Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4542/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, Ərizəçi (maraqlı şəxslər qismində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ X2 İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.M.Abdullayev adına X* İnstitutu PHŞ cəlb edilməklə) “xəsətəlik vərəqəsinin etibarlı olması faktının təsdiq edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, **.*5.2*25-ci ildən **.*5.2*25-ci ilə kimi əmək qabiliyyətinin olmaması barədı *95*758 saylı *****8 seriyalı xəstəlik vərəqəsinin etibarlı olması faktının təsdiq edilməklə sistemə əlavə edilməsi barədə ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 3*7.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 3*7.2.*. şəxslərin qohumluq münasibətlərinin; 3*7.2.2. şəxsin öhdədə olması faktının; 3*7.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 3*7.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 3*7.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 3*7.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 3*7.2.7. bədbəxt hadisə faktının; 3*7.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 3*7.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 3*7.2.**. atalığın etiraf olunması faktının; 3*7.2.**-*. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun *4-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 3*7.2.**. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Ərizədən görünür ki, ərizəçinin tələbi xəsətəlik vərəqəsinin etibarlı olması faktının təsdiq edilməklə sistemə əlavə edilməsidir. Lakin qanunvericliyin tələblərindən də göründüyü kimi, belə bir faktın müüəyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4, *53, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxslər qismində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ X2 İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.M.Abdullayev adına X* İnstitutu PHŞ cəlb edilməklə) “xəsətəlik vərəqəsinin etibarlı olması faktının təsdiq edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra ondan ** (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4542/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4542/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver