Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4404/2023 21.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi (oğlu) X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin ünvan 1 ünvanındakı evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və onun əsası: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev iddiaçının mülkiyyətindədir. Həmin evdə iddiaçı və ailə üzvləri (əri, oğu və qızı) birlikdə yaşayırlar. Oğlu ailə qurduqdan sonra onun arvadı (cavabdeh) də həmin evə gəlin gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə oğlu ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Eyni zamanda, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində sözügedən evdən istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırsa da, iddiası təmin edilməmişdir. Cavabdeh artıq onun gəlini deyil, cavabdehin ərizədə göstərilən evdə yaşaması mübahisələrə və ailədaxili münaqişələrə səbəb olmaqla, həmçinin iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. İddiaçı cavabdehin bu evdən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddiası təmin edilməmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiklərini bildərərək, izahatında göstərdi ki, sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh onun keçmiş arvadıdır. Onlar evləndikdən sonra ərizədə göstərilən evdə birlikdə yaşamışlar. Lakin, sonradan cavabdeh ondan xəbərsiz nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qətnamə ilə nikahları pozulmuşdur. Həyətdə iki ayrı ev vardır və hər iki ev onun cavabdehlə nikahından əvvəlki vaxtda 1996-cı illərdə atası tərəfindən tikilmişdir. Evlər bir həyətdə yerləşdiklərindən ünvanları eynidir. Cavabdeh hazırda yaşadığı evin ünvanının 414A olduğunu bildirsə də, belə ünvan yoxdur. Hər iki evin ünvanın 414-dür. Sonda V.M.Abdullayev məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, uşaqlarına görə həmin evdə yaşamağa məcburdur. Evin yalnız mətbəxi həyətdəki digər evlə ortaq istifadələrindədir. Bundan başqa, o, 414 nömrəli evdə qeydiyyatda olsa da, faktiki olaraq yaşadığı evin nömrəsi 414A-dır. O, 414 saylı evdə yaşamadığından bu iddianın ona aidiyyəti yoxdur. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında, 0,0111 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evi 11 noyabr 2011-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)-6229/2022 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh 16 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 16 avqust 2007-ci il təvəllüdlü X6 və 19 mart 2012-ci il təvəllüdlü X4 adlı uşaqlar vardır. Həmin qətnamə ilə X5 ilə Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün V.M.Abdullayevdən hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(001)-5684/2022 saylı qətnaməsində göstərilmişdir ki:
1. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 16 avqust 2007-ci il təvəllüdlü Şəms və 19 mart 2012-ci il təvəllüdlü Zərifə adlı uşaqları ilə birlikdə 16 noyabr 2006-cı il tarixdən gəlin köçdüyü ünvan 4 ünvanda yerləşən 2 otaqlı mənzildən daimi istifadə etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiası təmin edilməmişdir.
2. "xxxx" ASC tərəfindən tərtib edilən hesab fakturalardan görünür ki, ünvan 3 saylı ünvanda sudan istifadəyə görə müqavilə İddiaçı adına bağlanmış və ödənişlər tərəfindən həyata keçirilir;
3. Cavabdeh yaşadığı tikilinin hüquqmüəyyənedici sənədi yoxdur. Hər iki tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin tikililər X5 ilə Cavabdeh arasında nikah bağlanmamışdan əvvəl, Vüqar Abdullayevin valideynləri tərəfindən tikilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin müəyyən edilən hallarına görə cavabdehin sözügedən evdə hər hansı hüquqi əsas olmadan yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh ünvan 1 ünvanındakı evdən çıxarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “cavabdehin ünvan 1 ünvanındakı evdən çıxarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ünvan 1 ünvanındakı fərdi yaşayış evindən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev