır. Sonradan İddiaçı pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, lakin onun ümumi sığorta stajının 21 il 3 ay təşkil etdiyi əsası ilə ona pensiyasının təyin edilməsindən imtina olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, ahıllara qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Ərizəçi öz anası – 20 aprel 1937-ci il təvəllüdlü X8 2009-cu ilin mart ayının 1-dən 16 sentyabr 2011-ci il tarixədək Gədəbəy rayonu, Novosaratovka kəndində anasının yanında yaşayaraq, ona qulluq etmişdir. Popova P.İ. 16 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir. Ərizəçi öz atası – 14 noyabr 1938ci il təvəllüdlü X19 2009-cu ilin mart ayının 1-dən 27 aprel 2013-cü ilədək Gədəbəy rayonu, Novosaratovka kəndində atasının yanında yaşayaraq ona qulluq etmişdir. Popov İ.Q. 27 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Ərizəçi ahıllara 4 il 1 ay 27 gün ərzində qulluq etmişdir. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş X6, X13, X4 ifadələrini, X2 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsini və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş və notarial qaydada təsdiq edilmiş 10 iyul 2023-cü il tarixli, 725 nömrəli arayışını mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, İddiaçı ahıllara qulluq edilməsi müddəti ilə bağlı lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, onun patronajın təyin edilməsi barədə qərarı və qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələri mövcud olmadığından, onun ahıllara 4 il 1 ay 27 gün ərzində qulluq etməsi faktı müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, İddiaçı 2009-cu ilin mart aynın 1-dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) X19 və X1q edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: Ərizə təmin edilsin. İddiaçı 2009-cu ilin mart aynın 1-dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) X19 və X1q edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev