Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4334/2023 23.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu Ərizəçi maraqlı şəxs qismində 7 saylı Bakı “ASAN ximdət” mərkəzində qeydiyyat şöbəsini cəlb etməklə “doğum akt qeydinin bərpası” tələbinə dair ərizəsini 23 iyun 2023-cü il tarixdə ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərədən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Masis rayonunun Sərvanlar kəndində doğulması, atası X2, anası Abdullayeva X1 göstərilməklə akt qeydinin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə... hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırda Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Masis rayonunun Sərvanlar kəndində doğulması, atası X2, anası Abdullayeva X1 göstərilməklə akt qeydinin bərpasını xahiş etsə də, ərizənin məzmununun böyük hissəsini maddi və prosessual hüquq normaları təşkil etmiş, tələbinin əsası kimi istinad etdiyi fakt və hallar ərizədə göstərilməmişdir. Bu isə Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı şəxs qismində 7 saylı Bakı “ASAN ximdət” mərkəzində qeydiyyat şöbəsini cəlb etməklə “doğum akt qeydinin bərpası” tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4334/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4334/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver