Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4479/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev 23A, mənzil 19-a dair Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X5 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 21 iyun 1994-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev 23A, mənzil 19-a dair Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X5 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 21 iyun 1994-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsi X2nın mülkiyyətindədir. X2 20 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. O, sağlığında 02 iyul 2018-ci ildə notariusda vəsiyyətnamə yazaraq mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, H.Hüseynov küçəsi, ev 23 A, mənzil 19-u ona vəsiyyət etmişdir. O, mübahisə predmeti olan mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatının təsdiq edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş olsa da, lakin həmin orqan tərəfindən ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə dair bildiriş verilmiş və təqdim edilmiş sənədlərdə mərhumun ata adında uyğunsuzluq olduğu bildirilmişdir. Belə ki, sözügedən qeydiyyat vəsiqəsində X2nın ata adı “Qudrət” kimi yazılmışdır və bu səbəbdən də ona verilmiş sənədlərdə uyğunsuzluq yaranmışdır. Ona görə də daşınmaz əmlak üzərində hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranmış, vərəsəliklə bağlı məsələnin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X14 yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşının oğludur. X3 onun anasıdır. Anası 27 yanvar 2021-ci ildə vəfat etmişdir. Mərhum anası X1 02 iyul 2018-ci ildə notariusda vəsiyyətnamə yazaraq mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, ev 23 A, mənzil 19-u nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, mərhum anasının ata adı Qurbət olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X24 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısı oğludur. X3 onun nənəsidir. Nənəsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, ev 23 A, mənzil 19-u nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Nənəsi 2021-ci ildə vəfat etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, mərhum nənəsinin ata adı Qurbət olmuşdur. İş materiallarında olan: ИЕ seriyalı 171071 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X12 1952-ci il tarixdə evlənmiş, evləndikdən sonra arvada “Məmmədova” soyadı verilmişdir; AZE seriyalı 06114996 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 18 sentyabr 1935-ci il tarixdə, Quba rayonu Qonaqkənd qəsəbəsində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A, mənzil 19 olmuşdur; AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 atası X16, anası isə X10r; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev 23A, 19 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X11 məxsusdur. Mülkiyyət hüququ reyestr kitabında 21 iyun 1994-cü il tarixdə, 30/28045 nömrə ilə qeydə alınmışdır; Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu İlqar Məmmədov tərəfindən təsdiqlənmiş 02 iyul 2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X13 bütün əmlakını Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev 23A, mənzil 19-da yaşayan Ərizəçi vəsiyyət etmişdir; AZ-İİ seriyalı 160663 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 20 yanvar 2021-ci il tarixdə ölmüşdür; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 27 aprel 2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun mərhum X4 miras qalmış mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəsinə baxılmış və bildirilmişdir ki, təqdim edilmiş sənədlərdə mərhumun ata adında uyğunsuzluq mövcuddur. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir; Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Ərizəçi ünvanladığı 17 may 2022-ci il tarixli məktubdan görünür ki, onun Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə göndərilmişdir; Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin Ərizəçi ünvanladığı 25 may 2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun X2nın ata adında düzəliş edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətinə baxılmış və bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən evin 19 saylı mənzilinə dair verilmiş 21 iyun 1994-cü il tarixli qeydiyyat vəsiqəsində nənəsinin ata adında düzəliş edilməsi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin səlahiyyətinə aid olmadığından xahişini təmin etmək mümkün olmamışdır. Ona görə də, qaldırdığı məsələ ilə bağlı aidiyyəti üzrə sənədi təqdim etmiş quruma müraciət etməsi tövsiyə olunmuşdur; 14 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının X5 və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş reyestr kitabında 21 iyun 1994-cü il tarixdə 30/28045 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsində X6 atasının adı yanlış olaraq “Qudrət” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan yanlışılığın aradan qaldırılması üçün qeydiyyat vəsiqəsini verən quruma - Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciəti baxılması üçün aidiyyəti üzrə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə göndərilmişdir. Sonuncu qurumdan isə ərizəçiyə bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən evin 19 saylı mənzilinə dair verilmiş 21 iyun 1994-cü il tarixli qeydiyyat vəsiqəsində nənəsinin ata adında düzəliş edilməsi onların səlahiyyətinə aid deyil. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə nənəsindən ona qalmış miras əmlaka vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi, ərizəçinin nənəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş reyestr kitabında 21 iyun 1994-cü il tarixdə 30/28045 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsində göstərilən atasının adı şəxsiyyətini təsdiq edən sənəddəki, habelə digər rəsmi sənədlərdəki ata adı ilə düz gəlmir, qeydiyyat vəsiqəsi isə hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvin aradan qaldırılmasını (düzəldilərək) xahiş etsə də, lakin dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş reyestr kitabında 21 iyun 1994-cü il tarixdə 30/28045 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin X9 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş, reyestr kitabında 21 iyun 1994-cü il tarixdə 30/28045 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin X9 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4479/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4479/2022
06.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver