Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4274/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Elxan Şərbət oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X5, Cavabdeh Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma ilə əlaqədar əmək haqqının tutulması” iddiasına dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********9 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixdə Protez X7 Gəncə filialına komyuter-operator işinə daxil olmuşdur. xx.xx.2020-ci il tarixə kimi işində hər hansı nöqsan və gecikmə olmadan vəzifəsini icra etmişdir. xx.xx.2020-ci il tarixdə yıxılaraq başın ənsə nahiyyəsinin çapılmış yarası L-5 fəqərəsinin sol yan çıxıntısının qapalı travması, çanağın qapalı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, L-5 fəqərəsinin çapılmış yarası xəsarətlərini almışdır. Bunun əsasında xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada yataq şəraitində müalicə almışdır. xx.xx.2020-ci il tarixdə işə çıxmışdır. Ancaq səhhəti həddindən artıq pis idi. Çətinliklə xx.xx.2020-ci il tarixədək işləmişdir. Ondan sonra Novruz bayramı və hamıya bəlli olduğu kimi pandemiya ilə əlaqədar sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi iş rejimi may ayının 26-dək işə çıxmamışlar. xx.xx.2020-ci il tarixdən sonra işə çıxmışlar. Qısa müddət işlədikdən sonra isə xx.xx.2020-ci il tarixdə yenidən əməliyyat keçirmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işə çıxmamışdır. Bununla bağlı olaraq əmək qabiliyyətinin olmaması barədə vərəqə verilmişdir. Qeyd olunan tarixdə işə çıxmışdır. İşə çıxarkən rəhbərlik tərəfindən ona qarşı münasibət tamamilə dəyişmişdir. Onlardan bunun səbəbini soruşduqda bildirdilər ki, belə işləmək olmaz. Sən bir gün işləyib, beş gün xəstəliyinlə əlaqədar icazə alırsan. Bu söz həqiqətən ona pis təsir etdi və onlarla mübahisə edərək bildirmişdir ki, bir neçə illər qüsursuz işləməsinin əvəzini belə qiymətləndirdilər. xx.xx.2020-ci il tarixdə ona bildirdilər ki, Azərbaycan Respubikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad olunmuşdur. İşdən çıxması qanunsuz və əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, birncisi, cavabdeh orqanın onu işdən azad etməsi əmək məcəlləsinin 187-ci maddəsinin 3cü bəndinin kobud pozulması ilə nəticələnmişdir. Çünki cavabdeh orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilir ki, İddiaçı işdən çıxmasının səbəbi vətəndaş X3 xx.xx.2020-ci il tarixdə verdiyi ərizə olmuşdur. Həmin ərizədə isə X6 göstərmişdir ki, “Protez X7 Gəncə filialının komyuter operatoru İddiaçı xx.xx.2019-cu il tarixdə Gəncə X13nə süd vəzi protezi üçün müraciət etmiş və ondan Rəna 30 manat pul alıb və ona protez satıb”. Cavabdeh orqanın təbirincə deyilsə, bu intizam xətasıdır. İntizam pozuntusu isə xx.xx.2019-cu il tarixdə baş vermişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndində göstərilir ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Cavabdeh orqan isə inzibati tənbehi 1 il 6 ay sonra vermişdir. İkinci məsələ ondan ibarətdir ki, iddiaçı heç vaxt X2 pul istəməmişdir və o, ona 30 manat pul verməmişdir. Yalnız xx.xx.2019-cu il tarixdə onunla ünsiyyətdə olmuş və gedərkən stolunun üstünə pul atmışdır. Həmin vəsait isə 30 manat yox, 5 manat olmuşdur. Bu gün onun ailə vəziyyəti ağırdır. O, heç kimin haqqına girməmişdir. Ancaq bəzi insanlar onun haqqına girməklə 2 azyaşlı uşağının ac qalmasına səbəb olmuşdur. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, özü avtomobil qəzası keçirmişdir. Başına tikiş atılmışdır. O, bu vəziyyəti ilə o işləri sürünə-sürünə görmüşdür. Özü komputer operatoru işləyirdi. Xəstələri o qəbul edirdi. Receptionda oturmuşdu. 13 il ərzində işlədiyi müddət ərzində ilk dəfə bülleten götürmüşdür. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixləri arasında Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadə müalicə almışdır. xx.xx.2020-ci il tarixində yenidən əməliyyat olunmuşdur. xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinədək işə çıxmamışdır. Onun özündə beyin silkələnməsi olmuşdur. Bir xəstə ondan şikayət etmişdir ki, guya ondan pul almışdır. Karantin dövründə işçilər hissə-hissə işə çıxırdı. İddiaçın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, müdafiə etdiyi şəxs orada işləyərək qüsursuz fəaliyyət göstərmişdir. İşdən çıxarılmasında ən əsas səbəblərdən biri iddiaçının keçirdiyi yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarətləri alması olmuşdur. Və xanımın avtomobil qəzası keçirərək işə bir müddət çıxıb sonra qayıtmasıdır. İddiaçı işə çıxmadığı müddət vətəndaş deyib ki, Rəna ondan pul almışdır. Həmin adamın izahatı alınmışdır ki, döş protezləri ilə bağlı guya ondan 30 manat pul alınmışdır. Lakin Rəna xanım həmin vaxtda işdə olmamışdır. Sadəcə olaraq kimsə gəlmiş və çıxanda stolunun üstünə 2 manat pul qoymuşdur. Həmin hadisə 2019-cu ildə olmuşdur. Vətəndaşdan izahat isə 2020-ci ildə alınmışdır. Protez 2 ildən bir dəyişilməlidir. Dövlətin verdiyi protezdir. Rəna özü bildirmişdir ki, 2 manat pul onun stolunun üstünə qoyulmuşdur. Hər iki tərəf çağırılmışdır. Həmin vətəndaş bildirmişdir ki, terapevtdən çıxmışdı. Əsəbi və gərgin olduğundan şikayət etmişdir. Burada sadəcə olaraq hörmət məsələsidir. Əgər bu vətəndaş narazı idisə, elə həmin vaxtda şikəyətini edərdi. Niyə vətəndaş 1 il sonra gəlib deyir ki, belə bir hal vardır. Artıq burada ziddiyət yaranır. İddiaçının stolunun üstünə pul qoyularaq pul verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. Məhkəməyə verdiyi izahatında bildirmişdir ki, belə bir adam burada işləyə bilməz. İddiaçı tərəfindən qeyd edilən sağlamlıq məsələsi iddiaçının əsl səbəbi gizlətməsi kimi istifadə olunur. İddiaçı öz vəzifəsindən sui-istifadə etmişdir. 2016-cı ilin mart-avqust aylarında iddiaçının töhməti olmuşdur. Qarşı tərəfin qeyd etdiyi kimi qüsursuz fəaliyyət olmamışdır. Vətəndaş şikayəti olmuşdur. 2-ci qrup əlildən 50 manat pul tələb olunmuşdur. Halbuki bu pulsuz həyata keçirilməli idi. Həmin qadın da üstündə pul az olduğundan 30 manat pul ödəmişdir. Həmkarların iclasında bu məsələ müzakirə olunmuşdur. İddiaçı telefon danışığı aparılaraq (səs yazısının aparılması əvvəlcədən xəbərdar edilməklə) iddiaçı 5 manat aldığını etiraf etmişdir. Bununla da onun izahatı ilə telefon danışığı arasında ziddiyyət yaranmışdır. Yazılı etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən başlayaraq, Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez X7 Gəncə filialının İstehsalat sahəsinin tibb qeydiyyatçısı vəzifəsinə təyin edilmiş, əmək fəaliyyətində yol verdiyi kobud pozuntulara görə xx.xx.2020-ci il tarixli **********9 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. İddia ərizəsinin 1-ci abzasında iddiaçı bildirir ki, 2008-ci ildən 2020ci il tarixədək müəssisədə işlədiyi dövrdə hər hansı nöqsana yol verməyib. 2016-cı il 1 mart tarixli, 8/Ü nömrəli əmrin və 2016-cı il 29 avqust tarixli, 65 nömrəli əmrin surətindən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən Protez X13 tərəfindən 2 dəfə töhmət verilmişdir. Göründüyü kimi, iddia ərizəsi elə ilk cümləsindən həqiqətə uyğun olmayan məlumatları əks etdirir. İddia ərizəsinin davamında iddiaçı göstərir ki, o, sağlamlığında yaranmış problemlərə görə işə çıxa bilməmiş, buna görə də iş yerində narazılıq yaranmış və nəticədə onu tutduğu vəzifədən azad etmişlər. İddiaçının qeyd etdiyi arqument tamamilə yanlışdır və həqiqətə uyğun deyil. İddiaçı işdən çıxarılmağının əsl səbəbini bu yolla gizləməyə çalışmışdır. Belə ki, iddiaçı İİ qrup əlil Verdiyeva Hicrandan əlilliyi olan şəxslərə pulsuz verilən protez məmulatına görə 30 manat məbləğində pul vəsaiti almışdır. Qeyd olunan şikayətlə bağlı izahatı alınarkən iddiaçı həmin faktı tamamilə inkar etsə də, sonradan Həmkarlar İttifaqının iclası ilə bağlı telefon vasitəsi ilə əlaqə saxlanıldıqda (səs yazısının aparılması əvvəlcədən xəbərdar edilməklə) şikayətçidən guya 5 manat məbləğində pul aldığını boynuna almışdır. Bununla da onun izahatı ilə telefon danışığı arasında ziddiyyət yarandığı və iddiaçının verdiyi məlumatların həqiqətə uyğun olmadığı, vətəndaşın şikayətinin haqlı və əsaslı olduğu aydın olur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirikləri ilə eyni məzmunda məhkəməyə yazılı etiraz təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 300.1-ci maddəsi təşkil edir. Həmin maddədə qeyd olunmuşdur ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu baxımdan məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl olunubolunmaması yoxlanılmalıdır. İş materiallarından və işin faktiki hallarından da göründüyü kimi, iddiaçının əmək Müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilmişdir. Əmək məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində qeyd olunmuşdur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh qurumunun Gəncə filialının direktoru arasında 2016-cı ildə narazılıqlar olmuşdur. İddiaçı sonuncu haqqında mərkəzin direktoruna şikayət ərizəsi yollamış sonradan tərəflər arasında barışıq əldə olunmuşdur. Sonradan iddiaçının barəsində xx xxxxxx 2016-cı il tarixdə cavabdeh qurumun Gəncə filialının direktoru iddiaçının işdə əmək intizamını mütəmadi pozduğu, xəstələrlə kobud rəftar etdiyi, vəzifə səlahiyyətlərinin icrasında nöqsanlara yol verdiyi barədə rəhbərliyə müraciət etmiş və nəticədə İddiaçı töhmət verilmişdir. Daha sonra yəni 2020-ci ildə vətəndaşın İddiaçı ondan pul(rüşvət) istəməsi ilə bağlı şikayəti əsasında araşdırılma aparılmış və iddiaçının barəsində intizam tənbehi tətbiq edilərək əmək müqaviləsinə xitam verilmişdir. Mübahisənin predmeti olan Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli əmrinin surətindən görünür ki, Əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez X7 Gəncə filialının İqtisadiyyat və istehsalın təşkili şöbəsinin komputer operatoru İddiaçı xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Protez X7 direktoru A.Məcidovun xx.xx.2020-ci il tarixi **********9 nömrəli xidməti məruzəsi göstərilmişdir. A.Məcidovun təqdimatından görünür ki, əlil olan vətəndaş X3 müraciəti zamanı aşkar edilmişdir ki, xx.xx.2019-cu il tarixdə süd vəzi protezini alan vaxtı Gəncə filialının kompyuter operatoru vəzifəsində çalışan İddiaçı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar paltar dəyişmə otağında protez məmulatının vətəndaş H.H.Verdiyevanın ölçülərinə uyğun olubolmamasını yoxlayan vaxtı ondan bu protez məmulatının ona verilməsi üçün 50 manat məbləğində pul tələb edib, vətəndaşında həmin məbləği verməyə imkanı olmadığından protezin ona verilməsi üçün 30 manat məbləğində pulu İddiaçı verib. Göstərilənlərə əsasən İddiaçı barəsində tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan X14 X8 Komitəsi İdarə Heyəti üzvlərinin yığıncağının 09 saylı, xx.xx.2020-ci il tarixli Protokolun surətindən görünür ki, Protez X13 Gəncə filialının direktoru Anar İsgəndərovun xx.xx.2020-ci il tarixli xidməti məruzəsi İddiaçı 30 iyun tarixli izahatı, zərərçəkən X3 əriəsi və X10 Qurbanovun izaladıqları akta və zərərçəkən İİ qrup əlil X3 və cavabdeh X4 yazısındakı etiraflara əsaslanaraq İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı, əlillərə qarşı göstərdiyi kobud rəftar və əmək intizamını dəfələrlə pozaraq əvvəllər də eyni xarakterli əməllərlə məşğul olduğundan, onun haqqında intizam tənbeh tədbirlərin görülməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Gəncə “Asan xidmət” mərkəzində notarial qaydada təsdiqlənmiş X3 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Protez X7 Gəncə filialının istehsalat sahəsinin tibb qeydiyyatçısı İddiaçı barəsində xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi yazmışdır. Həmin vaxt ərizəni yazmasına səbəb xəstəxnadan çıxması, həddindən artıq əsəbi və gərgin olması olmuşdur. Çünki onkoloji xəstədir və protezinin cırılması onu daha da əsəbləşdirmişdir. əslində isə işin mahiyyəti o olmuşdur ki, o, Rəna xanıma özü 5 manat hörmət edərək, stolunun üstnə qoyub çıxmışdır. Rəna xanım ondan 30 manat pul istəməmiş və o, 30 manat pul verməmişdir. İddiaçı hər hansı şikayəti və tələbi yoxdur. Əmək məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndində qeyd olunmuşdur ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək məcəlləsinin 10-cu maddəsində işçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq kimi əsas vəzifələri nəzərdə tutulmuşdur. Həmin məcəllənin 11-ci maddəsində işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək kimi işəgötürənin əsas hüquqları müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsində qeyd olunmuşdur ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Əmək Məcəlləsinin 189-cu maddəsinin 2 və 3-cü bəndlərinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Əvvəla məhkəmə qeyd edir ki, mübahisələndirilən müvafiq əmr əsaslandırılmamışdır. Belə ki, həmin əmrin verilməsinə əsas kimi Protez X7 direktoru A.Məcidovun xx xxxx 2020-ci il tarixli **********9 nömrəli xidməti məruzəsi göstərilmişdir. Lakin əmrin verilməsi üçün əsas olmuş rəsmi sənədlər qeyd edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsində qeyd edilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Odur ki, işəgötürən faktiki olaraq işçinin korrupsiya ilə bağlı hüquqpozma əməlini törətməsini əsas gətirərək əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, bununla bağlı cinayət təqibinin həyata keçirilməsi barədə və ya inzibati xəta haqqında icraata dair hər hansı qərar göstərməmişdir. Yəni vətəndaşın şikayəti, bununla bağlı xidməti məruzə (təqdimat) şəxsin həmin əməli törətməsini sübut edən hal hesab edilə bilməz. Bununla bağlı cinayət qanunvericiliyində təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuşdur. Halbuki işçinin törətdiyi iddia edilən hərəkət, yəni işçinin rüşvət tələb etməsi və ya alması cinayət əməlidir və bu əməlin sübut edilməsi cinayət təqibini həyata keçirən orqanın səlahiyyətindədir. İşin hallarından da göründüyü kimi bu barədə hər hansı qərar yoxdur, yəni əmək müqaviləsinə xitam verilərkən əmək məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan rəsmi sənədlərə istinad olunmamışdır İş materiallarında olan X3 xx xxxxxxxx 2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsinə isə məhkəmə, həmin ərizənin mübahisədən sonrakı hala aid olduğuna görə hüquqi qiymət verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, işəgötürənin intizam tənbehi verilməsi üçün əsas hesab etdiyi intizam xətasının törədilməsindən 6 aydan artıq müddət keçdikdən sonra əmr vermişdir. Yəni işəgötürən xx.xx.2019-cu ildə baş verdiyini hesab etdiyi intizam xətasına görə xx xxxx 2020-ci ildə intizam tənbehi vermişdir. Halbuki Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normasından da göründüyü kimi intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Əmək Məcəlləsinin 186-cı maddəsində isə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehi kimi müəyyən edilmişdir. Odur ki, işəgötürən intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verə bilməzdi, baxmayaraq ki, həmin intizam xətasının törədilməsi ona xx xxxx 2020-ci ildə məlum olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə həmin məcəllənin 71,76,187-ci maddələrinin tələbləri gözlənilmədən xitam verildiyindən, cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, **********9 nömrəli əmri ləğv edilərək, xx.xx.2020-ci il tarixdən hesablanaraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Protez X13 Gəncə filialında tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, **********9 nömrəli əmri ləğv edilsin, xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez X7 Gəncə filialının İqtisadiyyat və istehsalın təşkili şöbəsinin komputer operatoru vəzifəsinə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4274/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4274/2020
30.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver