Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4352/2025 26.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, ərizəçi Maraqlı şəxs2 , maraqlı şəxsin nümayəndəsi, X1 iştirakı ilə, Maraqlı şəxs2 maraqlı şəxs qismində DMX-ni cəlb etməklə özünün Azərbaycan Respublikasında daimi yaşaması və s. faktın müəyyən edilməsi tələbi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi maraqlı şəxs qismində DMX-ni cəlb etməklə Maraqlı şəxs2 Azərbaycan Respublikasında daimi yaşaması və s. faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəşi Ərizəçi əsl ərizəçi Maraqlı şəxs2 ilə əvəz olunmuşdur. Sonuncu məhkəmə hazırlıq iclasında vəsatət verərək ərizəni ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə onun vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, vəsatət təmin olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, ərizəsi və əlavə edilmiş sənədlər, habelə onun verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş Ərizəçi qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə, qəbzlə 100 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin olunsun. Maraqlı şəxs2 maraqlı şəxs qismində DMX-ni cəlb etməklə özünün Azərbaycan Respublikasında daimi yaşaması və s. faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə, qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(049)-4352/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4352/2025
26.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver