Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4721/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd etməklə, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə ərizəçinin əri X7 vəfat etmişdir. Ərizəçinin mərhum ərinin atası X3 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin mərhum ərinin anası X2 isə xx.xx.2018-ci ildə vəfat etmişdir. X4 xx.xx.2022-ci ildə vəfatından sonra Ərizəçi və oğlanları X5 və X8 birinci növbəli vərəsələrdilər, ondan qalan və nədə ifadə olunmasından asılı olmayaraq bütün miras əmlakı faktiki olaraq qəbul etmişlər. Lakin vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət edildikdə notarius ərizəçidəm mərhum əri X4 “Doğum haqqında şəhadətnaməsi”ni tələb etdi, amma şəhadətnamə evdə tapılmadı. X7 valideynləri ilə birlikdə Ermənistan SSRİ-nin Qafan rayonunun, Gığı kəndində yaşamışlar, məlum hadisələrlə əlaqədar erməni faşistlərinin etinik təmizləmə və işğalçı siyasətlərinin qurbanına çevrilmişlər və 1988-ci ildə məcburiyyət qarşısında qalıb ailə üzvləri ilə birlikdə yaşadıqları Qafan rayonunun Gığı kəndindən məcburi köçkün olub Bakı şəhərinə köçmüşlər. Hərbi əməliyyatlar zamanı ərim X4 “Doğum haqqında şəhadətnaməsi” naməlum şəraitdə itmişdir. X4 doğumunun qeyd edilməsi aktı qeydlərinin bərpa edilməsi mümkün deyil, həmçinin onun adına tərtib edilmiş “Doğum haqqında şəhadətnamə”ni başqa yolla bərpa etmək mümkün deyil. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X7 Ermənistanın Qafan rayonunda doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, həmin məktubla Ərizəçi xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X4 doğum haqqında akt qeydinin bərpa edilməsinin mümkün olmaması bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, mərhum X7 onun atasıdır. Atası xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuş və xx.xx.2022-ci il tarixdə ölmüşdür. X7 atasının adı X3, anasının adı isə X2 idi. Hər ikisi azərbaycanlı olub. X1 doğum qeydi Ermənistanın Qafan rayonunda icra edilmiş, lakin məlum hadisələrə görə hal-hazırda arxiv sənədlərinin əldə edilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, mərhum X7 onun atasıdır. Atası xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuş və xx.xx.2022-ci il tarixdə ölmüşdür. X7 atasının adı X3, anasının adı isə X2 idi. Hər ikisi azərbaycanlı olub. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə görə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, doğumun qeydə alınması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Doğumun qeyd edilmə faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə ölmüş X4 adına doğum tarixinin xx.xx.1958-ci il, doğum yerinin Ermənistanın Qafan rayonu, ata qrafasında - milliyyəti azərbaycanlı olan X3, ana qrafasında - milliyyəti azərbaycanlı olan X2 qeyd edilməklə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4721/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4721/2023
19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver