Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4625/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X25 oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən ediməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən ediməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, yəni Ərizəçi xx.xx.1946-cı il tarixdə Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulmuşdur. Onun atası 1906-cı il təvəllüdlü X10, anası isə X3r. Onun əlində doğum haqqında şəhadətnaməsi olmadığından həmin şəhadətnamənin dublikatının alınması üçün qeyiyyatda olduğu Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Lakin onun müraciətinə baxılmış, ərizəsi təmin edilməmişdir. Ona imtinaya əsas olaraq bildirilmişdir ki, itmiş sənədin həqiqətən mövcud olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən həmin akt qeydinin bərpası mümkün deyildir. Buna görə də məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İddia ərizəsinə əlavə olunan AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun ata adı Mehdi olmaqla o, 1946-cı ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulmuşdur. Ona məxsus NZ seriyalı, ******* №-li hərbi biletin surətindən görünür ki, o, xx.xx.1946-cı il tarixdə Füzuli rayonunun Şükürbəyli kəndində doğulmuş və milliyəti Azərbaycanlıdır. Ona məxsus xx.xx.1966-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, onun atası Mehdi olmaqla 1949-cu il təvəllüdlüdür. Ona məxsus 22785018 №-li X14 partiyasının biletindən görünür ki, onun atasının adı Mehdi olmaqla o, 1946-cı il təvəllüdlüdür. Ona məxsus sürücülük kartoçkasından görünür ki, onun atası Mehdi olmaqla xx.xx.1946-cı il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. Ona məxsus xidməti uçot kartoçkasından görünür ki, o, xx.xx.1946-cı il tarixdə Füzuli rayonunun Şükürbəyli kəndində doğulmuş, anası 1903-cü il təvəllüdlü X3r. Ona məxsus sürücünün imtahan kartoçkasından görünür ki, o, xx.xx.1946-cı il tarixdə Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulmuşdur. Ona məxsus 42N0715702 №-li, xx.xx.1994cü il tarixli SSR pasportundan görünür ki, o, xx.xx.1946-cı il tarixdə doğulmuşdur. Hazırda onun doğum haqqında akt qeydlərinin mövcud olmaması onun bəzi sənədləşdirmə işlərini çətinləşdirir. O, qeyd edilənlərə əsasən hesab edir ki, onun doğum faktı qeydə alınmalı və buna dair vətəndaşlıq vəziyyəti aktlarında akt qeydi tərtib olunmalı və ona yeni doğum haqqında şəhadətnamə verilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarının 4.1-ci bəndinə qeyd edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ərizəçi ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.2.5, 307.2.11 və 308-ci maddələri ilə əsaslandıraraq, onun, yəni Ərizəçi xx.xx.1946-cı il tarixdə Füzuli rayonunun Şükürbəyli kəndində doğulması və valideynlərinin X10 və X5 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Eyni zamanda ərizəçinin nümayəndəsi Vəkil müvafiq ərizələrlə məhkəməyə müraciət edərək, ərizəsində texniki xətaya yol verildiyini əsas gətirərək, qətnamə qəbul edilərkən “Füzuli rayonu” sözünün “Cəbrayıl rayonu” kimi nəzərə alınmasını, həmçinin ərizəçinin doğumunun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X6 ərizənin həllini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-18/2-178/2024 nömrəli məktubdan görünür ki, Vəkil müraciətinə baxılmış və ona bildirilmişdir ki, X11 və X16 (Hüseyn) qızı barədə Əhalinin Dövlət Reyestri X1 Sistemində hər hansı məlumat aşkar edilməmişdir. Adı çəkilən şəxslər barədə məlumatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edərək əldə edə bilərlər. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/7-17-610/24 nömrəli məktubdan görünür ki, Ərizəçi ərizəsinə şöbə tərəfindən baxılmış və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlılq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Eyni zamanda bildirilmişdir ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiklərindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən X4 ünvanlanmış xx.xx.2017-ci il tarixli 05/2- 399-13 nömrəli məktubdan görünür ki, H.Məmmədovanın müraciətinə baxılmış və ona bildirilmişdir ki, Cəbrayıl rayon Sarıcallı icra nümayəndəliyində 1949-cu ilin mart ayında tərtib edilmiş 11 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən doğum tarixinin şəxsiyyət vəsiqəsində göstərildiyi kimi “xx.xx.1949-cu il” deyil, "xx.xx.1949-cu il”, soyadınızın "Məmmədova” deyil, "Yusifova”, atanızın adının "Mehdi" deyil, “Mehti”, ananızın adının “Rəna” deyil, “Rayə”, ata adının isə Hüseynalı" deyil “Hüseyin" kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında arayışın verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindeki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Eyni zamanda izah edilmişdir ki, doğum haqqında akt qeydində uşağın soyadı, doğulduğu gün, ay, ata adı, ana adı və ananın ata adı qrafalarında düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə ilə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmazsa, məhkəməyə müraciət edə bilər. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1946-cı il tarixdə Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əhalinin Dövlət Reyestrindən çıxarışlardan görünür ki, X8 XX.XX.1934-cü il tarixdə, X12 XX.XX.1937-ci il tarixdə, X9 XX.XX.1941-ci il tarixdə, Ərizəçi XX.XX.1946-cı il tarixdə, X7 xx.xx.1949-cu il tarixdə və X13 xx.xx.1951-ci il tarixdə Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulmuşlar. İş materiallarında olan 42N0715702 №-li, xx.xx.1994-cü il tarixli Sovet Sosialist Respublikaları İttifaqı (SSR) pasportundan görünür ki, Ərizəçi xx.xx.1946-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Ərizəçi Mehti oğluna məxsus NZ seriyalı, ******* №-li hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1946-cı il tarixdə Füzuli rayonunun Şükürbəyli kəndində doğulmuş və milliyəti Azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ərizəçinin bacısı olmaqla yanaşı, Ərizəçi xx.xx.1946-cı il tarixdə Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulması faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ərizəçinin bacısı olmaqla yanaşı, Ərizəçi xx.xx.1946-cı il tarixdə Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulması faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bununla yanaşı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi 25 may 1946-cı il tarixdə Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulmasının qeyd edilməsi faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, Ərizəçi 25 may 1946-cı il tarixdə Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli, həmin akt qeydində Ərizəçi “doğulduğu yer” qrafasında “Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Şükürbəyli kəndi”, “doğum tarixi” qrafasında “xx.xx.1946-cı il”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “ata adı” qrafasında “X10”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “ana adı” qrafasında “X16”, “milliyyəti” qrafasında “azərbaycanlı” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 25 may 1946-cı il tarixdə Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində “doğulduğu yer” qrafasında “Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Şükürbəyli kəndi”, “doğum tarixi” qrafasında “xx.xx.1946-cı il”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “ata adı” qrafasında “X10”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “ana adı” qrafasında “X16”, “milliyyəti” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-4625/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4625/2024
14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver