Məhkəmə qərarları › İş №2(001)-4467/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4467/2023

15.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4467/2023 15.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Geodeziya və kartoqrafiya “ MMC-nin direktor müavini direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirovun xx.xx.2023-cü il tarixli, 001/k saylı əmrinin qanunsuz hesab edilərək, ləğv edilməsi işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1984-cü ildən 2004-cü ilə qədər X1 zəhərli maddələrlə texnik-laborant vəzifəsində işləmiş, 2005-cildən 2022-ci ilə qədər məxfi şöbədə mühəndis işləmiş, heç bir nöqsana yol verməmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya Müəssisəsi və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğvv edilmiş onun tabeliyindəki X5 və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilmişdir. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 və Bakı Kartoqrafiya Fabriki birləşərək onların nəzdində "xxxx" MMC yaradılmışdır. 01 may 2019-cu il tarixindən hər iki müəssisənin işçilərinin yerləşdirilməsi aparılarkən öz vəzifəsində qalaraq işini davam etdirmişdir. Bununla, bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq şikayətlər edərək şəxsən nazir Muxtar Babayevin qəbulunda olmuş və şikayət ərizəsini ona təqdim etmişdir. Şikayət ərizəsinə cavab olaraq müsabiqədən keçmədiyini və buna görə iş fəaliyyətinə son qolduğu qeyd edilib. "Geodeziya va Kartoqrafiya Agentliyi" publik hüquqi şəxsi elmi müəssisə və ya təhsil müəssisəsi olmadığı üçün müəssisə tərəfindən müsabiqə keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd etdiyi kimi 1984-cü ildən bu təşkilatda çalışmış, 2005-ci ildən məxfi şöbədə fəaliyyət göstərmişdir. Bu müddətdə 3 dəfə affestasiya olunaraq peşəkarlıq səviyyəsi yoxlanmış, tutduğu vəzifəyə uyğun olduğu öz təsdiqini tapmışdır. Əmək müqaviləsi Geodeziya və Kartiqrafiya Agentliyi tərəfindən deyil, geodeziya və kartoqrafiya MMC-nin direktor müavini İlqar Əmirovun 06.01.23 001/k əmri ilə əmək məcəlləsinin 70- ci maddəsinin 70-ci maddəsinin a bəndi və 77.3-cü maddəsi ilə ləğv edilmişdir. Əmək məcəlləsinin 70-ci maddəsinin a bəndində qeyd olunur ki, müəssisə ləğv edildikdə işə götürən tərəfindn əmək müqaviləsi ləğv edilə bilər. Geodeziya və kartoqrafiya MMC ləğv edilmiş olsaydı, onda onunla bağlanmış əmək müqaviləsinə "ləğvetmə komissiyası" tərəfindən xitam verilməli idi. Lakin müəssisə ləğv olunmamış, yalnız təşkilatı hüquqi formasını dəyişmişdir. Hesab edir ki, əmr verilərkən mövcud olmayan "xxxx" MMC-nin direktor müavini İ.Əmirovun əmiri qanunsuz və əsassız hesab edilməli və o əvvəlki işinə bərpa olunmalıdır. N.İsmayılov Geodaziya və Kartoqrafiya MMC-yə rəhbər təyin olunduqdan sonra qarşısına qoyduğu ilk məsələ kimsəsiz şəxsləri işdən azad etmək olmuşdur. Buna misal olaraq müəssisənin Gəncə şöbəsində çalışan işçilərin işdən çıxarılmasını göstərmək olar. Həmin işçilər X16 cənablarına və Əmək Müfəttişliyinə şikayət etdikdən sonra əvvəlki işləriə bərpa olunmuş və N.İsmayılov barəsində əmək qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati tənbeh tədbiri görülmüşdür. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, bu vaxta kimi məhkəmə iclaslarından dediklərinə uyğun olaraq, onun işdən çıxarılması üçün verilən əmrdə maddə düzgün qeyd edilməmiş, işdən çıxarılması zamanı komissiya təşkil edilməmiş, ona işdən çıxarılmasına əsas olan əmr təqdim edilməmişdir. Müəssisə daxilində keçirilən imtahanda ona tutduğu vəzifəyə uyğun suallar verilməmişdir. Bu səbəbdən də, yalnız özünə aid olan 8-9 suala cavab verə bilmişdir. Bu barədə öz şöbəsində də, işçilərlə aralarında müzakirə etmişlər. Əmək kitabçasının 2023-cü ilin yanvar ayının 26-sında almışdır. Lakin əmr ona təqdim edilməmişdir. Hətta əmrini almaq üçün iş yerinə yaxınlaşmış və əmrinin ona təqdim edilməsini bu barədə müvafiq kitabçaya qeyd edə biləcəyini söyləsə də, kadrlar şöbəsinin rəisi Kəmalə xanım ona qeydiyyatın aparılması üçün belə bir kitabçanın olmadığını bildirmiş, onun adından öz əl yazması ilə əmrinin verilməsi üçün ərizə yazmışdır. Əmək kitabçasının götürdükdən sonra Nazim müəllimin ona işə bərpa edəcəyini və işsiz qoymayacağı vədinə arxayın olmuş, yanvar ayından 3 ay mütəmadi olaraq işi öyrənmək üçün işə gedib-gəlmişdir. Aprel ayında isə xəstəxanada olmuş, ay sonuna kimi xəstəliyinə görə hərəkətsiz qalmışdır. May ayında isə mediasiyaya müraciət etmişdir. Nazim müəllimin vədinə arxayın olduğundan və hazırki mübahisələrə baxılması üçün nəzərdə tutulan müddətlərdən məlumatsız olduğundan, işə bərpa edilməsi barədə cavabdehə qarşı məhkəmədə iddia qaldırmamışdır.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, 1984-cü ildən 2004-cü ilədək X1 zəhərli maddələrlə texnik-labarant vəzifəsində işləmiş, 2005-ci ildən isə 2022-ci ilədək isə məxfi şöbədə mühəndis vəzifəsində işləmişdir. O, birinci dəfə imtahandan 28 faiz bal toplamışdır. Daha sonra Nazim müəllim yenidən imtahan verməyini bildirdiyindən, ikinci dəfə imtahan vermiş və bu dəfə 32 faiz toplamışdır. Ümumiyyətlə imtahandakı sualların əksəriyyəti onun vəzifəsinə aid suallar olmamışdır. Belə ki, sualların içində məxfi şöbəyə aid 6-7 sual var idi. Bundan başqa onun yerinə başqa işçi işə götürülüb. Onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinə etdiyi müraciətinə cavab məktubunu məhkəməyə təqdim etmişdir. O, ümumilikdə 40 il işləmiş və anidən onu işdən azad ediblər. Hazırda maddi vəziyyəti ağırdır. İmtahana hazırlaşmaq üçün onlara vaxt verilməmişdir. İmtahandakı sualların əksəriyyəti Geodeziya və Kartoqrafiya sahəsindən idi, lakin onun sahəsi məxşi şöbə olduğu üçün həmin suallara cavab verə bilməmişdir. İmtahanın nəticəsini ona təqdim etməmişlər, səbəb kimi isə .kağızlarının olmadığını bildirmişdilər. Tələb edilən Arkis proqramı onun vəzifəsinə aid deyildi. Hesab edir ki, onu ştata uyğun işində saxlamalı idilər. Əmək haqqı 714 manat təşkil edirdi, lakin çıxılmalardan sonra 580 manat əmək haqqı kartıma pul köçürülürdü. 2022-ci ilin mart ayında təxminən Novruz Bayramından sonra isə əmək kitabçasını götürmüşdür. Əmri xx.xx.2023-cü ildə götürmüş, əmri götürəndə imza etməmişdir. Son haqq hesabı yanvarda almışdır. Özü xx.xx.2023-cü ildə Məlikov adına xəstəxanada əməliyyat olunmuş, mediasiya Şurasına bu ilin may ayında müraciət etmiş, çünki əməliyyatdan çıxandan sonra bir müddət evdə istirahət etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan müddəti ötürmüşdür. Əlavə olaraq bildirmişdir ki, iddiaçı əmək kitabçasını 26 yanvar 2023-cü il tarixində imza edilməklə almışdır. 12 yanvar 2023-cü il tarixində isə ona son haqq-hesab ödənilmişdir. Nazim müəllim ola bilsin ki, iddiaçıya kömək məqsədilə başqa bir iş tapa biləcəyinə söz vermişdir. Hazırda müəssisədə yenidən optimallaşdırma olacağı, yanvar ayında ixtisarlar olacağı gözlənir. Belə ki, idarə özü-özünü maliyyələşdirdiyindən, əvvəl 650 nəfər işçi ilə işləsə də, hazırda cəmi 214 nəfər işçisi vardır. Həmçinin iddiaçı işləmədiyi müddətdə işsiz kimi, məşğulluq idarəsindən də, pul almışdır. Hazırda qanunun tələbindən aydın olur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün müddəti ötürmüşdür. İddiaçı ilə eyni vaxtda işdən çıxarılan digər bir işçi vaxtında iddia verdiyindən, müddəti ötürmədiyindən, tutduğu ştat mövcud olmasa da, işə bərpa edilmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında bildirmişdi ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geodeziya və Kartoqrafiya MMC Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. 2022-ci ilin may ayında MMC-nin bütün işçilərinə imtahanla bağlı xəbərdarlıq edilmiş, yeni yaranan strukturda işçilərin sayının azaldılacağı barədə məlumat verilmişdir. İmtahanla bağlı xəbərdarlığı işçilər imza etməklə götürmüşdürlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə Nizamnaməmiz təsdiqlənmişdir. Nizamnamə təsdiqləndikdən sonra xx.xx.2022-ci il tarixdə imtahan keçirildi və 60 işçidən 38 nəfər imtahandan keçə bilmədi. İmtahandan keçə bilməyənlərdən biri də cavabdehdir. Buna baxmayaraq cavabdehin dövlət qurumlarına çoxsaylı müraciətlər etdi. Bundan sonra cavabdeh müvəqqəti olaraq işi, yəni proqramı öyrənənə qədər işə muzd işləmişdir. Lakin cavabdeh topoqrafik xəritələri çəkmək üçün proqramı öyrənə bilməmişdir. Belə ki, həmin topoqrafik xəritələri tez bir zamanda çəkib, proqramla işləyib Müdafiə Nazirliyinə göndərmək lazım idi. Lakin cavabdeh 3 ay müddətində Arkis proqramını öyrənə bilməmişdir. Hazırda şöbədə boş ştat yoxdur. Suallara cavab olaraq isə bildirmişdir ki, Geodeziya və Kartoqrafiya Fondu və Məxfi şöbə birləşdirildiyindən və işçi saylı azaldıldı. Cavabdeh bir çox dövlət qurumlarına şikayət etsə də, işə bərpa olunmadı, sadəcə olaraq əmək müqaviləsi bağlanmadan müvəqqəti işi öyrənənədək işə gəlib-gedirdi. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmr 2023-cü ilin yanvar ayında verilmiş, Əmrdə Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas kimi Əmək müqaviləsinin 70-ci maddəsinin “a” bəndi göstərilsə də, Əmək müqaviləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən çıxarılmalı idi. Lakin əmrdə Əmək müqaviləsinin 70-ci maddəsinin “a” bəndinin qeyd edilməsi barədə məlumatı yoxdur. xx.xx.2019-cu ildə üç idarə birləşdirildi və oldu Geodeziya və X3 Cəmiyyəti. Geodeziya və X4 və Kartoqrafiya MMC-nin hüquqi varisi hesab edilir. Bundan başqa 2022-ci ilin may ayında MMC-nin bütün işçilərinə imtahanla bağlı xəbərdarlıq edilmiş, yeni yaranan strukturda işçilərin sayının azaldılacağı barədə məlumat verilmişdir. İmtahanla bağlı xəbərdarlığı işçilər imza etməklə götürmüşdürlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə Nizamnaməmiz təsdiqlənmişdir. Nizamnamə təsdiqləndikdən sonra xx.xx.2022-ci il tarixdə imtahan keçirildi və 22 işçi 65 faizdən yuxarı bal topladıqları üçün imtahandan keçdilər, lakin sonra keçid balı aşağı salınaraq 30 faizə endirildi. Bundan başqa iddiaçı keçən məhkəmə iclasında Nəzakət Əliyeva onun yerinə işə götürülməsini bildirmişdir. Nəzakət Əliyeva Bakı X7 fakultəsini bitirib və Bakı Politexnik Texnikomunu fərqlənmə diplomu ilə bitirib. Rəhbərlik iki işçi arasında seçim edərkən təbii ki, yüksək qabiliyyətli işçini işdə saxlamışdır. Əlavə olaraq bildirir ki, keçən məhkəmə iclasından çıxdıqdan sonra rəhbərliyə iddiaçının yenidən işə bərpa olunması barədə xahiş etmiş, lakin rəhbərlik iddiaçının proqramı bilmədiyi üçün işə götürülməsinin mümkün olmadığını bildirmişdir Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə qətnamə ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmr 2023-cü ilin yanvar ayında verilmiş, iddiaçı xx.xx.2023-cü ildə sənədləri götürüb. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli fərmanından görünür ki, Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi, tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin Nazirliyin tabeliyində X9 publik hüquqi şəxs kimi yaradılması qərara alınmışdır.

8. Cavabdehn Nizamnamə” sinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 29 noyabr 2022-ci il tarixli, 425 №li qərardan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geodeziya və X6 Heyətinin sədri Nazim İsmayılov tərəfindən təsdiq edilən xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geodeziya və Kartoqrafiya Agentliyinin ştat cədvəlindən görünür ki, hüquqi şəxsdə ştat sayı 217 vahid olmaqla, aylıq əmək haqqı fondu 196000 manatdır.

10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nazim İsmayılov tərəfindən imzalanan və İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkili nəticəsində ştatların və işçilərin ixtisar edilməsi haqqında bildirişi məzmunundan görünür ki, ünvanlandığı şəxsə münasibətdə aşağıdakılar barədə məlumat verilmişdir: "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli Fərmanın 1.1-ci hissəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin publik hüquqi şəxs statuslu Geodeziya ve Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi şəxsin çevrilmə nəticəsində yenidən təşkil edilməsi dedikdə - əvvəlki hüquqi şəxsin hüquq və vəzifələrinin hüquq varisliyi qaydasında yeni yaradılmış hüquqi şəxsə ötürülməsi yolu ilə onun mövcudluğuna xitam verilməsi başa düşülür. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xəbərdarlıq edilirsiniz ki, Sizinlə bağlanmış əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin "b" bəndinə əsasən ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" ve "b" bəndlərinə əsasən müəssisə ləğv edildikdə və ya işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçı bildirişə qeyd etməklə, xx.xx.2022-ci il tarixində məzmunu ilə tənış olmuşdur.

11. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00932 saylı ilkin medisasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndəsi X8 xx.xx.2023-cü il tarixində keçirilən mediasiya sessiyasında iştirak etmişlər. Mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Arayışdan göstərilir ki, ilkin mediasiya sessiyasında iştirakla bağlı bildiriş, xx.xx.2023-cü il tarixində tərəflərə göndərilmişdir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-5/2-R-********** saylı məktubdan görünür ki, sonuncunun 3-17-5/1-K-9175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinə X13 Xidmətinin Bakı şəhər İdarəsində baxıldığı və müraciəti əsasında məsələlərin araşdırılması üçün Cavabdeh ünvanına (Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti 224) ünvanına 3-17-5/2-11245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. Tələb olunan sənədlər təqdim olunacağı təqdirdə müraciətinə baxılacağı bildirmiş, eyni zamanda AR Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, işəgötürənin əsas hüquqularına aid olduğundan, Cavabdehnə yenidən işə qəbul olunmaq üçün müəssisənin işəgötürəninə müraciət etməsi tövsiyyə olunmuşdur.

13. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC-nin direktor muavini, direktor səlahiyyətlərini müvəqəti icra edən İlqar Əmirov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 001/K saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak X10 12 fevral 2019-cu il tarixli, 29 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC-nin Nizamnamə” sinin 5.2.3-cü yarımbəndini rəhbər tutaraq, üsusi şöbənin xüsusi işlər üzrə mühəndisi (11-ci dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023cü tarixində ləğv edilməsi, maliyyə və iqtisadiyyat şöbəsinə son haqq-hesabının ödənilməsinin tapşırılması əmr edilmişdir. Əmrin verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi və 77.3-cü maddəsi göstərilmişdir.

14. İddiaçı məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasından görünür ki, insan resursları üzrə baş mütəxəssis K.Əliyeva xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixli, 001/k saylı əmrə istinad etməklə İddiaçı əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) suyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsi barədə qeyd etmişdir.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-5/2-R-20809/2023 saylı məktubdan görünür ki, sonuncunun 3-17-5/1-K- 9175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinə baxılmış, müəssisə rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli, 1680 Fərmanına əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" MMC-nin nazirliyin tabeliyində publik hüquqi şəxs stasuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edildiyi məlum olmuşdur. Həmçinin sənədlərdən onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) əsasən xitam verilərkən, əmək qanunveriliciyin tələblərinin pozulduğu məlum olmuş, bu səbəbdən müəssisənin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsnin 192.6-cı maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən müəssisənin işəgötürəni barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.

16. Ambulator kartadan olan çıxarışdan görünür ki, İddiaçıxx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək xroniki xolestrin kəskinləşməsi ilə müalicə almışdır.

17. Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilən imtahanda iştirak edənlərin nəticələrindən çıxarışdan görünür ki, xüsusi şöbə, baş mütəxəssis-xüsusi işlər üzrə X11 35 % göstərici əldə etməklə imtahandan keçmiş, xüsusi şöbə, mütəxəssis-xüsusi işlər üzrə İddiaçı 28.3 % göstərici əldə etmiş və imtahandan keçə bilməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

18. İddiaçı məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasından aydın oldu ki, o, 1984-cü ildən bir neçə dəfə müxtəlif formalarda yenidən təşkil edilmiş Aerogeodeziya Müəssisəsində əmək fəaliyyətinə başlamışdır.

19. Sonuncu dəfə isə Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli fərmanı əsasında Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. İddiaçı isə MMC-nin yenidən təşkili zamanı xüsusi şöbədə xüsusi işlər üzrə mütəxəssis vəzifəsində işləmişdir.

20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nazim İsmayılov İddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkili nəticəsində ştatların və işçilərin ixtisar edilməsi haqqında məlumat verməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən isə onun bağlanmış əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin "b" bəndinə əsasən ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bildirişin mətni ilə tanış olan İddiaçı bu barədə xx.xx.2022-ci il tarixində imza ilə qeyd etmişdir.

21. Daha sonra iddiaçı işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli, 001/k saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “a” bəndinə istinad edilməklə işdən azad edilmiş, xx.xx.2023-cü ildə işçiyə son haqq-hesabı ödənilmişdir. İddiaçı əmək kitabçasını xx.xx.2023-cü ildə işəgötürəndən təhvil almışdır. Əmək kitabçasında xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə qeyd aparılmışdır. Bu məqamlar işin mübahisəsiz halıdır. Çünki hər iki tərəf bu məqamları təsdiq edir.

22. Hazırda iddiaçı əmək kitabçasını alsa da, işdən çıxarılması barədə əmrin ona verilməməsi səbəbindən işdən çıxarıldığından məlumatsız olduğunu, işdən çıxarılması barədə komissiya iclasının keçirilmədiyini, əmək kitabçasının götürdükdən sonra MMC-nin direktoru Nazim İsmayılovun onu işə yenidən bərpa olunacağı barədə vədinə arxayın olaraq, yanvar ayından mart ayının sonunadək işə gedib-gəldiyini, lakin işə bərpa edilmədiyini, işdən çıxarılmasına əsas olan əmrdə istinad edilən əmək müqaviləsinin ləğv edilmə əsasının düzgün göstərilmədiyini iddia etməklə, əmrin ləğv edilməli olduğunu və işə bərpa edilməli olduğunu hesab edir.

23. Həmçinin işdən çıxarıldıqdan sonra 2023-cü ilin aprel ayında xəstəliyi ilə əlaqədar müalicə aldığını, işdən çıxma barədə barədə əmrinin ona 2023-cü ilin may ayında təqdim edildiyini, bundan sora may ayının axırında mediasiyaya müraciət etdiyini, bu səbəbdən də, 1 aylıq iddia müddətini ötürmədiyini hesab edir.

24. Cavabdehin nümayəndəsi isə iddiaçıya xx.xx.2023-cü il tarixində son haqqhesabının ödənildiyini, xx.xx.2023-cü il tarixindən isə əmək kitabçasının təhvil verildiyini əsas gətirməklə, hazırda iddia ilə məhkəməyə müraciət etmək üçün 1 aylıq iddia müddətini ötürdüyünü və bu səbəbdən də, iddiasının rədd edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsaəsn hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

26. İşin müəyyən edilmiş hallarından görünür ki, işçinin işdən çıxarılmasına əsas olan əmr faktiki olaraq qanunsuzdur. Belə ki, işçinin əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “a” bəndinə istinad etməklə xitam verilsə də, Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilməmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1680 Fərmanına əsasən nazirliyin tabeliyində publik hüquqi şəxs stasuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. İşçiyə də, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən isə onun bağlanmış əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin "b" bəndinə əsasən ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, işçinin əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməli olduğu halda 70-ci maddənin “a” bəndinə istinad etməklə (müəssisə ləğv edildikdə) xitam verilmişdir. Hətta bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən müəssisənin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsnin 192.6-cı maddəsinə əsasən xx.xx.2023cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən müəssisənin işəgötürəni barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.

27. Lakin bütün bunlara baxmayaraq, yəni əmr qanunsuz olsa belə, faktiki olaraq iddiaçı tərəfindən hazırki iddianın məhkəmədə qaldırılması üçün iddia müddəti ötürülmüşdür.

28. Belə ki, işçinin işdən azad edilməsi barədə əmr xx.xx.2023-cü il tarixdə verilmişdir, işçiyə işdən çıxarılması ilə bağlı son haqq-hesab xx.xx.2023-cü il tarixdə verilmişdir, işçiyə əmək kitabçası xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir(hansı ki, işçinin işdən çıxarılması barədə əmrin və işdən çıxarılması üçün əsas göstərilmişdir), işçi 2023-cü ilin mart ayının sonunadək proqram öyrənməsi üçün işə getmişdir, işçi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəlikdən müalicə almışdır, işçi mediasiya təşkilatına ən tezi xx.xx.2023-cü ildə müraciət etmişdir, mediasiya təşkilatı xx.xx.2023-cü il tarixdə prosesin davam etdirilə bilməməsi barədə arayış vermişdir, işçinin iddia ərizəsi xx.xx.2023cü il tarixdə məhkəməyə daxil olmuşdur.

29. Göründüyü kimi işçi hüquqlarının pozulduğunu ən geci xx.xx.2023-cü il tarixdə aşkar etmişdir və həmin tarixdən iddia müddətinin axımı başlamışdır. İşçinin 2023cü ilin aprelin 1-dək işə çıxması və 2023-cü ilin 13-15 aprel tarixlərində xəstəliyinə görə müalicə alması müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilsə belə, yenə də 1 aylıq iddia müddəti ötürülmüşdür.

30. Məhkəmə iddiaçının işdən çıxarılması barədə əmrin ona rəsmi qaydada təqdim edilmədiyi və bu səbəbdən iddia müddətinin ötürülmədiyi barədə dəlillərini əsassız hesab edir. Çünki əmək qanunvericiliyi işçinin hüquqlarının pozulmasını aşkar etdiyi anı yalnız işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) verildiyi günlə şərtləşdirməmiş, bununla yanaşı digər obyektiv halları da təsbit etmişdir. Hansı ki, xx.xx.2023-cü il tarixdə işçiyə rəsmi qaydada təqdim edilmiş əmək kitabçasında onun hüquqlarının pozulduğunu müəyyən etməsi üçün kifayət qədər məlumat var idi.

31. Odur ki, iddia müddəti ötürüldüyündən iddia tələbi əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

35. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

36. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı" tələbinə dair iddiası rədd edilməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Cavabdehnə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı" tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar