Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4256/2020 27.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1kr., ev 3, 88 saylı mənzilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və himayələrində olan xx.xx.2014-cü il təvəllüdlü X2 istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçıya məxsusdur. Cavabdehlər mənzildə formal pasport qeydiyyatında qalmışlar. Adambaşına olan kommunal xidmət xərclərini onun da sayına görə ödəyir. Buna görə də cavabdehlərə görə mənzil kommunal xərclərini ödəməkdə çətinlik çəkir, cavabdehlər könüllü olaraq ona məxsus mənzildən pasport qeydiyyatından çıxmadığından mövcud iddia tələbini məhkəmədən kənar qaydada həll edə bilməmişdir. Odur ki, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı sonradan məhkəməyə ərizə təqdim edərək Cavabdeh2 münasibətdə iddia tələbini azaltdığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, Şayəstə onun keçmiş gəlinidir, X3 keçmiş əri olmuşdur. Oğlu 2000-ci ildə Şayəstə ilə boşanıb başqa nikaha daxil olmuşdur. Oğlu 2020-ci ildə rəhmətə getmişdir. Oğlu Şayəstə ilə xəyanətə görə boşanmışdır və həmin vaxtdan görməmişdir onu. Uşaq Şayəstənin ikinci nikahdan olan övladıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhər X4 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1968-ci il tarixli, 68364 saylı orderdən görünür ki, ünvan 1kr., ev 3, 88 saylı mənzil X1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan AZ 125946 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı xx.xx.1969-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1kr., ev 3, 88 saylı mənzil ünvanında qeydiyyatdadırlar. ünvan 2 yaşayan vətəndaşlar ərizə(akt) tərtib edərək Cavabdeh1 və X2 faktiki olaraq mübahisəli mənzildə 2000-ci ildən yaşamadığını bildirmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Mülki iş materialları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, mübahisəli mənzil 1968-ci ildə X5 verilmiş orderli mənzildir. Vəfat etmiş Mamed Aslanov iddiaçının əri olmuşdur. Orderdə mübahisəli mənzilə köçürülmüş şəxslərin siyahısında iddiaçının da adı var. İddiaçının vəfat etmiş oğlu X6 ilə Cavabdeh1 ilə 1994- 2000-ci illərdə nikahda olmuşdur. Həmin orderdə Yusubov(Aslanov) Hidayət Mamed oğlunun adı da qeyd olunmuşdur.İddiaçının oğlu H.Aslanovla Cavabdeh1 2000-ci ilədək nikahda olmaları H.Aslanovun 2000-ci ilin sentyabrında yeni nikaha daxil olması ilə təsdiq olunur. Cavabdeh1 iddiaçının oğlundan boşandıqdan sonra həmin mənzildə yaşamamışdır.Bundan başqa iddiaçı bildirir ki, mənzildə qeydiiyatda olan yetkinlik yaşına çatmamış xx.xx.2014-cü il təvəllüdlü X8 Cavabdeh1 ikinci nikahdan olan övladıdır. Cavabdehlərin mübahisəli mənzil orderli mənzil olduğundan 2009-cu ilədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə istifadə hüququ yaranmışdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, Cavabdeh1 icarədarın eyni zamanda icarədarın arvadının(iddiaçının) keçmiş ailə üzvü olduğundan, mübahisəli mənzili daimi əsaslarla tərk edərək həmin mənzildə yaşamadığından istifadə hüququ itirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və yetkinlik yaşına çatmayan X2 ünvan 1kr., ev 3, 88 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X8 ilə birlikdə ünvan 1kr., ev 3, 88 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X8 ilə birlikdə ünvan 1kr., ev 3, 88 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4256/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4256/2020
27.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver