Məhkəmə qərarları › İş №2(001)-471/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-471/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-471/2023 23.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və həmin mənzilə köçürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və həmin mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmasını və onun sözügedən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası Ağamusa İsmayılov və mərhum anası Səkinəxanım Əliyeva Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzili alaraq, orada yaşamağa başlamışdılar. Daha sonra ailə həyatı qurmuş və Göyçay rayonunda yaşamağa başlamışdır. Atası vəfat etdikdən sonra anası Bakı şəhərinə gəlmiş və qeyd olunmuş ünvanda yaşamağa davam etmişdir. Mərhum anası Səkinəxanımın səhhəti ilə bağlı xəstə olması səbəbindən, eyni zamanda həmin ünvanda yaşayan 2-ci qrup əlil olan qardaşı X3 göstərirdi. Beləliklə də, 2014-cü ildə mərhum anası Səkinəxanım həmin sözügedən mənzili ona və 2-ci qrup əlil olan qardaşı X10 vəsiyyət etmiş, həmçinin mərhum anası Səkinəxanım öz təşəbbüsü ilə səs yazısını diskə yazdıraraq, mənzili onlara vəsiyyət etmişdir. Buna baxmayaraq, bacısı Səmayə Məmmədova özünəməxsus mənzili sataraq, əri Novruz və oğlu Cavabdehla birlikdə onların evinə müvəqqəti yaşamaq üçün gəlmişdirlər. Daha sonra isə bacısı Səmayə Məmmədova onların evinə icazəsiz qeydiyyata düşmüşdür. Ondan sonra məhkəmə qərarı ilə bacısı Səmayə Məmmədova həmin evdən çıxarılmış, məhkəmənin qərarı ilə sözügedən mənzildə ona və qardaşı Elçin İsmayılova yaşamaq hüququ verilməsi ilə bağlı qərar verilmişdir. Ondan sonra övladının xəstə olması səbəbindən yaxınlıqlarında yaşayan övladına baş çəkməyə getmişdir. Həmin vaxt bacısı oğlu Cavabdeh məhkəmənin qərarını hesab etməyərək, özbaşınalıq edərək, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzilinin kilidini sındıraraq evə daxil olmuş, həmçinin evin açarını dəyişdirərək qanunsuz olaraq orada yaşamağa başlamışdır. Həmin mənzilə istifadə hüququ məhkəmə qətnamələri ilə tanınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qardaşı X7 onu mənzildən çıxarılmasına dair iddiası rədd olunmuşdur. X2 qeydiyyatı onun verdiyi şikayət əsasında ləğv olunmuşdur. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 etiraz ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə İddiaçı “Cavabdeh ünvan 2 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılması və onun sözügedən mənzilə köçürülməsi tələbi” barədə iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəfin ümumiyyətlə belə bir iddia qaldırmaqda subyektiv hüququ yoxdur Çünki həmin mənzil, dövlət mənzil fondunun balansındadır və mülkiyyətçisi dövlətdir. Yazdığı iddia ərizəsi tam əsassız və qanunsuz olmaqla, həm də nağıldır. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallarla bağlı bildirmək istəyir ki, ünvan 3 ünvanında yerləşən 6 saylı mənzil Ağamusa İsmayılov və Səkinəxanım Əliyeva tərəfindən deyil, yəni iddiaçının valideyinləri yox, qardaşı X13 tərəfindən alınmışdır. Belə ki, X13 ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilin keçmiş sahibi X4 15.200 manat ödəməklə alqı-satqı yolu ilə almışdır. Həmin tarixdən mənzil Elçin İsmayılovun qanuni istifadəsində olmuşdur. Bu barədə də Binəqədi rayon Xalq Məhkəməsinin 2-269/1997 nömrəli xx.xx.1997- ci il tarixli qətnaməsi ilə X5 X10 qarşı ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilindən çıxarılmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilməklə, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən həmin mənzilə dair X5 adına verilmiş xx.xx.1997-ci il tarixli 061156 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Ondan əvvəl də həmin mənzil hazırda xx.xx.1989-ci il tarixli order əsasında Cavabdeh atası X12 Məcid arasında 108240 saylı həmin ünvandakı 20 saylı mənzillə dəyişdirilmişdir. Dəyişmə orderini də etirazlarına əlavə etmişlər. X7 iddiası əsasında Binaqədi Rayon Məhkəməsinin 2-1458/2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X5 Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə olan hüquqları itirilmiş hesab edilmişdir. Qeyd olunan məhkəmə qərarlarından da müəyyən edilir ki, sözügedən mənzil Elçin İsmayılova məxsus olmuşdur. Bundan əlavə iddiaçı ərizəsində bildirmişdir ki, mərhum anasının xəstə olması səbəbindən, eyni zamanda həmin ünvanda yaşayan 2-ci qrup əlil olan qardaşı X3 göstərmişdir. 2014-cü ildə mərhum anası Səkinəxanım sözügedən mənzili ona və 2-ci qrup əlil olan qardaşı X10 vəsiyyət etmiş, həmçinin mərhum anası öz təşəbbüsü ilə õz səs yazısını diskə yazdıraraq, mənzili onlara vəsiyyət etmişdir. Bildirmək istəyir ki, İddiaçı qardaşı X10 heç bir köməklik göstərməmişdir. Əgər nəsə köməklik göstərsəydi, Elçin İsmayılov əmlakları ilə bağlı bütün hərəkətləri etməyi hazırki cavabdeh qoyulmuş Cavabdeh anası Səmayə Məmmədovaya yox, ona verərərdi. Anasının qeyd olunan evlə bağlı hər hansı bir vəsiyyət və ya disk qoyması cəfəngiyyatdan başqa bir şey deyildir. Məhkəmənin yanıltmaq məqsədi daşıyır. Anasına, atasına aid olmayan və mülkiyyətində olmayan əmlakla bağlı hansı vəsiyyət qoya bilərdilər? Əgər belə bir vəsiyyətnamə və ya disk varsa məhkəməyə təqdim etsin. Eyni zamanda iddiaçı ərizəsində göstərir ki, bacısı Səmayə Məmmədovanın özünə məxsus mənzili sataraq, əri Novruz və oğlu Fərid Novruzovla birlikdə guya ki, onların evinə müvəqqəti yaşamaq üçün gəlmişlər. Daha sonra isə bacısı Səmayə Məmmədova evə icazəsiz qeydiyyata düşmüş, sonra isə məhkəmə qərarı ilə Səmayə Məmmədova həmin evdən çıxarılmış və məhkəmənin qərarı ilə sözügedən mənzildə ona və qardaşı Elçin İsmayılova yaşamaq hüququ verilməsi ilə bağlı qərar verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaqla qısaca şərh etmək istəyir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı təkidi ilə iddiaçı X8 X10 və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və qeydiyyata alınma tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən X14 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-8356/2018 saylı qətnaməsi ilə X6 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı iddiası təmin edilmiş və X11 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 27,40 kv.m olan iki otaqlı mənzilə köçürülmüşdür. Bundan əlavə Səmayə Məmmədova həmin evdən çıxarılmamış, yalnız məhkəmə qərarı əsasında evə qeydiyyatı ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 8356/2018 saylı qətnaməsi ilə X1 mənzilə köçürülməsi ilə bağlı qətnaməsi qanuni qüvvəsini almaqla icra olunmuş və hazırda da qüvvədədir. Lakin iddiaçının yazdığı kimi belə bir məhkəmə qətnaməsi vardırsa, məhkəməyə təqdim etmiş olardı. İddiaçının iddiası yalan və fərziyyədən başqa bir şey deyildir. İstinad edilən məhkəmə aktlarından müəyyən olunur ki, dövlət mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair heç kəsin icarə və mülkiyyət hüquqları qeydə alınmamış, mənzil 2001-ci ildən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçı olmuş X13 cavabdeh bacısı İddiaçı ünvan 5-dan çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə iddianı təmin etməyərək, həmin qətnamənin 2-ci səhifəsinin 5-ci abzasında göstərmişdir ki, isitnad edilən məhkəmə aktlarından müəyyən olunur ki, araşdırma zamanı E.A.İsmayılovun 2002-ci ildən Azərbaycan Respublikasına gəlməməsi, dövlət mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair heç kəsin icarə və mülkiyyət hüquqları qeydə alınmamış, mənzil 2001-ci ildən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçı hansı subyektiv hüquqla məhkəməyə müraciət etməsi anlaşılan deyildir.Onun belə bir hüququ yoxdur. Yalnız Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3856/2011 saylı qətnaməsi ilə yalnız İddiaçı cavabdehlər X9 və qeyrilərinə qarşı iddiası təmin edilmiş və X11 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 27,40 kv.m olan iki otaqlı mənzilə köçürülmüşdür. Həmin qətnamə qüvvədədir. Yalnız Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3856/2011 saylı qətnaməsindən də müəyyən olunduğu kimi iddia tələbi təmin edilmiş, X6 Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi, 4 saylı evin 6 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmçinin məhkəmə qətnaməsində müəyyən olunur ki, dövlət mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair heç kəsin icarə və mülkiyyət hüquqları qeydə alınmamış, mənzil 2001-ci ildən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçının hər hansı bir hüququ olmayan mənzildən kiminsə çıxarılmasını tələb etmək və evə köçürülmək barədə subyektiv hüquqa malik olmadığından iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 etirazında yazılanlara uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 29 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi, ev 4, mənzil 6 ünvanında olmadığı müddət ərzində Novruz Məmmədov, Səmayə Məmmədova və Cavabdeh həmin mənzilin qapısını sındırma yolu ilə evə daxil olaraq yaşamağa başlaması ilə əlaqədar müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5193/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçl X6 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı “onun ünvan 6 ünvanında pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X7 İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilindən çıxarılmasına dair iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8356/2018 saylı 01 noyabr 2018-ci il tarixli qətnamənin surətindən görünür ki, X6 ünvan 6 ünvanda yerləşən ümumi yaşayış sahəsi 27.40 kv.m olan iki otaqlı mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli Arxiv Arayışının surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil dəyişmə İdarəsinin arxiv sənədləri arasında olan 108239 №-li xx.xx.1989-cu il tarixli order əsasında Məmmədov Novruz Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 2 otaqdan ibarət 6 nömrəli mənzili Süleymanov Məcidə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 3 otaqdan ibarət sahəsi 48,64 kv.m olan 20 nömrəli mənzillə dəyişmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X9 ünvanlanmış xx.xx.2020-ci il tarixli **********36 nömrəli məktubun surətindən görünür ki, X6 ünvan 8 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərizəsinə baxılmış və ərizənin icrası zamanı məlum olmuşdur ki, sözügedən mənzilə dair “Mənzil fondunun özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, ərizənin icrasından imtina edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 1146 №-li məktubundan görünür, Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş mənzil fondu, o cümlədən ünvan 9 ünvanda yerləşən yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2021-ci il tarixli 46/H saylı əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 193 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən yaşayış binası 2 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair çoxsaylı məhkəmə mübahisələrinin yaranması ilə əlaqədar Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həmin yaşayış sahəsinə kirayə müqaviləsini bağlanması barədə sərəncam verilməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı yaşayış yeri ünvan 10 ünvanıdır. 04 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmiş mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşin hallarından da göründüyü kimi, iddiaçının “Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmasını və onun sözügedən mənzilə köçürülməsi” tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil –Kommunal Təsərrüfatı Birliyinin balansındadır və iddiaçının mübahisəli mənzilə hər hansı bir hüququ tanınmamışdır. Əksinə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzildə deyil, ünvan 10 ünvanında qeydiyyatdadır. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzil iddiaçının mülkiyyətinə və ya qanuni sahibliyinə verilmədiyindən, eyni zamanda onun həmin mənzilə dair istifadə hüququ müəyyən edilmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və həmin mənzilə köçürülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və həmin mənzilə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar