Məhkəmə qərarları › İş №2(001)-4337/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4337/2023

18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4337/2023 18.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi X5 1989-cu ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi X5 1989-cu ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, X15 xx.xx.1956-cı il tarixdə Gürcüstanın Bolnisi rayonunun Bolnisi şəhərində anadan olmuş, onun doğumu Bolnisi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1956-cı il tarixdə 69 nömrəli aktla qeydə alınmış və müvafiq olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Daha sonra ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyi üçün xx.xx.1976-cı il tarixdə Bolnisi rayon VVAQ şöbəsi tərəfindən İ-QT (TT) seriyalı, 480265 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. Ərizəçinin anası Gürcüstan SSR-nin vətəndaşı olmuş Abdullayeva (nikahdan əvvəlki soyadı: Mirzəyeva) Gülavatın Mamed (Qurban) qızı 1927-ci ildə Gürcüstanın Marneuli rayonun Qızılhacılı kəndində anadan olmuş və xx.xx.1992-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçinin atası Gürcüstan SSR-nin vətəndaşı olmuş X7 1903-cü ildə Gürcüstanın Tetritskaro şəhərinin Şıxlı kəndində anadan olmuş, xx.xx.1965-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunda vəfat etmişdir. Ərizəçi 1963-cü ildə Bolnisidə Azərbaycan orta məktəbinin birinci sinfinə daxil olmuş, 1973-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1971-ci ildə, ərizəçi hələ doqquzuncu sinifdə oxuyan zaman Bolnisi rayonunda makinaçı kursuna getmiş, altı ay təhsil almış daha sonra təhsilini davam etdirməmişdir. Ərizəçi 1975-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuş X22 ilə Gürcüstanın Bolnisi rayonunda nikaha daxil olmuş, həmin nikahdan üç usagı, xx.xx.1976-cı il təvəllüdlü X16, xx.xx.1977-ci il təvəllüdlü X8, xx.xx.1982-ci il təvəllüdlü X28 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ilk dəfə ərizəçi xx.xx.1976-cı il tarixdə Bolnisi rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən İİ-Tİ (TH) seriyalı 524408 nömrəli SSRİ nümunəli pasportla təmin edilmişdir. Ərizəçi 1983-cü ilin əvvəlində X22 ilə ayrılmış, 1986-cı ildə isə nikahı pozulmuşdur. Nikahı pozulduqdan sonra məhkəmənin qərarına əsasən qızlarının hər ikisi atalarında, oğlu isə ərizəçinin himayəsində saxlanmışdır. Ərizəçi xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonunun Cəmilli kəndində anadan olmuş X23 ilə nikaha daxil olmuş, nikahı Bolnisi rayonu VVAQ şöbəsi tərəfindən 147 nömrəli aktla qeydə alınmış və müvafıq olaraq xx.xx.1986-cı il tarixdə İİİ-Tİ (TH) seriyalı 446867 nömrəli nikah haqqında şəhadətnamə ilə təmin edilmiş, həmin nikahdan onun bir usage, xx.xx.1986-cı il təvəllüdlü X20 anadan olmuşdur. 1989-cu ilin oktyabr ayında ərizəçi övladları, X28, X20 və əri X23 ilə birlikdə daimi yaşamaq məqsədilə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, xx.xx.1989-cu il tarixdə əri Ş.A.Verdiyev Bakı şəhəri Binəqədi rayonu ünvan 1 ünvana yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin ərizəçinin də həmin ünvana qeydiyyata alınmasına razılıq verməmiş, bu səbəbdən də ərizəçi həmin vaxt yaşayış yeri üzrə qeydiyyata alına bilməmişdir. Azərbaycana gəldikdən bir müddət sonra ərizəçi SSRİ nümunəli pasportunu itirmişdir. Daha sonra ərizəçi xx.xx.1990-cı il tarixdə yenidən Bolnisi rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən XVİİ-Tİ (TH) seriyalı, 512639 nömrəli SSRİ nümunəli pasportla təmin edilmiş, xx.xx.1990-cı il tarixdə ərizəçi Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatdan çıxmış, uzun müddətdən sonra isə itirdiyi xx.xx.1976-cı il tarixdə Bolnisi rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən verilmiş İİ- Tİ (TH) seriyalı 524408 nömrəli SSRİ nümunəli pasportunu tapmışdır. Ərizəçi 2016-cı ilə kimi ünvan 2 ünvanında yaşamış, 2016-cı ildə əri həmin evi satmış, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi yolu döngə 10 ünvanında inşa edilmiş özbaşına tikilidə ev alaraq ərizəçini oraya köçürmüş, ərizəçi bu ünvanda tək yaşamağa başlamış, hal-hazırda da həmin ünvanda yaşayır. Ərizəçinin əri Azərbaycan Respublikasının vətəndaşı olan X23 xx.xx.1965-ci il tarixdə Kəlbəcər rayonunun Cəmilli kəndində anadan olmuş, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınan qəsəbədəki evlərdən birində yaşayır, fərdi əməklə məşğuldur. Ərizəçinin qızı Gürcüstan Respublikasının vətəndaşı olan X16 xx.xx.1976-cı il tarixdə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, hazırda Gürcüstan Respublikasının Marneuli rayonunda yaşayır, işləmir. Ərizəçinin qızı Gürcüstan Respublikasının vətəndaşı olmuş X8 xx.xx.1977-ci il tarixdə Gürcüstanın Marneuli rayonunda anadan olmuş, xx.xx.1994-cü il tarixdə Gürcüstanın Marneuli rayonunda vəfat etmişdir. Ərizəçinin oğlu Gürcüstan Respublikasının vətəndaşı X28 xx.xx.1982-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, hazırda Bakı şəhəri Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayır, fərdi əməklə məşğuldur. Ərizəçinin oğlu Azərbaycan Respublikasının vətəndaşı X20 xx.xx.1986-cı il tarixdə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, hazırda Abşeron rayonu Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayır. Ərizəçinin qardaşı Azərbaycan Respublikasının vətəndaşı olmuş X17 xx.xx.1947-ci il tarixdə Gürcüstanın Tetritskaro şəhərinin Şıxlı kəndində anadan olmuş, xx.xx.2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçinin bacısı Gürcüstan Respublikasının vətəndaşı X9 xx.xx.1951-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Bolnisi şəhərində anadan olmuş, hazırda Gürcüstan Respublikasının Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndində yaşayır, pensiyaçıdır. Ərizəçinin bacısı Gürcüstan Respublikasının vətəndaşı X12 xx.xx.1954-cü il tarixdə Gürcüstanın Bolinisi rayonunun Bolnisi şəhərində anadan olmuş, hazırda Gürcüstan Respublikasının Marneuli rayonunda yaşayır, pensiyaçıdır. Ərizəçinin qardaşı Azərbaycan Respublikasının vətəndaşı olan X18 xx.xx.1958-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Bolnisi şəhərində anadan olmuş, Bakı şəhəri Xətai rayonu İlqar Zülfüqarov küçəsi 165 saylı evin 129 saylı mənzilində yaşayır, Bakı şəhərində fəaliyyət göstərən şirniyyat sexlərinin birində elektrik mühəndisi vəzifəsində çalışır. Ərizəçinin qardaşı Azərbaycan Respublikasının vətəndaşı X13 xx.xx.1962-ci il tarixdə Bolinisi rayonunun Bolinisi qəsəbəsində anadan olmuş, hazırda Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsi Elman Qasımov küçəsi 16 F saylı evin 143 saylı mənzilində yaşayır, işləmir. Ərizəçi 1989-cu ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişəm, Gürcüstan Respublikasının isə vətəndaşı hesab edilmir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin verdiyi xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ərizəçi Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin X3 və Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01/70957 nömrəli arayışdan görünür ki, ərizəçi Gürcüstan Respublikasının vətəndaşı hesab edilmir. Hazırda ərizəçinin 67 yaşım var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün ərizəçi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüş, heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Ərizəçi xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə yardım edilməsini xahiş etmiş, DMX onun müraciətinə xx.xx.2023-cü il tarixli, 3-37/2-A-3835-26-1-08-12163/2023 nömrəli məktubla aşağıdakı məzmunda cavab vermişdir: Odur ki, 1989-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. Ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşaması və vətəndaşlığı olmayan şəxs olduğu təsdiq edilməlidir. Ərizəçi isə bu faktları təsdiq edən sənədləri heç bir qaydada ala bilmir. Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktını ona verilmiş Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təsdiq edir. Ərizəçinin vəziyyətində olan şəxslərin isə daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilməsi səlahiyyətini qanunvericilik heç bir orqana həvalə edilməyib. Bu səbəbdən də ərizəçi 1989-cu il tarixdən hal-hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktını təsdiq edən sənədi heç bir qaydada ala bilmir. Belə ki, ərizəçi 1989-cu ilin oktyabr ayından daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır, Gürcüstan və Azərbaycan SSRİ-dən ayrıldıqdan sonra vətəndaşlıq məsələlərini tənzimləyən qanun qəbul edilmiş, həmin qanunlara əsasən ərizəçi nə Gürcüstanın, nə də ki, Azərbaycanın vətəndaşı hesab edilmir. Ona görə də ərizəçi X5 1989-cu ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında ərizəçi X15 ərizəni müdafiə edib, ərizənin məzmunu ilə eyni məzmunlu izahat verib, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X5 vəkili Vəkil ərizəni müdafiə edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 14. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla).Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: 1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; 2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır. Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Gürcüstan SSR Bolnisi rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli İ-QT 480265 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.1956-cı il tarixdə Gürcüstan SSR Bolnisi rayonu Bolnisi şəhərində anadan olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1956-cü ilin fevral ayının 27-də 69 sayı ilə lazımı qeyd aparılmış, atası X7, anası Gülabatın Məmməd qızıdır. Sovet Sosialis Respublikaları İttifaqının İİ-Tİ № 524408 saylı xx.xx.1973-cü il tarixli pasportunun surətindən müəyyən olunur ki, SSRİ vətəndaşı olan Ərizəçi xx.xx.1956-cı il tarixdə Gürcüstanda anadan olmuşdur. Sovet Sosialis Respublikaları İttifaqının XVİİ-Tİ № 512639 saylı xx.xx.1990-cı il tarixli pasportunun surətindən müəyyən olunur ki, SSRİ vətəndaşı olan Ərizəçi xx.xx.1956-cı il tarixdə Gürcüstanda anadan olmuşdur. Gürcüstan SSR Bolnisi rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-Tİ 446867 saylı xx.xx.1986-cı il tarixli nikahın bağlanmasına dair şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 ilə X15 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuş, bu barədə 147 saylı akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-1687/23 saylı arayışından müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü X5 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin xx.xx.2023-cü il tarixli 01/70957 saylı arayışından müəyyən olunur ki, Nayra Abdulayevanın PHHŞ Dövlət Xidmətlərinin İnkişafı X2 Vətəndaşlıq və Miqrasiya Xidmətində 3-16-14/2-0330/2023 saylı ərizəsinə baxılaraq xx.xx.1956-cı il təvəllüdlü X11 vətəndaşı hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* saylı arayışından müəyyən olunur ki, xx.xx.1956-cu il təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-A-5327-xx-xx-15933/2023 saylı arayışdan müəyyən olunur ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1956-cı il təvəllüdlü Nayra Abdulayeva (himayə sənədi ***-*******5) Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi şossesi döngə 10 ünvanına olduğu yerüzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli 3-37/2- A-3835-26-1-08-12163/2023 saylı məktubundan müəyyən olunur ki, X6 xx.xx.2023-cü il tarixli 3-37/2-A-3835-26-1-8-12163/2023 saylı müraciətinə baxılaraq ona Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığının müəyyən edilməsi, bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışı ilə aidiyyəti üzrə məlumat verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilməsi, Qanunun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilməsi, bu müddəanın könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmədiyi, Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılması bildirilərək 2006-cı il yanvar ayının 1-dək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilməsi izah olunmuşdur. Binəqədi rayonu MKTB-nin 102 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli 231 saylı arayından müəyyən olunur ki, X1 rayonu Ə.Naxçıvani küçəsi 64 a saylı evin 40 saylı mənzilində qeydiyyatsız yaşamışdır. Binəqədi rayonu MKTB-nin 102 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli 232 saylı arayından müəyyən olunur ki, X1 rayonu Ə.Naxçıvani küçəsi 64 a saylı evin 40 saylı mənzilində həyat yoldaşı X23 iləbirgə yaşamış, X5 həmin ünvana qeydiyyatı olmamış, X23 xx.xx.1989-cu ildən 2016-cı ilədək qeyd olunan ünvanda qeydiyyatda olmuşdur. Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazisi dairəsi üzrə nümayəndəsi N.B.Məmmədovun 804 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayından müəyyən olunur ki, X1 yolunda inşa edilmiş özbaşına tikilidə qeydiyyatsız yaşayır. Məhkəmə iclasında şahid X18 ifadəsində göstərmişdir ki, bacısı X15 1956-cı ildə Gürcüstanda anadan olmuş, 1989-cu ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi olaraq yaşayır. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, bacısı X15 1956-cı ildə Gürcüstanda anadan olmuş, 1989-cu ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi olaraq yaşayır. Məhkəmə iclasında şahid Abdullayeva Hicran Neymət qızı ifadəsində göstərmişdir ki, qohumu X15 1956-cı ildə Gürcüstanda anadan olmuş, 1989-cu ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi olaraq yaşayır. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, qohumu X15 1956-cı ildə Gürcüstanda anadan olmuş, 1989-cu ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi olaraq yaşayır. Məhkəmə iclasında şahid X19 ifadəsində göstərmişdir ki, X15 1988-1989-cu illərdə Gürcüstandan Azərbaycana gəlmiş, daimi olaraq Azərbaycan Respublikası yaşayır. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.1956-cı il tarixdə Gürcüstanda doğulmuş, SSRİ vətəndaşı olmuş X15 1989-cu ildə Azərbaycan Respublikasına gəldikdən sonra daimi olaraq Azərbaycan Respublikasında yaşayır, hal-hazırda heç bir dövlətin vətəndaşı deyildir. Məhkəmə qeyd edir ki, qanunverici məhkəmələr tərəfindən Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının hansı hallarda müəyyən edilməli olmasını dəqiq qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilə bilər. Qanunverici eyni zamanda bu müddəanın könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilməsini istisna etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, SSRİ vətəndaşı olmuş X15 1989-cu ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi olaraq yaşaması və heç bir dövlətin vətəndaşı olmadığı öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. X5 1989-cu ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar