Məhkəmə qərarları › İş №2(037)-1428/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1428/2025

17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1428/2025 17.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi X27 İdarəsini və Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək onun hal-hazıradək fasiləsiz və daimi olaraq 1990-cı ildən Goranboy rayonun Dəliməmmədli qəsəbəsində, 1993-cü ildən İsmayıllı rayonun Təzəkənd kəndində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 16 may 1975-ci il tarixdə Özbəkistan Respublikası Daşkənd Vilayətinin Yeniyol rayonunda anadan olmuşdur. X1 və X13r. Milliyətcə axıska türküdür. 1990-cı ildə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına məcburi köç edərək Goranboy rayonun Dəliməmmədli qəsəbəsində məskunlaşmışlar. Valideynlərinin hər ikisi Azərbaycan Respublikası vətəndaşı olmuş, Goranboy rayonunda vəfat edərək orada dəfn olunmuşdur. O 1993-cü ildə X11 adlı şəxslə ailə quraraq İsmayıllı rayonun Təzəkənd kəndinə qeydiyyata düşmüşdür. Həyat yoldaşı X11 18 avqust 1970-ci il tarixdə Özbəkistan Respublikası Pastdarqam rayonunda anadan olmuşdur. Milliyətcə axıska türküdür. Birgə nikahlarından üç övladları, böyük oğlu - X19 30 avqust 1995-ci il tarixdə, qızı X14 23 avqust 1997-ci il tarixdə və oğlu X12 29 noyabr 2000ci il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində anadan olmuşlar. Həyat yoldaşı və övladları Azərbaycan Respublikası vətəndaşıdırlar. Rəsmi nikahları olmadığından uşaqların hər üçünə atalığın müəyyən olunması barədə şəhadətnamə alınmışdır. Ona 06 mart 1995-ci il tarixdə XXVİ-ЖГ saylı 600718 nömrali SSSR pasportu verilmişdir. Həmin pasport hal-hazırda özündədir. O, Azərbaycan Respublikasına gəldiyi vaxtdan indiyədək Azərbaycan Respublikasını tərk etməmişdir. Onun həmin vaxtdan Goranboy rayonun Dəliməmmədli qəsəbəsində, ailə qurduqdan sonra isə Təzəkənd kəndində yaşamağını yaxın qohumları, yaşadığı kənd sakinləri və həmin yerlər üzrə icra nümayəndəlikləri bilir. İstər onun valideynləri, istərsə də həyat yoldaşı və övladları Azərbaycan Respublikasının vətəndaşıdırlar. O Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlat Miqrasiya Xidmətinə müraciət etmiş, müraciəti baxılmamış saxlanılmış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Eyni zamanda Dövlət Miqrasiya Xidmətinə və Özbəkistan Səfirliyinə müraciət edərək Azərbaycan və Özbəkistan respublikalarının vətəndaşı olmaması barədə müvafiq arayışlar almışdır. Aparılan torpaq islahatları zamanı İsmayıllı rayonun Təzəkənd kəndində onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair dövlət aktında ailə üzvü kimi onun da adı qeyd olunmuşdur. 1990-cı ildən Goranboy rayonun Dəliməmmədli qəsəbəsində, 1993-cü ildən indiyədək fasiləsiz olaraq İsmayıllı rayonun Təzəkənd kəndində yaşaması, Azərbaycan Respublikasını tərk etməməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur. Onun doğum haqqında şəhadətnaməsindən və köhnə SSSR pasportundan başqa şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığından o Azərbaycan Respublikasını tərk edə bilməzdi. Bundan başqa o 1990-cı ildən Özbəkistan Respublikasından qeydiyyatdan çıxmışdır. Bununla da onun Özbəkistan Respublikası ilə heç bir siyasi və hüquqi bağlılığı yoxdur və həmin respublikanın vətəndaşı deyil. 35 ildən artıq Azərbaycan Respublikasının ərazisində daimi yaşamağına, həmin ölkənin vətandaşı ilə ailə qurmasına, üç Azərbaycan Respublikası vətəndaşı övladının olmasına, dövlət tərəfindən mülkiyyətinə əmlaklar verilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsi olmadığından ona verilmiş hüquqlardan istifadə edə bilmir. Ona görə da onun həqiqətən fasiləsiz və daimi olaraq 1990-cı ildən Goranboy rayonun Dəliməmmədli qəsəbəsində, 1993-cü ildən indiyədək İsmayıllı rayonun Təzəkənd kəndində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə etdiyini bildirərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf X27 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq edərək ərizənin təmin edilməsinə etiraz etmədiyini göstərmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, hazırkı ərizə üzrə araşdırma aparılmış, Dövlət Sərhəd Xidmətində ərizəçinin ölkədən çıxış-girişi ilə bağlı hər hansı bir qeydin olmadığı müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 310, 307.2.10-1-ci maddələrində göstərilmişdir ki, ərizəyə müvafiq icra hakimiyyəti orqanının yəni Dövlət Miqrasiya İdarəsinin arayışı, eyni zamanda vətəndaşın hazırkı vəziyyətdə Özbəkistan Respublikasının vətəndaşı olmamaşı barədə arayış əlavə olunmalıdır. İş üzrə faktın müəyyən olunmasına hər hansı maneə yoxdur. Ərizənin təmin olunmasına etiraz etmir. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun arvadıdır. Məlum hadisələrlə bağlı 1990-cı ildən o da ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Ərziəçi ilə 1993-cü ildə ailə qurduqdan sonra ərizəçi onun yaşadığı ismayıllı rayonun Təzəkənd kəndinə köçmüşdür. Birgə nikahlarından üç övladları vardır. O və övladları şəxsiyyət vəsiqəsi almışlar və Azərbaycan Respublikasının vətəndaşıdırlar. Lakin ərizəçi şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Ərizəçi ötən müddət ərzində yaşadığı ərazini tərk etməmiş və heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. O, ərizəçinin hal-hazıradək fasiləsiz və daimi olaraq 1990-cı ildən Goranboy rayonun Dəliməmmədli qəsəbəsində, 1993-cü ildən İsmayıllı rayonun Təzəkənd kəndində yaşamasını və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasını təsdiq edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İİ-ЮC 431481 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Özbəkistan Respublikası Daşkənd vilayəti Yanqmolski rayonu Novomixaylovka k/s tərəfindən 30 iyun 1975-ci il tarixdə ərizəçiyə doğum haqqında şəhadətnamə verilmiş, şəhadətnamədə onun 16 may 1975-ci il tarixdə Özbəkistan Respublikası Daşkənd vilayəti Yanqmolski rayonu Novomixaylovka kəndində anadan olması, atası Qulamov Ənvər, anası Qulamova Palli kimi qeyd edilmişdir. - XXVİ-ЖГ 600718 nömrəli keçmiş CCCP pasportunun surətindən görünür ki, 16 may 1975-ci il tarixdə Özbəkistan Respublikası Daşkənd vilayəti Yanqmolski rayonu Novomixaylovka kəndində doğulmuş X10 İsmayıllı rayonun Təzəkənd kəndində qeydiyyata alınmaqla İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 06 mart 1995-ci il tarixdə pasport verilmişdir. - AA2689696 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 18 avqust 1970-ci il tarixdə doğulmuş şəxs X4r. - İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2000-ci il tarixli İ-ЖГ seriyalı 379546 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamənin və AA1859241 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X12 01 yanvar 2000-ci il tarixdə doğulmuş, valideynləri X11 və X8r. - İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 1995-ci il tarixli İ-ЖГ seriyalı 354603 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamənin və AZE 16953076 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 30 avqust 1995-ci il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində doğulmuş, həmin kənddə yaşayır, valideynləri X11 və X3 qızıdır. - İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 1997-ci il tarixli İ-ЖГ seriyalı 367550 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamənin və AA4439148 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 13 sentyabr 1997-ci il tarixdə doğulmuş, valideynləri X11 və X8r. - AZ-İİ 108865 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X14 arasında rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Abbaslı, arvada Muradlı soyadı verilmişdir. - İV-ЖГ 396553 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası X24 06 noyabr 1993-cü il tarixdə Goranboy rayonun Goranlı kəndində vəfat etmişdir. - V-ЖГ 306912 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası Qulamov Ənvər 10 avqust 1999-cu il tarixdə Goranboy rayonun Goranlı kəndində vəfat etmişdir. - JN-421 Kod 40725018 olan «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının surətindən müəyyən edilir ki, ərizəçi – X11, X21 və X9 birgə mülkiyyətinə İsmayıllı rayonu Təzəkənd kəndi ərazisində 1,5 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 22 sentyabr 2016-cı il tarixli 50/106 nömrəli arayışdan görünür ki, xx.xx.1975-ci il tarixdə Özbəkistan res. Daşkənd vilayətində doğulmuş X7 mövcud kartotekada qeydiyyatı barədə heç bir məlumat aşkar edilməmişdir. - Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 20 avqust 2018-ci il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, 16 may 1975-ci il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. - İsmayıllı RPŞ-nin Q və ŞVQ-nun baş inspektoru, polis mayoru X15 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 20 iyul 2023-cü il tarixdə vətəndaş X16 şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş, araşdırma zamanı vətəndaş X5 tanınması üçün təqdim olunmuş sənədlərin və fotoşəkilin ona məxsus olmasını İsmayıllı RPŞ-nin Q və ŞVQ-nun baş inspektoru, polis mayoru X15, RPŞ-nin Q və ŞVQ-nun kiçik inspektoru, polis serjantı X28, əri X11, qızı X14, qonşusu X6 öz imzaları ilə təsdiq etmişlər. - Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin 28 fevral 2025-ci il tarixli 05/3-450 nömrəli arayışından görünür ki, ərizəçi Özbəkistan Respublikası vətəndaşı hesab edilmir. - Dövlət Miqrasiya Xidmətinin 18 mart 2025-ci il tarixli ******* nömrəli qərarının surətindən görünür ki, X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə 13 mart 2025-ci il tarixli 76559/m daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusu baxılmamış saxlanılmışdır. - İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2025-ci il tarixli 178 nömrəli arayışdan görünür ki, ərizəçi xx.xx.1995-ci ildən İsmayıllı rayonun Təzəkənd kəndində yaşayır. - İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli 329 nömrəli arayışdan görünür ki, X16 həqiqətən Təzəkənd kənd İƏD üzrə nümayəndəliyinə məxsus 06 nömrəli təsərrüfatbaşına kitabın 04 nömrəli səhifəsində 474 şəxsi hesabı üzrə qeydiyyatdadır. - Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 21 noyabr 2025-ci il tarixli 3-38-33/2-4249/25 nömrəli məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi 1990-2001-ci il ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən mümkün olmamış, xx.xx.2002-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhəd xidmətindən hərkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ərizəçi 16 may 1975ci il tarixdə Özbəkistan Respublikası Daşkənd vilayəti Yanqmolski rayonu Novomixaylovka kəndində doğulmuşdur. Ərizəçinin atası Ənvər Qulamov, anası isə Palli Qulamova olmuşdur. Ərizəçi 1990-cı ildə baş verən milli qarşıdurmalar səbəbindən ailəsi ilə birlikdə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına məcburi köç edərək Goranboy rayonun Dəliməmmədli qəsəbəsində məskunlaşmışlar. Ərizəçi 1993-cü ildə faktiki nikahla İsmayıllı rayonun Təzəkənd kənd sakini X11 ilə ailə qurduğunu göstərmişdir. Onların birgə nikahlarından 30 avqust 1995-ci il tarixdə Murad, 13 sentyabr 1997-ci il tarixdə Nəsibə və 01 yanvar 2000-ci il tarixdə İsmayıl adlı üç övladları doğulmuş, hər üç uşağa atalığın müəyyən olunması barədə şəhadətnamə verilmiş və həmin şəhadətnamələr əsasında şəxsiyyət vəsiqələri almışlar. Ərizəçinin valideynləri Azərbaycan Respublikasının vətəndaşı olmuşlar. Ərizəçinin anası X24 06 noyabr 1993-cü il tarixdə, atası Qulamov Ənvər isə 10 avqust 1999-cu il tarixdə Goranboy rayonun Goranlı kəndində vəfat etmişlər. Ərizəçinin həyat yoldaşı və uşaqları da Azərbaycan Respublikasının vətəndaşıdırlar. Aparılan torpaq islahatları zamanı ərizəçinin və digər ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə müvafiq dövlət aktı da tərtib olunmuşdur. Ərizəçi şəxsiyyət vəsiqəsi almaq üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət etmiş, təqdim etdiyi sənədlərin və fotoşəkilin ona məxsus olduğu müəyyən olunsa da ərizəçiyə şəxsiyyət vəsiqəsi verilməmişdir. Ərizəçi Özbəkistan və Azərbaycan Respublikalarının vətəndaşı olmaması barədə müvafiq arayışlar almışdır. X32 Xidməti Sərhəd Nəzarəti tərəfindən ərizəçinin dövlət sərhədindən hərəkəti barədə xx.xx.2002-ci il tarixdən xx.xx.2025-ci il tarixədək İAMAS bazasında məlumat qeydə alınmamışdır. Ərizəçi 1990-cı ildən Azərbaycan Respublikasına gələrək həmin vaxtdan 1993-cü ilədək Goranboy rayonun Dəliməmmədli qəsəbəsində, 1993-cü ildən hal-hazıradək isə İsmayıllı rayonun Təzəkənd kəndində yaşayır. Hazırkı vəziyyətdə ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktlarını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”nun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 12-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmin Qərarın 12.1-ci maddəsinsə göstərilir ki, bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin hal-hazıradək fasiləsiz və daimi olaraq 1990-cı ildən Goranboy rayonun Dəliməmmədli qəsəbəsində, 1993-cü ildən İsmayıllı rayonun Təzəkənd kəndində 35 il yaşaması və bu müddət ərzində ölkə ərazisini tərk etməməsi, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə təsdiq olunduğundan, lakin ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-309-cu maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və hal-hazıradək fasiləsiz və daimi olaraq 1990-cı ildən Goranboy rayonun Dəliməmmədli qəsəbəsində, 1993-cü ildən İsmayıllı rayonun Təzəkənd kəndində yaşaması faktları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar