Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-473/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Ərizəçilərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi cəlb edilməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, 1928-ci ildə Ermənistanın Mikoyan rayonunda doğulmuş və xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində vəfat etmiş X9 həqiqətən də onların atası olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi və bu barədə onların doğum akt qeydlərinə düzəlişin, yəni doğum akt qeydlərində “atası” qrafasına “X19” qeydinin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Kəngərli (Kazımov) Nazim Kazım oğlu xx.xx.1957-ci il tarixdə Bərdə rayonunun Xanərəb kəndində doğulmuşdur. X6, anası Əliquliyeva (Kazımova) Banu Şamo qızı olmuşdur. xx.xx.1993-cü il tarixdə ərizəçi soyadını dəyişərək “Kəngərli” soyadını götürmüşdür. Ərizəçi2 xx.xx.1959-cu il tarixdə Bərdə rayonunun İmirli kəndində doğulmuşdur. X6, anası Əliquliyeva (Kazımova) Banu Şamo qızı olmuşdurlar. Ərizəçilərin valideynləri - X6 1928-ci ildə Ermənistanın Mikoyan rayonunda, anası X12 1932-ci ildə Ermənistanın Mikoyan rayonunda anadan olmuşlar. Onlar arasında nikah 26 oktyabr 1961-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Ərizəçilərin atası X19 xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində qocalıq səbəbindən vəfat etmişdir. X4 xx.xx.1994-cü il tarixdə Göyçay şəhərində kəskin ürək çatışmamazlığından vəfat etmişdir. Ərizəçilər Kəngərli (Kazımov) Nazim Kazım oğlunun və Ərizəçi2 doğum haqqında şəhadətnamələrində “atası” qrafasında hər hansı qeyd edilməmişdir, bu məlumatın doğum akt qeydində hansı səbəbdən qeyd olunmaması məlum deyildir. Ərizəçilər doğum akt qeydinə düzəlişlərin edilməsi xahişi ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmişlər, lakin maraqlı şəxs “valideynlərin vəfat etməsi səbəbindən” bu düzəlişin edilməsinin qeyri-mümkün olduğunu bildirmiş və məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Hazırki ərizənin zərurəti, ərizəçilərin atasının ölümündən sonra açılmış vərəsəlik işi ilə bağlıdır, birinci növbə vərəsə olduqlarını sübut etməlidirlər. Atalarının doğum haqqında şəhadətnamələrində qeyd olunmaması vərəsəlik hüquqlarından suni məhrum edilməklə nəticələnir. Mübahisənin məhkəmədənkənar həlli yoluna müraciət etsələr də bu məsələ həllini tapmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçilər və onların nümayəndəsi (vəkili) ərizədə qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs qismində cəlb edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr, 28 noyabr, 12 və 28 dekabr 2022-ci il tarixlərdə məhkəməyə ərizələrlə müraciət edilmiş və bildirilmişdir ki, iddiaçının tələbinə dair heç bir etirazları yoxdur. Həmçinin xahiş edilmişdir ki, iş yükünün çox olması ilə əlaqədar olaraq işə onların iştirakı olmadan baxılsın. Məhkəmə, həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, ərizəçilər onun doğma bacısı və qardaşıdır. Onların ataları X19, anaları isə X14r. Valideynləri rəsmi nikahda olmuşdur. Onun və digər qardaş-bacılarının doğum haqqında şəhadətnamələrində ata qrafasında atalarının məlumatları göstərilsə də, onlara məlum olmayan səbəblərdən ərizəçilərdə bu qrafa doldurulmamışdır. Valideynlərinin hər ikisi vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, ərizəçilər onun doğma əmisi uşaqlarıdır. Ərizəçilərin ataları X19, anaları isə X14r. Əmisi - Kazım Kazımov Ermənistan Respublikasının Mikoyan rayonunda anadan olmuş, milliyyyəti azərbaycanlı olmuşdur. xx.xx.2019-cu il tarixdə əmisi Göyçay şəhərində vəfat etmişdir. Məhkəmə ərizəçiləri, onların nümayəndəsi və vəkilini, şahidlər X10 və X3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İ-ИЕ seriyalı 268364 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1928-ci ildə Ermənistan SSR, Mikoyan rayonunda anadan olmuş X20 ilə 1932-ci ildə Ermənistan SSR, Mikoyan rayonunda anadan olmuş X12 arasında nikah xx.xx.1961-ci il tarixdə bağlanmış, arvada “Kazımova” soyadı verilmişdir. XVİİ-ЖГ seriyalı, 296402 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə Bərdə rayonunda anadan olmuş Ərizəçi1 ata qrafası boş saxlanılmış, ana qrafasında X23 göstərilmişdir. AZ-İV seriyalı 762743 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə Bərdə rayonunda anadan olmuş Ərizəçi2 ata qrafası boş saxlanılmış, ana qrafasında X23 göstərilmişdir. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli, 903 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə Göyçay şəhərində anadan olmuş X11 X6, anası X15r. AЗ seriyalı 698480 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə Göyçay şəhərində anadan olmuş X8 X6, anası X16r. AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1968-ci il tarixdə Göyçay şəhərində anadan olmuş X5 X6, anası X16r. AZ-İ seriyalı 007131 nömrəli “adın, ata adının və soyadın dəyişdirilməsi” haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Kəngərli olaraq dəyişdirmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi1 atasının adı Kazımdır. AZE seriyalı 08085824 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi2 atasının adı Kazımdır. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 699 saylı arayışın surətindən görünür ki, X19 ilə X12 arasında nikah xx.xx.1961-ci il tarixdə bağlanmış, arvada “Kazımova” soyadı verilmişdir. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 693 saylı arayışın surətindən görünür ki, X19 xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində qocalıq səbəbindən ölmüşdür. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 694 saylı arayışın surətindən görünür ki, X23 xx.xx.1994-cü il tarixdə Göyçay şəhərində kəskin ürək ağ-ciyər çatmamazlığı səbəbindən ölmüşdür. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi1 və Ərizəçi2 ünvanladığı 22 sentyabr 2022-ci il tarixli məktublardan görünür ki, sonuncuların “atalığın müəyyən edilməsi faktının təsdiq edilməsi və bu barədə müvafiq şəhadətnamə verilməsi” barədə müraciətlərinə baxılmış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə istinad edilərək bildirilmişdir ki, valideynlərinin vəfat etməsi səbəbindən onların ərizələrinin təmin edilməsi mümkün olmamışdır. Onlara aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün Ərizəçi1 tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X19 ilə X12 arasında xx.xx.1961-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan Ərizəçi1, Ərizəçi2, X22, X13 və X10 anadan olmuşdur. Qeyd olunan nikahdan doğulmuş Yusif, Zeynəb və Sənubərin doğum haqqında şəhadətnamələrində ata qrafasında “X19” göstərilsə də lakin ərizəçilər Ərizəçi1 ilə Ərizəçi2 doğum haqqında şəhadətnamələrində ata qrafaları boş saxlanılmışdır. Ərizəçilər bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etsələr də, müraciətləri təmin edilməmiş və onlara aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Göründüyü kimi, X9 ərizəçilərin atası olması faktının müəyyən edilməsi məhkəmədən kənar qaydada müəyyən etdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən şahidlər X10 və X7 ifadə verərək, 1928-ci ildə Ermənistan Respublikasının Mikoyan rayonunda doğulmuş və xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində vəfat etmiş X9 həqiqətən də ərizəçilərin atası olması faktını təsdiq etmişlər. Həmçinin iş materiallarında olan şəxiyyət vəsiqələrin surətlərindən də müəyyən olunur ki, ərizəçilərin atasının adı Kazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1928-ci ildə Ermənistan Respublikasının Mikoyan rayonunda doğulmuş və xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində vəfat etmiş X9 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 atası olması faktı müəyyən edilməli, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum haqqında akt qeydlərinin ata qrafalarında “X19” göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1928-ci ildə Ermənistan Respublikasının Mikoyan rayonunda doğulmuş və xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində vəfat etmiş X9 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 atası olması faktı müəyyən edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum haqqında akt qeydlərinin ata qrafalarında “X19” göstərilsin. Qənamə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-473/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-473/2023
10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver