Məhkəmə qərarları › İş №2(001)-4820/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4820/2022

05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4820/2022 05.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində xx xxxxx 1980-ci il tarixdə Xocalı şəhər Qeydiyyat Şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, xx xxxxx 1980-ci il tarixdə Xocalı şəhər Qeydiyyat Şöbəsində doğumun qeyd edilməsi faktının, xx xxxxx 1980-ci il tarixdə Xocalı şəhərində doğulmağı, ata adının X9, milliyyətinin azərbaycanlı, ana adının X7, milliyyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. Məlum hadisələrlə bağlı məcburi köçkün düşmüşlər və ona məxsus doğum haqqında şəhadətnamənin əsli orada qalmışdır və götürülməsi mümkün olmamışdır. O,xx xxxxx 1980-ci il tarixli akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. 25 iyun 2022-ci il tarixdə Qeydiyyat Şöbəsi tərəfindən verilmiş cavabda akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsaslar olmadığından ərizənin təmin edilməməsi bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Akt qeydləri Xocalı şəhərində aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir, ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçilik yaranır. Onun qeyd edilən vaxtda doğulmasını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Həmçinin şəxsiyyət vəsiqəsi ilə də qeyd edilən vaxtda doğulması öz təsdiqini tapır. Qeyd edilənlərdən də görünür ki, onun müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanlandığı 28 sentyabr 2022-ci il tarixli məktubunda ərizəyə etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. X1, anası isə X2r. Bacısı Ərizəçi xx xxxxx 1980-ci il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Məlum səbəblərdən ailəsi Xocalı şəhərindən məcburi köçkün düşdüklərindən onlara məxsus sənədlərin çoxu itmişdir. Atasının və anasının, o cümlədən onun və bacılarının milliyyətləri azərbaycanlıdır. Atası 23 may 2022-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. O, 1983-cü ildə Xocalı şəhərində anadan olmuş, X1, anası isə X2r. Bacısı Ərizəçi xx xxxxx 1980-ci il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Məlum səbəblərdən Xocalı şəhərindən məcburi köçkün düşdüklərindən onlara məxsus sənədlərin çoxu itmişdir. Atasının və anasının, o cümlədən onun və bacılarının milliyyətləri azərbaycanlıdır. Atası 23 may 2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan: AA seriyalı 150255 №-li X5 surətindən görünür ki, Ərizəçi 1980-ci ildə Xocalı şəhərində anadan olmuş və 1992-ci ildə Xocalı rayonundan məcburi köçkün olmuşdur. AZE seriyalı ******** №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1980-ci ildə Xocalı şəhərində doğulmuş və yaşayış yeri Xocalı şəhəridir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu sektoru tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli 5228 №-li Arayışdan görünür ki, Ərizəçi Xocalı rayonundan məcburi köçkün kimi 8-ci mkr, M.Hüseynov 19, BHK yataqxanada qeydiyyatdadır. İ-ЖГ seriyalı 424842 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 arasında nikah 25 yanvar 1979-cu ildə Əsgəran rayonu Xocalı ərazi dairəsi VVAQ-da bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Nağıyeva” soyadı verilmişdir. AZ-İ seriyalı 325074 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 arasında bağlanmış nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11 iyul 2019-cu il tarixdə 307 № ilə qeyd edilmişdir. AZ-İİ seriyalı 276562 №-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23 may 2022-ci ildə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 may 2022-ci il tarixdə 759 № ilə qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 25 iyun 2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəni təmin edə bilmirlər. XVİ-ЖГ seriyalı 446971 №-li Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1983-cü il tarixdə Xocalı şəhərində anadan olmuş X3 X1 milliyəti azərbaycanlı, anası X7 milliyəti azərbaycanlıdır. XİX-ЖГ seriyalı 396759 №-li Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə Xocalı şəhərində anadan olmuş X4 X1 milliyəti azərbaycanlı, anası X7 milliyəti azərbaycanlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xocalı Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı 26 avqust 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2015-ci il tarixdə Xocalı RPŞ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən Ərizəçi verilən AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi verilərkən yığılmış sənədlər 5 il saxlama müddəti tamam olduğu üçün yanma yolu ilə məhv edilib. Həmin məktuba əlavə edilmiş Ərizəçi məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin portaldan çıxarışından görünür ki, Ərizəçi doğum tarixi xx xxxxx 1980-ci il, doğulduğu yer Xocalı şəhəri, gözlərinin rəngi qəhvəyi, qan qrupu A(İİ) RH+, boyu 159, ailə vəziyyəti evlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum akt qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum akt qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxxx 1980-ci il, doğulduğu yer Xocalı şəhəri, ata qrafasında – X9 (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxxx 1980-ci il, doğulduğu yer Xocalı şəhəri, ata qrafasında – X9 (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar