Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4857/2025 25.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 olmaqla Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: paylı mülkiyyət hüququ, köçürülmə, yaşayış sahəsinə ehtiyac) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi Cavabdeh Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1inun iştirakı lə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 olmaqla Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 olmaqla Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sırada yerləşən 12 saylı evə köçürülməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sırada yerləşən 12 saylı ev mərhum anasından miras əmlak kimi qalmışdır. Anası vəfat edəndən sonra vərəsələr arasında vərəsəlik işinin açılması ilə əlaqədar notariat ofisinə müraciət olunmuş və hər bir vərəsənin payı bəraber şəkildə, yəni 1/4 hissədə müəyyən olunmuşdur. Bununla əlaqədar həmin evə dair Dövlət Reyestrindən çıxarış da verilmişdir. AR Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX tərəfindən bu evə dair çıxarış verilərkən onun payına 114 hissə olmaqla sahəsi 12 kv.m olan bir yaşayış otağı payı düşmüşdür. Cavabdeh 2014-cü ildan ona məxsus olan sahədən də istifadə edir. O, dəfələrlə ona həmin bu otağı boşaldaraq ona tahvil verilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək həmin hissəni boşaltmaqdan imtina etmişdir. Cavabdeh şərait yaratmır. Məhkəməyə müraciət etməyə məcbur olmuşdur. II. Tərəflərin mövqeləri: Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən mənzil paylı mülkiyyətindədir. İddiaçının həmin əmlaka 1/5 hissədə payı qeydiyyata alınıb. Bir həyətdə 3 ayrı tikili olsa da, ekspert naturada bölünməz olduğu göstərir. Başqa iddiaçının məqsədi sadəcə onun hazırda yaşadığı evə köçməklə onu evdən qovmaqdır. Belə ki, digər tikiliyə köçməkdən imtina edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh haqlıdır. İddaçı sadəcə pislik etmək niyyətində olmadan hazırda cavabdehin yaşadığı tikilini tələb edir. Naturada bölgü mumkun olmadığından hərracın keçirilməsi zəruriyyəti yaransa da, tərərəflər əmlaklarla bağlı razılığa gələ bilməmişlər. İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasılnı və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, sbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sırada yerləşən 12 saylı ev xx.xx.2014-cü il tarixdə 1/4 hissədə Cavabdeh, xx.xx.2012-ci il tarixdə 1/4 hissədə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Göründüyü kimi, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sırada yerləşən 12 saylı ev cavabdeh 1/4 hissədə Cavabdeh, 1/4 hissədə İddiaçı mülkiyyətindədir. İddiaçının başqa yaşayış yeri olmamaqla hazırda paylı mülkiyyətində olan mənzildə yaşamaq üçün ehtiyacı olmasına baxmayaraq mülkiyyət hüquqlarından istifadə edilməsi hüququ pozulmuşdur. Hətta iddiaçının başqa yaşayış yerinin olması belə onun paylı mülkiyyətində olan mənzildəki mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan hal kimi əsas götürülə bilməz. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Beləliklə, Mülki Məcəllənin 215.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı birgə mülkiyyətdə olan evə köçürüldükdən sonra evə sahiblik və ondan istifadə ilə bağlı tərəflər arasında razılaşma əldə edilmədiyi təqdirdə, evə sahiblik və ondan istifadə qaydasının müəyyənləşdirməsi üçün məhkəməyə müraciət edilə bilər Bununla da, məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sırada yerləşən 12 saylı evə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sırada yerləşən 12 saylı evə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-4857/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4857/2025
25.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver