Məhkəmə qərarları › İş №2(001)-4793/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4793/2020

29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4793/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, doğum akt qeydinin bərpasına dair ərizəyə xx xxxxxxxx 2020-ci il tarixdə Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək doğum akt qeydinin bərpa olunması, doğum akt qeydində xx xxxx 1952-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayon, Dizə kəndində anadan olması, dogum akt qeydinin ata qrafasında – X7, (milliyyəti azərbaycanlı), ana qrafasında X1 (milliyyəti azərbaycanlı) qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, xx xxxx 1952-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Dizə kəndində doğlulmuşdur. xx xxx 1975-ci il tarixdə X4 ilə Qazax rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Bir müddət sonra məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib cəzaçəkmə müəssisəsinə yerləşdirildiyindən ona məxsus sənədlər, keçmiş Azərbaycan SSRİ-nin pasportu və doğum haqqında şəhadətnaməsi də itmişdir. O, sənədlərin surətini Bakı şəhəri Xətai rayon X6 Məsələləri Bölməsindən almağa çalışsa da, sənədlər ona verilməmiş, məhv edildiyi bildirilmişdir. Sonradan o, doğum haqqında şəhadətnaməni verən Culfa rayon qeydiyyat şöbəsinə müraciət etsə də, aldığı cavabda doğum haqqında akt qeydinin olmaması bildirilmişdir. Eyni imtina məzmunlu cavab Maraqlı şəxs tərəfindən də verildiyindən o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X10 ərizədə göstərilənlərə uyğun izahat verdilər. İş materiallarında olan: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 xx xxx 1975ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 atası Ərizəçi, anası X3r. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, həmçinin iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi xx xxxx 1952-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Dizə kəndində anadan olması, atasının X12, anasının X1 olması iş materialları və şahid ifadələri ilə təsdiq edildiydinən məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəsi təmin edilsin. xx xxxx 1952-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayon, Dizə kəndində anadan olmuş Ərizəçi doğum haqqında akt qeydi bərpa olunsun. Doğum haqqında akt qeydində Ərizəçi xx xxxx 1952-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Dizə kəndində anadan olması, akt qeydinin ata qrafasında – X7 (milliyyəti azərbaycanlı), ana qrafasında X1 (milliyyəti azərbaycanlı) qeyd edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilsin. Akt qeydləri kitabında müvafiq düzəlişlərin aparılması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar