Məhkəmə qərarları › İş №2(001)-4259/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4259/2022

10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4259/2022 10.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs kimi Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1976cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olması, atasının milliyətcə azərbaycanlı X7, anasının milliyətcə azərbaycanlı X5 olması faktının müəyyən edilməsi, buna uyğun olaraq, doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1976-cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. Atası milliyətcə azərbaycanlı olan X7, anası milliyətcə azərbaycanlı olan X3r. Məlum hadisələrdən sonra yaşadıqları Amasiya rayonundan Azərbaycan Respulikasına köçəndən sonra ona məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Ötən dövr ərzində də, həmin şəhadətnaməyə ehtiyac olmamışdır. Lakin X1 xx.xx.2021-ci il tarixdə öldükdən sonra ondan miras qalan əmlakı rəsmiləşdirmək üçün aidiyyatı qurumlara müraciət etdikdə ona məxsus doğum haqqında şəhadətnamənin təqdim edilməsi zərurəti yaranmışdır. Bununla bağlı o, Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Ona məxsus doğum haqqında akt qeydini hər hansı formada bərpa etdirə bilmir və doğum haqqında şəhadətnaməni ala bilmir. Artıq bir dəfə qeyd edilən məsələ ilə bağlı 2022-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Hətta tərəfindən 100 manat məbləğinə dövlət rüsumu da, ödənilmişdir. Lakin aidiyyatı sübutları toplaya bilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olan xx.xx.2022-ci il tarixli ərizə ilə iddiaya etiraz edilmədiyi və işin həllinin məhəmənin mülahizəsinə buraxıldığını bildirməklə, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun doğma qardaşıdır. X1, anası X3r. Məhərrəmin doğum haqqında şəhadətnaməsi olub. Həmin şəhadətnaməni görüb. Məhərrəm 1976-cı ildə Amasiya rayonunda doğulmuşdur.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, Məhərrəm onun qardaşıdır. Məhərrəmi uşaqlıqdan özü böyütmüşdür. Məhərrəmin doğum haqqında şəhadətnaməsi olub. O, 1976-cı ildə Ermənistanın Amasiya rayonunda doğulub. 1988-ci ildə zəlzələ olduqda, ordan qaçdıqlarından sənədləri evlərində qalmışdır. Anası atası ilə evlənsə də, atasının soyadına keçməmişdir. Atasının soyadı Əliyev, anasının Zülfiqarova olmuşdur. Onun özünün doğum haqqında şəhadətnaməsi olsa da, orada qalmışdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qaynıdır. Məhərrəmin böyük qardaşı ilə yaxın dost olmuşdur. Bir məhəllədən bir-birlərini tanıyırlar. X11, X17 idi. Lakin aralarında rəsmi nikahın olub-olmaması barədə məlumatsızıdır.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, Əliyev Telman onun atası, Məhərrəm qardaşı, Gülgəz Zülfiqarova isə anasıdır. Anası atası ilə rəsmi nikahda olsa da, öz soyadında qalmışdır. Özü 1971-ci il təvəllüdlüdür. Məhərrəm onun doğma qardaşıdır və 1976-cı ildə doğulub. 1988-ci ildə zəlzələ olandan sonra evlərindən çıxdıqlarından sənədləri orada qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. AZE seriyalı, 09165561 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixində Ermənistan Respublikasının, Amasiya rayonunda doğulmuşdur.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixində Ermənistan Respublikasının, Amasiya rayonunda doğulmuş, xx.xx.2004-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır.

11. AZE seriyalı, 01892915 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X7 XX.XX.1944-cü il tarixində Ermənistan Respublikasının, Amasiya rayonunda doğulmuşdur.

12. V-СЛ № 661050 saylı doğum haqqında pasportdan görünür ki, X7 1944-cü il tarixində Ermənistan SSR Amasiya rayonunun, Quzukənd kəndində doğulmuşdur.

13. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən AZ-İİ seriyalı, 214814 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.

14. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən AZ-İ seriyalı, 355510 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2009-cu il tarixində Bakı şəhərində vəfat etmişdir.

15. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi müraciətinə cavab olaraq, göndərilən xx.xx.2022-ci il tarixli, 05Q/1322/15 saylı məktubdan görünür ki, sonuncuya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52№-li Qərarı ilə təsdiq olunmuş “ Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik , bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci bəndinə əsasən kifayət qədər sənəd təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası şöbə tərəfindən mümkün olmamışdır.

16. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilən FM seriyalı, 025985 seriyalı qeydiyyat vəsiqəsindən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, 3 otaq, 36,4 yaşayış sahəsi, 75,8 ümumi sahəsi olan, 1 b saylı, fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydiyyatdan keçmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

17. Ərizəçi xx.xx.1976-cı il tarixində Ermənistan Respublikasının, Amasiya rayonunda doğulmuşdur, onun yaşayış yeri ünvan 1 ünvanıdır.

18. Bu faktlar Bakı şəhəri 1 saylı “ASAN Xidmət” tərəfindən xx.xx.2014-cü il tarixdə verilən AZE seriyalı, 09165561 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sübut edilir.

19. Ərizəçi doğum haqqında şəhadətnaməsini 1988-ci ildən Ermənistandan Azərbaycan Respublikasına gələn zaman itirdiyini və onun məhkəmədən kənar bərpa edilməsinin mümkünsüzlüyünü əsas götürərək, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər ərizəçinin yaxın qohumlarıdırlar.

21. Ərizəçinin X1 XX.XX.1944-cü il tarixində Ermənistanın Respublikasının, Amasiya rayonunda doğulmuşdur. Bu fakt AZE seriyalı, 01892915 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sübut edilir.

22. Ərizəçinin anası X5 isə xx.xx.2009-cu il tarixində Bakı şəhərində ölmüşdür. X2 ərizəçinin anası, X4 isə atası olması və hər ikisinin milliyətcə azərbaycanlı olması məhkəmə iclasında dindirilən şahid ifadələri ilə sübut edilir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

24. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

25. 307.2.3-cü maddəsinə əsasən məhkəmədoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

26. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

27. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

28. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

29. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

32. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur.

33. Bundan başqa məhkəmə iclasında şahid qismində ifadə verən ərizəçinin qardaş və bacılarının ata adı və soyadlarındakı uyğunluq, doğum yerlərinin Ermənistan, Amasiya rayonu olması, ərizəçinin ərizəsinin əsaslı olması qənaətinə gəlməyə əsas verir.

34. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna və doğum haqqında akt qeydini başqa qaydada bərpa etmək mümkün olmadığına görə doğumunun qeydə edilmə faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

37. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

39. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə:

41. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının, Amasiya rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilməli, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan Respublikası, Amasiya rayonu”, doğum tarixi qrafasında “xx.xx.1976-cı il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X7 , milliyəti azərbaycanlı”, anası qrafasında “X5, milliyyəti azərbaycanlı” göstərilməlidir.

42. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının, Amasiya rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan Respublikası, Amasiya rayonu”, doğum tarixi qrafasında “xx.xx.1976-cı il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X7 , milliyəti azərbaycanlı”, anası qrafasında “X5, milliyyəti azərbaycanlı” göstərilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar