Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4654/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə tələbi barədə mülki işə 14 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan 03 sentyabr 2011-ci il təvəllüdlü X1 və 14 fevral 2014-cü il təvəllüdlü X3 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 məxsus evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Cavabdeh1 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmiş, nikahlarını 14 sentyabr 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 03 sentyabr 2011-ci il təvəllüdlü Əbülfət, 14 fevral 2014-cü il təvəllüdlü Zaur adlı iki uşaqları vardır. Ramillə evləndikdən sonra iddia tələbində göstərilən, qayınatası Cavabdeh2 məxsus həmin fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əmlakını da həmin evə yerləşdirmişdir. Lakin, Ramillə ailə münasibətlərinin qorunub saxlanması mümkün olmadığından 09 dekabr 2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuşdur. Onun sözügedən evdə hazırda da cehiz əmlakının olmasına baxmayaraq, cavabdehlər onu həmin evdə yaşamağa imkan vermir, o, məcburən 2 uşağı ilə birlikdə kirayədə yaşayır. Bunun üçün isə maddi imkanı kifayət etmədiyindən, həmçinin, Zaur adlı uşağı xəstə olduğundan onların daimi stabil yaşayış yerləri olmalıdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini bildirərək izahatında göstərdi ki, sözügedən fərdi yaşayı şevi onun atası Cavabdeh2 məxsusdur. O, iddiaçı ilə evləndikdən sonra iddiaçı həmin evə gəlin köçmüş, həqiqətən də cehiz əşyalarını həmin evə gətirmişdir. Hazırda iddiaçı həmin evdə yaşamaq istəyirsə, onlar buna etiraz etmirlər. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2020ci il tarixli, 2(001)-6760/2020 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında 14 sentyabr 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahlarından olan 03 sentyabr 2011-ci il təvəllüdlü X1 və 14 fevral 2014-cü il təvəllüdlü X3 adlı uşaqların anaları İddiaçı yanında qalmasının müəyyən edilməsi... qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan konstusion normanın tələbinə əsasən yaşayış sahəsinə köçürülmə ilə bağlı iddialara mahiyyəti üzrə baxılarkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: - şəxs köçürülmək istədiyi yerdə yaşamışdırmı? - şəxs yaşadığı yerdən məhrum edilmişdirmi? - şəxsin yaşadığı yerdən məhrum edilməsi qanuni olmuşdurmu? İlk 2 xüsusat, yəni, iddiaçının mübahisə predmeti olan mənzildə yaşaması və yaşadığı yerdən məhrum edilməsi, yuxarıda qeyd olunduğu kimi işin mübahisələndirilməyən hallarıdır. Sonuncu hal, yəni şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub – olmaması ilə bağlı məhkəmə aşağıdakılar qeyd etməyi zəruri hesab edir: Belə ki, işin halları ilə təsdiq olunur ki, mübahisəli mənzildə tərəflərin yaşamaları işin mübahisələndirilməyən halıdır. Onların yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Hal-hazırda cavabdeh həmin evdə yaşayaraq evə olan ehtiyaclarını təmin etmişdir. Belə olan halda cavabdeh mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. İddiaçının yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəblərə görə çıxması onun həmin sahədə yaşamaq hüququnun itirilməsinə səbəb ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı himayəsində olan 03 sentyabr 2011-ci il təvəllüdlü X1 və 14 fevral 2014-cü il təvəllüdlü X3 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 məxsus evə köçürülməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə barədə iddiası təmin edilsin. İddiaçı himayəsində olan 03 sentyabr 2011-ci il təvəllüdlü X1 və 14 fevral 2014-cü il təvəllüdlü X3 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 məxsus evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4654/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4654/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver