Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-478/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X1, Cavabdeh3 nümayəndəsi, Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qarşı “istifadə hüququ olmayan və istifadə hüququ itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı tələbini sonradan dəyişməklə məhkəməyə müraciət edərək, cavabdehlər Cəfərova (Əliyeva) Mehriban İsgəndər qızı, Cavabdeh2, Cavabdeh4 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüquqları olmayan hesab edilməsi və Cavabdeh1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini dəyişdikdən sonra iddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 oglu ailə üzvləri ila birlikdə üzün illər ərzində daimi olaraq İmişli rayonunda yaşayir, orada kand təsərrüfati aparır. İddiaçı Lilipar Cafarovaya məxsus olan mənzildə onun əmlakı yoxdur. Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatı tamamilə formal xarakter daşıyır. Ona görə də, İddiaçı hesab edir ki, Cavabdeh1 iddiaciya maxsus olan mənzildə istifadə hüququnu tam itirmişdir. Bundan başqa, digər cavabdeh X4 iddiaçıya maxsus olan mənziİdə uzun illər ərzində yaşamır, o, 2012-ci ildən həmin mənzildə qeydiyyatdadır va onun qeydiyyatı tamamilə formal xarakter daşıyır. Cavabdeh2 son səkkiz il ərzində İtaliya dövlətində yaşayır. 2012-ci ilə qədər Cavabdeh2 anası Cavabdeh3 ilə birlikdə ünvan 2 ünvanda Cavabdeh3 (Əiyevə) məxsus olan mənzildə qeydiyyatda olmuşdur. Cavabdeh4 2001-ci ildan mübahisəli mənzildə qeydiyyatdadır. O, digar Cavabdeh3 oğludur. Lakin onun qeydiyyatı iddiaçıya məxsus mənzildə formal xarakter daşıyır, çünki o, Polşa dövlətində daimi yaşayır. AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 İddiaçı ailə üzvləri deyildir. Bununla əlaqədar onların mübahisəli mənzildə istifadə hüququ da yoxdur. Eyni zamanda, Cavabdeh3 (Əliyeva) İddiaçı qızıdır. O, Baki şəhəri, 8-ci mikrorayon H.Hüseynov küçəsi, ev 11a ünvanında yerləşən 13 sayli mənzilin mülkiyyətçisi olmuşdur. Həmin mənzil İddiaçı öz pul vəsaiti ilə 2000-ci ildə ona almışdır. Lakin 2010-cu ildə Cavabdeh3 ona mülkiyyət hüququ üzrə məxsus olan mənzili satmışdır. Bundan sonra bir neçə il müxtəlif mənzillərdə uşaqları ilə birlikdə kirayəçi yaşamışdır. 2019-cu ildə iddiaçının razılığı ilə müvəqqəti yaşamaq üçün iddiaçıya məxsus mənzilə köçmüşdür. Lakin Cavabdeh3 həmin mənzildə heç bir istifadə hüququ yoxdur. O, mübahisəli mənzildən istifadə hüququnu 8 mikrorayon, Heydər Hüseynov küçəsi, 11 A ünvanında yerləşən 13 nömrəli mənzilin alınması zamanı itirmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 20 ildir ki İmişli rayonunda ailə üzvləri ilə birlikdə yaşayır və onun istifadə hüququ itirilmişdir. Cəmil İmişli rayonunda kənd təsərrüfatı ilə məşğul olur, özbaşına tikildə yaşadığından qeydiyyatdan çıxmamışdır, hətta uşaqları da orada təhsil alırlar. Onun istifadə hüququ 2000-ci ilədək olmuş, lakin 20 ildir ki yaşamadığından bu hüquq itirilmişdir. Mehribanın qızı və oğlu isə artıq uzun müddətdir ki, Azərbaycan Respublikasında yoxdurlar, onlar xaricdə təhsil alırlar və orada yaşayırlar. Belə ki, uşaqlar da artıq Mehribanla birlikdə 2000-ci ilədək evdən çıxmış və 2010-cu ilədək öz evlərində yaşamışlar. Daha sonra 2018-ci ilədək kirayədə valideyni ilə birlikdə yaşamışlar. Hansı ki, Müjgan artıq 2015-ci ildə, Rəşid isə 2019-cu ildə xaricdə təhsil almaq üçün ölkəni tərk etmişlər. İddiaçının ona verdiyi məlumata əsasən o, cavabdehlərlə birgə yaşamaq istəmir, ağır xəstədir, həftədə 3 dəfə dializə gedir. Lakin Mehriban anasının xəstə olmasına baxmayaraq ona baxmır və qulluq etmir. İddiaçının cavabdehlərə kompensasiya vermək fikri yoxdur. Mehriban evini satıb və evin pulunu öz ehtiyaclarına xərcləyib, iddiaçıya hər hansı pul verməmişdir. Belə ki, Mehribanın ərinin borcları olmuşdur və Mehribanın evi ipotekada olmuşdur. Evi sataraq ərinin borclarını ödəmişdir. Hətta Mehribanın nikahın pozulması barədə iddia ərizəsini o hazırlamışdır. Mehribanın 2000-ci ilədək istifadə hüququ olub, lakin sonradan özünün mənzilinə köçməklə istifadə hüququ itirilmişdir. 2018-ci ildə isə mülkiyyətçinin razılığı ilə müvəqqəti olaraq həmin mənzilə köçmüşdür. Mehriban iddiaçının keçmiş ailə üzvü olduğundan onun istifadə hüququ yaranmamışdır. Belə ki, iddiaçı Mehribanı ailə üzvü hesab etmir. Mehribanın əmək haqqı az olduğundan iddiaçı ondan aliment tələb etməmişdir.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahatlarında bildirmişdir ki, mübahisəli mənzil atamın evi olub. 2015-ci ildə atam öləndən sonra ev kiminsə adına qeydiyyatdan keçməli idi. Ona görə də, mənzili formal olaraq anamın adına qeydiyyatdan keçməsinə razı olmuşuq. Yəni ki, mənzilin çıxarışı olub. Çünki həmin evlə bağlı sənədləşmələrdən məlumatım yoxdur. Muşgan mənim birinci nikahımdan olan qızımdır. Həmin nikaha xitam veriləndən sonra atam evinə qayıtmışam və atam nəvəsini övladlığa götürüb. Muşgan uşaq olanda həmin evdə yaşayıb. İkinci dəfə ailə qurduqdan sonra isə ərimin evinə köçmüşəm. Əslində həmin binanın birinci blokunda mənim özüməməxsus evim olub. Uşaqlarım xaricdə təhsil alır. Qızım ali təhsilin bakalavr və magistr mərhələrini İtaliyada oxumuşdur. Bu il magistr təhsilinin son ilidir. Tələbə olduğu üçün icazə ilə İtaliyada qala bilir. Orada iş təklifləri olanda dəyərləndirir. Oğlum isə Polşada təhsil alır. Qızım 2015-ci ildən, oğlum isə 2019-cu ildən xaricdə təhsil alır. Ölkəyə qayıdanda həmin evə gəlib qalırlar. Hətta pandemiya vaxtında 6 ay həmin evdə yaşamışlar. Mübahisəli mənzil mənim atamın evi olub. Mənim həmin binanın birinci blokunda özüməməxsus evim olub. Lakin qardaşım, yəni digər Cavabdeh1 ata evini ipoteka ilə yüklü etdiyindən, ata evimiz satılmasın deyə, mən öz evimi 2010-cu ildə satıb, borcu ödəmişəm. Hətta mənim evimin pulundan anamın da kredit ödənişlərinə pul vermişəm. Mən evimi satdıqdan sonra ata evinə qeydiyyata düşdüm və 7-8 ay ata evində qalmışam, 2011-ci ilin sentyabr ayında isə ailəm ilə birlikdə kirayəyə köçmüşəm. 2018-ci ildə anam özü təklif etdi və mən övladlarımla birlikdə ata evinə köçdüm.
5. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2018-ci ilin əvvəllərindən həmin evdə yaşayır,mənzil 4 otaqdan ibarətdir, uşaqların əşyaları da onun yanındadır, anasının hansı əsasla onun evdə qalmasını istəməməsi ona məlum deyildir. Övladları xaricdə təhsil alırlar və hər il yay aylarında gəlirlər. Oğlum 2019-cu ildə təhsil almaq üçün Polşa Respublikasına getmişdir, hazırda magistraturada oxuyur. 2018-ci ilin əvvəllərindən həmin mübahisəli mənzildə yaşayır, əvvəllər kirayə qalsa da, əşyalarının əsas hissəsi ata evində olmuşdur. Qardaşı kənd təsərüffatı ilə məşğul olduğu üçün evi ipoteka ilə yüklü edib pul götürmüşdür, bundan iddiaçının da xəbəri var idi, o, atasının evi satılmasın deyə atasının ona aldığı evi satıb 52000 dollar kredit ödənişini etmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil Cavabdeh3 atasının evi olub. Digər cavabdeh Muşgan Cavabdeh3 birinci nikahından olan qızıdır. Həmin nikaha xitam veriləndən sonra Mehriban atası evinə qayıtmış və Muşgan Cəfərova iddiaçının əri tərəfindən övladlığa götürülmüşdür. Hətta iddaçı bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyəti yanında X6 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına öz razılıq ərizəsini təqdim etmişdir. Bundan başqa uşaqlar hazırda xaricdə təhsil alırlar, təhsillərini bitirdikdən sonra həmin mənzildə yaşamağa israrlıdırlar. Əlavə olaraq bildirmək istəyirəm ki, Cavabdeh3 həmin binanın birinci blokunda özüməməxsus evi olub. Lakin qardaşı yəni digər Cavabdeh1 ata evini ipoteka ilə yüklü etdiyindən, ata evi satılmasın deyə, Mehriban öz evini 2010-cu ildə satıb, borcu ödəmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs hazırda orada yaşayır, uşaqları isə xaricdə təhsil aldıqlarına görə ara-bir həmin mənzilə gəlirlər. Onların əşyaları həmin mənzildədir və başqa yaşayış yerləri yoxdur.
7. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. Cavabdehlərdən Cavabdeh1 qızı iddiaçının oğlu, Cavabdeh3 iddiaçının qızı, digərləri isə nəvələridir.
9. ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil Azərbaycan SSR Bakı şəhəri X8 İcraiyyə Komitəsinin orderi ilə X5 və onun ailə üzvləri olan İddiaçı, Cəfərov Müşviq, Cavabdeh3, Cəfərova Reyhana yaşamaq üçün ayrılmışdır. xx.xx.2004-cü il tarixli Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 1 saylı Mənzil Kommunal İstismar sahəsinin arayışında mənzildə daimi qeydiyyatda olan şəxslərin sırasında Cəfərov İsgəndər, İddiaçı, Cəfərova Nərgiz, Cavabdeh1 olduğu göstərilmişdir. İddiaçı və Cavabdeh1 mənzilin özəlləşdirilməsinə etirazının olmaması barədə ərizələri əsasında X3 adına xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 miras qalan həmin mənzil xx.xx.2015-ci il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı İddiaçı miras əmlak kimi keçmişdir. Sonuncu isə xx.xx.2015-ci il tarixdə həmin mənzili xüsusi mülkiyyət hüququ ilə adına qeydiyyata aldırmışdır.
10. Hazırda iddiaçı tərəf Cavabdeh1 uzun müddətdir ki İmişli rayonunda daimi əsaslarla yaşadığını bildirir və onun istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. Cavabdeh1 münasibətdə işin mübahisəsiz halı ondan ibarətdir ki, o 1972-ci il təvəllüdlüdür və doğulduğu vaxtdan həmin mənzildə yaşamış və mənzil özəlləşdirildikdən sonra 2004-cü ildə qeydiyyata düşmüşdür. Onun İmişli rayonunda daimi yaşadığı isə uşaqlarının(2013 və 2014-cü il təvəllüdlü) İmişli rayonunda doğulmasından müəyyən edilir.
11. İddiaçı tərəf Cavabdeh3 istifadə hüququnun olmadığını onunla əsaslandırır ki, iddiaçının mərhum əri və cavabdehin atası olan Cəfərov İsgəndər tərəfindən Cavabdeh3 1996-cı ildə mənzil alınmış olması, onun həmin mənzildə 2010-cu ilədək yaşaması, bundan sonra 2018-ci ilədək müxtəlif yerlərdə öz ailəsi ilə birlikdə kirayədə yaşaması onun istifadə hüququnun artıq itirildiyini təsdiq edir, 2018-ci ildə isə iddiaçının razılığı ilə müvəqqəti olaraq həmin mənzilə köçməsi onun istifadə hüququnun yaranmasına əsas vermir. Yəni iddiaçı hesab edir ki, Cavabdeh3 daimi əsaslarla 1996-cı ildən mənzildən köçməklə istifadə hüququ itirilmişdir və onun 2018-ci ildə mənzilə köçməsi iddiaçının razılığı ilə müvəqqəti xarakter daşımışdır, bu isə istifadə hüququnun yaranması üçün əsas deyildir. Üstəlik iddiaçı tərəf hesab edir ki, cavabdehin mənzildən daimi əsaslarla getdiyi vaxtdan iddiaçı ilə ailə münasibətlərinə xitam verilmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən sorğulanmış məlumatlardan müəyyən edilir ki, iddiaçının ailə üzvləri ilə yaşadığı həmin binada 13 nömrəli digər mənzil həqiqətən də 1996-cı ildən 2010-cu ilədək(alqı-satqı əsasında özgəninkiləşdirilmişdir) Cəfərova(Əliyeva) Mehriban İsgəndər qızının mülkiyyətində olmuşdur. Eyni zamanda işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Cavabdeh3 mübahisəli mənzildə, yəni 33 saylı mənzildə 2013-cü ildən qeydiyyatda olsa da, o, 2018-ci ildən daimi olaraq həmin mənzildə yaşayır. Cavabdeh3 bildirir ki, o, atasının ona aldığı mənzili qardaşının və anasının kredit borclarına görə satmaq məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi isə bunu qəbul etmir və bildirir ki, cavabdeh həmin mənzili öz ərinin borclarına görə satmışdır, hətta həmin hal boşanma səbəbi olmuş və nikahın pozulması ilə bağlı iddia ərizəsini o hazırlamışdır.
12. Digər cavabdehlər isə Cavabdeh3 uşaqlarıdır və hətta Cavabdeh2 iddiaçının əri, yəni öz babası tərəfindən övladlığa götürülmüşdür. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və anaları Cavabdeh3 verdiyi məlumata əsasən oğlu 2019-cu ildən təhsil almaq üçün Polşa Respublikasına getmiş və hazırda magistratura təhsili alır. Qızı isə 2015-ci ildən İtaliyada təhsil alır,belə ki, o, həm bakalavr, həm də magistratura təhsilini orada oxumuş və magistraturanın son kursundadır. Uşaqları ölkəyə gələndə həmin mənzildə qalırlar, hətta pandemiya dövründə 6 ay davamlı olaraq həmin evdə yaşamışlar. Uşaqlarının əşyaları da onun yanındadır.
13. İddiaçı tərəf onlara münasibətdə hesab edir ki, Cavabdeh2 2015-ci ildə xaricdə təhsil almağa getmişdir, onun anası isə 2018-ci ildə mübahisəli mənzilə köçmüşdür. Odur ki, onun istifadə hüququ yarana bilməzdi. Digər Cavabdeh4 isə 2019-cu ildən xaricdə yaşayır və onun da istifadə hüququ yaranmamışdır.
14. Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış məlumatlardan müəyyən edilmişdir ki, həqiqətən də Cavabdeh4 xx.xx.2019-cu ildə ölkədən Riqaya çıxış etmiş, xx.xx.2023-cü ildə qayıtmış və xx.xx.2023-cü ildə yenidən ölkədən çıxış etmişdir. Cavabdeh2 isə xx.xx.2022-ci ildə ölkədən çıxış etmiş, xx.xx.2023-cü il tarixdə qayıtmış və xx.xx.2023-cü il tarixdə yenidən ölkədən çıxmışdır.
15. Cavabdeh3 özünün və uşaqlarının başqa yaşayış yeri olmadığını bildirir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.1999cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
17. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin:
18. 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
19. 54-cü maddəsində qeyd edilmişdir ki, İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
20. 60-cı maddəsində qeyd edilmişdir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
21. 87-ci maddəsində qeyd edilmişdir ki, İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. Obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.
26. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
27. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər;
28. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar;
29. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır.
31. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə gəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.Həmin konstitusion dəyərindən çıxış edərək məhkəmələr müraciətdə qaldırılan ikinci məsələsini - keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını - həll etməlidirlər. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunu reallaşdırması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərari).Bu hüquqi movqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93)
33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
34. 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
37. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
38. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmənin mövqeyi
39. Yuxarıda sadalanan normaların işin müəyyən edilmiş hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hər bir cavabdehə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması, itirilməsi fərqli hüquqi yanaşma tələb edir. Belə ki, iddiaçı və cavabdehlər arasında olan münasibətlər, şəxslərin yaşayış sahəsi ilə bağlılıqları, mənzilin hüquqi statusu bu yanaşmanı şərtləndirir.
40. Cavabdeh1 münasibətdə qeyd edilməlidir ki, onun mənzildən istifadə hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmış və həmin Məcəllənin 87-ci maddəsinə əsasən itirilmişdir. Belə ki, qeyd edilən mənzil 1970-ci ildən onun mərhum atasına icarə müqaviləsi əsasında verilmiş və o da həmin mənzildən daimi əsaslarla çıxıb getmişdir. Hal-hazırda onun mənzildə qeydiyyatı formal olaraq qalmışdır. Odur ki, iddia tələbi ona münasibətdə əsaslı hesab edilməli və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
41. Cavabdeh3 münasibətdə isə qeyd edilməlidir ki, onun da ilk dəfə mənzilə istifadə hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır, lakin ən geci 1996-cı ildə daimi əsaslarla mənzili tərk etdiyi gündən istifadə hüququ itirilmişdir. Bununla belə o, 2018-ci ildə mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçərək, hal-hazırda da yaşamaqda davam edir. Məhkəmənin bu barədə mövqeyi belədir ki, Cavabdeh3 qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüququ yaranmışdır. Odur ki, Cavabdeh3 istifadə hüququ olmayan hesab edilməsi barədə iddia tələbi əsassız hesab edilməlidir.
42. Məhkəmə iddiaçının nümayəndəsinin cavabdehin iddiaçıya münasibətdə artıq ailə üzvü hesab edilmədiyi barədə dəlilinə münasibətdə qeyd edir ki, uşağın yetkinlik yaşına çatması və ya tam fəaliyyət qabiliyyəti əldə etməsi ailə münasibətlərinə xitam verildiyi və ya keçmiş ailə üzvü statusu əldə etdiyi hüquqi nəticəsini doğurmur. Yuxarıda göstərilən Plenum qərarında qeyd edilən “etibarlı ailə münasibətləri” ifadəsi məhz ər-arvad və ya keçmiş ər-arvada münasibətdə işlədilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, ailə qanunvericiliyi yetkinlik yaşına çatmış övladın belə valideynlərindən özünün saxlanmasını tələb etmək hüququnu təsbit etmiş, valideyn-övlad münasibətlərinin pozulması bu hüququ həyata keçirməyi istisna etməmişdir.
43. Bundan əlavə məhkəmə mübahisənin mahiyyəti baxımından aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
44. Yuxarıda sadalanan hüquqi mövqelərdən aydın olduğu kimi 2009-cu ildən sonra yaranmış yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə Mənzil Məcəlləsinin 30-cı maddəsinin tətbiq edilməsi nəzərdə tutulsa da, Mənzil Məcəlləsində həmin hüququn xitamı yalnız keçmiş ailə üzvünə münasibətdə tənzimlənmişdir. Çünki Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa nəzər yetirdikdə, orada ailə münasibətlərinə xitam verildiyi halda keçmiş ailə üzvünün istifadə hüququnun saxlanıbsaxlanmaması məsələsinin tənzimləndiyi məlum olur. Yəni Mənzil Məcəlləsinin 30-cu maddəsində valideyn-övlad, nənə-nəvə arasında yaranmış istifadə hüququna xitamın qaydası və əsasları tənzimlənməmişdir.
45. Bununla belə məhkəmənin mövqeyi ondan ibarətdir ki, hazırki halda istifadə hüququna xitam verilməsi məsələsi yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında olan razılaşmanın şərtlərinə və ya belə razılaşma olmadıqda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən həll edilə bilər. Yəni əgər gələcəkdə istifadə hüququna xitam verilməsi tələbi irəli sürülərsə tərəflər arasında olan razılaşmanın şərtləri əsas götürülməli və ya hər hansı razılaşma olmadıqda Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Belə ki, keçmiş ailə üzvünə münasibətdə bu hüquq tanınsa da, potensial birinci növbədən olan vərəsəyə münasibətdə həmin hüququn istisna edilməsi məntiqsiz olardı. Eyni zamanda bu yanaşma mülkiyət hüququnun məhdudlaşdırması baxımından “ədalətli balans” prinsipinə də uyğundur.
46. Məhkəmə eyni hüquqi yanaşmanın digər cavabdehlərə münasibətdə də tətbiq edilməli olduğu qənaətindədir. Yəni Cavabdeh2 və Cavabdeh4 da mülkiyyətçinin razılığı ilə anaları ilə birlikdə həmin mənzilə köçmüş, əşyalarını yerləşdirmiş və birgə təsərrüfat aparmışlar. Nəticədə onların da istifadə hüququ yaranmışdır. Onların uzun müddət də olsa xaricdə bakalavr və magistr təhsil almaları yaşayış sahəsinə ehtiyaclarının aradan qalxması və ya daimi əsaslarla ölkəni tərk etməsi nəticəsi yaratmır. Odur ki, iddiaçının həmin şəxslərin istifadə hüquqlarının olmadığı barədə qənaəti əsassız hesab edilməlidir.
47. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 başqa yaşayış yerinin olduğu müəyyən edilmir və iddiaçı tərəfindən onların müvəqqəti olaraq həmin mənzildə yaşamalarına icazə verildiyinə dair, yəni tərəflər arasında olan razılığın şərtlərinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Tətbiq edilən prosessual normalar:
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
49. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
50. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
52. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
53. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
54. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev