Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4517/2023 08.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə 08 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Masis rayonunun Sərvanlar kəndində doğulmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, doğum haqqında akt qeydində ata adı qrafasında “X11”, ana adı qrafasında “X3” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Masis rayonunun Sərvanlar kəndində doğulmuşdur. X4, anası X3, bacısı X7, qardaşı X8r. Doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda akt qeydinin bərpası ona X5 müalicəyə getmək üçün lazımdır. Şəxsiyyət vəsiqəsində doğum tarixi göstərilmədiyinə görə başqa ölkəyə gedə bilmir. Məhkəmə iclasında ərizəçi ərizədə qeyd olunanları təsdiq edib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, ərizəçinin bacısıdır. Qardaşı Adil xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Masis rayonunun Sərvanlar kəndində doğulmuşdur. Onlar məlum hadisələrlə bağlı 1988-ci ildə Azərbaycan Respublikasına köçmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ərizəçinin qardaşı olduğunu bildirib, digər şahid Gülsüm Novruzovanın ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Ərizəçi XX.XX.1958-ci il tarixdə Ermənistanın Masis rayonunda doğulmuşdur. - Doğum haqqında şəhadətnamələrdən görünür ki, ərizəçinin bacısı X2 və qardaşı X6 ata adı “X11”, ana adı “X3” kimi göstərilmişdir. - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlandırılmış 01 iyun 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən kifayət qədər əsas olmadığından ərizənin təmin edilməsi mümkün deyildir... Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizənin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İşin faktiki halları ilə təsdiq olunur ki, ərizəçiyə doğum haqqında şəhadətnamə Ermənistanda verilmiş, şəhadətnamədə ərizəçinin ana-babasının adı qismən oxunmaz halda olduğundan, ərizəçi akt qeydinin bərpa edilməsi üçün Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tələbin təmin edilməsindən imtina edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin doğum faktının müəyyən edilməsi yolu ilə deyil, doğum akt qeydinin bərpası yolu ilə hazırki məsələnin həlli mümkündür. Buna görə də, ərizə qismən təmin edilməli, ərizəçiyə məxsus doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. - 341-ci maddəsinə əsasn vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Masis rayonunun Sərvanlar kəndində anadan olmuş Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Masis rayonunun Sərvanlar kəndində anadan olması, akt qeydinin ata qrafasında – X11 (milliyyəti azərbaycanlı), ana qrafasında X3 (milliyyəti azərbaycanlı) qeyd edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4517/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4517/2023
08.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver