Məhkəmə qərarları › İş №2(001)-4271/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4271/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4271/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 - onun tam yetkinlik yaşına çatmayan övladı xx xxxx 2003-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 2019-cu il tarixli, AN-İ nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzilinə (ümumi sahəsi 50 kv.m, yaşayış sahəsi 27.5 kv.m olan bir otaqlı) tam mülkiyyət hüququ əldə etmişdir. Həmin daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınaraq, xx xxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir. Mənzil ona əvvəlki mülkiyyətçisi Cavabdeh6 tərəfindən satılmışdır. Tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı Cavabdeh6 xx xxx 2019-cu il tarixədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Bundan əlavə, həmin mənzilin alqısatqısıyla bağlı notariat işində alqı-satqı zamanı qeydiyyatda olan digər şəxslərin həmin mənzilin satılmasına və qeyd olunan müddətədək qeydiyyatdan çıxmağa dair notariat qaydasında təsdiq edilmiş ərizələri vardır. Alqı-satqı müqaviləsi bağlanandan təxminən 20 gün sonra mənzil onun istifadəsinə verilmiş və o, həmin vaxtdan öz ailə üzvləri ilə birgə orda yaşamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxx 2020-ci il tarixli ******* nömrəli arayışa əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 - onun tam yetkinlik yaşına çatmayan övladı xx xxxx 2003-cü il təvəllüdlü X3 ona məxsus mənzildə qeydiyyatdadırlar. Göründüyü kimi qeydiyyatda olan şəxslər bu günədək öz üzərlərinə götürdükləri öhdəliyi könüllü qaydada icra etməmişlər. Bununla bağlı həmin şəxslərlə əlaqə yaradaraq təcili surətdə qeydiyyatdan çıxmalarını tələb etsə də, tələbi nəticəsiz qalmışdır. Cavabdehlərin təqsiri üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Cavabdehlər alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvanddakı mənzildə yaşmasalar da formal olaraq qeydiyyatda qalmışlar. Bunun nəticəsində mənzil və kommunal xidmətlərin haqqını artıq məbləğdə ödəməyə məcburdur. Cavabdehlər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüquqlarını itirmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilmini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxx 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzili Cavabdeh5 (Cavabdeh6 əvəzinə) tərəfindən İddiaçı satılaraq alıcının mülkiyyətinə verilmişdir. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı xx xxx 2019-cu il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzilinin satılmasına etiraz etməmişlər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxx 2019-cu il tarixdə, ********** nömrəli qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh4, X3, X2, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzilində qeydiyyatdadırlar; Notariat işinə əlavə edilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ərizələrinin surətlərindən görünür ki, onlar Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzilin satılmasına razıdırlar, etiraz etmirlər. xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzilinin alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçisidir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla həmçinin müəyyən edildi ki, cavabdehlər həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq hazırda həmin mənzildə yaşamırlar və həmin mənzilin satılmasına razılıq bildirmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xx xxxx 2003-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edildiyinə görə onların həmin məzində qeydiyyatda qalmaları üçün hər-hansı əsas yoxdur və iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığına görə hazırki qətnamə cavebdehlərin qeydiyyatdan çıxarılmaları üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xx xxxx 2003-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xx xxxx 2003-cü il təvəllüdlü X3 ilə birlikdə İddiaçı mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 21 saylı evin 10 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar