Məhkəmə qərarları › İş №2(001)-4840/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4840/2024

05.08.2024 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4840/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “qəyyumluğun ləğv edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “qəyyumluğun ləğv edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaş X2 fəaliyyət qabiliyyətli hesab edilməsi və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 90 saylı sərəncamı ilə vətəndaş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan oğlu üzərində qəyyumluğun ləğv olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vətəndaş X1 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-4792/2017 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab olunmuşdur. Həmin qüvvəyə minmiş qətnaməyə əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 90 saylı sərəncamı ilə vətəndaş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan oğlu vətəndaş X4 üzərində qəyyum təyin olunmuşdur. Sözügedən məhkəmə prosesində maraqlarına toxunan şəxslər X3 və X6 həmin qətnamədən apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 4792/2017 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişlər. Nəzərə çatdırır ki, X3 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-45/2023 saylı qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-4792/2017 saylı qətnaməsi ləğv edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-45/2023 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-4792/2017 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, xx.xx.1980-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-4792/2017 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər X3 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(001)-4792/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Maraqlı şəxs ərizəsi təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin hazırki ərizəsinə məhkəmədə baxılması yol verilməzdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-45/2023 saylı qətnaməsi ilə X2 hazırda fəaliyyət qabiliyyətli şəxs olduğu müəyyən edilmişdir. Məhz həmin qətnamə də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 90 saylı sərəncamı ilə X4 üzərində təyin edilmiş qəyyumluğun ləğv olunması üçün əsasdır. Bunun üçün xahiş edilən məsələyə yenidən baxılmasına hər hansı zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 261, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “qəyyumluğun ləğv edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar