Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4570/2020 08.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 31 saylı evin 42 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli 2(001)-4755/2011 saylı icra vərəqəsinə əsasən cavabdehlər Cavabdeh1, Rəhimov Əlövsət kamal oğlundan müştərək qaydada 20684,88 manat məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayonda yerləşən 31 saylı evin 42 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışından əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 31 saylı evin 42 saylı mənzili İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx xxxxx 2013-cü il tarixli çıxarış alınmışdır. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 31 saylı evin 42 saylı mənzilində bu günə kimi qeydiyyatdaqdırlar və əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirlməsinə mane olurlar. Bununla yanaşı həmin mənzildə qeydiyyatda olan, keçmiş mülkiyyətçinin yetkinlik yaşına çatmayan uşağı xx xxxxx 2003-cü il təvəllüdlü X1 qeydiyyatdadır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 4570/2020 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon F.Məlikov küçəsi, 31 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli, 2 (001)- 4755/2011 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Rəhimov Əlövsət Kamal oğluna qarşı “kredit müqaviləsinə xitam verilməsi, borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 04L000001651 saylı kredit xətii müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Rəhimov Əlövsət Kamal oğlundan müştərək qaydada iddiaçı “xxxxxxxxx” QSC-nin xeyrinə 14932,90 manat kredit borcu, 2700,98 manat faiz borcu və 3000 manat cərimə, 20 manat dövlət rüsumu və 31 manat xidmət haqqı olmaqla, cəmi 20684 manat 88 qəpik ödənilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 31 saylı evin 42 saylı mənzili 39841,90 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və ümumilikdə 20684 manat 88 qəpik , Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 31 saylı evin 42 saylı mənzilinin açıq hərracdan satışındna əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, tələb Cavabdeh1 və Rəhimov Əlövsət Kamal oğlundan ümumi qaydada tutulması, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon F.Məlikov küçəsi, 31 saylı evin 42 saylı mənzilinə olan yaşayış və istifadə hüquqlarının itirmiş hesab edilməsi, evə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 31 saylı evin 42 saylı mənzilinə “xxxxxxxxx” QSC mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 778 nömrəli reyestr kitabının 72647 nömrəli vərəqində ********** nömrə ilə xx xxxxx 2013-cü il tarixdə qeydiyyata alınmışdır. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən xx xxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, xx xxxxxx 1969-cu il təvəllüdlü Cavabdeh1, xx xxxx 1939-cu il təvəllüdlü Cavabdeh2, xx xxxxx 2003-cü il təvəllüd X1 və, xx xxxxx 2001-ci il təvəllüdlü Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 31 saylı evin 42 saylı mənzilində qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 31 saylı evin 42 saylı mənzili satıldıqdan sonra həmin mənzildən çıxarılması qət edilmiş, həmin mənzil satılaraq iddiaçının mülkiyyətinə keçmişdir. Hazırda cavabdehlərin xx xxxxx 2001-ci il təvəllüdlü Cavabdeh3 həmin mənzilə istifadə hüquqlarının olması, iddiaçının öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehin hüququna xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də Cavabdeh1 ailə üzvü olan, xx xxxxxxxx 2011-ci il tarixdə Qətnamə qəbul edilən zaman yetkinlik yaşına çatmayan və ipoteka müqaviləsi bağlanarkən razılıq verməsinə lüzum olmayan, hal-hazırda yetkinlik yaşına çatmış xx xxxxx 2001-ci il təvəllüdlü Cavabdeh3 mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Çünki yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri onların valideynin yaşadığı yer hesab edilir. Bu iddiada isə həmin vaxt yetkinlik yaşına çatmayan uşağın artıq istifadə hüququ saxlanıla bilməz. Ona görə də məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 31 saylı evin 42 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 31 saylı evin 42 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin (itirilsin). İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4570/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4570/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver