Məhkəmə qərarları › İş №2(001)-4488/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4488/2025

28.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4488/2025 28.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmış, Şərur MTK-ya baş mühasib vəzifəsinə qəbul olunmuşdur. Aralarında əmək müqaviləsi bağlandıqdan sonra o, əmək funksiyalarının icrasına başlamışdır. Cavabdeh ilə aralarında əmək münasibətləri 7 (yeddi) ildən artıq dövrü əhatə etmişdir. Bu müddət ərzində o, əmək müqaviləsində göstərilən əmək funksiyalarını tam, bəlkə də müqavilədə göstəriləndən artıq icra etmişdir. İşlədiyi müddət ərzində əmək funksiyalarının icrasından hər hansı formada boyun qaçırtmamışdır. İşlədiyi dövr ərzində hər hansı intizam tənbehinə cəlb olunmasmışdır. Zaman keçdikcə Baş mühasib vəzifəsinin çətin bir peşə olduğu ona məlum oldu. İşin ağır olması səhhətində müəyyən narahatçılıqlar yaratdığını gördükdə o, işdən ayrılmaq qərarına gəldi. Ona görə də xx.xx.2025-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin a) bəndinə uyğun formada xitam verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Buna baxmayaraq cavabdeh əmək müqaviləsinə 70-ci maddəsinin ç) bəndinə uyğun xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli əmr vermişdir. Cavabdeh tərəfindən aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair verilmiş xx.xx.2025-ci il tarixli əmr qanunsuz və əsassızdır. Bu əmr onun əmək hüquqlarını kobud şəkildə pozur. Ona görə də hesab edir ki, əmr ləğv olunmalıdır. Aralarında yaranmış mübahisənin hallarına nəzər saldıqda məlum olur ki, iddiaçı Konstitusyanın ona verdiyi hüquqdan istifadə etməklə xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixindən aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə uyğun formada xitam verilməsi xahişi ilə cavabdehə müraciət etmişdirəm. Cavabdeh isə müraciətini aldıqdan 1 ay 12 gün sonra aralarında bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70-ci maddəsinin ç) bəndinə uyğun xitam verilməsi ilə bağlı əmr vermişdir. Cavabdeh 1 ay 12 gün ərzində onu zorla işlətməyə cəhd etmiş, ona psixoİoji təzyiq göstərmiş, bütün bunlar effektiv olmadığını gördükdən sonra yuxarıda qeyd olunan əmri vermişdir. İşəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə görə işəgötürən ona aylıq 500 manat əmək haqqı ödəməli idi. Buna baxmayaraq işəgötürən onunla əmək müqaviləsinə xitam verdiyi tarixdən əvvəlki 39 gün üçün əmək haqqı ödəməmişdir. Buna görə ona 650 manat vəsait ödəməlidir (500:30x39=650). Onunla işəgötürən arasında əmək münasibətləri başlandığı tarixdən əmək münasibətlərinə xitam verildiyi tarixədək işəgötürən ona əmək məzuniyyəti verməmişdir. Ona görə də mənim bu müəssisədə işlədiyim dövrdə 210 gün istifadə edilməmiş məzuniyyətim qalmışdır. Buna görə isə işəgötürən ona 3454 (500:30.4x210 = 3 454) manat məbləğində vəsait ödəməlidir. Eyni zamanda işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra son haqq-hesabı ödəməmişdir. İşəgötürən heç bir əsas olmadan bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Bu isə iddiaçını digər işəgötürənlərlə əmək müqaviləsi bağlamaq hüququndan məhrum edir. Onun digər işəgötürənlərlə əmək müqaviləsi bağlaya bilməməyi məcburi işburaxma kimi qiymətləndirilməlidir. Ona görə də cavabdeh ona 10000 manat məbləğində təzminat ödəməlidir. Bu səbəbdən “Şərur" Mənzil-Tikinti Kooperativi ilə arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin ç) bəndinə uyğun xitam verilməsinə dair verilmiş xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, onunla cavabdeh “Şərur" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə uyğun xitam verilməsi, cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verdiyi tarixdən əvvəlki 39 gün üçün ödənilməmiş əmək haqqına görə 650 manat, istifadə edilməmiş 210 günlük məzuniyyətə görə 3454 manat və digər işəgötürənlərlə əmək müqaviləsi bağlaya bilmədiyinə görə 10000 manat olmaqla ümumilikdə 14104 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onunula cavabdeh “Şərur" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə uyğun xitam verilməsinə dair verilmiş xx.xx.2025-ci il tarixli əmr ləğv edilməsi; 2. Onunla cavabdeh “Şərur" Mənzil Tikinti Kooperativi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə uyğun xitam verilməsi; 3. Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verdiyi tarixdən əvvəlki 39 gün üçün ödənilməmiş əmək haqqına görə 650 manat, istifadə edilməmiş 210 günlük məzuniyyətə görə 3454 manat və digər işəgötürənlərlə əmək müqaviləsi bağlaya bilmədiyinə və ona yaşatdıqları mənəvi iztiraba görə 30000 manat olmaqla ümumilikdə 34104,0 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq onun işlədiyi dövrdə şirkətdə audit aparıldığı barədə məlumatlı olmasını, lakin ona heç bir iradın bildirilmədiyi, işdən çıxarılma səbəbi kimi kassada çatışmazlıq, ciddi maliyyə çatışmazlığınnın göstərilməsinə baxmayaraq, sonradan saxta aktlar tərtib edilərək, onun işdən çıxma səbəbi kimi işə üzrlü səbəbdən gəlməmələri göstərilmişdir. Halbuki, audit yoxlaması başa çatmamış, şirkət tərəfindən ona qarşı çatışmazlıqla və gördüyü işlə bağlı maliyyə nöqsanlarına dair heç bir iddia irəli sürülməmişdir. O cümlədən də ərizə yazdığı dövrdən üzrül səbəb kimi həkim müalicəsində olmuş, arayışı işinə göndərmişdir. Qalan günlərdə isə şirkətə işə getmişdir. Həmçinin məzuniyyətdə sənəd üzərində çıxmış, əslində isə hər zaman şirkətdə işinin başında olmuşdur. Bu səbəbdən hesab edir ki, məzuniyyət pulu ona verilməmiş hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddia ərizəsində qeyd olunanlar əsassızdır. İlk öncə şirkətdə auditin aparılması bu onların daxili məsələləri olmuşdur və məhkəmədə buna dair hər hansı araşdırma aparılmasına lüzum yoxdur, əgər audit nəticəsində aşkar olunmuş pozuntular cinayət əhəmiyyətli olsa bununla əlaqədar müvafiq qurumlara müraciət ediləcəkdir. İddiaçının işdən çıxarılmasına dair əmrdə əsas kimi məhz audit şirkətinin məktubunun göstərilməsi, işə gəlməməyinə dair aktların və ya şəxsin məhz işə gəlmədiyinə görə işdən çıxarılmasına dair sübutların göstərilməməsi barədə məlumatı yoxdur. İddiaçının işdən 70 maddənin “Ç” bəndi ilə işdən çıxarılmasının əsas səbəbi onun işə üzrsüz gəlməməsi və buna görə də şirkətin ağır maddi durumda qoymasına görə baş vermişdir, belə ki, şəxs şirkətin baş mahasibi olmuşdur. Bundan əlavə tələbin məzuniyyət pulu hissəsinə gəldikdə isə hesab edir ki, təqdim olunmuş əmrlərdən və bank hesabına dair çıxarışlardan müəyyən olunur ki, şəxs rəsmi əmrnən məzuniyyətə çıxmış, artıq bu dövrdə istirahət etməyib, işdə olmuşdursa da bu onun problemidir, onu məcburi qaydada heç kim işdə saxlamamışdır. Həmçinin mənəvi zərərlə bağlı da şirkətin iddiaçıya belə bir zərərin vurması halı təsdi olunmadığından təmin oluna bilməz. İş üzrə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, iddiaçının müraciəti əsasında aparıılmış araşdırma materiallarını isə məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçının müraciətləri İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, iddiaçı səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli izahatından qeyd olunur ki, o, xx.xx.2025-ci il tarixdə öz ərizəsi ilə vəzifədən azad edilməsini xahiş etmiş, lakin 1 ay müddət keçməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçı X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli izahatından qeyd olunur ki, o, xx.xx.2025-ci il tarixdə öz ərizəsi ilə vəzifədən azad edilməsini xahiş etmiş, lakin 1 ay müddət keçməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməmişdir. sonradan isə xəbəri olmadan onu 70 maddənin Ç bəndi ilə işdən çıxarılmışdır. Həmçinin onun ərizəsi olmadan ona məzuniyyət pulu verilmişdir, lakin mart ayının maaşını almamışdır. İddiaçı xx.xx.2025-ci il tarixli "xxxx" MTK-ya müraciətinin məzmununa əsasən xx.xx.2025-ci il tarixdən işdə yaranmış xəstəliyə görə şəxsi iradəsi ilə ərizə yazdığını və işdən azad olunmasını istədiyini, əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün işə çıxa bilmədiyini, raportu məktubla birlikdə göndərdiyini bildirmişdir. İstanbul NS Klinikasının xx.xx.2025-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2025-cü il tarixində "İstanbul NS Klinikasına" ürək nahiyyəsində sancışəkilli ağrı, baş ağrı, tez yorulma ümumi halsızlıq şikayəti ilə terapevtin müayinəsi üçün müraciət etmişdir. Müayinə nəticəsində xəstəyə "Hipertonik tipli neyrosirkulyator distoniya" diaqnozu qoyulmuş, 14 müddətində ambulator müalicə təyin edilmişdir və bu barədə işəgötürən xx.xx.2025-ci il tarixdə məlumatlandırılmışdır. Cavabdeh şirkətin hərəkətləri Cavabdeh əməkdaşları İ.M.Axundov, A.S.Məmmədov, F.H.Hüseynov və M.Ə.Qafarova tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixdən həmin günə kimi heç bir üzrlü səbəb olmadan işə getməmişdir. Cavabdeh əməkdaşları İ.M.Axundov, A.S.Məmmədov, F.H.Hüseynov və M.Ə.Qafarova tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixdən həmin günə kimi heç bir üzrlü səbəb olmadan işə getməmişdir. Cavabdeh əməkdaşları İ.M.Axundov, A.S.Məmmədov, F.H.Hüseynov və M.Ə.Qafarova tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixdən həmin günə kimi heç bir üzrlü səbəb olmadan işə getməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli 50 saylı əmrdən çıxarışının surətindən müəyyən olunur ki, üzürlü səbəb olmadan xx.xx.2025-ci il tarixdən bu günə kimi işə gəlmədiyi üçün axırıncı xəbərdarlıq edilməklə şiddətli töhmət verilmiş və bildirilmişdir ki, bir daha bu hal davam edərsə, dərhal işdən azad olunacaqdır. Cavabdeh xx.xx.2025-ci il tarixli 72 saylı əmrinin surətindən müəyyən olunur ki, "xxxx" Mənzil Tikinti Kooperativnin maliyyə mühasibat işində yol verilmiş kobud qanun pozuntuları, maliyyə intizamı ilə bağlı ciddi çatışmazlıqlar, kassa əməliyyatlarının normativ qaydalara uyğun həyata keçirilməməsi və eyni zamanda kooperativin maliyyə mühasibatlıq bölməsində aparılan audit yoxlamasının aparılmasına yaradılan maneler səbəbi ilə bir sıra qanunsuzluq faktı müəyyən olunmuşdur. Faktla bağlı, Kooperativ tərəfindən hazırda audit yoxlaması həyata keçirilir. Audit yoxlamasının nəticəsini gözləmədən kooperativdə baş mühasib kimi çalışan İddiaçı müxtəlif bəhanələrlə işə gəlməkdən boyun qaçıraraq işdən azad edilməsini tələb etmişdir. Hazırda kooperativin kassasından müəyyən məbləğdə vəsaitin kəsir kimi qalması, müxtəlif xidmətlər üçün ödənilməli vəsaitlərin bilərəkdən ödənilməyərək mənimsənilməsi faktı aşkar edilmişdir. Bununla da müəssisəyə xeyli miqdarda ziyan dəymişdir. Hazırda həmin ziyan məbləğinin müəyyənləşdirilməsi üçün audit yoxlaması həyata keçirilir. Həmin yoxlamanın nəticəsindən asılı olaraq aidiyyəti üzrə məsələnin araşdırlaraq hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atılacaqdır. Eyni zamanda mövcud əmək qanunvericliyinə uyğun olaraq işdə yol verdiyi nöqsanlara və İddiaçı işdən çıxması ilə bağlı təkidli tələblərinə əsasən onun işdən azad edilməsi məsələsinə baxılması zərurəti yaranmışdır. Aidiyyəti üzrə məsul şəxslərdən alınmış izahatlar və s. sənədlərin təhlili göstərir ki, müvafiq sahədə işin təşkili və nəzarət tələb olunan səviyyədə aparılmamış, nəticədə əməkdaşlara həvalə olunmuş vəzifələr lazımi şəkildə və məsuliyyətlə icra edilməmişdir. Qeyd olunan halların bir daha təkrarlanmaması, nöqsan və çatışmazlıqlara səbəb olan şəraitin aradan qaldırılması məqsədilə əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə Kooperativin baş mühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən "09" aprel 2025-ci il tarixdən ləğv edilmiş, əmək vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyinə görə Kooperativin mühasibləri X2 və X1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət verilmiş, mühasibatlığa onun son haqq- hesabının kəsilməsinin təmin edilməsi tapşırılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 100 saylı əmrinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 100 saylı əmrinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 103 saylı əmrinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 99 saylı əmrinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli 158 saylı əmrinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli 02 saylı əmrinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli 02 saylı əmrinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. E-social.bov.az saytından çıxarışdan müəyyən olunur ki, İddiaçı Cavabdehndə olan işinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “YapıKredi” Bank-ın Cavabdehnə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək haqqı ödənilmişdir. X3 Xidmətinin araşdırması X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-92246/2025 saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “...Müraciətlərinizlə əlaqədar Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə tərəfimizdən "xxxx" MTK-nın (Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 758-ci məhəllə və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrosunun Çıxışı, Hollywood mərtəbə 4) ünvanlarına məktublar göndərilmişdir. Lakin tələb olunan sənədlərin təqdim olunması "xxxx" MTK tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən "xxxx" MTK tərəfindən Sizə aid ilkin əmək müqaviləsinin işə başlama tarixi xx.xx.2018-ci il qeyd edilməklə xx.xx.2018-ci il tarixində qeydiyyata alındığı və həmin əmək müqaviləsinin xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qeyd edilərək qüvvədən düşdüyü müəyyən edilmişdir. "xxxx" MTK tərəfindən müvafiq sənədlər X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətlərinizə yenidən baxılaraq nəticəsi barədə Sizə məlumat veriləcəkdir. Nəzərinizə çatdırırıq ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir...” "xxxx" MTK-nın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda “ “... Vətəndaş İddiaçı xx.xx.2018 ci il tarixli 10 saylı əmr ilə əmək müqaviləsi bildirişi əsasında "xxxx" MTK-da mühasib kimi işə başlamış və xx.xx.2019- cu il tarixli əmr əsasında isə baş mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.2025-ci il tarixində işdə yol verdiyi nöqsanlarla əlaqədar olaraq haqq-hesabı kəsilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmişdir...” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddənin a bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 70-ci maddənin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəyə əsasən Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəyə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının

4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Məhkəmənin mövqeyi və əsaslandığı hallar Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2018-ci il qeyd edilməklə xx.xx.2018-ci il tarixində qeydiyyata alındığı əmək müqaviləsi ilə cavabdeh təşkilatda əmək fəaliyyətinə başlamış, son tutduğu vəzifə isə “baş mühasib” vəzifəsi olmuşdur. Sonradan şəxs xx.xx.2025-ci il tarixdə şirkətə müraciət edərək onu xx.xx.2025ci il tarixdən işdən azad ermələrini xahiş edir, ambulator müalicə olunması ilə əlaqədar özəl tibb müəssisəsindən arayış alır və bu sənədlərini şirkətə göndərir. 1 aylıq xəbərdarlıq müddətinin bitməsindən 9 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə isə şirkət baş mühasibini “ciddi maliyyə çatışmamazlıqları, kassadan müəyyən məbləğdə vəsaitin kəsir kimi qalması, müxtəlif xidmətlərin ödənilməli vəsaitlərin bilərəkdən mənimsənilməsi faktının keçirilmiş audit yoxlaması zamanı aşkara çıxması, audit yoxlamasına manələrin həyata keçirməsi əsası və audit şirkətinin məktubunu əsas göstərilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə işdən azad etmişdir. Lakin məhkəmə araşdırması zamanı şəxsin işdən azad olunmasının əsası kimi əmrdə qeyd olunanlar, cavabdeh tərəfin göstərmiş olduğu hallar bir-biri ilə ziddiyyət təşkil etmiş, cavabdeh tərəf şəxsi audit yoxlamasının nəticəsində deyil, məhz işə gəlməməsi əsası ilə işdən çıxarmasını bildirmişdir. Qeyd olunan ziddiyyətli məqamlar cavabdeh tərəfindən əsaslandırılmamış, məhkəmənin suallarına cavab olaraq isə iddiaçının işdən öz ərizəsi ilə deyil, 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılmasının audit yoxlaması ilə əlaqədar olmadığını, yalnız baş mühasibin işə çıxmaması səbəbindən şirkətin işinə ciddi ziyan vurma kimi qiymətləndirərək və buna dair müvafiq aktlar tərtib edərək həyata keçirilməsini bildirmişdir. Belə olan halda isə iddiaçının əmrdə göstərilmiş əsaslarla işdən çıxarılması halı sübuta yetirilmədiyindən məhkəmə bu hissədə tələbi əsaslı hesab edir. Həmçinin məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş, məzuniyyətə çıxma əmrləri, o cümlədən də bank hesablarından çıxarışlara, habelə iddiaçının “məzuniyyətə rəsmi çıxmasına dair əmr olsa da reallıqda işdə olması” barədə bildirdiklərini də nəzərə alaraq, tələbin əmək haqqı və məzuniyyət pulunun hesablanaraq ona verilməsi hissəsində təminini sübuta yetirilməmə əsası ilə mümkün hesab etmir. Məhkəmə həmçinin iddiaçının işdən çıxarılma və yeni işəgötürən şəxslə əmək müqaviləsi bağlamaması ilə əlaqədar keçirmiş olduğu mənəvi iztirabla bağlı 30000 manat ziyanın tələbinə münasibətdə isə tələbin bu hissədə əsaslandırılmaması səbəbindən təmin olunmasını məqsədəmüvafiq hesab etmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh baş mühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli əmri ləğv edilməli, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməli, qalan hissədə isə tələb təmin olunmamalıdır. Həmçinin tərəflərə izah olunmalıdır ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar yaranan bütün hərəkətlərin, yəni əmək kitabçasına müvafiq düzəlişin edilməsi, əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi kimi hərəkətlərin də cavabdeh tərəfindən həyat keçirməli olması qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli əmri ləğv edilsin və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun xitam verilməsi cavabdehə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri kimi 50 azn dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin, mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar