Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4542/2024 22.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı mülki iş üzrə Açar sözlər: doğum akt qeydinin bərpa edilməsi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, Ərizəçi Ərizəçi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MUƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1965-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olması ilə bağlı doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1965-cı ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuşdur. X2, anası X1r. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşmüdür. Məcburi deportasiya edilərkən ona aid doğum haqqında şəhadətnamə Ermənistanda qalmışdır. xx xxxx 1965-cı ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olması faktı bacısı X3 doğum şəhadətnaməsi ilə də təsdiq edilir. Doğum haqqında şəhadətnamə halhazırda dövlət orqanlarında və ya notariat kontorlarında tələb olunan sənədlər siyahısına daxil olduğundan, eləcə də gələcəkdə yarana bilən vərəsəlik və digər hüquqi məsələlərin düzgün tənzimlənməsi üçün və ümumiyyətlə sənədlərin qaydasına salınması məqsədi ilə zəruridir. Hazırda doğum haqqında şəhadətnamənin bərpa edilməsinə ehtiyac yaranmışdır. Bu məqsədlə yaşadığı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi sənədlərin yalnız məhkəmə qaydasında bərpa edilə bilməsinə əsaslanaraq yazılı qaydada imtina etmişdir. Qeyd edilənlərə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
3. Ərizəçi nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək Ərizəçi xx xxxx 1965-ci il tarixində Ermənistan Respublikası Quqark rayonunda anadan olması ilə bağlı doğum akt qeydinin bərpa edilməsi və ata qrafasında X8, ana qrafasında X5 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ərizəçi əlavə olaraq bildirmişdir ki, məlum hadisələrlə bağlı yaşadığı yerdən (Ermənistandan) məcburi köçürülmüş, həmin vaxt təkcə pasportunu götürə bilmiş, qalan heç bir sənədi götürə bilməmişdir. Gələcəkdə pensiyaya çıxmaq üçün mütləq doğum haqqında şəhadətnamə lazım olacaq. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
5. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. O, həmçinin verdiyi izahatda bildirmişdir ki, ərizəçi məlum hadisələrlə bağlı doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda doğum akt qeydinin bərpa edilməsi ona gələcəkdə hüquqi müstəvidə görəcəyi işlərlə bağlıdır. Belə ki, ərizəçi notariat və digər orqanlara müraciət edərkən ondan doğum haqqında şəhadətnamə tələb olunur. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət etsələr də onlara imtina məktubu verərək, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.
6. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadə verərək bildirdi ki, o, xx.xx.1969-cu il tarixində Ermənistanın Quqark rayonunun Arçut kəndində anadan olmuşdur. Ərizəçi onun doğma bacısıdır və o, xx xxxx 1965-ci il tarixində Ermənistanın Quqark rayonunda anadan olmuşdur. Onların ailə üzvlərinin əksəriyyəti Ermənistandan məcburi köçürüləndə bəzi sənədlərini, o cümlədən doğum haqqında şəhadətnamələrini götürə bilməyiblər.
7. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadə verərək bildirdi ki, o, xx.xx.1960-cı il tarixində Ermənistanın Quqark rayonunun Arçut kəndində anadan olmuşdur. Ərizəçi onun doğma bacısıdır və o, xx xxxx 1965-ci il tarixində Ermənistanın Quqark rayonunda anadan olmuşdur. Ermənistandan məcburi köçürülmüşlər və həmin vaxt doğum haqqında şəhadətnamələrini götürə bilməyiblər. Onun özü də doğum haqqında şəhadətnaməsini götürə bilmədiyi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(005)-4941/2019 saylı qətnaməsi ilə onun doğum akt qeydi bərpa olunmuşdur.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onlarn iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
Mülki işin materialları:
9. Ərizəçi adına 7 saylı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, onun doğum tarixi xx xxxx 1965-ci il, doğum yeri Ermənistanın Quqark rayonu, qeydiyyat ünvanı ünvan 1 Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2002-ci il tarixli, Vİİ-ЖГ seriyalı 442019 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə xx.xx.1965-ci ildə Quqark rayonunda doğulmuş Ərizəçi arasında xx.xx.2002-ci ildə rəsmi nikah bağlanılmış, ərə Ələkbərov, arvada İbrahimova soyadı verilmişdir.
11. Bakı şəhəri Maraqlı şəxs 29 may 2024-cü il tarixli, 316-5/-393/24 nömrəli məktubunun məzmunundan görünür ki, ərizəçiyə itirilmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilə bilmədiyi üçün müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpsının mümkün olmadığı, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməli olduğu bildirilmişdir.
12. X3 adına xx.xx.2019-cu il tarixdə verilmiş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, o, 11 may 1969-cu il tarixdə Ermənistanın Quqark rayonunda anadan olmuşdur.
13. X4 adına xx.xx.2019-cu il tarixdə verilmiş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, o, 23 may 1960-cı il tarixdə Ermənistanın Quqark rayonunda anadan olmuşdur.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4941/2019 saylı qətnaməsindən görünür ki, X4 23 may 1960-cı il tarixdə Ermənistanın Quqark rayonunda anadan olması haqqında doğum akt qeydinin bərpa edilməsi qət edilmişdir.
15. Şəxsiyyət vəsiqəsi (AZE1740374) məlumatlarının çıxarışından görünür ki, X5 1930.xx.xx-ci ildə Marneuli rayonunda anadan olmuşdur. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 654688 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 noyabr 2013-cü il tarixdə vəfat etmişdir.
16. 1 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən verilmiş AZ-İ seriyalı 901130 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 sentyabr 2017-ci il tarixində vəfat etmişdir.
17. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 547530 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11 noyabr 2011-ci il tarixində vəfat etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 307.2.3-cü və 307.2.11-ci maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
25. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
29. Ərizəçinin, onun nümayəndəsinin-vəkilinin və şahidlərin izahatları ilə müəyyən olunur ki, Ərizəçi və onun ailə üzvləri 1988-ci ildə Ermənistandan deportasiya edilrək məcburi olaraq Azərbaycana köçürülmüşlər. Həmin vaxt ailə üzvlərinin əksəriyyəti, eləcə də ərizəçi bəzi sənədlərini, həmçinin doğum haqqında şəhadətnamələrini gətirə bilməyiblər. Hətta ərizəçinin qardaşı X4 doğum akt qeydi də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4941/2019 saylı qətnaməsi ilə bərpa olunmuşdur.
30. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi, xx.xx.2002-ci il tarixli, Vİİ-ЖГ seriyalı 442019 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, məhkəmə iclasında şahid qismində dindirilmiş Ərizəçi bacısı X3 və qardaşı X4 izahatları ilə Ərizəçi xx xxxx 1965-ci il tarixində Ermənistanın Quqark rayonunda doğulduğu, atasının X8, anasının X5 olduğu müəyyən olunur.
31. Maraqlı şəxs 29 may 2024-cü il tarixli, 316-5/-393/24 nömrəli məktubunun məzmunundan görünür ki, itirilmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilə bilmir, müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyil və vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı yalnız məhkəmə qaydasında müəyyən edilməlidir.
32. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxx 1965-ci il tarixində Ermənistanın Quqark rayonunda doğulduğu, atasının X8, anasının X5 olduğu faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir.
33. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1965-ci il tarixdə Ermənistanın Quqark rayonunda anadan olması, atasının X8, anasının X5 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “Ərizəçi”, ata qrafasında “X8”, ana qrafasında “X5” yazılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi barədə” ərizəsi təmin edilsin. Ərizəçi xx xxxx 1965-ci il tarixdə Ermənistanın Quqark rayonunda anadan olması, atasının X8, anasının X5 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “Ərizəçi”, təvəllüd qrafasında “xx xxxx 1965-ci il”, ata qrafasında “X8”, ana qrafasında “X5” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova