Məhkəmə qərarları › İş №2(001)-4254/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4254/2024

04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4254/2024 04.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: doğumun qeyd edilmə, akt qeydi faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti 1.Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilərək doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü X2 doğumunun qeydə alınma faktını müəyən edərək doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum əri X2 xx.xx.1963-cü ildə Ermənistan SSR İcevan rayonunda doğulmuşdur. Mərhumun atası X15 (Yəhya) oğlu, anası isə X5 olmuşdur. Ərizəçi əri ilə xx.xx.1985-ci ildə nikaha daxil olmuşdur və bu barədə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixində 1268 nömrəli akt qeydi tərtib olunmuşdur. Ərizəçinin mərhum əri xx.xx.2013-cü il tarixində vəfat etmişdir və bu barədə Maraqlı şəxs tərəfindən ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixində 682 nömrə ilə qeyd aparılmışdır. 1988-ci ildə məlum hadisələrdən sonra ərizəçi ailəsi ilə birgə Ermənistandan Azərbaycana köçmüşdür, Bakı şəhərində məskunlaşmışdır. Mərhumun doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itirilmişdir. Ərizəçi mərhum X2 doğum haqqında akt qeydini bərpa etmək üçün Baki şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli cavab məktubu ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müyyən edilir. Həmin məktubda Bakı şəhəri Maraqlı şəxs itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edilə bilinməməsi səbəbinə görə müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpasının mümkün olmadığını qeyd etmişdir.

İİ.Ərizəçi və maraqlı şəxsin mövqeyi:

Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. - AZE 13565709 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1963cü il tarixdə Ermənistan, İcevan rayonunda doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 xx.xx.1985-ci il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, 1268 nömrə ilə nikahları qeydə alınmışdır. - AZ-İİ seriyalı, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. -AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, niftaliyev Muraz Hüseyn oğlu xx.xx.1970-ci il tarixdə Bakı şəhəri Pirşağı kəndində doğulmuşdur. Ana qrafasında X8, ata qrafasında X9 qeyd olunmuşdur. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində məhkəməyə bildirmişdir ki, X7 onun əmisi idi. Ərizəçi də onun əmisi arvadıdır. Əmisi xx.xx.1963-cü il tarixdə Ermənistan İcevan rayonunda doğulmuşdur. Məlum hadisələrlə əlaqədar ölkəyə qayıdan zaman əmisinin sənədləri naməlum şəkildə itsə də, atasının doğum haqqında şəhadətnaməsini gətirmək mümkün olmuşdur. Əmisi vəfat etdikdən sonra özlərinin yaşadığı ev mərhum əmisinin adına olduğundan vərəsəlik qaydasında sənədləşdirmə apaqmaqda çətinlik çəkirlər.

İV.Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğumun qeyd edilmə faktını təsdiq edən sənədi başqa yolla əldə edə bilmir. X1 xx.xx.1963-cü ildə Ermənistan SSR, İcevan rayonunda doğulması, atasının X10, anasının X8 olması, mərhumun qardaşının doğum aktı qeydində olan məlumatlar və ərizəçinin həyat yoldaşının şəxsiyyət vəsiqəsində olan məlumatlar, şahid ifadəsi ilə müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin qənaətinə görə ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna görə doğumunun qeydə alınma faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, İcevan”, doğum tarixi qrafasında “xx.xx.1963”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X10”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X8”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilməlidir. Məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V.Nəticə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. X3 doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, İcevan”, doğum tarixi qrafasında “xx.xx.1963”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X10”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X8”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydə alınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar