Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4457/2022 01.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Miqrasiya Xidməti cəlb edilməklə) “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı”-nın müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1989-cu ildə Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. Doğumu Dmanisi rayonu, Muğanlı kand soveti tərəfindən xx.xx.1977-ci il tarixdə 47 nömrəli aktla qeydə alınaraq, xx.xx.1977-ci il tarixdə İİ-Tİ seriyalı, 326161 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1983-cü ildə Dmanisi rayonu Muğanlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1989-cu ildə Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq daimi yaşamaq məqsədilə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxt 12 yaşı olmuş, Azərbaycana doğum haqqında şəhadətnaməsi ilə gəlmiş, heç vaxt SSRİ nümunəli pasportla təmin edilməmişdir. Azərbaycana gəldikdən sonra təhsilini 1989-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə davam etdirmişdir. Daha sonra 1992-1995-ci illər ərzində Bakı şəhəri 54 nömrəli texniki peşə məktəbində təhsil almışdır. X5 xx.xx.1931-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub, o, Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat edib. X36 (Gülüzar) Səməd qızı xx.xx.1937-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub, o, Azərbaycan Respublikası vətəndaşıdır, ünvan 1 ünvanında yaşayır. O, 1998-ci ildə Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1977-ci il təvəllüdlü X12 ilə ailə hayatı qurmuş, lakin onun şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikaha daxil ola bilməmişlər. Ailə münasibətlərimizdən iki uşağı doğulub. 2003-cü ildə o, Rusiya Federasiyasının Sarotov şəhərinin daxili işlər orqanı tərəfindən pasportla təmin edilmiş, 2005-ci ilə qədər hamin sənədlə Rusiya Federasiyası ərazisində yaşamışdır. Amma bu dövrdə Azarbaycan Respublikasına gəlib-getmişdir. 2008-ci ilda Nijni Novgorod şəhərində polis onun pasportla qanunsuz təmin edilməyi əsası ilə həmin sənədi ondan almış və o, Azarbaycan Respublikasına qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Harbi Komissarlığı tərəfinədən (Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi) hərbi qeydiyyata alınmışdır. Lakin şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkün olmamışdır. Həmin vaxtdan etibarən Azarbaycanda yaşayır və Azərbaycan Respublikasının sərhədlərini tərk etməmişdir. Hal-hazırda, ünvan 1 ünvanında yaşayır. Təmir-tikinti sahəsinda fəhlə, suvaqçı va ya rəngsaz işləyir. Həyat yoldaşı X12 xx.xx.1977-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində anadan olub. O, Azərbaycan Respublikasının vatandaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır, Bakı şəhəri 99 nömrəli tam orta məktəbdə xadimə işləyir. X7 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olub. Qızı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti - iqtisad fakültəsinin 2-ci kurs tələbəsidir. X11 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olub. Oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. X9 xx.xx.1958-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. X2 xx.xx.1963-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. X3 xx.xx.1966-cı il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Bacısı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri. Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yaşayır, təqaüdçüdür. X10 xx.xx.1970-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Qardaşı Rusiya Federasiyasının vətəndaşıdır, Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Karsnoyarsk şəhərində yaşayır. Təmir-tikinti sahəsində işləyir. X6 xx.xx.1973-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 3 ünvanında yaşayır, fərdi əməklə məşğuldur.Bildirmək istəyir ki, o, 1989-cu ildə Azərbaycan Respublikasına gəlmiş, 2008-ci ildən isə daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır və həmin tarixdən sonra Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etməmişdir. Lakin 2008-ci ildən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmiş, Gürcüstan Respublikasının vətandaşlığını isə itirmişdir. Belə ki, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2021-ci il tarixli, 22/00009977/2021-02 nömrəli arayışından da görünür ki, o, Gürcüstan Respublikasının vətəndaşı həsab olunmur. Bundan başqa, Azərbaycan Respublikasının vətəndaşı hesab olunmadığı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8182899 nömrəli arayışdan aydın görünür. Eyni zamanda, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1332/KO nömrəli arayışdan görünür ki, o, heç vaxt Rusiya Federasiyasının vətəndaşlığını əldə etməmiş və Rusiya Federasiyasının vətəndaşı hesab olunmur. O, Azərbaycana gələndə Gürcüstan SSR tərəfindən verilmiş doğum haqqında şəhadətnamə ilə gəlmişdir. 1989-cu ildə Azərbaycan Respublikasına gəlməyinə və 2008-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşamağına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilmədiyi üçün hazırda mənim şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Hazırda, vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. O, xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmişdir. DMX müraciətinə xx.xx.2022-ci il tarixli, R/O-509 nömrəli məktubla aşağıdakı məzmunda cavab vermişdir: Odur ki, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz." 1989-cu ildə Azərbaycana Respublikasına gəlməyinə, 2008-ci ildən indiyədək isə Azərbaycan Respublikasının ərazisində daimi yaşamağına baxmayaraq, onun şəxsiyyyətini təsdiq edən sənədi olmadığı üçün Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız yaşamışdır. Bu səbəbdən də, nə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilmiş, nə də ki, Azərbaycanda daimi yaşadığını təsdiq edən sənədi var. Eyni zamanda, doğulduğu ölkənin vətəndaşlığını da itirmişdir. Həmçinin qeyd etmək istəyir ki, 2003-cü ildən 2008-ci ilə qədər Rusiya Federasiyası ərazisində yaşasa da, pasportla qanunsuz təmin edilməyi səbəbindən Rusiya Federasiyasının vətəndaşlığını da əldə edə bilməmişdir. Bundan əlavə, digər bir ölkənin vətəndaşlığını da əldə etməmişdir. Belə ki, o, Gürcüstanın ərazisində doğulmuşdur. O, doğulan zaman valideynləri Gürcüstan SSR-nin vatandaşı olublar, Azərbaycana gəldikdən sonra isə valideynləri Azərbaycan Respublikasının vətəndaşlığını əldə edib. Onlar heç vaxt üçüncü bir ölkənin vətəndaşlığını əldə etməyiblər. Üçüncü bir ölkənin vətəndaşı ilə nikaha daxil olmamışdır.. Baxmayaraq ki, heç bir ölkənin vətəndaşı deyil, vətəndaşlığı olmayan şəxs statusunu təsdiq edəcək sənədi də yoxdur. Onun Azarbaycanda daimi yaşamağını və vətəndaşlığı olmayan şəxs olduğunu təsdiq edən sənədi olmadığı üçün Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilmir. Belə ki, Azərbaycan Respublikasının 31 may 1996-cı ilda ratifikasiya etdiyi "Vətəndaşsızlıq hallarının azaldılması haqqında" Birləşmiş Millətlər Təşkilatının 30 avqust 1961-ci il tarixli Konvensiyasına əsasən razılığa gələn dövlətlər öz ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmiş şəxslərə öz vətəndaşlıqlarını verməlidirlər. Onun da Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamağı və vətəndaşlığı olmayan şəxs olduğu təsdiq edilməlidir. O isə bu faktları təsdiq edən sənədləri heç bir qaydada ala bilmir. Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktını ona verilmiş Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təsdiq edir. Onun vəziyyətində olan şəxslərin isə daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilməsi səlahiyyətini qanunvericilik heç bir orqana həvalə etməyib. Bu səbəbdən də 2008-ci il tarixdən hal-hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı faktını təsdiq edən sənədi heç bir qaydada ala bilmir. Belə ki, o, 1989-cu ildə Azərbaycan Respublikasına gəlmiş, 2008-ci ildən isə daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır və Azərbaycan Respublikasının ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmişəm. Azərbaycan Respublikası qanunvericiliyi isə 1992-ci ilin yanvarın 1-dən sonra Azərbaycan Respublikası ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilən şəxslərin sənədləşdirilmə (vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmə) qaydasını müəyyən etmədiyi üçün, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq yerli orqanları ona şəxsiyyət vəsiqəsi verə bilmir. Qanunvericilik 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin ancaq 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə verilməsini nəzərdə tutur. O, isə Azərbaycan Respublikasında 1992-ci il yanvarın 1-dək daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxs olmadığından qanunvericilik ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsini nəzərdə tutmayıb. Göründüyü kimi, qanunvericilik norması onun və onun vəziyyətimnə olan şəxslərin Azərbaycan Respublikası ərazisində qanuni yaşaması üçün heç bir qayda müəyyən etməyib.Məhz bu səbəbdən də, qanunvericilik onun vəziyyətində olan şəxslərin Azarbaycan Respublikası vətandaşlığına qəbulla bağlı vəsatətinin həmin şəxslərin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşləğına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti əsasında qəbul edilməsini nəzərdə tutur. Buna müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun vəziyyətində olan şəxslərin Azərbaycan Respublikası vatandaşlığına qəbulla bağlı vəsatətini həmin şəxslərin Azərbaycan Respublikasında daimi yaşaması faktı və həmin şəxslərin heç bir ölkənin vətəndaşı olmaması faktının məhkəmə qaydasında müəyyən olunduğu məhkəmə qətnaməsi əsasında qəbul edir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilməməyi onun sənədsiz vətəndaşlığı olmayan şəxs vəziyyətində qeyri-müəyyən statusda yaşamağına səbəb olur ki, bu da, onun "İnsan hüquqlarının və asas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi işləmək, əmlaka sahib olmaq, nikaha daxil olmaq, başqa yerə getmək imkanından və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Vətəndaşlığının olmaması Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağını qeyri-mümkün edir və bu da onun (xüsusən fin kod" tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Ona görə də Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə vəsatət qaldıra bilməyi üçün onun 1989-cu ildə Azərbaycan Respublikasına gəlməyi, 2008-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranıb. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, 1989-cu ildə 12 yaşı olanda Azərbaycana gəlmiş, 1992-1995-ci illərdə Bakı şəhəri 54 nömrəli peşə məktəbində təhsil almışdır. 1998-ci il tarixdə ailə qurmuş, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün rəsmi nikaha daxil ola bilməmişdir. 2003-cü ilə qədər Azərbaycanda yaşamışdır. 2003-cü ildə Azərbaycan-Rusiya sərhədində gömrükdə tanımadığı bir nəfərdən 2000 dollara pasport alıb Rusiyaya getmişdir. Həmin pasportla 2008-ci ilə qədər Rusiya ərazisində yaşamışdır, lakin arada Azərbaycana gəlib-getmişdir. 2008-ci ildə X33 şəhərində polis əməkdaşı onu saxlayaraq sənədlərini yoxlamış və pasportunun saxta olmasını bildirərək pasportu ondan almış və Azərbaycana qayıtmışdır. 2008-ci ildən bu günə qədər Azərbaycan Respublikasında daimi yaşayır. Lakin şəxsiyyət vəsiqəsi ala bilməmişdir.
5. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili izahatında bildirmişdir ki, ərizəni müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq məhkəməyə elektron qaydada maraqlı şəxsin iddiaya etirazına münasibəti təqdim etmişdir.
6. Etiraza münasibət onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək“1989-cu ildə Azərbaycan Respublikasına gələrək 2008-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən edilməsini” xahiş etmişdir. Həmin işdə maraqlı şəxs olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizəyə etirazını bildirmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, Dövlət Miqrasiya Xidmətinin etirazı tamamilə əsassız və boş mülahizələrdən ibarətdir: 1. Etirazda qeyd olunur ki, Ərizəçi Azərbaycan Respublikasının ərazisinə 2008-ci il tarixdə daxil olduğundan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin tələbləri ona münasibətdə tətbiq edilə bilməz. Dövlət Miqrasiya Xidmətinin bu arqumenti ilə razılaşmır. Birincisi, ona görə ki, Ərizəçi Azərbaycana 1989-cu ildə Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq daimi yaşamaq məqsədilə ailə üzvləri ilə birlikdə gəlmiş və ondan sonra Gürcüstana geri qayıtmamışdır. Belə ki, Ərizəçi Azərbaycana gəldikdən sonra təhsilini 1989-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə davam etdirmişdir. Daha sonra 1992-1995-ci illər ərzində Bakışəhəri 54 nömrəli texniki peşə məktəbində təhsil almışdır. Ərizəçi 1998-ci ildə Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1977-ci il təvəllüdlü X12 ilə Azərbaycan Respublikasında ailə hayatı qurmuş, ailə münasibətlərindən Azərbaycan Respublikasının Bakı şəhərində iki uşağı: xx.xx.2001-ci il tarixdə X7, xx.xx.2003-cü il tarixdə X11 doğulub. 20 dekabr 2003-cü ildə X15 atası olmağı faktı, 08 aprel 2004-cü ildə isə Osmanlı (Süleymanova) Gülzar Şəmistan qızının atası olmağı faktı müəyyən edilərək Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin fakt qeydə alınmışdır. Yuxarıda sadalanmış faktlardan görünür ki, Ərizəçi 2006-cı ilin yanvarın 1-dən əvvəl Azərbaycan Respublikasına gəlmişdir. 2003-cü ildə işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Lakin buna baxmayaraq, davamlı olaraq Azərbaycan Respublikasına gəlib-getmişdir. Çünki daimi yaşayış yeri Azərbaycanda olmuşdur. 2008-ci ildə Azərbaycana qayıdaraq xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı (Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəs)i tərəfindən hərbi qeydiyyata alınmış və bundan sonra Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etməmişdir. Həmin tarixdən etibarən daimi olaraq Azərbaycan Respublikasının ərazisində fasiləsiz yaşayır. Qanunvericilik “2006-cı il yanvarın 1-dək” ifadəsini şəxsin Azərbaycan Respublikasına gəlməsinə münasibətdə nəzərdə tutur, onların həmin tarixdən Azərbaycanda daimi yaşamasına münasibətdə deyil. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimiyaşaması faktı məhkəmətərəfindən müəyyən edilir. Qanunvericilik şəxsin2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gəlib, onun gəldiyi tarixdən Azərbaycanda daimi yaşamasını nəzərdə tutmuş olsaydı, o zaman Qanunun həmin norması aşağıdakı redaksiyada verilməli idi: -2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələn və gəldiyi tarixdən burada daimi yaşayan şəxsin-Göründüyü kimi, qanunvericilikdə“2006-cıil yanvarın 1-dək Azərbaycana gələn və həmin tarixdən daimi yaşayan şəxs” qeyd edilməyib. Bu səbəbdən də şəxsin Azərbaycanda daimi yaşaması müddətinin başlanğıcı 2006-cı il yanvarın 1-dək olan tarixdən hesablanmamalıdır. Bundan başqa, qanunvericilik şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi məqsədilə vəsatət qaldıra bilməsini onların ölkədə daimi yaşaması ilə şərtləndirərkən “daimi yaşamağı” hansı meyarlarla əsaslandırıb:Miqrasiya Məcəlləsinin, 54.1-ci maddəsinə əsasən, qeyri-vətəndaşlar, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. HəminMəcəllənin 54.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Yuxarıda qeyd edilən müddəa, şəxsiyyəti təsdiq edən etibarlı sənədi olan şəxslərə münasibətdə tətbiq edilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamənin 2ci bəndinə əsasən, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (7 oktyabr 1998-ci il) doğulmuş uşaqlarına şəxsiyyət vəsiqəsi Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə İdarəsi tərəfindən verilir. Yuxarıda qeyd edilən sənədlər isə, İran əsilli, 1946-cı ildə Azərbaycan Milli Hökumətinin süqutu ərəfəsində/süqutundan sonra İran ordusunun təqiblərindən qaçaraq Azərbaycan SSR-yə köçmüş, əvvəllər“demokrat pasportu”ilə təmin edilmiş, 1992ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların 7 oktyabr 1998-ci il tarixədək doğulmuş uşaqlarına verilir. Lakin ölkə ərazisində yaşayan bir qrup şəxslər var ki, onlar ölkədə daimi yaşasalar da, onların şəxsiyyətlərini təsdiq edən sənədləri (yaxud etibarlısənədləri) yoxdur və onlar heç bir dövlətin vətəndaşlığına mənsub deyillər. Bu şəxslər sənədsiz vətəndaşlığı olmayan şəxslərdirlər. 1992-ci ilin yanvarın 1-dən sonra ölkə ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmiş insanların sənədləşdirilmə qaydasını qanunvericilik heç bir orqana həvalə etmədiyi üçün onların sənədləşdirilməsi də mümkün deyil. X24, həmin kateqoriyaya aid şəxslərdən biridir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. HəminQanunun 14-cümaddəsinin üçüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində daimiyaşama müddəti o halda fasiləsiz hesab edilirki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətətərk etmiş olsun. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Qanunun 14cü maddəsinin 1-ci, 3-cü və 4-cü hissələrini birlikd əşərh edəndə aydın olur ki, il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etməmiş, son beş il ərzində Azərbaycanda yaşayan şəxs fasiləsiz daimi yaşayan şəxs hesab olunur və onlarAzərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün müraciət edə bilərlər. Qanuni əsaslarla daimi yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinin və DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi müvafiq sənədlərlə vətəndaşlığa qəbul edilmək üçün müraciətedə bilirlər. Çünki onların ölkədə daimi yaşaması faktı həmin sənədlərlə təsdiq olunur. 2006-cı ilin yanvarın 1-dək ölkəyə gələrək, burada yaşayan və şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və heç bir dövlətin vətəndaşlığına malik olmayan şəxslərin daimi yaşaması faktının təsdiq edilməsini isə qanunvericilik məhkəmənin səlahiyyətinə aid edir. Çünki bu cür şəxslər ölkədə qanuni əsaslarla yaşamaq üçün ilkin şəxsiyyəti təsdiq edən sənədləri almaq imkanına malik deyillər. Ərizəçi da 1989cu ildən hazırkı vaxta qədər ölkədə daimi yaşayır, lakin 2003-2008-ci illər ərzində Rusiya Federasiyasına gedib gəldiyi üçün Azərbaycanda fasiləsiz olaraq daimi yaşamağı Qanunun 14-cü maddəsinin üçüncü hissəsi də nəzərə alınmaqla 2008-ci ildən hesab edilməlidir. Yuxarıda şərh edilənlərdən də görünür ki, qanunvericilik daimi yaşamaq dedikdə,ən az son 5 il müddəti nəzərdə tutur. Yuxarıda qeyd olunanlardan aydın görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin tələblərini tam ödəyir və Osmanov X21 müəyyən etdiyi şəxslərin kateqoriyasına düşür. Yəni Ərizəçi 2006-cı il yanvarın 1-dək, yəni 1989-cu ildə Azərbaycana gəlmiş və son 14 il ərzində Azərbaycanda fasiləsiz olaraq daimi yaşayır. 2. Etirazda qeyd olunur ki,Gürcüstan Respublikasının vətəndaşlığını itirsə də, Gürcüstan Respublikasının ərazisində doğulmağı faktı ona həmin ölkənin vətəndaşlığını əldə etmək hüququ verir. Bu zaman maraqlı şəxs doğulduğu anda valideynlərinin hər ikisinin Gürcüstan SSR-nin vətəndaşı olmasını əsas gətirərək “Gürcüstan vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə istinad edib. Maraqlışəxsin bumövqeyiiləaşağıda qeyd edilənlərəəsasən razılaşmıram: “Gürcüstan Respublikasının vətəndaşlığı haqqında” Konstitusiya Qanununun 10-cu maddəsi həmin Qanun qüvvəyə mindikdən sonra doğulan şəxslərin doğulmaqla vətəndaşlıq əldə etməsi əsaslarını müəyyən edir. Burda həmdə, zaman məsələsi də əsasdır, yəni qanun qüvvəyə mindikdən sonra doğulan şəxslərin avtomatik olaraq vətəndaşlıq əldə etməsi. Ərizəçi isə, həmin Qanun qüvvəyə minməmişdən əvvəl anadan olmuşdur. Ona görə də Osmanov X14 vətəndaşı hesab edilib-edilmədiyi həmin Qanunun 10-cu maddəsi ilə deyil, 30-cu maddəsi ilə tənzimlənir. Qanun qüvvəyə minməmişdən əvvəl anadan olmuş şəxslərin Gürcüstan Respublikasının vətəndaşı kimi tanınmasını isə qanunvericilik aşağıda qeyd edilən əsaslarlaşərtləndirilir:Belə ki,“Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə əsasən, aşağıdakı şəxslər Gürcüstan Respublikasının vətəndaşları hesab olunurlar: a) 1975-ci il martın 31-dək anadan olmuş, ümumilikdə ən azı beş il Gürcüstanda yaşamış, 31 mart 1993-cü il tarixinədək Gürcüstan Respublikasının ərazisində olmuş və başqa dövlətin vətəndaşlığını əldə etməmiş şəxs; b) 31 mart 1975-ci ildən sonra anadan olmuş, 31 mart 1993-cü il tarixinədək Gürcüstanda yaşamış və başqa dövlətin vətəndaşlığını əldə etməmiş şəxs; c) Gürcüstan Respublikasının ərazisində doğulmuş, 1991-ci il dekabrın 21-dən sonra Gürcüstanın ərazisini tərk etmiş, beləliklə də bu maddənin “a” və “b” yarımbəndlərinin tələblərinə cavab verməyən və başqa dövlətin vətəndaşlığını əldə etməmiş şəxs. Ərizəçi xx.xx.1975-ci il tarixədək doğulmuş şəxslər kateqoriyasına aid olmadığı üçün “Gürcüstan vətəndaşlığı haqqında” Konstitusiya Qanununun 30-cumaddəsinin “a” bəndimənə münasibətdə tətbiq edilə bilməz. Bundan başqa, o, Gürcüstan Respublikasının ərazisini 1989-cu ildə tərk etdiyi üçün adı çəkilən Qanunun “b” və“c” bəndələri də ona münasibətdə tətbiq edilə bilməz. Göründüyü kimi, Osmanov X14 qanunvericiliyinin müəyyən etdiyi şəxslərin kateqoriyasına düşmür, bu səbəbdən də Gürcüstan Respublikasının vətəndaşı hesab edilmir. Yuxarıda göstərilənlərdən aydın görünür ki, o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aiddir və bu səbəbdən də onun ərizəsinə xüsusi icraat qaydasında ümumi məhkəmədə baxılmalıdır. Odur ki, Dövlət Miqrasiya Xidmətinin etirazı rədd edilməli və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili izahatında bildirmişdir ki, ərizəçi 1989-cu ildə Azərbaycana gəlmiş, burada təhsil almış, ailə qurmuş və 2003-cü ilə qədər Azərbaycanda daimi yaşamışdır. 2003-cü ildə Rusiyaya getmiş və 2008-ci ildə pasportunun saxta olması səbəbindən polis əməkdaşı onu saxlayaraq pasportunu almış və ərizəçi də Azərbaycana qayıtmışdır. 2008-ci ildən Azərbaycanda daimi yaşayır.
8. Maraqlı şəxs Azərbaycan Respublikasının Miqrasiya Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, şəxs 2006-cı ilə qədər Azərbaycan Respublikasında daimi yaşayıbsa, məhkəmə onun daimi yaşaması faktını müəyyən edə bilər. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir, bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Qanunun maddəsindən də göründüyü kimi şəxs 2006-cı ilə qədər Azərbaycana gələrək burada daimi yaşamalı olmalıdır. Bu səbəbdən də Miqrasiya Xidməti tərəfindən ərizəçiyə imtina məktubu verilmişdir.
10. Həmçinin maraqlı şəxsin nümayəndəsi ərizəyə etiraz təqdim edilmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi 2008-ci ildə ölkə ərazisinə daxil olduğundan “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanunun 14-cü maddəsinin tələbləri ona münasibətdə tətbiq edilə bilməz. (həmin maddəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı ilin yanvar ayının 1-dək Azərbaycan Respublikasına gələrək, burada daimi yaşayan, heç bir dövlətin vətəndaşılığına mənsub olmayan və şəxsiyyətinin təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbayccan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir). Bundan başqa qeyd edilməlidir ki, şəxs ərizəsində Gürcüstan Respublikasının vətəndaşlığını itirməsini qeyd etsə də, Gürcüstan Respublikasında doğulması faktı (doğulduğu anda hər iki valideynin Gürcüstan SSRİ-nin vətəndaşı olması) ona həmin ölkənin vətəndaşlığını əldə etmək hüququ verir. (Gürcüstan vətəndaşlığı haqqında qanunun 10-cu maddəsi) .Sadalananlar əsasında şəxsin 2008-ci il tarixində Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktına dair ərizənin təmin edilməməsi xahiş edilmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, ərizəçi ilə 1999-cu ildə Bakı şəhərində ailə qurmuşlar. Şəmistan onu qaçırdığı üçün toyları olmamışdır. Onun şəxsiyyət vəsiqəsi olmadığı üçün rəsmi nikaha daxil ola bilməmişlər. 2001-ci ildə qızları Gülzar, 2003-cü ildə isə oğulları Musa anadan olmuşdur. Şəmistan 1-ci dəfə təxminən 2003-2004-cü ildə Rusiyaya getmişdi. 1 neçə ay sonra onun qardaşı qızı rəhmətə getdiyi üçün Azərbaycana qayıtmış, həmçinin uşaqların soyadı ilə bağlı sənədləşmələri həll etmiş və Rusiyaya qayıtmışdır. Belə ki, uşaqların soyadı onun soyadı olduğundan, Şəmistan uşaqların soyadını dəyişdirərək öz soyadına keçirmişdir. Onun Rusiyaya gedən zaman gömrükdə Rusiya pasportu aldığını bilirdi. Həmin pasportla gedibgəlmişdi. Rusiyaya qayıtdıqdan sonra 3 ildən artıq orada qaldı. Pasportunu polis aldığı üçün Azərbaycana qayıda bilmirdi, orada qalmışdı. O, 2008-ci ildə Azərbaycana gəlmişdir və həmin vaxtdan da burada yaşayır. Şəmistan Gürcüstandan Azərbaycana doğum haqqında şəhadətnamə ilə gəlib və burada peşə məktəbi bitirib. Onun diplomunu görmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
13. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən X16 ünvanlanan 17 mar 2022-ci il tarixli cavab məktubundan görünür ki, sonuncunun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı 09 mart 2022-ci il tarixli O-1241/1500/ə saylı müraciətinə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı bildirilir ki, 20 oktyabr 2021-ci il tarixli, 235709/m nömrəli müraciətinə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respubliaksının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılmış və onun Azərbaycan Respublikasının vətəndaşı olmadığə nəticəsinə gəlinmişdir. Bu barədə ona xx.xx.2021-ci il tarixli, ******* saylı arayış təqdim olunmuşdur.
14. Odur ki, məktubda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527 İ\Q nömrəli Qanununun 14cü maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə istinad etməklə 2006-cı ilin yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün X26 müraciət etməsi tövsiyyə olunmuşdur.
15. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilən himayə sənədinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 01 iyun 2023-cü ilədək etibarlılıq tarixi olan BMT QAK mandatı altında olan şəxs kimi himayədədir.
16. İİ-ТИ seriyalı, 326161 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş və tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi 22 sentyabr 1977-ci il tarixində Gürcüstan SSR Dmanisi rayonu Muğanlı kəndində doğulmuşdur. X5, anası X13r. Hər iki valideynin milliyəti azərbaycanlıdır.
17. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilən 21 iyun 2022-ci il tarixli arayışdan görünür ki, BMT QAK-ın himayəsində olan X34 Miqrasiya Xidməti tərəfindən 16 iyun 2022-ci il tarixdən 31 may 2023-cü il tarixinədək ünvan 4 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.
18. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 26 oktyabr 2021-ci il tarixli ******* saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, 22 sentyabr 1977-ci il təvəllüdlü Ərizəçi 235709/m nömrəli, 20 oktyabr 2021-ci il müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1988-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.
19. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Çağırış Məntəqəsinə Təhkim edilmə haqqında vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 29 aprel 2008-ci il tarixində həkim müayinəsindən keçmiş hərbi xidmətə yararlı hesab edilmişdir. Binəqədi RHK tərəfindən qanunun 18-ci maddəsinə əsasən (səhhətinə görə) xx.xx.2008-ci il tarixinədək h/x çağırışına möhlət verilmişdir.
20. Natamam orta təhsil haqqında № 500794 saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Bakı şəhəri Binəqədi rayonu 99-№-li orta məktəbdə oxumuşdur.
21. №982416 saylı diplomun təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 01 sentyabr 1992-ci ildə Bakı şəhəri 54 №-li peşə məktəbinə daxil olmuş və 14 iyun 1995-ci ildə orada təhsil almaqla, suvaqçı-rəngsaz peşəsinə yiyələnmişdir.
22. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X20 10 yanvar 1097-ci il tarixində Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur.
23. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 780828 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2015-ci il tarixində ürək çatışmazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir.
24. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 467083 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 14 noyabr 2001-ci il tarixində Bakı şəhəri, Xətai rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X8r.
25. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 431958 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X27 28 iyun 2003-cü il tarixində Bakı şəhəri, Xətai rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X8r.
26. Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 042888 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 14 noyabr 2001-ci ildə vətəndaş X4 doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 08 aprel 2004-cü il tarixində 135 № ilə qeyd edilmişdir.
27. Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 034832 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 28 iyun 2003-cü ildə vətəndaş X4 doğulmuş X15 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 20 dekabr 2003-cü il tarixində 465 № ilə qeyd edilmişdir.
28. Rusiya Federasiyasının vətəndaşlığının olmaması barədə 01 iyun 2022-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, 22 sentyabr 1977-ci ildə Gürcüstan SSR anadan olmuş Ərizəçi Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməmişdir və Rüsiya Federasiyasının vətəndaşlıq haqqında qanununa uyğun olaraq Rusiya Federasiyasının vətəndaşı deyildir. Arayış 6 ay müddətinə qüvvədədir.
29. Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilən 16 dekabr 2021-ci il tarixli arayışın tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi “Gürcüstanın Vətəndaşlıq haqqında” X30 30-cu maddəsinin “b” altbəndə müvafiq olaarq, agentliyə təqdim olunan və əldə edilən sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
30. Ərizəçi 22 sentyabr 1977-ci il tarixində Gürcüstan SSR Dmanisi rayonu Muğanlı kəndində doğulmuşdur. X5, anası X13r. Uşaq doğulan zaman hər iki valideynin milliyəti qrafasında azərbaycanlı kimi qeyd edilmişdir.
31. Ailə 1989-cu ildə Gürcüstan SSR-nin Dmanisi rayonundan Azərbaycan Respublikasına yaşamaq üçün gəlmişlər. Həmin vaxt Ərizəçi doğum haqqında şəhadətnaməsi olsa da, heç vaxt SSRİ nümunəli pasportla təmin edilməmişdir.
32. Ərizəçi 1989-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə, 1992-1995-ci illər ərzində Bakı şəhəri 54 nömrəli texniki peşə məktəbində təhsil almışdır.
33. Ərizəçi 1998-ci ildə Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1977-ci il təvəllüdlü X12 ilə Azərbaycan Respublikasında ailə hayatı qurmuş, ailə münasibətlərindən xx.xx.2001-ci il tarixdə X7, xx.xx.2003-cü il tarixdə X11 doğulub.
34. 20 dekabr 2003-cü ildə X15 atası olmağı faktı, 08 aprel 2004-cü ildə isə Osmanlı (Süleymanova) Gülzar Şəmistan qızının atası olmağı faktı müəyyən edilərək Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin fakt qeydə alınmışdır.
35. Ərizəçi 2003-cü ildən 2008-ci ilədək mütəmadi olaraq işləmək üçün saxta pasportla Rusiya Federasiyasına gedib-gəlmişdir. Pasportdakı saxtakarlıq aşkar edildikdən sonra, yəni 2008-ci ildən birdəfəlik Azərbaycan Respublikasına qayıtmışdır.
36. Ərizəçi doğulduğu, yaşadığı və olduğu ölkələrin heç birindən vətəndaşlıq almamış, hazırda şəxsiyyətini təsdiq edəcək sənədi belə yoxdur.
37. Hazırda ərizəçi, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin tələblərində nəzərdə tutulan şəxslər kateqoriyasına düşdüyünü əsas gətirməklə, 2006-cı il yanvarın 1-dək, yəni 1989-cu ildə Azərbaycana gəldiyini və son 14 il ərzində Azərbaycanda fasiləsiz olaraq daimi yaşadığını, faktiki olaraq isə vətəndaşlığı olmayan şəxs hesab edilməsi ilə bağlı faktın məhkəmə qətnaməsi ilə müəyyən edilməsini xahiş edir.
38. Maraqlı şəxs isə iddiaya etirazında göstərir ki, Ərizəçi 2008-ci ildə ölkə ərazisinə daxil olduğundan “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanunun 14-cü maddəsinin tələbləri ona münasibətdə tətbiq edilə bilməz. Bundan başqa şəxsin Gürcüstan Respublikasında doğulması faktı (doğulduğu anda hər iki valideynin Gürcüstan SSRİ-nin vətəndaşı olması) ona həmin ölkənin vətəndaşlığını əldə etmək hüququ verir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
40. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir;
41. 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır;
42. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın;
43. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir;
44. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
45. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.
46. Sadalanan normaların məzmunundan da göründüyü kimi heç bir dövlətin vətəndaşlığına mənsub olmama və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında xüsusi icraat qaydasında baxılan işlərdən biridir. Bu faktın müəyyən edilməsi o vaxt mümkündür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olsun. Həmin hüquqi əsaslar isə bunlardır- şəxs keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gəlməli; burada daimi yaşamalı; heç bir dövlətin vətəndaşlığına mənsubiyyəti və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmamalıdır.
47. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi əvvəla ərizəçi 1989-cu ildə doğum sənədi əsasında Azərbaycan Respublikasına gəlmişdir, yəni 2006-cı ilin yanvarın 1 dək gəlmə halı mövcuddur, ikincisi 14 il Azərbaycan Respublikasında fasiləsiz yaşayaraq burada orta təhsil və natamam təhsil almışdır, yəni Azərbaycan Respublikasında daimi yaşamışdır, üçüncüsü doğulduğu və müvəqqəti yaşadığı ölkələrin vətəndaşlığını qəbul etməmişdir və hal-hazırda Azərbaycan Respublikasında da vətəndaşlığı yoxdur, yəni heç bir dövlətin vətəndaşlığına mənsubiyyəti yoxdur, dördüncüsü BMT QAK mandatı altında olan şəxs kimi himayədədir, yəni şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur.
48. Göründüyü kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi əsaslar mövcuddur.
49. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə isə onu qeyd edir ki, qanunvericilik həmin faktın müəyyən edilməsini Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmə maddəsində təsbit etmişdir. Həmin maddənin digər bəndlərində qeyd edirlmişdir ki, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
50. Göründüyü kimi qanunvericilik daimi yaşamanın fasiləsiz olduğu halları konkret olaraq ayırmış, daimi yaşama anlayışına geniş izah verməmişdir. Bu səbəbdən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsində göstərilmiş “daimi yaşayan” ifadəsi ümumi mənada qəbul edilməlidir. Ümumi mənada “daimi yaşama” isə prosedur qayda kimi deyil, siyasi və hüquqi bağlılıq, habelə qarşılıqlı hüquq və vəzifələrin mövcudluğu mənasında başa düşülür.
51. Bu baxımdan yanaşdıqda ərizəçinin 2003-cü ilədək 14 il ərzində Azərbaycan Respublikası ərazisində fasiləsiz olaraq daimi yaşaması, orada orta və yuxarı təhsil alması, faktiki nikaha daxil olması və Azərbaycan Respublikası vətəndaşı olan uşaqlarının olması onun Azərbaycan Respublikası ilə siyasi və hüquqi bağlılığının, habelə qarşılıqlı hüquq və vəzifələrin olmasına dəlalət edir.
52. Göstərilənlərə əsasən məhkəmə ərizəni əsaslı hesab edir. Tətbiq edilən Prosessual normalar:
53. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
54. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
55. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
56. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
57. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi(BMT QAK-ın himayə sənədi № ***-*******8) heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev