Məhkəmə qərarları › İş №2(001)-4847/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4847/2020

15.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4847/2020 15.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçılar İddiaçı2 Həmid oğlunun və İddiaçı1, cavadehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı2 Həmid oğlunun və İddiaçı1 Cavabdeh qarşı qarşı qeyri – yaşayış sahəsinin qanunsuz sahiblikdən alınaraq qaytarılması barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 Həmid oğlu və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 58,9 kv.m olan 11 saylı qeyri – yaşayış sahəsinin X1 qanunsuz sahibliyindən alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ünvan 1 ünvanda yerləşən 58,9 kv.m qeyri-yaşayış sahəsi olan 11 saylı meyvə-tərəvəz mağazası onların mülkiyyətində olmuşdur. Cavabdeh yüksək mərtəbəli binanın inşası üçün 2004-cü ildə iddiaçıya məxsus mağazanı almaq məqsədi ilə müraciət edərək müxtəlif təklif etmişdir. 2006-cı ildə cavabdeh qeyri – yaşayış sahəsini sökmüş və ona pul ödəyəcəyini vəd etmişdir. Həmin vaxt pul məbləği ona ödənilmədiyinə görə yazılı razılıq ərizəsi də yazmamışdır. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə pulun verilməsini yubatmışdır. Hal – hazıra kimi pul vəsaiti ödənilməmişdir. Həmin ərəfədə cavabdeh binanın adının “xxxxxx” MTK olduğunu dediyindən onlar “xxxxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-yaşayış sahəsinin onlara qaytarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, beləliklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(001)-1257/2016 saylı qiyabi qətnaməsinə əsasən, iddia təmin olunmuş, sözügedən qeyri-yaşayış sahəsinin “xxxxxx” MTK-dan alınaraq onlara qaytarılması qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra mərhələsində qeyri-yaşayış sahəsinin yerində tikilmiş binanın “xxxxxx” MTK-ya heç bir aidiyyətinin olmadığı aşkarlandığından icra vərəqəsi icra olunmadan məhkəməyə qaytarılmışdır. Qətnaməyə izah verilməsi ilə bağlı ərizələri də məhkəmə tərəfindən təmin olunmadığından onlar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda İddiaçı2 məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, sözügedən qeyri-yaşayış sahəsinin sökülməsi, yerində cavabdeh tərəfindən bina tikintisinin aparılması ilə bağlı tərəflər arasında razılıq olmuş, iddiaçılara ümumilikdə 69587 ABŞ dolları məbləğində pul verilmişdir. Üzərindən 10 il keçdikdən, həmin ərazidə bina tikintisi aparıldıqdan sonra iddiaçıların hazırki məzmunlu ərizə ilə məhkəməyə müraciətlərinin heç bir əsası yoxdur. Sonda B.S.Məmişov məkhəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən olunan hallarına əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X5 və Özəlləşdirilməsi Departamenti dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə ilə ünvan 2 ünvanda yerləşən 58,9 kv.m qeyriyaşayış sahəsi olan 11 saylı meyvə-tərəvəz mağazası İddiaçı2 oğluna və İddiaçı1 satılmış, sonradan onlarla cavabdeh arasında şifahi razılığa uyğun olaraq inşa ediləcək yüksək mərtəbəli binanın inşası üçün mağazanın yerləşdiyi torpaq sahəsinin əvəzinin ödənilməsi şərti ilə mağazanın sökülməsi nəzərdə tutulmuşdur. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. ünvan 2 ünvanda yerləşən 58,9 kv.m qeyri-yaşayış sahəsinin artıq mövcud olmaması işin mübahisələndirlməyən hissəsidir. Lakin bu hal həmin əmlaka dair iddiaçıların hüquqlarının xitamı anlamına gəlmir. Hazırda iddiaçılar artıq sökülmüş və mövcud olmayan qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən qaytarılması tələbi ilə çıxış edirlər ki, belə tələbin təmin olunması ehtimalı mövcud olsaydı belə gələcəkdə onun icrası faktiki olaraq mümkünsüzdür. Belə ki, fiziki mövcud olmayan əmlak hər hansı şəxsin sahibliyində ola bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməldir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 Həmid oğlunun və İddiaçı1 Cavabdeh qarşı qarşı qeyri – yaşayış sahəsinin qanunsuz sahiblikdən alınaraq qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar