Məhkəmə qərarları › İş №2(001)-4828/2019

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4828/2019

08.07.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4828/2019 08.07.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidməti X5rşı əmrin etibarsız hesab edilməsinə və s., tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidməti X5rşı əmrin etibarsız hesab edilməsinə və s., tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə və cavabdehin xx.xx.2009-cu il tarixli əmrinə əsasən o, Azərbaycan Dəmir Yolları QSC Həkim Sanitar Xidməti X8 irinli cərrahiyyə şöbəsinə kiçik tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, bu müəssisədə 10 illlik əmək stajına malikdir. xx.xx.2017-ci il tarixdə o, Tibb xidmətinin təşkili bölməsinə tibb qeydiyyatçısı vəzifəsinə keçirilmişdir. İşlədiyi dövrlərdə heç bir töhmət almamış, əksinə işini layiqincə yerinə yetirdiyinə görə ona müxtəlif formalarda təşəkkürnamələr verilmişdir. Onunla yaşayan və şəkər xəstəliyindən əziyyət çəkən dayısı X3 Dəmiryol Xəstəxanasında əməliyyat olunduqdan sonra evə yazılmış, lakin vəziyyəti ağır olduğundan dayısı xx.xx.2019-cu il tarixdə gecə saat 20-20 radələrində onun evində vəfat etmişdir. xx.xx.2019-cu il tarixdə bazar günü o, xəstəxananın baş həkimi M.H.Mirzəyevə zəng edərək 15 və 16 aprel tarixləri üçün icazə almış, əlavə olaraq öz rəisi Məhəmmədə də hüzürünün düşməsi, baş həkimdən icazə alması barədə məlumat vermişdir. Həmin vaxt heç kim ona etirazını bildirməmişdir. xx.xx.2019-cu il tarixdə o, işinə gəlmiş öz vəzifəsini icra etmişdir. İşə gələrkən Nazim ondan niyə bazar günü baş həkimə zəng edib onu narahat etməsini soruşmuşdur. xx.xx.2019cu il tarixdə səhər işə gələrkən baş həkimin katibəsi ona zəng vurub “baş həkimin kadrlar şöbəsinə gedərək işdən çıxması barədə ərizə yazmasını” ona demişdir. Bundan sonra ona işdən çıxarılmasının səbəbi baş həkimə zəng etməsinin olması məlum olmuşdur. O, baş həkimə xx.xx.2019-cu il tarixdə ərizə yazsa da, kadrlar şöbəsində həmin ərizə qəbul olunmamışdır. O, həmin ərizənin şəklini çəkərək özündə saxlamışdır. xx.xx.2019-cu il tarixdə o, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, müraciətinə cavab verilmədiyini görüb xx.xx.2019-cu il tarixdə təkrar müraciət etmiş, lakin onun müraciəti işdən azad olunduqdan sonra araşdırılmağa başlanmışdır. xx.xx.2019-cu il tarixdən etibarən işəgötürən ondan öz xahişi ilə işdən azad olunması barədə ərizə yazılmasını tələb edərək onu öz iş yerinə buraxmamış, xx.xx.2019-cu il tarixdə o, Mərkəzi Dəmiryol X4 Komitəsinə dəvət olunmuş, lakin heç bir iclas olmamış, HİK üzvləri yığılmamış, ondan isə yenidən öz xahişi ilə işdən çıxması barədə ərizə yazması tələb olunmuşdur. Barəsində tərtib olunan aktlarla o, tanış edilməyib, ondan izahat alınmayıb. xx.xx.2019-cu il tarixdə isə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə X8 rəhbərliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsi qanunsuz olaraq Əmək Məcəlləsinə zidd qaydada Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və 72-ci maddənin “a” bəndinə əsasən ləğv edilmişdir. O, əmək funksiyaları üzrə öhdəliklərini layiqincə yerinə yetirməklə yanaşı əmək vəzifələrini pozmamış və işə gəlməməsinin səbəbi dayısının vəfat etməsi olmuş, 2 gün işə gəlməyəcəyi barədə telefon vasitəsilə işəgötürənə məlumat vermiş, ona işdən heç bir narahatçılığın olmaması bildirilmişdir. Lakin bir müddət sonra o, faktiki olaraq işdə olduğu və işəgötürən tərəfindən işə buraxılmadığı günlərə görə Əmək Məcəlləsinin iki maddəsi ilə işdən azad edilmişdir. Bundan başqa Əmək Məcəlləsinin hər iki maddəsi ilə onun işdən azad olunması qanunvericiliyin tələblərinə zidd olduğundan cavabdehin əmri qanunsuzdur və əsassızdır. O, Zəngilan rayonundan məcburi köçkündür, himayəsində azyaşlı uşağı olmaqla tək anadır. Bu iş yeri onun və övladının yeganə qazanc yeridir. Cavabdehin hərəkətləri nəticəsində o, əmək haqqı ilə yanaşı mənəvi ziyanda çəkmişdir. Belə ki, onunla bağlanan əmək müqaviləsi qanunsuz olaraq ləğv olunmuş, hüquqlarının pozulmasını görüb mənəvi iztirab və sarsıntılar keçirmişdir. Ona görə də Azərbaycan Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti X8 xx.xx.2019-cu il tarixli 112 saylı əmrinin etibarsız hesab edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqı hesablanmaqla işə bərpa olunmasına, vurulmuş mənəvi ziyana görə 2000 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti X8 vəkili və nümayəndəsi X22 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı işəgötürənlə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə girmiş və 1,0 ştat vahidi ilə xəstəxananın tibb qeydiyyatçısı vəzifəsinə təyin olunmuşdur. İddiaçı dayısının vəfatı ilə bağlı əsasları göstərməklə xx.xx.2019-cu il tarixdə iş yerindən şifahi xəbərdarlıq əsasında işə çıxmamış, sonradan bunun əsaslarını təsdiq edən sənəd təqdim etməyərək aprel ayının 13, 14 və 16 tarixlərində yenədə dayısının ölümü səbəbindən işə gəlməmişdir. İşçinin qeyd olunan günlər ərzində işdə olmamasının üzürlü səbəblərdən olmasını təsdiq edən səbəblər istənilərək bu barədə ondan izahat yazması tələb edilməsinə və həmin günlər üçün əmək haqqının kəsilməli olması barədə bildirilənlərə etiraz edən İddiaçı xx.xx.2019-cu il tarixdə heç kimə bildirməyərək, iş yerini tərk etmiş və 19, 20 aprel tarixlərində işə gəlməyərək əmək intizamının pozulması kimi hüquqi halın yaranmasına səbəb olmuşdur. İddiaçının telefon nömrəsinə zəng olunaraq işə gəlməsi və bu hərəkətləri barədə izahat yazması yenidən istənildiyi halda 22 aprel tarixdə işçi İddiaçı səhər saatlarında yenidən müəssisəyə gələrək xəstəxananın idarə heyətindən səlahiyyətli şəxslərlə mübahisə etmiş və heç bir izahat yazmayacağını, gəlmədiyi günlərə görə onun əmək haqqından tutmalar aparılmamasını bildirərək yenidən iş yerini tərk etmişdir. Qeyd olunan hallar işəgötürən tərəfindən fiksasiya olunmuş, məlumat və aktlar tərtib olunaraq əmək intizamının pozulması faktı qeydə alınmışdır. Belə ki, xəstəxananın mühafizə xidmətinin rəhbəri M.Əhmədovun xx.xx.2019-cu il tarixli məlumatı əsasında X8 baş meneceri F.N.Qabdrafikova, baş tibb bacısı R.X.Bigiyeva, təsərrüfat müdiri N.Ş.Məmmədov, mühafizə müdiri M.Əhmədov, gözətçi S.R.Həmidov, tibb qeydiyyatçısı S.F.Səfərli və komitə sədri T.Ş.İsmayılovanın iştirakı ilə Konsultativ Poliklinika şöbəsinin Tibbi Xidmətin təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı heç kəsdən icazə almadan və məlumat vermədən özbaşına iş yerini yarımçıq tərk etməsi halı barədə akt tərtib olunmuşdur. Sonrakı günlərdə də işçinin iş yerində olmaması və işə heç bir əsaslı səbəb göstərmədən çıxmaması barədə müvafiq aktlar tərtib olunmuşdur. xx.xx.2019-cu il tarixdə telefon vasitəsi ilə xəstəxananın HİK iclasına dəvət olunan İddiaçı yenidən intizamsızlıq edərək təşkilatın iclasını pozmuş və müəssisənin ərazisini tərk etmişdir. Müəssisə rəhbərliyinin müraciəti əsasında xəstəxananın yerli HİK-in xx.xx.2019-cu il tarixli iclasının qərarı ilə İddiaçı son davranışları müzakirə edilərək onun barəsində intizam tədbirinin görülməsi məqbul hal kimi qiymətləndirilərək razılıq bildirmişdir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Həkim - Sanitar Xidməti X8 xx.xx.2019-cu il tarixli 112 saylı əmri ilə Konsultativ Poliklinika şöbəsinin Tibbi Xidmətin təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin “a” bəndinin əsasları üzrə onunla əmək münasibətlərinə xitam verilərək tutduğu vəzifədən azad olunmuşdur. Hazırkı vəziyyətdə əmrin etibarsızlığı əsasları mövcud deyildir. Həmçinin işçi 18 aprel və sonrakı tarixlərdə iş yerini tərk etməklə əmək intizamını pozmuşdur. Əmək intizamını pozan işçinin barəsində tədbir görülməsi və onun intizam məsələsinə baxılması məqsədilə Həmkarlar təşkilatına müraciət olunmuş və müvafiq razılıq alındıqdan sonra rəhbərlik tərəfindən müvafiq əmr verilmişdir. Məhkəməyə müraciət etdikdən sonra işəgötürən mübahisənin sülh yolu ilə həll edilməsinə cəhd etmiş, lakin iddiaçı öz xahişi ilə işdən çıxmasına dair ərizə yazmadığından, tərəflər arasında mübahisənin məhkəmdən kənar qaydada həll edilməsi mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi X24 iddia ərizəsini həllini məhkəmənin səlahiyyətinə verərək izahatında göstərmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin qaynar xəttinə İddiaçı xx.xx.2019-cu il tarixdə müraciət etsə də, onun müraciəti 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə xx.xx.2019-cu il tarixdə daxil olmuş, xx.xx.2019-cu il tarixdə isə İddiaçı izahatı alınmışdır. Bundan sonra o, baş həkimlə əlaqə saxlamış, işəgötürənin əmək müqaviləsinə xitam verilərkən tərtib etdiyi sənədlərlə tanış olmuş və məcburi köçkün, himayəsində azyaşlı uşağı olan işçiyə qarşı edilən hərəkətin düzgün olmamasını işəgötürənə bildirmişdir. Məhkəmə baxışı zamanı baş həkim ona zəng edərək əmrin ləğv edilməsi barədə qeydin hansı qaydada aparılması ilə maraqlanmış, o, əmək qanunvericiliyinə əsasən işəgötürənin öz əmrinin ləğv edilməsi, bu barədə qeydin aparılması qaydasını baş həkimə izah etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Dövlət Dəmir Yolu X8 xx.xx.2001-ci il tarixdə təsdiq olunmuş Nizamnaməsinin surətindən müəyyən olunur ki, Azərbaycan Dövlət X27 mərkəzi dəmir yol xəstəxanası tibb müəssisəsi olub, ərazidə ona təhkim edilmiş qulluqçu və fəhlələrin ailə üzvlərinə təqaüdçülərə tibbi yardım göstərmək məqsədilə Azərbaycan Dövlət X32 tərəfindən yaradılmış, Xəstəxana Azərbaycan Dövlət X33-Sanitar xidmətinə tabedir. Xəstəxana hüquqi şəxs olmaqla Dövlət mülkiyyətinin xüsusi hissəsinə və əhaliyə müalicə-profilaktika xidmətini təmin edən müalicə ehtiyyatlara malikdir. İşəgötürən Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidməti Mərkəzi Dəmiryol Xəstəxanası ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2009-cı il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı X9 İrinli cərrahiyyə şöbəsinə kiçik tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur. X8 mühafizə müdiri M.C.Əhmədovun X8 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatdan müəyyən olunur ki, xəstəxananın tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə dayısının ölməsini söyləyərək icazə almış, ona kadrlar şöbəsinə yaxınlaşıb ərizə formasını doldurması bildirilsə də, İddiaçı kadrlar şöbəsinə gəlmədən xəstəxananı tərk etmişdir. X8 təsərrüfat müdiri N.S.Məmmədovun X8 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunur ki, tibb qeydiyyatçısı İddiaçı heç bir ərizə yazmadan dayısının vəfat etməsi haqqında şifahi xəbərdarlıq edib 3 gün müddətində işə gəlməmiş və məlum olmuşdur ki, həmin dövrdə İddiaçı dayısı vəfat etməmişdir. Ona görə də işçi haqqında ölçü götürülməsi xahiş olunur. X8 Mühafizə müdiri M.C.Əhmədovun X8 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsinin tibbi xidmətin təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə heç bir xəbər vermədən saat 11:00-da öz iş yerini tərk edərək çıxıb getdiyi üçün işçi haqqında ölçü götürülməsini xahiş etmişdir. X8 baş meneceri F.N.Qabdrafikova, baş tibb bacısı R.X.Bigiyeva, dəftərxana müdiri A.H.Qasımzadə, kompyuter üzrə operator L.F.Fazilzadə tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsinin Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrində kadrlar şöbəsinə gələrək işdən çıxmaq üçün ərizəsini təqdim etmiş, ərizə X8 ərizə formalarına uyğun olmadığı üçün onlar təqdim olunan ərizəni qəbul etməyərək işdən çıxmaq istədiyi halda həmin formalı ərizəni doldurmalı olmasını bildirmişlər. İddiaçı ərizəsində özü istəmədən, yası düşdüyü sözlərini qeyd etmişdir. X8 təsərrüfat müdiri N.S.Məmmədovun X8 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunur ki, xəstəxananın tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə naməlum səbəbdən işə gəlməmişdir. X8 baş meneceri F.N.Qabdrafikova, HİK sədri T.Ş.İsmayılova, baş tibb bacısı R.X.Bigiyeva, təsərrüfat müdiri N.S.Məmmədov, mühafizə müdiri M.C.Əhmədov, gözətçi S.R.Həmidov, tibb qeydiyyatçısı S.F.Səfərli tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsinin Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrinə heç kəsə məlumat vermədən özbaşına iş yerini yarımçıq tərk etmişdir. X8 baş meneceri F.N.Qabdrafikova, baş tibb bacısı R.X.Bigiyeva, dəftərxana müdiri A.H.Qasımzadə tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 09-20 radələrində xəstaxanaya gəlmiş, ona əmək kitabçası korlanmamaq üçün öz xahişi ilə ərizə yazaraq işdən azad olunması təklif olunsa da, İddiaçı mənim günahım yoxdur, şikayət edəcəyəm deyərək otağı tərk etmişdir. X8 baş meneceri F.N.Qabdrafikova, HİK sədri T.Ş.İsmayılova, baş tibb bacısı R.X.Bigiyeva, tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə xəstəxanaya gəlmiş, ondan xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində işdə olmaması haqqında izahat yazması tələb olunsa da, o bundan imtina edərək heç bir izahat yazmamışdır. X8 baş meneceri F.N.Qabdrafikova, HİK sədri T.Ş.İsmayılova, arxiv müdiri R.Ş.Xaliulina, dəftərxana müdiri A.H.Qasımzadə, kompyuter üzrə operator L.F.Fazilzadə tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı saat 10:27, 13:06 radələrində zəng edilməsinə baxmayaraq heç bir telefon zənginə cavab verməmiş və xx.xx.2019-cu il tarixdə naməlum səbəbdən işə gəlməmişdir. X8 baş meneceri F.N.Qabdrafikova, HİK sədri T.Ş.İsmayılova, baş tibb bacısı R.X.Bigiyeva tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 11-50 radələrində baş həkimin otağında anasının və dayısının yanında baş həkim tərəfindən başqa şöbəyə keçməsi, sanitar və xadimə işi təklif olunmuş, lakin E.N. Məmmədova təkliflə razılaşmamışdır. X8 baş meneceri F.N.Qabdrafikova, HİK sədri T.Ş.İsmayılova, baş tibb bacısı R.X.Bigiyeva, baş mühasib S.Q.Hüseynova, arxiv müdiri R.Ş.Xaliulina tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətinin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 10:15 radələrində əmisi və dayısı inzibati binaya daxil olaraq nizam-intizam qaydalarını pozaraq səs-küy salmış, səbəb isə guya İddiaçı ixtisara salınmasını qeyd etmişlər. Halbuki qeyd olunan şəxs ixtisara düşməmiş, 7 gün müddətində heç kəsə məlumat vermədən naməlum səbəblərdən işə gəlməmiş, məcburi olaraq ona heç bir ərizə yazdırılmamışdır. X8 baş meneceri F.N.Qabdrafikova, arxiv müdiri R.Ş.Xaliulina tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 15:25 radələrində zəng edilərək xx.xx.2019-cu il tarixdə saat 09:00-da kadrlar şöbəsinə anası ilə birlikdə gəlməsi haqqında məlumat verilmişdir. X8 baş meneceri F.N.Qabdrafikova, baş tibb bacısı R.X.Bigiyeva, tibbi statistik R.K.Quliyeva, arxiv müdiri R.Ş.Xaliulina, kompyuter üzrə operator L.F.Fazilzadə, dəftərxana müdiri A.H.Qasımzadə tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı yenidən zəng vurularaq İntensiv Terpiya blokuna kiçik tibb bacısı vəzifəsi yenidən təklif olunsa da, İddiaçı imtina etmişdir. Azərbaycan Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti X8 112 saylı xx.xx.2019-cu il tarixli əmrinin surətindən müəyyən olunur ki, Xəstəxananın Konsultativ-Poliklinika şöbəsinin Tibbi Xidmətin təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xitam verilmiş, əmrin verilməsinə əsas məlumat, aktlar və HİK-in 1 saylı xx.xx.2019-cu il tarixli protokolu olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan X8 HİK-in yığıncağının 1 saylı protokolundan müəyyən olunur ki, Xəstəxananın tibbi qeydiyyatçısı İddiaçı öz başına, heç kimə məlumat vermədən əmək intizamını ciddi pozaraq xx.xx.2019 – xx.xx.2019-cu il tarixlərdə işdə olmadığına görə onun işdən azad edilməsinə etiraz olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən məhkəməyə təqdim olunan X8 HİK-in yığıncağının 1 saylı protokolunun surətindən müəyyən olunur ki, Xəstəxananın tibbi qeydiyyatçısı İddiaçı öz başına, heç kimə məlumat vermədən əmək intizamını ciddi pozaraq xx.xx.2019 – xx.xx.2019-cu il tarixlərdə işdə olmadığına görə onun işdən azad edilməsinə etiraz olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən məhkəməyə təqdim olunan əmək müqaviləsinin ləğv edilməsi barədə ərizədən müəyyən olunur ki, İddiaçı özü istəmədən yasının düşməsi səbəbindən xx.xx.2019-cu il tarixdə ərizə yazmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2019-cu il tarixdə ödənişin aparılmasına dair mədaxil qəbzindən müəyyən olunur ki, A.Salmanovanın UZİ şöbəsində kecdiyi müayinəyə görə ödədiyi cəmi 60 manat xidmət haqqını İddiaçı qəbul edərək Rəsəb Mustafayevə təhvil vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2019-cu il tarixli ərizənin foto surətindən müəyyən olunur ki, İddiaçı X8 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində hüzürü düşdüyü üçün o, baş həkimə və müdiri Məhəmmədə zəng edərək 2 gün icazə almış və ona icazə verilmiş, xx.xx.2019-cu il tarixdə səhər işə gələrkən Məhəmməd və Nazim adlı işçilər niyə baş həkimə zəng edərək icazə almasını, Nazim isə onun işdən rədd edilməsini demişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin qaynar xəttinə xx.xx.2019-cu il tarixdə saat 14-15 radələrində etdiyi müraciətindən müəyyən olunur ki, İddiaçı yaxın qohumunun ölümü ilə bağlı Dəmiryol Xəstəxanasının baş həkiminə şifahi olaraq məlumat vermiş, ona 2 gün müddətinə şifahi olaraq icazə verilmiş, daha sonra işə qayıdarkən ondan öz xahişi ilə işdən azad edilməsinə dair ərizə yazıb işdən çıxması tələb olunmuş, imtina etdiyi üçün ona maddə ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. X8 baş meneceri F.N.Qabdrafikova, kompyuter üzrə operatoru L.F.Fazilzadə, dəftərxananın müdiri A.H.Qasımzadə tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı verdiyi ev telefonu və ünvanı dəqiq olmadığı üçün xx.xx.2019-cu il tarixdə saat 14:48-də mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona əmək kitabçasını aparması barədə xəbərdar edilmişdir. X8 Baş meneceri F.N.Qabdrafikova, kompyuter üzrə operatoru L.F.Fazilzadə, xəstəxananın statistiki K.F.Quliyeva, arxiv müdiri R.Ş.Xalilovna tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə 14:15 radələrində xəstəxananın keçmiş tibb qeydiyyatçısı İddiaçı zəng edərək ona xəstəxanaya gəlib əmək kitabçasını götürməsi bildirilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Həkim Sanitar Xidməti-X8 XT 000084 saylı epikrizindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə xəstəxanaya daxil olan xəstə X7 aşağı ətrafın İ-İİ barmaqlarının eksarfikulyasiyasının son vəziyyəti diaqnozu təyin olunmuş, xəstənin ayağı əməliyyat olunduqdan sonra o, xx.xx.2019-cu il tarixdə ambulator müalicəyə yazılmışdır. Azərbaycan Dəmir Yolları QSC-nin Həkim Sanitar Xidməti-X8 XT 000296 saylı epikrizindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə xəstəxanaya daxil olan xəstə X7 ayaq pəncəsinin quru qanqrenası diaqnozu təyin olunmuş, xx.xx.2019-cu il tarixdə xəstə ambulator müalicəyə yazılmışdır. Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X11 adına xx.xx.2019-cu il tarixdə daxil olan çağırışa əsasən ünvana gələn həkim S.Qafarov həkimə qədər ölüm kişi cinsli meyid aşkar etmişdir. Bakı şəhəri 1 saylı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 013047 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 895 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Kökünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 284606 saylı xx.xx.2013-cü il tarixli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, 1986-cı il təvəllüdlü İddiaçı 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu üzrə sektor müdiri İ.Tağıyev tərəfindən verilmiş 4708 saylı xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Binəqədi qəsəbəsi İİ mədən korpus 93, 2a saylı ev ünvanında Zəngilan rayonundan məcburi köçkün olmaqla qeydiyyatsız yaşayır. Zəngilan Rayon Məhkəməsinin 2(034)-205/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, X12 ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhər Binəqədi rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 207 № ilə qeydə alınmış nikah qeydiyyatının pozulması, xx.xx.2010-cu il təvəllüdlü X10 anası İddiaçı yanında saxlanılması, X6 xx.xx.2010-cu il tarixdə doğulan X1 üçün yetkinlik yaşına çatanadək xx.xx.2016-cı il tarixdən etibarən qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X29 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı şəkər xəstəliyindən əziyyət çəkən dayısı onun işlədiyi xəstəxanada əməliyyat olunduqdan sonra evə yazılmış, xx.xx.2019-cu il tarixdə (şənbə günü) iddiaçının evində vəfat etmiş, İddiaçı telefon vasitəsi ilə xx.xx.2019xx.xx.2019-cu il tarixlər üçün işəgötürəndən icazə almış, sonuncu tərtib etdiyi sənədlərdə bu iş günlərini məcburi işburaxma kimi qeyd etməməklə işçiyə icazə verilməsini faktiki olaraq qəbul etməsini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə işə çıxaraq öz əmək funksiyalarını icra etmiş, bu günün işçinin sonuncu işgünü olması işəgötürənin xx.xx.2019-cu il tarixli əmrində qeyd olunmuşdur. Cavabdehin xx.xx.2019-cu il tarixli 122 saylı əmrindən müəyyən olunur ki, əmrin verilməsi üçün əsas təqdim olunan məlumatlar, aktlar və HİK-in 1 saylı xx.xx.2019-cu il tarixli protokolu olmuşdur. Məhkəməyə təqdim olunmuş Mərkəzi Dəmiryol X4 Komitəsinin 1 saylı xx.xx.2019-cu il tarixli protokolunun nüsxələrindən müəyyən olunur ki, HİK bir halda işçinin 18-26 aprel tarixlərində, digər halda 19-26 aprel tarixlərində işdə olmadığına görə onun işdən azad edilməsinə etiraz etməmişdir. Məhkəməyə təqdim olunan xx.xx.2019-cu il tarixdən sonra cavabdehin əməkdaşları tərəfindən tərtib olunan məlumatlardan və aktlardan isə müəyyən olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə və sonrakı günlərdə iş yerinə gəlmiş, ona faktiki olaraq iş yerində olmadığı 15-16 aprel tarixlərinə görə deyil, xx.xx.2019-cu il tarixi də daxil olmaqla sonrakı iş günlərində işə gəlməməsi irad tutulur. Baxmayaraq ki, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsindən, Dövlət Əmək Müfəttişliyi Xidmətinə xx.xx.2019-cu il tarixli müraciətindən, işəgötürənin əməkdaşlarının tərtib etdikləri aktlardan aydın görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh iddiaçını öz xahişi ilə ərizə yazıb işdən çıxmasını məcmur etməklə onu iş yerinə buraxmamış, iddiaçının etirazı ilə qarşılaşdıqdan sonra isə işəgötürən ona başqa iş təklif etməsi, iddiaçının razılaşmaması barədə aktlar, daha sonra isə onunla əmək müqaviləsinə heç bir üzürlü səbəb olmadan bir neçə gün işə gəlməməsi əsası ilə xitam verilməsi barədə əmr qəbul etmişdir. Bu hərəkətləri ilə də işəgötürən məcburi köçkün və himayəsində azyaşlı uşağı olan iddiaçını yeganə qazanc yerindən məhrum edən, əmək müqaviləsinin ləğv edilməsinin faktiki əsası olmayan, əmr vermişdir. Məhkəmə Mərkəzi Dəmiryol X4 Komitəsinin iddiaçının əmək hüquqlarının müdafiəsi ilə bağlı heç bir tədbir görməməsinə, faktiki olaraq işəgötürənin manafeyi mövqeyindən çıxış etməsinə tənqidi yanaşıb qeyd edir ki, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin və s. şəxslərin əmək və s. hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə yaradılır. Mərkəzi Dəmiryol X4 Komitəsi işçi ilə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsinə etirazının olmamasını bildirərkən xx.xx.2019-cu il tarixdən etibarən öz əmək hüquqlarının pozulmasının qarşısını almaq üçün işəgötürənə ərizə yazan, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edən iddiaçının iş yerində olub-olmamasını, hansı səbəblərdən izahat verməməsini, hansı səbəblərdən işçiyə işəgötürən tərəfindən iş yerinin dəyişdirilməsinin təklif edilməsini araşdırmamış, əksinə tərtib olunan formal sənədləri imzalamaqla nəticədə işəgötürən tərəfindən iddiaçının əmək hüquqlarının pozulmasına şərait yaratmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edən iddiaçının xx.xx.2019-cu il tarixdə Mərkəzi Dəmiryol X4 Komitəsinin iclasında iştirak etməkdən, izahat verməkdən imtina etməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, cavabdehin qəbul etdiyi əmrin qanuniliyini və əsaslılığını sübuta yetirə bilməməsini nəzərə alıb xx.xx.2019-cu il tarixli 122 saylı əmrin iddiaçı ilə bağlanan əmək müqaviləsinin ləğv edilməsinin əsasının faktiki olaraq mövcud olmaması əsası ilə etibarsız əmr olması qənaətinə gəlir və buna görə də iddiaçının əmrin etibarsız hesab edilməsinə, işə bərpa olunmasına, məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçının cavabdehə qarşı mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, X29 Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. X29 Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X13rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə qeyd edir ki, 2009-cu ildən etibarən qüsursuz işlədiyi müəssisədə heç bir əsas olmadan tutduğu vəzifədən azad edilməsini, əmək hüquqlarının kobud şəkildə pozulmaqla ayrıseçkiliyə məruz qalmasını, yeganə qazanc mənbəyi olan iş yerini itirməsini bilən məcburi köçkün, himayəsində azyaşlı uşağı olan iddiaçının narahatlıq, stres hisləri keçirməsi istisna olunmur. Buna görə də məhkəmə iddiaçının cavabdehə qarşı mənəvi ziyan tələbini əsaslı hesab edib vurulmuş mənəvi ziyana görə 300 manatın cavabdehdən onun xeyrinə tutulması, mənəvi ziyan tələbinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti X8 112 saylı xx.xx.2019-cu il tarixli əmri etibarsız hesab edilsin. İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti Mərkəzi X2-Poliklinika şöbəsinin Tibbi Xidmətin təşkili bölməsinin 1,0 ştat vahidi ilə tibb qeydiyyatçısı vəzifəsinə bərpa olunsun. Azərbaycan Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti X9n vurulmuş mənəvi ziyana görə 300 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar