Məhkəmə qərarları › İş №2(001)-4580/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4580/2022

11.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4580/2022 11.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydinin bərpa olunması və həmin akt qeydində onun doğum tarixinin xx xxxx 1973-cü il, ata qrafasında X3, anası qrafasında X2 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1973-cü il tarixdə Ermənistannın Vardenis rayonunda doğulmuşdur. X3, anası isə X8 olmuşdur. O, 03 iyun 2004-cü ildə X12 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından 2 övladları doğulmuşdur. Ailədə onlar 3 övlad olmuşlar. Bacısı Aynurənin, qardaşı Rahibin doğum haqqında şəhadətnamələri vardır. Məlum hadisələrlə bağlı Azərbaycan Respublikasına gəlmiş və məskunlaşmışlar. Onun doğum haqqında şəhadətnaməsi olmuş, lakin şəhadətnaməsi məlum səbəblərdən itmişdir və bu baxımdan doğum akt qeydinin bərpa olunması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsində ona izah olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarının 4-cü bəndində əks olunan hüquqi mövqeyinə uyğun olaraq izah edir ki, iddiaçının doğum haqqında akt qeydi yalnız doğumun qeydə edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə müvafiq rayon (şəhər) məhkəməsinin qətnaməsi əsasında bərpa edilə bilər. Doğum haqqında şəhadətnamə bir sıra məsələlərin həll edilməsi və sənədləşmə işlərinin həyata keçirilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin verilimş suala cavab olaraq bildirdi ki, onun valideynləri milliyətçə azərbaycanlıdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda ərizəyə etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi xx xxxx 1973-cü il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. X1, anaları isə X8, milliyyətcə azərbaycanlıdırlar. Ataları vəfat etmişdir. Onlar məlum hadisələrlə bağlı köçəndə sənədlərinin bəziləri itmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi xx xxxx 1973-cü il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. X1, anaları isə X8 olmuşdur. Onlar milliyətcə azərbaycanlıdırlar. Ataları vəfat etmişdir. Onlar məlum hadisələrlə bağlı köçəndə bacısı doğum haqqında şəhadətnaməsini itirmişdir, bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, onun doğum akt qeydi bərpa edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, o, ərizəçinin əridir. Onlar 03 iyun 2004-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Ərizəçi xx xxxx 1973-cü il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmuş, X3 vəfat etmiş, anası X5r. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE 02231314 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1936-cı il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 7-cı sıra, ev 42 olmuşdur; İİ-CЛ 091914 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 fevral 1976-cı il tarixdə Ermənistan, Vardenis rayonunda doğulmuş X6 X3, anası isə X5r, milliyətləri azərbaycanlıdır; İİ-ЕЛ 446621 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 dekabr 1978-ci il tarixdə Ermənistan, Vardenis rayonunda doğulmuş X4 X3, anası isə X5r, milliyətləri azərbaycanlıdır; AZ-İ 044335 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə xx xxxx 1973-cü il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş Ərizəçi arasında nikah 03 iyun 2004-cü il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir; AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1973-cü il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, ailə vəziyyəti evli, yaşayış yeri Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 10, ev 9-dur; AZ-İ 407712 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X11 27 fevral 2010-cu il tarixdə ölmüşdür; Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 5779 nömrəli vəsiqənin surətindən görünür ki, Həsənova X10 rayonunu tərk edib; Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 28 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsini təmin edə bilmir; Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında şəhadətnaməsinin surəti və eləcə də digər qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün məhkəməyə təqdim olunması imkanları xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, bunun üçün kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sənədlərə və şahid ifadələrinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi xx xxxx 1973-cü il tarixdə Ermənistan, Vardenis rayonunda doğulması, atasının X11, anasının X8, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəsi təmin edilsin. Ərizəçi xx xxxx 1973-cü il tarixdə Ermənistan, Vardenis rayonunda doğulması, atasının X11, anasının X8, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar