Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4702/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 və Babayev X1 Tərlan Həmidulla oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rəyonu, Biləcəri qəsəbəsi, M.Quluxan küçəsi, 13 saylı evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı2 1988-ci ildə ünvan 1 ünvanında yaşayan mərhum X7 ilə ailə həyatı qurmuş, 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Onların xx.xx.1992-ci il təvəllüdlü Babayeva Könül Əmrulla qızı və xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 Əmrulla oğlu adlı uşaqları olmuşdur. 1999-cu ildə onlar cavabdehin razılığı ilə mübəhisəli evə köçüb bu günədək orada yaşamış, onların bütün əşyalərı o vaxtdan həmin evdə qalmışdır. İddiaçının əri xx.xx.2014-cü ildə vəfat edənədək həmin evdə pasport qeydiyyatında olmuşdur. İddiaçı 2020-ci ilin fevral ayında bilmişdir ki, cavabdeh tərəfindən evin giriş qapısının açarları dəyişdirilmiş və o məcbur qalıb bacısının evində yaşamalı olmuşdur. Hazırda cavabdeh onların yaşadıqları evin bir otağını sökərək öz evinə birləşdirmişdir. Cavabdeh onların bütün hüquqlarını pozaraq evlərini ələ keçirmişdir. İddiaçı qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsaslanaraq hazırkı tələblə çıxış edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia tələbində göstərilən mənzil xx xxxxxx 1993-cü il tarixdə alğı-satqı əsasında onun tam mülkiyyətinə keçmiş, buna dair qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda həmin mənizldə o, 1993-cü ildən ailəsi ilə birlikdə yaşayır. İddiaçı2 onun mərhum qardaşı Əmirulla Babayevlə qeyri-rəsmi ailə münasibətlərində yaşamış, 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Qeydiyyata düşmələri və yaşamağa yerləri olmadığından o, mərhum qardaşını 2012-ci ildə iddi tələbində göstərilən mənzilə qeydiyyata saldırmışdır. xx xxxxxx 2014-cü il tarixdə qardaşı vəfat etdikdən sonra Şəlalə uşaqları ilə birlikdə evdən çıxıb getmişdir, beləliklə onun evində təxminən 2-3 il yaşamış, qeydiyyatda olmamışdır. İddia tələbində Şəlalənin 1999-cu ildən onun evində yaşamasına dair göstərilənlər tamamilə yalandır. İddiaçının ərizədə göstərdiyi əşyalar isə onun qonşuluqda yaşayan anasının evindədir. Həmin əşyaların Şəlalə tərəfindən götürülməsinə etiraz yoxdur. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 1999-cu ildən 2020-ci ilin fevral ayınadək Biləcəri qəsəbəsi, Mehdiquluxan küçəsi 13 ünvanında qeydiyyatsız yaşayıb. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı2 xx xxx 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Məmmədova (Babayeva) Şəlalə İmaməddin qızının nikahlarından xx xxxxxx 1998-ci il tarixdə İddiaçı1 doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Lermantov küçəsi (indiki M.Quluxan) 13 saylı mənzil xx xxxxxx 1993-cü il tarixdə X2 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə İddiaçı2 1988-ci ildən mübahisəli evə köçməsi ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının həmin tarixdən evə köçməsi iş üzrə müəyyən edilməməklə yanaşı iş materiallarında olan 30/3861 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında olan ev xx.xx.1993-cü il tarixdə Cavabdeh mülkiyyətinə keçmişdir. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən sonra əmələ gəldiyindən, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, işin məhkəmə araşdırılması ilə məlum olmuşdur ki, iddiaçılar mübahisəli mənzilə 2012-cı ildə köçmüşdürlər. Qüvvədə olan Mənzil Məcəlləsinin 12.1-ci maddəsinin tələblərinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. İşdən görünür ki, tərəflər mübahisəli evdə birgə yaşamamış, ümumi təsərrüfatı birgə idarə etməmişlər. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırkı mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, iddiaçı mübahisəli evə köcərkən onunla cavabdeh arasında hər hansı razılaşma olmadığına görə mülkiyyətçi cavabdeh ilə bərabər surətdə evdən istifadə etmək hüququ əmələ gəlməmişdir. Bununla yanaşı İddiaçı2 iddia etdiyi kimi gəlin gəldiyi 1998-ci il tarixdən və İddiaçı1 anadan olduğu xx.xx.1999-cu ildən etibarən mübahisəli evdə yaşadıqları güman edilsə belə iddia aşağıdakılara görə yenə də əsassızdır. Belə ki, 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx xxxx 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, iddiaçılar cavabdehin ailə üzvləri olmamış, onunla ümumi təsərrüfat aparmaları öz təsdiqini tapmamışdır. İddiaçı2 2014-cü il tarixində vəfat edən əri X5 iş üzrə Cavabdeh qardaşıdır və iddiaçıların ailə üzvü hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə nəticəyə gəlir ki, miş, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiaları rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4702/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4702/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver