Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-49/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh1 vəkili X1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli, skmf-66 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə 237.185,02 manat, cərimə borcuna görə 300.000 manat olmaqla borcun cəmi məbləğində 2.029.682,52 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu, X11ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərdən xx.xx.2014-cü il tarixli, skmf-66 saylı Baş kredit müqaviləsi üzrə cəmi 2.029.682,52 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, tutma ipoteka predmeti olan əmlaka yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 qeyriyaşayış binasından çıxarılması və qeyri yaşayış binasının boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, skmf-66 saylı Baş kredit müqaviləsinə əsasən illik 6 (altı) faiz dərəcəsi olmaqla, 84 (səksən dörd) ay müddətinə 1 500 000 (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməlıq baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa borclunun bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2, X6 və Cavabdeh3 ilə İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixli, skmf-66 saylı zaminlik müqavilələri bağlanılmışdır. Maliyyə arayışına əsasən borclunun xx.xx.2014-cü il tarixli, skmf-66 saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 1 492 497,50 manat, faiz borcuna görə 237 185,02 manat, cərimə borcuna görə 300 000 manat olmaqla borcun cəmi məbləğində 2 029 682,52 manat təşkil edir. Sözügedən Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Abşeron rayonu, X11ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248.7 kv.m. olan 1 mərtəbəli mağaza binası iddiaçı bank qarşısında xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmiş, ipoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iddiaçı bankın nümayəndəsi iddia tələblərini müdafiə edərək iddianın təmin olunmasını, həmçinin, xx.xx.2020-ci il tarixli ekspert rəyinin nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili X4 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edirlər, bankdan kredit götürmüşlər, lakin tələb edilən məbləğ şişirdilmişdir. Həmçinin, ipoteka predmeti olan əmlakda yaxşlaşdırmalar edilmişdir. Bu da məhkəmə tərəfindən ipoteka predmetinin qiyməti müəyyən edilərkən nəzərə alınmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin müəyyən olunmuş hallarına görə, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış skmf-66 saylı xx.xx.2014-cü il tarixli Baş kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə ******* (bir milyon beş yüz min) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, eyni tarixli “İpoteka müqaviləsi”nə görə isə, Cavabdeh1 skmf-66 saylı xx.xx.2014-cü il tarixli Baş kredit müqaviləsindən irəli gələn öhdəliyinin təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu, X11ndə olan 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasını İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Mülki işin materiallarından görünür ki, İddiaçı ASC ilə X6, Cavabdeh3 və Cavabdeh2 arasında ayrı-ayrılıqda bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən, adı çəkilən zaminlər Cavabdeh1 skmf-66 saylı xx.xx.2014-cü il tarixli Baş kredit müqaviləsindən irəli gələn öhdəliyinin (kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının) tamamilə və ya hissə-hissə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli, skmf-66 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borcu 1.492.497,5 manat, faiz borcu 237.185,02 manat və cərimə borcu 300.000 manat olmaqla cəmi borcu 2.029.682,52 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 21929 saylı rəyində ekspert qarşısında qoyulan suala cavab olaraq göstərilmişdir ki, xx xxxxxx 2014-cü il tarixli, skmf-66 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə 1.497.750,00 manat əsas borcu, 56.141,88 manat faiz borcu, ümumilikdə 1.553.891,88 manat borcu müəyyən edilmişdir. İş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/4231 saylı rəyinə görə isə, xx xxxxxx 2014-cü il tarixli, skmf-66 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixə 1.497.750,00 manat əsas borcunun, 199.218,50 manat faiz borcunun, ümumilikdə 1.696.968,50 manat borcunun olduğu müəyyən edilmişdir. İş materiallarından aydın olur ki, iddiaçı bank cavabdehlərə ünvanlanmış bildirişlər çatdırılmaqla onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X9 surəti iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh1 məxsus olan Abşeron rayonu, X11ndə yerləşən **********79-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli qiymətləndirilmə hesabatından görünür ki, Abşeron rayonu, X11 ərazisində olan, 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən 1205,9 kv.m ümumi sahədən ibarət olan əmlak kompleksinin hazırki dövrə olan bazar qiyməti 3.700.000 (üç milyon yeddi yüz min) manat qiymətləndirilmişdir. Bununla yanaşı, məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı əsasında “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyi də alınmış, rəyə əsasən “xxxx” MMC qiymətləndirmə şirkəti Cavabdeh1 məxsus Abşeron rayonu, X11ndə olan 7.80 ha torpaq sahəsinin və üzərində olan Əmlak Kompleksi kimi müəssisənin ipotekada olan əmlakların dəyərinin 3.750.000 (üç milyon yeddi yüz əlli min) manat, ipotekada olmayan əmlakın (parnik-istixananın) bazar dəyərini isə 8.650.000 (səkkiz milyon altı yüz əlli min) manat olmaqla, ümumi dəyərini 12.400.000 (on iki milyon dörd yüz min) manat məbləğində qiymətləndirmişdir. Bununla belə, “xxxx ” MMC-nin direktoru Günay İskəndərovanın məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyində texniki səhv getdiyindən əmlakın bazar qiymətinin səhv yazıldığı qeyd edilmiş, habelə texniki səhvin düzəldilərək rəyin yenidən məhkəməyə göndərildiyi göstərilmişdir; sözügedən məktuba əlavə edilmiş və səhvlərin düzəldildiyi vurğulanan rəydə Cavabdeh1 məxsus Abşeron rayonu, X11ndə olan 7.80 ha torpaq sahəsinin və üzərində olan Əmlak Kompleksi kimi müəssisənin ipotekada olan əmlakların dəyərinin 2.350.000 (iki milyon üç yüz əlli min) manat, faktiki ipotekada olmayan əmlakın (parnik-istixananın) bazar dəyərinin isə 8.650.000 (səkkiz milyon altı yüz əlli min) manat olmaqla, ümumi dəyərinin 11.000.000 (on bir milyon) manat olduğu göstərilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Beləliklə işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Digər cavabdehlər X6, Cavabdeh3 və Cavabdeh2 isə bankla ayrı-ayrılıqda bağladıqları zaminlik müqavilələrinə əsasən Cavabdeh1 həmin müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı bank əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə 237.185,02 manat, cərimə borcuna görə 300.000 manat olmaqla borcun cəmi məbləğində 2.029.682,52 manat borcun cavabdehlərdən tutulmasını xahiş etmiş, məhkəmə araşdırması zamanı təyin olunmuş ekspertizanın rəyi ilə isə borcalanın xx xxxxxxxx 2020-ci il tarixə 1.497.750,00 manat əsas borcunun, 199.218,50 manat faiz borcunun, ümumilikdə 1.696.968,50 manat borcunun olduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərdən skmf-66 saylı xx.xx.2014cü il tarixli Baş kredit müqaviləsi üzrə əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə isə 199.218,50 manat pul tutularaq iddiaçı banka ödənilməlidir. Məhkəmə “cavabdehlərdən 300.000 manat cərimə borcunun tutulması” hissəsində də iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bu mənda məhkəmənin qənaəti ondan ibarətdir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 15.000 (on beş min) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın, “pulun tutulması tələbinin Cavabdeh1 məxsus Abşeron rayonu, X11ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması, borcun həmin əmlakın həraccdan satışından əldə olunan vəsait hesabına ödənilməsi” hissəsini də əsaslı hesab edir: Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Həmçinin, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından məhkəmə araşdırması zamanı qiymətləndirmə təyin edilmiş, “xxxx” MMCnin xx xxxx 2019-cu il tarixli qiymətləndirilmə hesabatı ilə Abşeron rayonu, X11 ərazisində olan, 7.80 ha torpaq sahəsi və onun üzərində yerləşən 1205,9 kv.m ümumi sahədən ibarət olan əmlak kompleksinin bazar qiymətinin 3.700.000 (üç milyon yeddi yüz min) manat olması müəyyənləşdirilmişdir. Bununla belə, ipoteka qoyan tərəfindən ipoteka predmeti olan 7.80 ha torpaq sahəsinə əlavə investiya qoyuluşu etdiyi (orada əlavə işlər gördürdüyü, tikili və qurğular tikdirdiyi) müəyyən edildiyindən təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyi ilə Cavabdeh1 məxsus Abşeron rayonu, X11ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsinin və üzərində olan Əmlak Kompleksi kimi müəssisənin ipotekada olan əmlakların dəyərinin 3.750.000 (üç milyon yeddi yüz əlli min) manat, ipotekada olmayan əmlakın (parnik-istixananın) bazar dəyərinin isə 8.650.000 (səkkiz milyon altı yüz əlli min) manat olmaqla, ümumi dəyərinin 12.400.000 (on iki milyon dörd yüz min) manat müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 52-ci maddəsinə görə, ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir. Bu mənada məhkəmə hesab edir ki, əmlak kompleksinin ilkin satış qiyməti müəyyən edilərkən həmin torpaq sahəsində sonradan aparılan tikili və qurğular (parnikistixana) da nəzərə alınmalı, ipoteka predmetinin ilkin satış qiyməti kimi məhz 12.400.000 (on iki milyon dörd yüz min) manat məbləği əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, həmin tikili və qurğular (parnik-istixana) iqtisadi dəyərə malik olmaqla ipoteka predmetinin ümumi dəyərini əhəmiyyətli dərəcə artıran xüsusiyyətə malikdirlər. Təbii ki, ipoteka predmeti hərracda satışa bir vahid əşya kimi çıxarılacaqdır və bu baxımdan həmin tikili və qurğuların (parnik-istixana) əmlakın ilkin satış qiyməti müəyyən edilərkən nəzərə alınmaması ipoteka qoyanın hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxartmaqla yanaşı, ədalətli də olmazdı. Məhkəmə “xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində texniki səhvə yol verilmiş olması”nı isə ümumiyyətlə inandırıcı hesab etmir. Belə ki, birincisi həm xx xxxxxx 2020-ci il tarixli rəydə, həm də müvafiq müşayət məktubunda ipotekada olan əmlakların dəyərinin dəfələrlə “3.750.000 manat” olduğu göstərilmiş, hətta mötərizə içində sözlü olaraq da “üç milyon yeddi yüz əlli min” qeyd edilmişdir. İkincisi, xx xxxxxx 2020-ci il tarixli həmin rəy yalnız 4 ay sonra – yəni, xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş, növbəti gün mülki iş üzrə icraat təzələnmiş, xx.xx.2020-ci il tarixdə növbəti məhkəmə iclası keçirilməklə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, rəydə texniki səhv olması barədə məktub isə yalnız xx.xx.2020-ci il tarixdə (rəyin tərtib edilməsindən 7 ay, onun məhkəməyə daxil olduğu tarixdən isə 3 ay sonra) məhkəməyə daxil olmuşdur. Digər tərəfdən xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsində həmin əmlakın müstəqil qiymətləndirici tərəfindən 2.300.000 (iki milyon üç yüz min) manat məbləğində qiymətləndirildiyi göstərilmişdir və həmin tarixdən bugünədək daşınmaz əmlak bazarında qiymət artımı tendensiyasının olması hamıya məlum olan haldır. Bununla belə məhkəmə, “tutma ipoteka predmeti olan əmlaka yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 qeyri-yaşayış binasından çıxarılması və qeyri yaşayış binasının boşaldılmış vəziyyətdə təhvil verilməsi” tələbini əsassız sayır; belə ki, müvafiq tələb əmlakı hərracdan alacaq şəxs tərəfindən cavabdehlərin onu boşalmadıqları təqdirdə irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı bank tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsum cavabdehdən alınaraq iddiaçıya ödənilməli, habelə 245 (ikiyüz qırx beş) manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli, skmf-66 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 1.492.497,50 manat, faiz borcuna görə 199.218,50 manat, cərimə borcuna görə 15.000 manat olmaqla cəmi 1,706,716 manat məbləğində borc, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutulacaq məbləğ Cavabdeh1 məxsus Abşeron rayonu, X11ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C - tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binasına yönəldilsin. Abşeron rayonu, X11ndə mülkiyyətində olan 7.80 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1205,9 kv.m. olan 1 mərtəbəli Əmlak kompleksi kimi müəssisə və Əmlak kompleksi kimi müəssisənin tərkibi: Liter A tikintialtı sahəsi 96,1 kv.m., ümumi sahəsi 73,4 kv.m. olan 1 mərtəbəli inzibati bina, Liter B - tikintialtı sahəsi 525,3 kv.m., ümumi sahəsi 471,3 kv.m. olan 1 mərtəbəli ferma (cücə sexi), Liter C tikintialtı sahəsi 457,4 kv.m., ümumi sahəsi 412,5 kv.m. olan 1 mərtəbəli daş sexi, Liter D - tikintialtı sahəsi 157,5 kv.m., ümumi sahəsi 248,7 kv.m. olan 1 mərtəbəli mağaza binası açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 12.400.000 (on iki milyon dörd yüz min) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 245 (iki yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-49/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-49/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver