Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4580/2025 25.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi – Ərizəçi maraqlı şəxs – Maraqlı şəxs cəlb edilməklə, “qohumluq münasibətlərinin müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. 624440 nömrəli pasportun surətinə əsasən Ərizəçi Abid oğlu *934-cü il tarixində Bakı şəhərində doğulmuşdur.
2. Doğum haqqında aktlar qeydində 599 nömrə ilə qeyd edilmiş 05.07.*954-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, ərizəçinin atası-Bakı şəhərində doğulmuş 29.05.*954-cü il təvəllüdlü X3 atası X4r.
3. Doğum haqqında aktlar qeydində 83 nömrə ilə qeyd edilmiş *8.0*.*983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.*982-ci il təvəllüdlü ərizəçi- Ərizəçi atası X5r.
4. Ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, ərizəçinin atası-X6 23.06.*998ci il tarixində vəfat etmişdir.
5. Ərizəçi Abid oğlunun 23 iyun *999-cu ildə ölmüş X3 qardaşı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizəçi daha sonra ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində atasının ölüm tarixi ilə bağlı qeyd etdiyi *999-cu ilin səhv qeyd edildiyini, atasının ölüm tarixinin *2 iyun *998-ci il olduğunu bildirmiş və nəzərə alınmasını xahiş etmişdir.
Ərizəçinin əsaslandırması:
7. Ərizə onunla əsaslandırılmışdır ki, *972-ci il tarixində vəfat etmiş miras qoyan Ərizəçi Abid oğlu ərizəçinin əmisi, yəni atası X3 qardaşıdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Ərizəçi Abid oğlunun məxsus olmuşdur. Ərizəçi Abid oğlunın övladı, yani birinci növbəli vərəsəsi olmamış, o, öldükdən sonra, ondan miras qalmış əmlak ikinci növbəli vərəsə kimi ərizəçi tərəfindən qəbul edilmişdir. Ərizəçi Abid oğlunun ikinci növbəli vərəsəsi kimi ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 7-də yerləşən 3 saylı fərdi yaşayış evini miras kimi qəbul etmək üçün Bakı şəhəri 4 saylı notariat ofisinə müraciət etmiş, həmin notariat ofisinin notariusu Sidqi Həbibbəy*i *2 may 2025-ci il tarixli mktubla onun müraciətindən imtina edərək, Ərizəçi Abid oğlunun X9 ilə qardaş olmasını müyyən edən sənədin olmamasını göstərmişdir. Ərizəçi Abid oğlunun onun əmisi olması faktını müyyən etmək üçün arxiv idarələrinə müraciət etmiş, bu faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməmişdir.
Maraqlı şəxsin etirazları:
8. Maraqlı şəxs ərizəyə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Tərəflərin izahatları:
9. Ərizəçi ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək ərizəsini müdafiə etdiyini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədə məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinin tələblərini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
11. İş materiallarında olan 624440 nömrəli pasportun surətindən müəyyən edilir ki, Ərizəçi Abid oğlu *934-cü il tarixində Bakı şəhərində doğulmuşdur.
12. İş materiallarında olan doğum haqqında aktlar qeydində 599 nömrə ilə qeyd edilmiş 05.07.*954-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, ərizəçinin atası-Bakı şəhərində doğulmuş 05.05.*954-cü il təvəllüdlü X3 atası X4r.
13. İş materiallarında olan doğum haqqında aktlar qeydində 83 nömrə ilə qeyd edilmiş *8.0*.*983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.*982-ci il təvəllüdlü Ərizəçi atası X5r.
14. İş materiallarında olan AZ № 0*8348 seriya nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, ərizəçinin atası-X6 *2.06.*998-ci il tarixində vəfat etmişdir.
15. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən tərtib edilmiş *2.05.2025-ci il tarixli, *636 nömrəli məktubdan müəyyən edilir ki, ərizəçinin 02.*0.*972-ci il tarixdə vəfat etmiş Ərizəçi Abid oğlundan miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinə dair müraciəti təmin edilməmişdir.
16. İş materiallarında olan *97*-ci il tarixli texniki pasportun surətindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Ərizəçi Abid oğlunun mülkiyyətində olmuşdur.
17. İş materiallarında olan 4 saylı Bakı ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/087286-25 nömrəli arayışdan müəyyən edilir ki, X9 ərizəçinin atasıdır və ərizəçinin babası X8 və nənəsi X*5 vəfat etmişdir. Eləcə də arayışdan müəyyən edildi ki, ərizəçinin iki bacısı vardır.
18. İş materiallarında olan Nardaran qəbirstanlığı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, ərizəçinin əmisi-*934-cü il təvəllüdlü Ərizəçi Abit oğlu *972-ci il tarixində vəfat etmiş və Nardaran qəbirstanlığında dəfn edilmişdir.
19. İş materiallarında olan, 4 saylı Bakı ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş *2.08.2025-ci il tarixli, 3-*6-5/8-*5-686/2025 saylı məktubdan müəyyən edilir ki, müvafiq qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Abid oğlunun ailə vəziyyəti barədə məlumat verilməsinin mümkün olmadığı bildirilmişdir.
20. İş materiallarında olan ,Bakı şəhəri Nardaran Bələdiyyəsi tərəfindən tərtib edilmiş *3.08.2025-ci il tarixli, 6* nömrəli məktubdan müəyyən edilir ki, Ərizəçi Abid oğlu *972-ci il tarixində vəfat etmiş və Nardaran qəbiristanlığında dəfn edilmişdir.
21. İş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-787/2025 saylı məktubdan müəyyən edilir ki, müvafiq qurum tərəfindən Ərizəçi Abid oğlunun doğum haqqında akt qeydinin axtarışının aparılmasının imkanları xaricində olduğu bildirilmişdir.
22. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən əldə edilmiş 599 nömrəli doğum qeydindən müəyyən edilir ki, 05.07.*954-cü il təvəllüdlü X3 atası X*0, anası X*2r.
23. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, Ərizəçi Abid oğlunun nikahına dair məlumat aşkar edilməmişdir.
24. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-844/2025 saylı məktubdan müəyyən edilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizəsi edilən *934-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Nardaran qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında Ərizəçi Abid oğlunun təvəllüdü barədə heç bir məlumat aşkar edilməmişdir.
25. Şahid qismində çıxış edən X*3 xx.xx.2025-ci il tarixli şahid ifadəsindən müəyyən edilir ki, şahid öz ifadəsində Ərizəçi Abid oğlu və X3 hər ikisinin onun dayısı olduğunu, Ərizəçi Abid oğlunu sağlığında gördüyünü, onun *972-ci il tarixində vəfat etdiyini, Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqda dəfn edildiyini, mərhumun subay olduğunu, uzun müddət Sibirdə həbsxanada məhkum olduğunu, öldüyü günə qədər orada qaldığını, Bakı şəhərində Nardaran qəsəbəsi və İçərişəhər ərazilərində evlərinin olduğunu, hər iki evdə də Ərizəçi Abid oğlunun yaşadığını və həmin evlərin şahidin digər dayısı olan X7 qaldığını bildirmişdir.
26. Şahid qismində çıxış edən X* xx.xx.2025-ci il tarixli şahid ifadəsindən müəyyən edilir ki, şahid öz ifadəsində ərizəçinin qonşusu olduğunu, X3 90-cı illərdə vəfat etdiyini, dəfn mərasimində iştirak etdiyini, ərizəçinin hazırda yaşadığı evdə Ərizəçi Abid oğlunun yaşadığını bildirmişdir.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - Maddə **33.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - Maddə **45. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - Maddə **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - Maddə **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.*. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.*. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. - Maddə 306.*. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. - Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*. şəxslərin qohumluq münasibətlərinin. - Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - Maddə 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. - Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 3 nömrəli, *2 aprel 20*9-cu il tarixli: - *.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - *.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin *53.2.*-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 26*.0.*-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. - *.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. - *.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 3*0.*ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. - *.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. - 2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. - 2.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. - 2.2. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin *53.2.*-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. - 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmənin mövqeyi:
30. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi X3 üç övladından biridir və ərizəçinin bir əmisi və iki bibisi olmuş, əmisi və bibiləri rəhmətə getmiş, yalnız iki bibisi qızı hal-hazırda sağdır ki, onlardan biri də məhkəmə iclasında şahid qismində çıxış edərək Ərizəçi Abid oğlu ilə X3 onun dayısı olduğunu və onların qardaş olduqlarını bildirdi.
32. Məhkəmə tədqiqatı zamanı o da müəyyən edildi ki, ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi əmisi Ərizəçi Abid oğlundan miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almaqdır. İşin hallarından müəyyən edildi ki, ərizəçi *972-ci ildə vəfat etmiş Ərizəçi Abid oğlunun qardaşı oğlu olmaqla qanun üzrə ikinci növbə vərəsələrin sırasına aiddir. Ona görə də məhkəmə bu qətnamədə istinad edilmiş Ali Məhkəmənin Plenum qərarının tələblərinə əsasən ikinci növbə vərəsənin məhkəməyə müraciət etdiyini nəzərə alaraq birinci növbədən olan vərəsələrin olub-olmamasını araşdırmış və bu zaman *972-ci ildə vəfat etmiş Ərizəçi Abid oğlunun birinci növbə vərəsələri qismində mülki qanunvericiliyin tələbinə əsasən onun valideynlərinin, arvad və uşaqlarının ola bilməsi aydınlaşdırılmış, mülki iş materiallarında olan sübutlara əsasən isə Ərizəçi Abid oğlunun nikaha daxil olmadığı, yəni ailəsinin – arvad və uşaqlarının olmadığı, valideynləri X2 və X** isə vəfat etdiyi müəyyən edilmişdir.
33. Beləliklə də, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizədə qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapdığı üçün ərizə təmin edilməli, *934-cü ildə anadan olmuş və *972-ci ildə vəfat etmiş Ərizəçi Abid oğlunun 05.07.*954-cü ildə anadan olmuş və *2.06.*998-ci ildə vəfat etmiş X3 qardaşı olması faktı müəyyən edilməlidir.
34. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4, 76, 77, 88, **9, 2*6-220, 227, 233, 307-3**, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. *934-cü ildə anadan olmuş və *972-ci ildə vəfat etmiş Ərizəçi Abid oğlunun 05.07.*954-cü ildə anadan olmuş və *2.06.*998-ci ildə vəfat etmiş X3 qardaşı olması faktı müəyyən edilsin.
3. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev