Məhkəmə qərarları › İş №2(001)-4661/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4661/2020

28.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4661/2020 28.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, Ərizəçi Bakı şəhəri Binəqədi rayon Qeydiyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinə düzəliş edilməsi” tələbinə dair ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamədə düzəliş edib ata adı və milliyətinin qeyd edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, ərizə müəyyən edilmiş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən, geri qaytarılmalıdır. Digər çatışmazlıqlara toxunmadan ilk olaraq qeyd olunmalıdır ki, Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə konkret olaraq tələb müəyyən edilməmiş, dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Başqa sözlə, bu ərizə tərtib edilərkən, Ərizəçi tərəfindən ümumiyyətlə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-150-ci maddələrinə müraciət edilməmişdir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi geri qaytarılsın. Ərizəçi qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar