Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4318/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdə Ermənistan SSR, Axtala qəsəbəsi, Tumanyan rayonunda anadan olması faktı müəyyən edilməklə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində “soyad”, “ad”, “ata” adı qrafasında Ərizəçi Alı qızı, “atası” qrafasında – Şahid1, milliyəti azərbaycanlı, “anası” qrafasında – Şahid2 (milliyəti azərbaycanlı) olması faktının qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Ermənistan SSR, Axtala qəsəbəsi, Tumanyan rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməni müəyyən şəraitdə itirmiş və şəhadətnamənin verilməsi üçün 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etsə də, şəhadətnamə Ermənistan ərazisində verildiyindən, təkrar verilməsi mümkün olmamış və aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Qeyd edilənlərə əsasəndə ərizəçi mövcud iddia tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbin dəqiqləşməsinə dair ərizə təqdim edərək, doğum akt qeydində “soyad”, “ad” və “ata” adı qrafasında “X5” olması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətandaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası üçün bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizə təmin edilməmiş və hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə xx xxxx 1982-ci il tarixdə Ermənistan, Tumanyan rayonunda anadan olmuş X6 xx.xx.2007-ci il tarixədə rəsmi nikaha daxil olmuşlar. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin bacısı X2 atası X7, anası Şahid2dır. - şəxsiyyət vəsiqələrinin surətinə əsasən, Şahid1 xx.xx.1954-cü il təvəllüdlü, Şahid2 isə xx.xx.1962-ci il təvəllüdlüdür. Məhkəmə iclasında iştirak edən Şahid2 izahat verərək bildirdi ki, ərizəçi onun qızıdır. Məlum hadisələrdən sonra bütün sənədlər itmişdir. Sonradan şəxsiyyət vəsiqəsi alınarkən isə yanlışlıqla ata adı Əli kimi qeyd edilib. Əslində isə ata adı Alıdır. Məhkəmə iclasında iştirak etmiş Şahid1 izahat verərək bildirdi ki, ərizəçi onun qızıdır. Ərizəçinin ata adı Alı olsa da, vəsiqə verilərkən texniki səhv olaraq Əli yazılmışdır. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. - 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum faktını qeydə almaqdan və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan, Tumanyan rayonu, Axtala qəsəbəsində doğulması, atasının Şahid1, anasının Şahid2 olması ərizəçinin izahatı ilə, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan, Tumanyan rayonu, Axtala qəsəbəsində doğulması, atasının Şahid1, anasının Şahid2 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, xx.xx.1982-ci il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X5”, “atası” qrafasında “Şahid1”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “Şahid2”, “milliyyəti azərbaycanlı” yazılmalıdır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Həsənova (Nəsibova) Aytən Əli qızının xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası, Tumanyan rayonu, Axtala qəsəbəsində anadan olması, atasının Şahid1, anasının isə Şahid2 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. xx.xx.1982-ci il təvvəllüdlü Həsənova (Nəsibova) Aytən Əli qızının doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X5”, “atası” qrafasında “Şahid1”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “Şahid2”, “milliyyəti azərbaycanlı” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4318/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4318/2022
09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver