Məhkəmə qərarları › İş №2(001)-4872/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4872/2023

06.12.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4872/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X20 Ərizəçi2 iştirakı ilə Ərizəçiıər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “şəxsin ölmüş elan edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş X29 2017-ci ilin avqust ayının 4-də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 oğlu xx.xx.1991-ci il təvəllüdlü X32, Ərizəçi2 qızı xx.xx.1990-cı il təvəllüdlü X11 ilə 2012-ci ild faktiki nikah münasibətlərinə daxil olmaqla evlınmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X12 doğulmuşdur. X32 2014-cü ilin oktyabr ayında arvadı X11 və övladı X12 ilə birlikdə türkiyə Cümhuriyyətinə, oradan isə İraq Respublikasına getmişlər. Orada onların faktiki nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X13 adlı övladları anadan olmuşdur. Ərizəçi1 oğlu X32 2017-ci ilin avqust ayının 4-də İraqda döyüşlər zamanı vəfat etmişdir. X11 isə hal-hazırda İraqda Bağdad şəhərində həbsxanadadır. Övladları xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X13 2019-2020ci illərdə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməyi ilə Azərbaycana gətirilmişdir və nənələri kimi Ərizəçi2 himayəsinə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 365 saylı Sərəncamı və Abşeron RİH Başçısının xx.xx.2023-cü il tarixli, 54 saylı Sərəncamına əsasən Ərizəçi2, qızı X3 övladlarının qəyyumu təyin olunmuşdur. Hər bir uşağın doğum haqqında akt qeydində ata qrafasında X21 qeyd edilmişdir. X17 nəvələrinin ataları olması müəyyən edilməmişdir. Bunun üçün isə onun ölümü haqqında şəhadətnamə olmalıdır. Nəvələri Mücahid, Əbdüləziz, Fəridə və Rüqayyə hal-hazırda nənələri kimi Ərizəçi2 qəyyumluğu altındadır, onların bütün maddi və mənəvi tələbatlarını o qarşılayır. Lakin imkanı olmadığından uşaqların maddi ehtiyyaclarını qarşılaya bilmir. Nəvələrinin atası X29 ölməsini təsdiq edən sənəd olmadığına görə onun nəvələrinin atası olması faktının müəyyən edilməsini həayata keçirə bilmirlər və nəzələrinə ailə baçısını itirməyə görə sosial müavinət ala bilmirlər. Hesab edirlər ki, X29 2017-ci ilin avqust ayının 4-də İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, ərizəçinin ərizəsinə etiraz etmir və işin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə Ərizəçi2 dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-T seriyalı 129606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş X4 ata qrafasında X21, ana qrafasında X11 göstərilmişdir. AZ-İV seriyalı 395270 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Suriya Respublikasında anadan olmuş X1 ata qrafasında X21, ana qrafasında X11 göstərilmişdir. AZ-İV seriyalı 395271 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə İraq Respublikasında anadan olmuş X8 ata qrafasında X21, ana qrafasında X11 göstərilmişdir. AZ-İV seriyalı 522950 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə İraq Respublikasında anadan olmuş X5 ata qrafasında X21, ana qrafasında X11 göstərilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 365 nömrəli Sərəncamının surətindən görünür ki, Ərizəçi2 nəvələri, xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X16 üzərində qəyyum təyin edilmişdir. Abşeron RİH Başçısının xx.xx.2020-ci il tarixli, 54 nömrəli Sərəncamının surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X13 xx.xx.1957-ci il təvəllüdlü nənəsi Ərizəçi2 qəyyumluğuna (himayəçiliyinə) verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1706/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, X1 xx.xx.2015-ci il tarixdə Suriya Respublikasında və X8 isə xx.xx.2016-cı il tarixdə İraq Respublikasında doğulması faktının müəyyən olunması, X2 və X10 doğum haqqında şəhadətnamələr verilməsi və hər iki doğum haqqında şəhadətnamənin ata qrafasında X15, ana qrafasında X3 qeyd edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3585/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsnin surətindən görünür ki, ərizə təmin edilmiş, X6 xx.xx.2018-ci il tarixdə İraq doğum faktının müəyyən olunması, X9 doğum haqqında yeni şəhadətnamənin verilməsi və doğum haqqında şəhadətnamədə soyadının Allahverdizadə, adı Ruqayyə, ata adı Fərid, doğum tarixi xx.xx.2018-ci il, doğulduğu yer İraq, ata qrafasında atasının adı X21, ana qrafasında anasının adı X11, valideynlərinin milliyyətinin azərbaycanlı olaraq qeyd edilməsi qət edilmişdir. XVİ-ЖГ seriyalı 428875 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X29 atası X31, anası X28r. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, dövlət sərhədindən X29 xx.xx.2012-ci il tarixdə giriş, X3 isə xx.xx.2014-cü il tarixdə çıxış hərəkətləri qeydə alınmışdır. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 32-də qeydiyyatda olan X32 barəsində Binəqədi RPİ-də axtarış işi yoxdur. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, tərəflərindən 5 il ərzində X18 olması barədə dəfələrlə İraq tərəfinə sorğu ünvanlanmasına baxmayaraq, sözügedən şəxs barədə heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Binəqədi Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X32 ekstremist yönümlü şəxs kimi məlumdur. O, Suriya və İraqda qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmək məqsədilə qaçaq yolla AR-i tərk etmiş və bu günədək geri qayıtmamışdır. Əldə edilmiş əməliyyat məlumatlarına əsasən, F.Əliyev münaqişə bölgəsində öldürülmüşdür. Lakin, qeyd edilən şəxsin İraq və Suriyanın nəzarətsiz bölgəsində öldürülməsi səbəbindən ölüm faktının müəyyən edilməsinə dair təsdiqləyici sənədlər əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsini rəhbər tutaraq, məhkəmə hesab edir ki, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş X32 04 avqust 2017-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçilərin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 27 dekabr 1991-ci il təvəllüdlü X32 04 avqust 2017-ci ildə İraq Respublikasında ölmüş elan edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar