Məhkəmə qərarları › İş №2(061)-2134/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-2134/2025

24.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-2134/2025 24.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Ərizəçi qardaşı X1 1989-cu ildən ölkə ərazisində, yəni Tərtər rayon Bəyimsarov kəndində yaşadığından heç bir xarici dövlətin vətəndaşlığını əldə etmədiyindən, 1989-cu ildən Azərbaycanlı olaraq ölkə ərazisində yaşadığı faktının təsdiq edilməsi və onun Tərtər rayon X2 qeydə alınmasının həvalə edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏETDİ: Ərizəçi qardaşı X1 1989-cu ildən ölkə ərazisində, yəni Tərtər rayon Bəyimsarov kəndində yaşadığından heç bir xarici dövlətin vətəndaşlığını əldə etmədiyindən, 1989-cu ildən Azərbaycanlı olaraq ölkə ərazisində yaşadığı faktının təsdiq edilməsi və onun Tərtər rayon X2 qeydə alınmasının həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Ərizəçi qardaşı X1 1989-cu ildən ölkə ərazisində, yəni Tərtər rayon Bəyimsarov kəndində yaşadığından heç bir xarici dövlətin vətəndaşlığını əldə etmədiyindən, 1989-cu ildən Azərbaycanlı olaraq ölkə ərazisində yaşadığı faktının təsdiq edilməsi və onun Tərtər rayon X2 qeydə alınmasının həvalə edilməsi tələb etsə də, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixdə qəbul etdiyi ******* nömrəli qərarının surətindən görünür ki, Vətəndaşlıq məsələləri baş idarəsində 28 dekabr 1970-ci il təvəllüdlü X1 29 fevral 2024-cü il tarixli 62729/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusuna baxılmış və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Həmin qərarda qərarın hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətində şikayət verməsi izah edilmişdir. Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixdə qəbul etdiyi ******* nömrəli qərardan aidiyyəti Məhkəməyə (Gəncə İnzibati Məhkəməyə) şikayət etməmiş, ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, həmin sənədin mövcudluğu iddia tələbi üzrə aidiyyət məsələsinə qiymət verilməsi üçün zəruri sənəd hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki tələb ilə bağlı ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi qardaşı X1 1989-cu ildən ölkə ərazisində, yəni Tərtər rayon Bəyimsarov kəndində yaşadığından heç bir xarici dövlətin vətəndaşlığını əldə etmədiyindən, 1989-cu ildən Azərbaycanlı olaraq ölkə ərazisində yaşadığı faktının təsdiq edilməsi və onun Tərtər rayon X2 qeydə alınmasının həvalə edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar