Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-462/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X32 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X13 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) mənzildən cavabdehlərin çıxarılması, mənzilə köçürülmə və qanuni sahibliyə qaytarılması tələbinə dair və Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X13 qarşı mənzildən cavabdehlərin çıxarılması, mənzilə köçürülmə və qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzildən cavabdehlərin öz əşyaları (bütün əmlaklar) ilə birgə çıxarılmaları (mənzilin boşaldılması), həmin mənzilə iddiaçının köçürülməyi və mənzilin öz qanuni sahibliyinə qaytarılması (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzili o, ilk dəfə olaraq xx xxxxxx 2008-ci il tarixli, 353 nömrəli müqavilə ilə “xxxx” MMCdən satın almışdır. Həmin mənzilin alınmasına müqavilə bağlanan tarixə tam dəyəri 27.838 ABŞ dollar (o vaxtkı ABŞ dollarının manata məzənnəsinə görə 23.662,3 manat) pul ödəmişdir. Bu haqda “xxxx” MMC-nin təsdiq etdiyi müqavilə ilə yanaşı həmin eyni tarixli mədaxil orderi verilmişdir. Beləliklə o, 12 ildir ki, həmin mənzilin tam qanuni sahibidir. X6 qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti törədilməsində köməkçi kimi iştirak etmişdir. Belə ki, Anar Məmmədov xx xxxx 2005-ci il tarixdən hal-hazıradək təsisçisi olmaqla xx xxxxx 2007ci ildən xx xxxx 2011-ci il tarixədək direktoru işlədiyi “xxxx” MMC-nin yuxarıda qeyd olunan ünvanda tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinin yaşayış və qeyri-yaşayış sahələrinin satışının və qeydiyyatının aparılmasını, cəmiyyətin direktorlarının vəzifələrinin icrası ilə bağlı işlərinə nəzarəti 2002 ildən 2014-cü ilədək faktiki həyata keçirərkən, qeyd olunan vəzifəsi üzrə müəyyən olunmuş səlahiyyətlərinə əsasən, əvvəllər satılmış yaşayış sahələrinin yenidən satılmasına yol verməməli, ayrı-ayrı şəxslərə məxsus mənzillərin digər şəxslərin adına sənədləşdirilməklə mülkiyyətçilərin hüquqlarının pozulması hallarının qarşısını almalı və digər vəzifələri yerinə yetirməli olduğu halda, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə, bir qrup şəxslə, yəni həmin binanın təmir-tikinti işlərinin tamalanmasını öhdəsinə götürüb bunun əvəzinə cəmiyyətlə bağladığı xx xxxxx 2011-ci il tarixli müqaviləyə görə müvəqqəti olaraq yaşayış və qeyri-yaşayış sahələrinin ayrıldığı digər şəxs, eyni zamanda 2011-2013-cü illərdə müvafiq dövrlərdə “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən X21, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin vaxtadək satılmış mənzillərə dair müqavilələrdə göstərilməyən “müqavilənin alıcıya girov müqaviləsi kimi verilməsi, razılaşdırılmış məbləğin alıcıya qaytarılmaqla müqaviləyə xitam verilməsi”ndən ibarət məzmunda bəndi müqavilələrə daxil edib bu barədə mənzil alan şəxslərə bilərəkdən məlumat verməyərək gələcəkdə həmin şəxslərin tələblərinə mülki mühakimə icraatı qaydasında baxılmaqla törətdikləri ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyətindən boyun qaçırmaq, bundan əlavə, göstərilən dövrədək mənzil almış şəxslərə mənzilə görə borclarının olmaması barədə maliyyə arayışının verilməməsinə baxmayaraq saxta kassa mədaxil orderi qəbzlərini verməklə onları aldıqları mənzillərin rəsmiləşdirilməsinin qanuniliyinə inandırmaq, həmçinin, zərərçəkmiş şəxslərin özlərini mülkiyyətçi hesab etdikləri mənzilləri digər şəxslərə satarkən yenidən mənzilə dair saxta müqavilə, maliyyə arayışı və kassa mədaxil orderi qəbzi tərtib edib müvafiq şəxslərə verməklə, əmlakları talamış şəxslərin onlara qarşı törədilmiş cinayətlərin ifşa edilməsinin qarşısının alınmasına və qanunsuz hərəkətlərinin ört-basdır edilməsinə nail olmaq, eləcə də, uzun illər əvvəl inşasına başlanılmış binanın təhvil veriləcəyini bildirərək etibarlarını qazanmaqla əlbir olduğu qrup üzvləri ilə əvvəlcədən müəyyən etdikləri üsullarla ayrı-ayrı mənzillərin, o cümlədən göstərilən binanın E korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzil onun adına xx xxxxxx 2008-ci il tarixli, 353 nömrəli müqavilə ilə sənədləşdirilməsinə baxmayaraq, 2011-ci ilin dekabr ayında digər şəxs həmin mənzili X1 Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Elite” Ticarət Mərkəzinin yanında yerləşən ofisində 53.500 manat pulunu alaraq, həmin mənzilə dair ona tanışı X4 adına “xxxx” MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi xx xxxxxx 2011-ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra P.Pirizadə həmin mənzili 2011-ci ilin sonlarında hazırki iş üzrə cavabdehlərdən biri olan X13 85.600 manata satdığından sonuncuya mənzilin onun arvadı, hazırki iş üzrə digər cavabdeh olan Cavabdeh1 adına sənədləşdirilməsi barədə “xxxx” MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta müqaviləni və maliyyə arayışını verərək nəticədə göstərilən mənzilin satılması ilə bağlı Pirməmməd Pirizadənin məhz 53.500 manat təşkil edən miqdarda özgənin əmlakını vahid qəsdlə öz qulluq mövqeyindən istifadə edib, qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, dəstənin üzvləri olan “xxxx” MMC-nin direktorları X21, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu və qeyrisi tərəfindən müvafiq olaraq digər şəxslərə, o cümlədən ona məxsus olan mənzilində təkrarən başqa şəxslərə, yəni cavabdehlərə satılaraq yuxarıda göstərilən qaydada rəsmiləşdirilməsinə şərait yaratmaqla onların hüquqlarına və qanuni mənafelərinə həmin əməli ilə ağır nəticələrə səbəb olan zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin törədilməsində köməkçi kimi iştirak etmişdir. Bu əməllərinə görə X20 və bu cinayətlərin törədilməsində iştirak etmiş dəstənin üzvləri olan “xxxx” MMC-nin direktorları X21, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu və qeyrisi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(101)-72/2019 saylı hökmü ilə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(103)-25/2020 saylı qərarına əsasən qismən dəyişdirilsə də, təqsirləndirilən şəxslərin törətdikləri bu əməllər bir daha öz təsdiqini tapmış və onlara qarşı irəli sürülmüş ittihamların qanuni olduğu təsdiq edilmişdir. Cinayət işinin məhkəmə gedişatı zamanı onunla bərabər cavabdehlər də zərərçəkmiş şəxslər kimi tanınmışlar. Lakin ondan fərqli olaraq, məhkəmə gedişatı zamanı məhz cavabdehlərdən onun mənzilinin təkrarən onlara satılması nəticəsində alınmış pullar faktiki olaraq 53.000 manat hissəsi cavabdehlərə qaytarılmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün 113-cü səhifəsində qeyd olunmuşdur ki, “Məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, Pirməmməd Pirizadənin “xxxx” MMC-dən 53.500 manata alaraq X13 85.600 manata satdığı mənzillə əlaqədar X13 dəymiş zərərin ödənilməsi üçün xx xxx 2019-cu il tarixdə 19.000 və 14.500 manat, X9 dəymiş zərərin ödənilməsi üçün 10.000 manat və X10 dəymiş zərərin ödənilməsi üçün 10.000 manat məhkəmənin depozit hesabına vəsait köçürülmüşdür. “xxxx” MMC-nin rəhbərliyi məhkəməyə ərizə ilə müraciət edərək xahiş edir ki, X14 və X7 hər birinin adına 10.000 manat olmaqla ümumilikdə depozitə qoyulmuş 20.000 manat X13 dəymiş zərər hissəsinin ödənilməsinə yönəldilsin. Məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, Pirməmməd Pirizadənin “xxxx” MMCdən 347.500 manata alaraq X10 83.000 manata satdığı mənzillə əlaqədar X10 dəymiş zərərin ödənilməsi üçün xx xxx 2019-cu il tarixdə 19.000 və 14.500 manat olmaqla cəmi 34.750 manat pul qoyulmuşdur. Məhkəmə hesab edir ki, bu epizodlarla əlaqədar təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan ittihamı üzrə Pirməmməd Pirizadə zərərçəkmiş şəxs qismində tanındığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra Şöbəsinin “Kapital Bank”ın “Sahil” filialındakı bank hesabında depozitə qoyulmuş 34.750 manat və “Badamdar” filialındakı bank hesabında depozitə qoyulmuş 53.500 manat da daxil olmaqla ümumilikdə 87.750 manat X3 verilməli, X14, X11, X15 və X13 izah edilməlidir ki, dəymiş maddi zərəri X2 tələb etmək hüququna malikdirlər”. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının 21 və 22ci səhifələrində qeyd olunanlardan isə müəyyən edilir ki, X12 həmin hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Həmin məhkəmə onun şikayətini rədd edərkən bir daha qərarında qeyd etmişdir ki, mübahisəli mənzili X18 2011-ci ildə alıb təmir edib yaşamasına baxmayaraq, həmin mənzilin qaytarılması tələbi əsassızdır ona görə ki, həmin mənzili ilk dəfə 2008-ci ildə İddiaçı, yəni ona satılmışdır. Üstəlikdə Cavabdeh2 həmin mənzili cinayət işi üzrə təqsirləndirilən şəxslərdən deyil, məhz X2 aldığına görə birinci instansiya məhkəməsi ona düzgün olaraq izah etmişdir ki, o, özünə həmin mənzilin alınması zamanı vurulmuş maddi zərəri məhz X2 tələb etməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzilinə dair alıcı İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin İddiaçı tərəfindən məhkməyə təqdim olunmuş və onun mülkiyyətinə keçməsini təsdiq edən alqı-satqı müqaviləsi “müqavilənin tərtib olunma qaydaları”na zidd şəkildə tərtib olunmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş müqavilədə müqavilənin nömrəsi, müqavilənin tarixi və hətta müqavilə üzrə alıcının adı, soyadı və ata adı ümumiyyətlə qeyd olunmamışdır. Digər məsələ isə ondan ibarətdir ki, İddiaçı tərəfindən “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi 3078A saylı məhəlləsində tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın E korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzilə dair kassa mədaxil orderinin qəbzində mənzilin ödənişi 23,662 manat ödənildiyi qeyd olunmuşdur. Göründüyü kimi, həmin qiymət qeyd edilən mənzil üçün real qiymət deyildir və iddiaçı tərəfindən qanunsuz şəkildə əldə olunmuş uydurma qəbzdir. Qeyd olunmalıdır ki, bundan əlavə iddiaçı tərəfindən məhkəməyə mənzilin ödənişi ilə bağlı hər hansı maliyyə arayışı da təqdim olunmamışdır və iş materiallarında mövcud deyildir. Lakin, qarşılıqlı iddia üzrə iddiaçı X16 “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi 3078A saylı məhəlləsində tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın E korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzilə dair kassa mədaxil orderinin qəbzində mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli 472 saylı müqavilədən görünür ki, həmin mənzil qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məxsusdur. Əlavə olaraq qeyd edilən mənzilə dair “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli Maliyyə Arayışında qeyd olunduğu kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi 3078 A saylı məhəlləsində tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın E korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzilə dair heç bir borcu yoxdur. Həmçinin, cavabdehlər 2013-cü ildən bəri həmin mənzilin bütün təmir işlərini həyata keçirərək faktiki olaraq yaşayırlar. Digər vacib məqam ondan ibarətdir ki, qeyd edilən iş üzrə 2013-2017-ci illər arasında “xxxx” MMC tərəfindən həyata keçirilmiş belə çoxsaylı qanunsuz hərəkətlərindən dolayı açılmış ibtidai istintaq orqanı tərəfindən mənzillərin kimlərə satılması, mənzilin adına rəsmiləşdirildiyi şəxslərlə bağlanan alqı-satqı müqavilələrinin əsilləri olub-olmamasının araşdırılması həyata keçirilmişdir. Əgər həmin mənzil həqiqətən ilkin iddia üzrə İddiaçı məxsus idisə, həmin mənzillə maraqlanmaması, nə də buna təşəbbüs göstərməməsi sual doğurur. Yalnız 2017-ci il tarixdə istintaqın sonunda sonradan ortaya çıxmışdır. Göstərilənlərə əsasən iddia əsassız olduğundan, qarşılıqlı iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsində göstərilənlərədən əlavə olaraq bildirdi ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və tərəflərin iradə ifadəsini əks etdirir. Həmin müqavilənin tarixi və nömrəsi göstərilmiş, mənzilin satış qiyməti isə tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, onun özünün “xxxx” MMC ilə bağladığı müqavilə etibarsızdır. Belə ki, həmin müqavilənin 5.4-cü bəndinə əsasən “Bu müqavilə alıcıya girov müqaviləsi kimi verilir. Razılaşdırılmış məbləğ alıcıya qaytarılır və müqaviləyə xitam verilir”. Göründüyü kimi, “xxxx” MMC-nin müqavilə bağlayarkən niyyəti mənzili cavabdehə satmaq deyil, girov qoymaq olmuşdur. Bundan başqa, cavabdeh X18 mübahisəli mənzili X2 85.600 manata aldığına baxmayaraq, həmin mənzilin alqı-satqısı “xxxx” MMC ilə Cavabdeh1 arasında rəsmiləşdirilmiş və mənzilin qiyməti 53.535 manat göstərilmişdir. Cavabdehin hazırki qarşılıqlı iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdeh X13 izah edilmişdir ki, o, X3 qarşı dəymiş maddi zərərlə bağlı iddia qaldıra bilər. Bundan əlavə, əqdin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə 1 illik kəsici müddət nəzərdə tutulmuşdur və həmin müddət də cavabdeh tərəfindən ötürülmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2008-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 353 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin alıcı tərəfindən maliyyələşdirilməsidir. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı E korpusu, 10-cu mərtəbə, 4 otaqdan ibarət ümumi sahəsi 214,14 m2 yaşayış sahəsi 117,66 m2 təşkil edən mənzili aşağıdakı şərtlərlə alıcıya təhvil verir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ikinci bəndində göstərilən mənzilin və ya qeyri-yaşayış sahəsinin hər m2-nin dəyəri 1.300 ABŞ dolları həcmində qiymətləndirilməklə 27.838 ABŞ dolları təşkil edir. xx xxxxxx 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2008-ci il tarixli, 353 nömrəli müqaviləyə əsasən 23.662,3 manat məbləğində vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxx 2013-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78 ünvanında yerləşən çoxmərtəbəli binada “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan “E” korpusu, 10-cu mərtəbə 213,51 m2, ümumi sahəsi 117,37 m2 saylı mənzil İddiaçı təhvil verilmişdir, eyni zamanda “E” bloku, 10-cu mərtəbə 214,14 ümumi sahəsi 117,66 m2 İddiaçı təhvil-təslim aktı əsasında təhvil verilmişdir. Verilən bu sənədlər İddiaçı xx xxxxxx 2008-ci ildə verilmişdir. Müqavilədə göstərilən bütün şərtlər yerinə yetirilmiş adı çəkilən şəxs ilə Müəssisənin heç bir çatışmamazlığı olmamışdır. Bu evlər vətəndaşların şəxsi mülkləridir. xx xxxxxx 2011-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə Cavabdeh1 (alıcı) arasında bağlanmış 472 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin alıcı tərəfindən maliyyələşdirilməsidir. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı E korpusu, 10-cu mərtəbə, 4 otaqdan ibarət ümumi sahəsi 214,14 m2 yaşayış sahəsi 117,66 m2 təşkil edən mənzili aşağıdakı şərtlərlə alıcıya təhvil verir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ikinci bəndində göstərilən mənzilin və ya qeyri-yaşayış sahəsinin hər m2-nin dəyəri 1.250 manat həcmində qiymətləndirilməklə 53.535 manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən bu müqavilə alıcıya girov müqaviləsi kimi verilir. Razılaşdırılmış məbləğ alıcıya qaytarılır və müqaviləyə xitam verilir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 həqiqətən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəlləsində yerləşən yeni yaşayış binasında “E” korpusu, 10-cu mərtəbə, 4 otaqdan ibarət sahəsi 214,14 m2 olan 19 saylı mənzilin müqaviləyə əsasən borcu yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(101)-72/2019 nömrəli hökmünün surətindən görünür ki, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu, qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx xxxxxx 2011-ci ildən xx xxxxx 2012-ci il tarixədək direktoru işlədiyi “xxxx” MMC-nin Bakı şəhəri, Bİnəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidəki 3078 A saylı məhəlləsində tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinin E korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzili İddiaçı adına xx xxxxxx 2008-ci il tarixli, 354 nömrəli müqavilə ilə sənədləşdirilməsinə baxmayaraq, 2011-ci ilin dekabr ayında digər şəxs həmin mənzili X1 Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Elite” Ticarət Mərkəzinin yanında yerləşən ofisində 53.500 manat pulu alaraq, həmin mənzilə dair ona tanışı X4 adına “xxxx” MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi xx xxxxxx 2011ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra P.Pirizadə həmin mənzili 2011-ci ilin sonlarında X13 85.600 manata satdığından sonuncuya mənzilin onun arvadı Cavabdeh1 adına sənədləşdirilməsi barədə “xxxx” MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta müqaviləni və maliyyə arayışını verərək nəticədə göstərilən mənzilin satılması ilə bağlı Pirməmməd Pirizadənin 53.500 manat pulunu ələ keçirərək dələduzluq etmişdir (hökmün 11-ci səhifəsi). Cinayət işinin materiallarından görünür ki, binanın E korpusunun 10-cu mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 214,14 kv.m olan mənzil xx xxxxxx 2008-ci il tarixli 354 saylı müqavilə ilə İddiaçı, xx xxxxx 2011 tarixli 387 nömrəli müqavilə ilə X25, xx xxxxxx 2011-ci il tarixli 472 nömrəli müqavilə ilə əvvəl X4, sonra isə Cavabdeh1 və xx xxxxxx 2012-ci il tarixli 488 nömrəli müqavilə ilə X5 adına sənədləşdirilmişdir (99-100-cü səhifələri). Məhkəmə X13 izah etmişdir ki, o, dəymiş maddi zərəri X2 tələb etmək hüququna malikdir (113-cü səhifə). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 1(103)-25/2020 hökmünün surətindən görünür ki, yuxarıda göstərilən hökmdən zərərçəkmiş şəxs X18 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün İddiaçı Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə yerləşən yaşayış binasının E korpusu, 10-cu mərtəbə, 4 otaqdan ibarət sahəsin 214,14 kv.m olan 19 saylı mənzilinin ona təhvil verilməsinə dair ərizəsinin nəzərə alınması və ona dəymiş maddi zərərin mülki məhkəmə qaydasında tələb etmək hüquqlarının izah edilməsinə dair hissəsinin ləğv edilməsi, həmçinin təqsirləndirilən şəxslərin hər biri barəsində ayrı-ayrılıqda azadlıqdan məhrumetmə növündə cəzanın ən yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmənin qərarına əsasən onun apelyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzil xx xxxxxx 2008-ci il tarixli müqavilə ilə ilkin olaraq İddiaçı adına sənədləşdirilmişdir. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, 2011-ci ilin dekabr ayında digər şəxs həmin mənzili X1 Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Elite” Ticarət Mərkəzinin yanında yerləşən ofisində 53.500 manat pulu alaraq, həmin mənzilə dair ona tanışı X4 adına “xxxx” MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi xx xxxxxx 2011-ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra P.Pirizadə həmin mənzili 2011-ci ilin sonlarında X13 85.600 manata satdığından sonuncuya mənzilin onun arvadı Cavabdeh1 adına sənədləşdirilməsi barədə “xxxx” MMCnin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta müqaviləni və maliyyə arayışını verərək nəticədə göstərilən mənzilin satılması ilə bağlı Pirməmməd Pirizadənin 53.500 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə istinad edilən mülki qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd edir ki, “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzil xx xxxxxx 2008-ci il tarixli müqavilə ilə ilkin olaraq İddiaçı adına sənədləşdirildiyindən həmin andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuşdur. Həmin mənzilin sonradan digər şəxslərin, o cümlədən Cavabdeh1 sənədləşdirilməsi isə cinayət əməli nəticəsində baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı xx xxxxxx 2008-ci il tarixli müqaviləyə əsasən əmlakın qanuni sahibi olduğundan mülkiyyətçi hüquqları ona da mənsubdur və o, dövlət tərəfindən tanınan və qorunan hüququndan istifadə etməklə ona mənsub əmlaka öz istədiyi kimi sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə, o cümlədən özgəsinin qanunsuz sahibliyindən həmin əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X18 “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzildən bütün əmlakları ilə birlikdə çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı qanuni sahibliyinə verilməli və İddiaçı həmin mənzilə köçürülməlidir. Məhkəmə Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mülki işin materiallarında həmin müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsas müəyyən olunmur. Bundan əlavə, həmin müqavilənin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, cavabdeh həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X18 “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzildən bütün əmlakları ilə birlikdə çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı qanuni sahibliyinə verilməli və İddiaçı həmin mənzilə köçürülməli, cavabdehlər Cavabdeh1 və X8 iddianın verilməsinə görə 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X18 “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidə 3078 “A” saylı məhəllədə tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın “E” korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzildən bütün əmlakları ilə birlikdə çıxarılsınlar, həmin mənzil boşaldılaraq İddiaçı qanuni sahibliyinə verilsin və İddiaçı həmin mənzilə köçürülsün. Cavabdehlər Cavabdeh1 və X8 iddianın verilməsinə görə 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-462/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-462/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver