Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4354/2023 26.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə 26 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu Əfqan təhsilini Türkiyə Respublikasında almış, həmin müddətdə çevrəsinin təsiri ilə radikal dini qruplaşmalara qoşulmuş və Ramiz adlı dostu ilə birlikdə 2012-2013-cü illərdə İŞİD terror qruplaşmasının tərkibində döyüşmək üçün Suriyaya getmişdir. Ərizəçinin arvadı Nüşabə Muradova övladının evi özbaşına tərk edib terror qruplaşmasına qoşulmasına ürəyi dözməyib 19 fevral 2014-cü il tarixdə vəfat etmişdir. Əfqan subay olmu, heç vaxt evlənməmişdir. Getdiyi vaxtdan onunla əlaqə kəsilmiş, sonradan əldə etdikləri məlumata əsasən, o, dostu Ramizlə birlikdə döyüşlərdə vəfat etmişdir. Əfqanın ölümünün rəsmiləşdirilməməsi hazırda ərizəçi üçün bir sıra çətinliklər yaradır. Belə ki, ilk öncə bir mülkiyyətçi kimi Əfqan ərizəçiyə məxsus mənzildə qeydiyyatda qalmışdır və həmin mənzil ilə bağlı sərbəst şəkildə iradə ifadəsi bəyan edə bilmir, oğlunun razılığı tələb olunur. Ərizəçi oğlunun axtarışı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq, bugünədək müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə göstərilənləri təsdiq etdiyini bildirib, məhkəmədə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1nə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ərizəçinin oğludur. Qardaşı Əfqanı sonuncu dəfə 2013-2014-cü illərdə görmüşdür. Əfqan uşaqlıq dostları ilə birlikdə Türkiyə Respublikasına getmişdir. Sonradan onlar bilmişlər ki, qardaşı Suriyaya gedib, orada silahlı birləşmələrin tərkibinə daxil olub. 18 avqust 2014-cü ildə qardaşının vəfat etdiyini eşitmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, ərizəçinin qayınıdır. Ərizəçinin oğlu Əfqanı sonuncu dəfə 2012-2013-cü illərdə görmüşdür. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi ilə X4 19 iyun 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxx 1983-cü il tarixdə doğulmuş, atası Ərizəçi, anası X3r. - “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin arvadı X4 19 fevral 2014-cü il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin 30 mart 2023-cü il tarixli məktubundan görünür ki, xx xxxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs2 subay olmaqla, ünvan 1 ünvanında qeydiyyatdadır, onun ölümü ilə bağlı məlumat aşkarlanmamışdır. - X2 Reyestri Xidmətinin 18 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 ölüm haqqında hər hansı məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 03 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 sonuncu dəfə 03 aprel 2013-cü il tarixdə Türkiyəyə çıxış etmişdir. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Binəqədi Rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlandırılmış 15 avqust 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Maraqlı şəxs2 ekstremist yönümlü şəxs kimi məlumdur. O, Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmək məqsədilə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, bugünədək geri qayıtmamışdır. Əldə edilmiş əməliyyat məlumatlarına əsasən, Maraqlı şəxs2 münaqişə bölgəsində öldürülmüşdür. Lakin, qeyd edilən şəxsin Suriyanın nəzarətsiz bölgəsində öldürülməsi səbəbindən ölüm faktının müəyyən edilməsinə dair təsdiqləyici sənədlər əldə etmək mümkün olmamışdır. - 8 nömrəli Mənzil-İstismar Sahəsinin 29 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Muradov X5 rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik, Zabitlər evi – 2, mənzil 13-15 ünvanında xx.xx.2000-ci il tarixdən qeydiyyatdadır. Sakinlərin bildirdiyinə görə 2013-cü ildən qeydiyyatda olduğu ünvanda olmayıb və yaşamayıb. Harada olması və harada yaşaması barədə MİS-də heç bir məlumat yoxdur. - MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil 13 mart 2010-cu il tarixdə Ərizəçi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. - 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. - 41.4-cü maddəsinə əsasən həmin Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. İşin faktiki hallarından görünür ki, Maraqlı şəxs2 2013-cü ildən Türkiyə Respublikasına, oradan da Suriyaya getmiş, orada qanunsuz silahlı birləşmələrin tərkibinə qatılmasını güman etməyən əsaslar var. Maraqlı şəxs2 bir daha geri qayıtmamış və onun harada olması ilə bağlı 10 ilə yaxındır ki, heç bir məlumat yoxdur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq norması əsasında qiymətləndirərək hesab edir ki, 20 yanvar 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, R.X.Hüseynovun ölüm günü Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə müvafiq olaraq qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx xxxx 1983-cü il tarixdə doğulmuş Maraqlı şəxs2 ölmüş elan edilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4354/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4354/2023
26.10.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver